Məhkəmə qərarları › İş №2-1(103)-1306/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1306/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1306/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4, idiaçının və onun nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X6 məxsus olması haqqında arayışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. İddianın əsaslarına görə iddiaçının mərhum atası X6 Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi atasının istifadəsində olmuş, vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmiş, hal-hazırda da onun sahibliyindədir. Həmin torpaq sahəsinə hüququn X6 məxsus olması haqqında arayış verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, mərhuma 93 saylı BTK nəzdində Ləhiş qəsəbəsində 4080a nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur,lakin ayrılmasına dair sənəd (order ) İdarənin arxivində aşkar edilməmişdir. Cavabdeh iddia ərizəsinşə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla, notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamış, həmçinin, bağ sahəsinə dair təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, bununla bağlı İdarə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 93 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 4080A saylı bağın mərhum X6 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan 4080A saylı torpaq sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bir neçə bağ sahəsi bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Müvafiq torpaq sahəsinə digər fiziki şəxslərin (X9 və X10) müraciətləri daxil olmuşdur. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı və onun nümayəndəsi Vəkil2 onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarına əsasən işin aşağıdakı aktiki halları müəyyən olunur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş - Bakı şəhər XDS İK- nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarınının təsdiq edilmiş arxiv çıxarışına əsasən müəyyən olunur ki, iddiaçının mərhum atası, Böyük Vətən müharibəsi iştirakçısı X6 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmıdşır. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh qürumun xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 93 saylı BTK üzvlərinin siyahısına, bağçılığın sxematik bölgü planına, habelə 93 saylı BTK-nın arxiv qovluğunun materiallarına əsasən müəyyən olunmuşdur ki, BTK-ya ayrılmış bağ sahəsi yerləşmə sxemində yola yaxın hissədə iddia olunan 4080A saylı bağ sahəsi mövcuddur, eləcə də iddiaçının mərhum atasının X5 adı həmin bağçılığın siyahısında 11-cı sırada Böyük Vətən müharibəsi iştirakçısı kimi, qeyd olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadına əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən bağ sahəsinin yerləşmə sxeminin müəyyən olunması, 93 saylı BTKnın Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemi üzrə 4080A saylı bağ sahəsi və ya hər hansı digər bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsi və s. barədə sualları üzrə mütəxəssis rəyi alınmışdır. Xidmətin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan bağ sahəsinə özünün iştirakı ilə baxış keçirilmiş və bağ sahəsin koordinatları müəyyən ounaraq qeyd olunmuşdur: -göstərdiyi nöqtələr əsasında bağ sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxem tərtib olunmuşdur. -1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən, İddiaçı “93 saylı BTK-nın Sabunçu rayonu, Ləhiş bağ massivindəki 4080A saylı bağ sahəsi” kimi iddia etdiyi torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlir. Bu sahəyə digər şəxslərin də çoxsaylı müraciətləri olmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuş, sonradan isə iştirakçılığına xitam verilmiş, Maraqlı şəxs ərizəsi əsasında aparılan araşdırma zamanı iddia olunan bağ sahəsinin onun qanuni maraqlarına toxunmadığı, iddiaçının bağ sahəsinin 4080B, iddiaçının isə 4080A nömrəli bağ sahələri olduğu müəyyən olunmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 adında şəxs məhkəməyə verdiyi ifadəsində 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işlədiyini, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olduğunu, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işlədiyini, hazırda isə Kürdəxanı Bələdiyyəsində torpa və ərazi idarəetmə şöbəsinin rəisi işlədiyini qeyd edərək aşağıdakıları bildirmişdir: - Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. O zaman bağ sahəsi veriləndə bağların sahəsi yazılmırdı. 93 nömrəli BTK-nın nəzdində X3 4080A nömrəli bağ sahəsi ayrılıb. 93 nömrəli BTK-nın nəzdindəki bağlar bağın öz nömrəsi və “A” nömrəsi ilə, 172 nömrəli BTK-nın nəzdindəki bağlar həmin bağ nömrəsinin “B” və “V” nömrəsi ilə ayrılmışdır. Özünün vaxtilə apardığı qeydlərinə əsasən (həmin qeydləri məhkəməyə təqdim edir) X3 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi, Maraqlı şəxs 172 nömrəli BTKnın nəzdində 4080B nömrəli bağ sahəsi ayrılıb. Qeyd olunmalıdır ki, hazırkı apellyasiya mərhələsində də vət. X13 adında şəxs də ərizə ilə məhkəməyə müraciət edərək, maraqlarına toxunan şəxs kimi kimi üçüncü şəxs qsmində işə cəlb edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ona 93 saylı BTK-nın nəzdində deyil, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X13 aramızda bağlanmış 33101 saylı, 22 sentyabr 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqavilə əsasında ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4205a” saylı torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahəsi 93 saylı BTK-nın bağ sahəsinin yerləşmə sxemində belə bir bağ sahəsi mövcud deyildir. İddiaçının atasına məxsus 4080A saylı bağ sahəsinə gəldikdə, sxematik bölgü planında həmin bağ sahəsinin sağında 4204A saylı, solunda 4080 saylı, alt hissəsində 4081 A saylı bağ sahsi var, üst (qabaq) hissəsi isə yola baxan (60m) boşluq sahədir. Qeyd edilən mütəxəssis rəyi ilə də müəyyən olunmuşdur ki, mərhum aƏnvər Süleymanova məxsus 4080A saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlir. Bununla da Vət. Nailə Vəzirovanın mərhuma Ənvər Süleymanova məxsus bağ sahəsinin ərizəçi N.Vəzirovaya heç bir aidiyyəti olmadığından onun hüquqlarının pozulduğu müəyyən edilməmiş və üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçının mərhum atasına məxsus 4080a saylı bağ sahəsi mütəxəsiss rəyində qeyd edildiyi kimi, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlməsinə gəldikdə, birincisi bu uyğunsuzluğun aradan qaldırılması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi ilə onun üzərinə düşən vəzifəsidir. İkincisi, qeyd olunan 4080 saylı bağ sahəsinin iddiaçıya qarşı hər hansı mübahisəsinin mövcudluğu müəyyən edilməmiş, iddiaının məhkəməyə verdiyi izahatından göründüyü kimi, bağ verilən gindən anlaın istifadəsində olmuşdur. Cavabdehin apellyasiya şikayətində qyd edildiyi kimi bir hasar daxılində yerləşən iddiaçının sahibliyində olan və onunla qonşu olan (4080, 4081A və 4204A) bağ sahibləri ilə aralarında hər hansı mübahisəsi yoxdur. Odur ki, bir hasar daxilində yerləşən bağ sahiblərinin cavabdeh qeydiyyat üçün müraciət etmələri heç də onların birbirinə qarşı mübahisə kimi qiymətləndirilə bilməz. Sadəcə olaraq cavabdeh orqan inzibati icraat qaydalarına riayət etmdən onları məhkəmə istiqamətləndirməklə, məsələnin həllindən asanlıqla yayınır. Qeyd olunanlar baxımından, cavabdehin mübahisə bağ sahəsinin sxematik bölgü planına uyğun olmadığını və digər şəxslərin həmin əraziyə müraciətlərinin daxil olduğunu mübahiəsələndirən dəlilləri əsassızdır. Beləliklə də 93 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinin iddiaçının mərhum atası X6 məxsus olması sübuta yetirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Beləliklə də mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar