Məhkəmə qərarları › İş №2-1(103)-1306/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1306/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1306/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçot siyahısına alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11980/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin mənzil uçot siyahısına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə əirzə ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin (həyat yoldaşı X8, qızı X9, oğlu X13) mənzil uçot siyahısına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı birinci Qarabağ müharibəsində iştirak etmişdir. Gedən döyüşlərdə aldığı yaralar sağlamlığına ciddi zərər vurmuş və nəticədə orqanizmi müəyyən faiz öz funksiyasını itirmişdir, üçüncü dərəcəli əlildir. İddiaçı müharibə veteranı statusuna malikdir və ona 2000-ci ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Onun ailəsi 4 nəfərdən ibarətdir və onların saxlanılması onun üzərinə düşür. Hazırda iddiaçı, arvadı, oğlu və qızı Binəqədi rayonu ərazisində yerləşən kiçik sahəsi olan mənzildə yaşayırlar. Onun mənzili artıq yaşanılacaq halda deyil. Hazırda aldığı əmək haqqı məbləği isə nəinki mənzili təmir etməyinə, gündəlik xərclərinə belə kifayət etmir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə güzəştli əsaslarla Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili kimi mənzil növbəsi götürülməyinə köməklik göstərməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmadan imtinanın əsasları dəqiq göstərilmişdir. Bu səbəbdən qanunvericilikdə göstərilməyən qadağanın cavabdeh dövlət orqanı tərəfindən tətbiq edilməsi yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-11980/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və onun ailə üzvləri ilə birlikdə (həyat yoldaşı X8, qızı X9, oğlu X13) mənzil uçot siyahısına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti qanunvericiliyin tələblərinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə razılaşmır. İddiaçı xx.xx.2024-cü il tarixli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil sahəsi ilə təmin olmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, qeydiyyatda olaraq yaşadığı ünvanda adambaşına düşən yaşayış sahəsi 9 kv.m-dən artıqdır. Bu səbəbdən də müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, “iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. Eyni zamanda həmin evə iddiaçı və ailə üzvlərindən başqa digər şəxslər də qeydiyyatdadırlar. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı daşınmaz əmlak yoxdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir”. İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvanda adambaşına düşən yaşayış sahəsi 9 kv.mdən artıqdır. Hal-hazırda yaşayış sahəsinə ehtiyacı olanların mənzil növbəsinə götürülməsi üçün uçot normaları haqqında qaydalar müəyyənləşdirilmədiyindən yeni Mənzil Məcəlləsi qəbul edilənədək tətbiq edilən uçot norması (9 kv.m.) əsas götürülür. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Sizin mənzil sahəsi ilə təmin olıınmağınıza köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda yaşayış sahəsinə ehtiyacı olanların mənzil növbəsinə götürülməsi üçün uçot normaları haqqında qaydalar miiəyyənləşdirilmədiyindən yeni Mənzil Məcəlləsi qəbul edilənədək tətbiq edilən uçot norması (9 kv.ın.) əsas götürülür. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, qeydiyyatda olaraq yaşadığınız ünvanda adambaşına düşən yaşayış sahəsi 9 kv.m-dən artıqdır. Bıı səbəbdən də, müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün deyildir. Gələcəkdə müvafiq qaydalar qəbul edildikdən sonra müraciətiniz əsasında məsələyə yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlildir (əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik). İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 023155 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X11 Gülnarə Zəfər qızı ilə xx.xx.2001-ci ildə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 643332 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X4r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Leyla nikah evi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 367716 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası X4r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, X7, X1, X2 adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, İddiaçı, X2, X1, X7 xx.xx.2025-ci il tarixli müraciətlərinə baxılaraq onların adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktublarına əsasən hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı, X5, X6, X10 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 28 fevral 2024-cü il tarixli arayışına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında İddiaçı, X8, X9, X7 mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 01 mart 2024-cü il tarixli arayışına əsasən İddiaçı, X8, X9, X7 adına Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı, X8, X9, X7 adına X3 ərazi hüdudları daxilində torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı, X8, X9, X7 adına M.Ə.Rəsulzadə Bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən İddiaçı Nazirlik tərəfindən mənzillə təmin olunmağı ilə bağlı məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlildir. İddiaçı onun üçüncü qrup Qarabağ müharibəsi əlili kimi ailə tərkibi (özü, arvadı və iki övladı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotun aparılması qaydalarının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməməsi vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmasından imtina üçün əsas ola bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. Eyni zamanda həmin evə iddiaçı və ailə üzvlərindən başqa digər şəxslər də qeydiyyatdadırlar. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı daşınmaz əmlak yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Bu səbəbdən də cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11980/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar