Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1306/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə tərxis edilmişdir. İddiaçıya məxsus 17 oktyabr 1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu ildə Azərbaycan Respublikası Kinoprokat Kontoru Mətbəəyə V dərəcəli yığıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə Azərkinoprokatda mətbəəyə əl üsulu ilə V dərəcəli yığıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə əl üsulu ilə Vİ dərəcəli yığıcı dərəcəsi verilmiş, xx.xx.1985-ci ildə mətbəənin sahə ustası vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə əl üsulu ilə Vİ dərəcəli yığıcı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə "Azərprokat” mətbəəsinin adı dəyişdirilərək "Azərkinovideo” olub, xx.xx.1989-cu ildə "Azərkinovideo" İstehsalat Birliyi işə keçirmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı qəbul olunmuş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "Azərkinovideo” istehsalat Birliyinin "Şüa” kooperativi işə keçirilmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı qəbul olunmuş, xx.xx.1994-cü ildə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 14 avqust 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavoduna 13 №-li sexə 1-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən Sovet Ordu sıralarına çağrıldığına görə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunda 13 №-li sexə 1-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə Texniki Nəzarət şöbəsinə 12 №-li Mexaniki yığma sexində dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1989-cu il tarixdə 6-cı dərəcəli nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1992-ci ildə 200 nömrəli məktəbə gözətçi təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992ci ildə xx.xx.1992-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunun Gözətçi şöbəsinə gözətçi peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 22-ci akkumlyator sexinə qurğuşun əridən şagirdi keçirilmiş, xx.xx.1996-cı il tarixdə 2-dərəcəli qurğuşun əridən keçirilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Təhlükəsizlik Xidmətinə mühafizəçi qəbul edilmiş, xx.xx.2016-cı ildə gözətçi vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş “X1” Tasc-nin xx.xx.2016-cı il tarixli kş/10-57 nömrəli izahlı arayışında qeyd olunmuşdur ki, verilir: İddiaçı ondan ötəri ki, həqiqətən də o: xx.xx.1979-cu il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavoduna 13 №-li sexə 1ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmişdir (əmr № 219/k, xx.xx.1979-cu il). xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən Sovet Ordu sıralarına çağrıldığına görə işdən azad edilmişdir (əmr № 271/k, xx.xx.1979-cu il). xx.xx.1979-cu il tarixdən - xx.xx.1981-ci il tarixə qədər h/b №-3989519 hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunda 13 №-li sexə 1ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmişdir (əmr № 427/k, xx.xx.1981-ci il). xx.xx.1983-cü il tarixdə Texniki Nəzarət şöbəsinə 12 №-li Mexaniki yığma sexində dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsinə keçirilmişdir (əmr № 144/k, xx.xx.1983cü il). xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 234/k, xx.xx.1983-cü il). xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 117/k, xx.xx.1984-cü il). xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 138/k, xx.xx.1986-cı il). xx.xx.1989-cu il tarixdə 6-cı dərəcəli nəzarətçi peşəsinə tarifi ərimişdir (əmr № 196, xx.xx.1989-cu il). xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR-nin 37-ci maddəsiniə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 10/k, xx.xx.1992-ci il). xx.xx.1992-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunun Gözətçi şöbəsinə gözətçi peşəsinə işə qəbul edilmişdir (əmr № 137/k, xx.xx.1992-ci il). xx.xx.1996-cı il tarixdə 22-ci akkumlyator sexinə qurğuşun əridən şagirdi keçirilmişdir (əmr № 14/k, xx.xx.1996-cı il). xx.xx.1996-01 il tarixdə oradaca 2-dərəcəli qurğuşun əridən keçirilmişdir (əmr №26/k, xx.xx.1996-cı il). xx.xx.2004-cü il tarixdə Azərbaycan Resp.ƏM-nin 68-2 maddəsinin “a” bəndinə müvafiq öz xahişi ilə işdən azad edilmişdir (əmr № 349/k-a, xx.xx.2004- cü il). xx.xx.1998-ci il tarixdən-xx.xx.1998-ci il tarixə qədər (244/k, xx.xx.1998-ci il), xx.xx.1998-ci il tarixdən-xx.xx.1998-ci il tarixə qədər (379/k, xx.xx.1998-ci il), xx.xx.1999-cu il tarixdən-xx.xx.1999-cu i 1 tarixə qədər (368/k, xx.xx.1999-cu il), xx.xx.1999-cu il tarixdən-xx.xx.1999-cu il tarixə qədər (04/k, xx.xx.1999-cu il), xx.xx.1999-cu il tarixdənxx.xx.1999-cu il tarixə qədər (334/k, xx.xx.1999-cu il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001ci il tarixə qədər (381/k, xx.xx.2000-cu il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001-ci il tarixə qədər (23/k, xx.xx.2001-ci il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001-ci il tarixə qədər (112/k, xx.xx.2001-ci il), xx.xx.2003- cü il tarixdən-xx.xx.2003-cü il tarixə qədər (153/k, xx.xx.2003cü il), xx.xx.2003-cü il tarixdən-xx.xx.2003-cü il tarixə qədər (252/k, xx.xx.2003-cü il), xx.xx.2004-cü il tarixdən-xx.xx.2004-cü il tarixə qədər (363/k, xx.xx.2003-cü il) ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında Qurğuşun əridən peşəsi Metal emalı Xİ-ci bölmə 1-hissəsinin “a” bəndinə aiddir. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X13 ordenli Leyt. Şmidt adma maşınqayırma Zavodu sonradan xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı qərarına əsasən "xxxx" adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən "xxxx" X14 Cəmiyyəti adlandırılmışdır. "xxxx" X14 Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “Bakı X9” X14 Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin iddiaçıya ünvanladığı 28 dekabr 2016-cı il tarixli, 10 nömrəli Arayışında qeyd olunmuşdur ki, “Azərkinovideo” istehsalat Birliyi”nin arxiv fondunda mühafizə edilən əmrlərində İddiaçı Birliyin mətbəəsində əl üsulu ilə yığıcı vəzifəsinə (əmr № 105-L, xx.xx.1979-cu il) işə qəbul olunması və eləcə də, xx.xx.1991-ci il tarixinə qədər işləməsi qeyd edilir. Ancaq işdən azad olunmağı barədə heç bir sənəd aşkar olunmamışdır. “Azəristiliktəchizat" ASC-nin 06/285 nömrəli, xx.xx.2016-cı il tarixli arxiv arayışına əsasən İddiaçı 1 saylı İstilik İdarəsinin” xx.xx.2001-cü il tarixli N-175/ş saylı əmrinə əsasən Nərimanov rayon X10, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixindən mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X6 xx.xx.2002-ci il tarixli N44 saylı əmrinə əsasən xx.xx.2002-ci il tarixindən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X10, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2003-ci il tarixli N118 saylı əmrinə əsasən 04.11,2003-cü il tarixindən müddətli olaraq 4-cü dərəcəli mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X6 xx.xx.2004-cü il tarixli N-133 saylı əmrinə əsasən xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X10, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2004-ci il tarixli N78 saylı əmrinə əsasən xx.xx.2004-cü il tarixindən müddətli olaraq 4-cü dərəcəli mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər İstilik İdarəsi, 5 saylı X6 xx.xx.2005-ci il tarixli N- 581 saylı əmrinə əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. “Azəristiliktəchizat" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2006/2007-ci il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixli 06/05-39 saylı əmrinə əsasən xx.xx.2007-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2007-ci il tarixli 06/05-48 saylı əmrə əsasən xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. “Azəristiliktəchizat" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2007/2008-ci il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixli 06/05-21 saylı əmrinə əsasən xx.xx.2007-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2008-ci il tarixli 06/05-24 saylı əmrə əsasən xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. "xxxx" ASCnin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2008/2009-cu il payızqış mövsümü ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixli 06/05-47 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2009-ci il tarixli 06/05-29 saylı əmrə əsasən xx.xx.2009-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. "xxxx" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2009/2010-cu il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2009-cu il tarixli 06/05-01 saylı əmrinə əsasən xx.xx.2009-cu il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2010-cu il tarixli 06/05-70 saylı əmrə əsasən xx.xx.2010-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 may 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 44900,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 31201,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.” Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ağır əmək şəraitində çalışdığı 3 (üç) il, hər ili 2016-cı ildən 57 yaşından ikiqat hesablanmaqla, 61 yaşında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif müəssisələrdə ağır əmək şəraitində çalışdığı 3 il, hər il ikiqat hesablanmaqla ona hazırda 61 yaşında güzəştli şərtlərlə əmək pensiyasının verilməsi barədə zəruri sənədlərini əlavə edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 aprel 2022-ci il tarxli müraciətinə filialın direktor müavini cənab Kərim Sarıyev tərəfindən qanuna zidd xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla başdansovdu cavab vermişdir. xx.xx.1991-ci ildə uzun müddət “Azərkinovideo” İstehsalat Birliyi “Şüa” kooperativi işə keçirilmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı işində, xx.xx.1996-1997-ci illərdə, “Leytenant Şmidt” adına zavodda 22 nömrəli “akumulator” sexinə qurğuşun əritmə prosesində ən ağır şəraitli işlərdə fəhlə, mütəxəssis qismində, stereotiplərin əmsalı və hazırlanması ilə məşğul olan çap formalarının əl ilə yığıcılar işində uzun müddət çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə ona 3 il bundan əvvəl əmək pensiyası təyin edilməli idi. Lakin bu barədə dəfələrlə rəsmi müraciət etsə də, mütəxəssisin səriştəsizliyindən müxtəlif təşkilatların ardınca süründürülür. Göstərdiyi xüsusatlar obyektiv araşdırılmamış, başdansovdu, biri-digərinə zidd cavab verməklə kifayətlənmişlər. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və ona əlavə təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 44900,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 31201,62 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44880,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30745,12 manat təşkil edir. İddiaçı 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (22 il 13 gün xx.xx.1979xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, 08.08 1989xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 9 ay 25 gün xx.xx.1979xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(103)-1505/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin əsaslarının məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 44900,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31201,62 manat təşkil etməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtləri odəməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavabdehin ƏPQ-nun 9.8-ci maddəsinin xx.xx.2022-ci il tarixədək redaksiyası əsasında imtina versə də, məhkəmə icraatı gedişində iddiaçının iddia tələbini dəqiqləşdirdiyini, ƏPQ-nun 9.8-ci maddəsinin yeni redaksiyasının iddiaçının vəziyyətini yüngülləşdirdiyini və cavabdehin yeni norma əsasında qiymətləndirmə aparmaqla müvafiq etiraz vermək imkanı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır və bu halda cavabdeh iddiaçının hazırkı qüvvədə olan qanuna əsasən pensiya təyinatı ilə bağlı iddia qaldırılanadək icraat aparılmadığına və ya inzibati orqanın münasibət bildirmədiyinə istinad edə bilməz. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə almışdır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməsi əsasları ilə mümkün olmamışdır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşının 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 06 ay olmuşdur. İddiaçının ümumi iş stajının tamamlanması cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İddiaçının güzəştli iş stajının mövcudluğu məsələsi araşdırılarkən məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı 2 əmək kitabçası mövcuddur. İddiaçıya məxsus 17 oktyabr 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasında iddiaçının Azərbaycan Respublikası Kinoprokat Kontorunda xx.xx.1979-xx.xx.1979-cu ilədək və xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək olan əmək fəaliyyəti dövrü qeyd olunmuşdur. İddiaçıya məxsus 14 avqust 1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasında iddiaçının Leyt. Şmidt adına maşınqayırma zavodunda (sonradan “Bakı-X9” TASC) xx.xx.1979-cu il- xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən- xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi qeyd olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Bakı-X9” TASC-nin xx.xx.2016-cı il tarixli kş/10-57 nömrəli izahlı arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər ödənişsiz məzuniyyətlərdə olmuşdur. Həmçinin, dövlət arxivindən əldə edilmiş Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1998-ci il daxil olmaqla əmək haqqı aldığı, 1999-2004-cü illər ərzində əmək haqqı almadığı müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır. Məhkəmə kollegiyası iddiaçının “Azərkinovideo” İB-də işlədiyi dövrün bir hissəsi Leyt. Şmidt adına maşınqayırma zavodunda işlədiyi dövrlə üst-üstə düşdüyündən üst-üstə düşən həmin dövrlərdən birini, eyni zamanda üst-üstə düşməyən hissəni ümumi əmək stajına aid edilən iş stajı dövrü kimi qəbul edir. Eyni zamanda ödənişsiz məzuniyyətdə olduğu dövrü iddiaçının pensiya təyinatına əsas verən sığorta stajına hesablamır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının xx.xx.2006cı il tarixədək pensiya təyinatına əsas verən sığorta stajı hərbi xidmət dövrü xx.xx.1979xx.xx.1981-ci il, Azərbaycan Respublikası Kinoprokat Kontorunda xx.xx.1979-xx.xx.1979cu ilədək və xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək, Azərbaycan Respublikası Kinoprokat Kontorunda işlədiyi dövrlə üst-üstə düşməyən Leyt. Şmidt adına maşınqayırma zavodunda xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək, Nərimanov rayon X10 115 saylı qazanxanasında xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2005-ci illərdə işlədiyi dövr nəzərə alınmaqla, ümumilikdə iş stajı 20 il 01 ay 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən sonra isə iddiaçının fərdi hesabına məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrü birinci instansiya məhkəməsi iddiaçının sığorta stajına daxil etmişdir. Bu zaman iddiaçının sığorta stajı 2007-ci ilin sentyabr-dekabr, 2008-ci ilin yanvar-dekabr, 2009-cu ilin yanvar-iyun və sentyabr-dekabr, 2010-cu ilin yanvar-dekabr, 2011-ci ilin mart-dekabr, 2007-ci ilin fevral-dekabr, 2009-cu ilin yanvar, 2008-ci ilin yanvaraprel və noyabr-dekabr, 2009-cu ilin yanvar-aprel və noyabr-dekabr, 2010-cu ilin yanvaraprel, 2013-cü ilin yanvar-aprel, 2015ci ilin yanvar-aprel, 2012-2020-ci illərin, 2021-ci ilin yanvar-sentyabr ayları üçün məcburi dövlət sığorta haqları ödənildiyi dövr nəzərə alınmaqla, ümumilikdə xx.xx.2022-ci il tarixə tələb olunan 25 ildən çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşdə olan "xxxx" ASC “Bakı-X9” TASC-nin xx.xx.2016-cı il tarixli kş/10-57 nömrəli izahlı arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər ödənişsiz məzuniyyətlərdə olmuşdur. Həmçinin, dövlət arxivindən əldə edilmiş Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1998-ci il daxil olmaqla əmək haqqı aldığı, 1999-2004-cü illər ərzində əmək haqqı almadığı müəyyən olunmuşdur. Birinci insansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli 3-48-DA/2-00651/2023 nömrəli məktubu ilə göndərilmiş sənədə əsasən İddiaçı “L.Şmidt adına maşınqayırma zavoduna xx.xx.1979-cu il tarixli, 219/k №-li əmri ilə xx.xx.1979-cu il tarixdən işə qəbul olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin 18 sentyabr 2023-cü il tarixli 3-48-DA/2-01863/2023 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışına əsasən Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı dekabr 1981-1985, 1987-1989, yanvar-oktyabr, dekabr 1990-cı ildə əmək haqqı almışdır. 1986-cı illərə dair əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə verilməyib. Digər məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-117592/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən 2007-ci ilin sentyabr-dekabr, 2008-ci ilin yanvar-dekabr, 2009-cu ilin yanvar-iyun və sentyabr-dekabr, 2010-cu ilin yanvar-dekabr, 2011-ci ilin mart-dekabr ayları üçün ödənişlər edilmişdir. "xxxx" ASC tərəfindən 2007-ci ilin fevral-dekabr, 2009-cu ilin yanvar, 2008-ci ilin yanvar-aprel və noyabr-dekabr, 2009-cu ilin yanvar-aprel və noyabr-dekabr, 2010-cu ilin yanvar-aprel, 2013-cü ilin yanvar-aprel, 2015ci ilin yanvar-aprel ayları üçün ödənişlər edilmişdir. "xxxx" MMC tərəfindən 2012-2020-ci illərin, 2021-ci ilin yanvar-sentyabr ayları üçün ödənişlər edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı ilə “Azərkinovideo” İstehsalat Birliyi ləğv edildiyindən iddiaçının işləmiş olduğu vəzifələrlə bağlı həmin müəssisədən güzəştli arayışın əldə edilməsi işin birinci instansiya məhkəməsində icraatı zamanı mümkün olmamışdır. Bununla bağlı oxşar müəssisə olaraq “Azərbaycan Film”ə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq həmin müəssisənin göndərdiyi xx.xx.2023-cü il tarixli, 01/2-54 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı işlədiyi mətbəədə “əl üsulu ilə yığıcı” və mətbəənin “sahə ustası” vəzifələrinin əmək funksiyalarının nədən ibarət olması, bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ii tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşəiərin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulan hansı peşəyə uyğun gəlməsi haqqında məlumatın verilməsinə dair 15 may 2023-cü il tarixli 2-1 (112)-1505/2023 saylı sorğuya C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baxılmışdır. Qeyd olunanlarla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda (XXV. Poliqrafiya, kinosurət istehsalı - ********) bölməsində əl ilə yığıcılar peşəsi 2270000a14792 kodu ilə təsbit edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının cavabdeh qurum tərəfindən mübahisələndirildiyini nəzərə alaraq bu sahədə yenidən araşdırma aparmış və mübahisəli məqamlarla bağlı yenidən müvafiq müəssisəyə sorğu vermişdir. Həmin sorğuya cavab olaraq "Azərbaycanfilm" kinostudiyası tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 01/2-35 nömrəli cavab məktubunda bildirmişdir ki, hal-hazırda C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ştat vahidində "əl ilə yığıcı" və "mətbəənin sahə ustası" peşələri mövcud deyildir. Bu peşələrdən "əl ilə yığıcı" peşəsi 1990-cı ilin əvvəllərinə qədər mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-ii Siyahısı”nda (XXV. Poliqrafiya, kinosurət istehsalı - ********) bölməsində "əl ilə yığıcılar’’ peşəsi 2270000a-14792 kodu ilə təsbit edilmişdir. Məhkəmə kollegiyası iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və oxşar müəssisənin təqdim etdiyi güzəştli arayışı nəzərə alaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Kinoprokat Kontoru Mətbəəsində xx.xx.1979- xx.xx.1979-cu ilədək və xx.xx.1981-xx.xx.1985-ci ildə əl ilə yığıcı, xx.xx.1985-xx.xx.1989-cu ilədək mətbəənin sahə ustası, “Azərkinovideo” İstehsalat Birliyində xx.xx.1989-xx.xx.1991-ci ilədək, “Azərkinovideo” İstehsalat Birliyinin “Şüa” kooperativində xx.xx.1991- xx.xx.1994-cü ilədək əl ilə yığıcı vəzifələri güzəştli pensiya təyinatına əsas verən vəzifə kimi qəbul edildiyindən, iddiaçının cəmi güzəştli iş stajının 12 il 07 ay 21 gün təşkil etməsi müəyyən olunur. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Cavabdeh isə iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmasını nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1505/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1306/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1306/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver