Məhkəmə qərarları › İş №2-1(103)-1307/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1307/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1307/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3761/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasınm 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 12 sentyabr 2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətindən görünür ki, 12 dekabr 1979-cu il tarixdən 20 oktyabr 1980-ci il tarixinədək (10 ay 8 gün)“Olefın” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda nəzarət- ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər peşəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N-li siyahısı üzrə kod: ******* a-18494) işləmiş, 15 oktyabr 1980-ci il tarixdən 17 dekabr 1982-ci il tarixinədək (2 il 2 ay 2 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 03 fevral 1983-cü il tarixdən 17 fevral 1986-cı il tarixinədək (3 il 14 gün) “Olefın” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda nəzarət-ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N- li siyahısı üzrə kod: ******* a-18494), 17 fevral 1986-cı il tarixdən 23 noyabr 1987-ci il tarixinədək (1 il 9 ay 6 gün) həmin institutun inşat sexində yükləyici, 23 noyabr 1987-ci il tarixdən 01 iyul 1991ci il tarixinədək (3 il 7 ay 8 gün) həmin idarədə propilen oksidi və stirol istehsalı sexində təmirçi çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N- li siyahısı üzrə kod: 2110A010), 01 iyul 1991-ci il tarixdən 01 aprel 1993cü il tarixinədək (1il 9ay) həmin institutun nəzdində yaradılmış "xxxx" KM-də texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, (2 N-li siyahısı üzrə kod: 2130301a- 18547), 01 aprel 1993-cü il tarixindən 12 may 1993-cü il tarixinədək (1 ay 11 gün) “Olefın” AzETİ-da 3 saylı sexdə təmirçi-çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N-li siyahısı üzrə kod: ******* a18559), 13 may 1993-cü il tarixdən 29 aprel 2015-ci il tarixinədək (21 il 11 ay 16 gün) “Azərneftyağ” X3 əmtəə operatoru (əmtəə əməliyyatçısı) peşəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N-li siyahısı üzrə kod: ******* a-16085) işləmiş və 11 avqust 2015-ci il tarixdən bu günə kimi Heydər Əliyev adına X6 əmtəə operatoru vəzifəsində işləyir. Beləliklə, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 25 il 9 ay 26 gün təşkil etmiş ( 25 ildən artıq), həmin staj illərindən 21 il 10 ay 29 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 N-li əlavə, 2 N-li siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 12 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. İddiaçı pensiya almaq hüququ yarandığı 12 sentyabr 2019-cu il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3761/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 oktyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1991-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Onun adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü iddiaçının ümumi iş stajı daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 gün) təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir. O, 57 yaşının tamam olduğu 12 sentyabr 2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 oktyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1991xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Onun adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü iddiaçının ümumi iş stajı daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 gün) təşkil edir. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr iddiaçının ümumi iş stajına hesablanmasa da belə, iddiaçı xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi iş stajına malikdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajına mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, iş materiallarında olan SOCAR “Heydər Əliyev adına X9”nun xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir: “ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04- 000135 saylı əmrinə əsasən “Azərneftyağ” X7 xx.xx.2015-ci il tarixindən Heydər Əliyev adına Bakı X9na qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli Təhvil aktına əsasən “Azərneftyağ" X9 işəgötürəninin öhdəlikləri Heydər Əliyev adına Bakı X7 direktoruna verilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Azərneftyağ" X6, xx.xx.2015-ci il tarixindən hal-hazıradək Heydər Əliyev adına X6 işləyir. xx.xx.1993-cü il tarixindən (işə qəbul barədə 104/şh saylı xx.xx.1993-cü il tarixli əmr) xx.xx.2015-ci il tarixinədək “Azərneftyağ” NEZ-in 19 N-li sexində (təmizləmə istehsalatı) 29 N-li qurğuda, texnoloji qurğu əməliyyatçısı, 51 N-li sexin (neft məhsullarının qəbulu və göndərilməsi) 18 N-li estakadasında, yeni çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək bitum üzrə 21 və 20 N-li (texnoloji) sahələrin əmtəə bölməsində əmtəə operatoru peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10.5. bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 27 il 02 ay 29 gün təşkil edir.” İş materiallarında olan SOCAR-ın “Heydər Əliyev adına X9”nun arayışında göstərilmişdir ki, İddiaçı köhnə “Azəmeftyağ” NEZ-in 3 saylı texnoloji sahəsinin əmtəə bölməsində Əmtəə əməliyyatçısı peşəsində işləmişdir. “Azərneftyağ" NEZ-in fəhlələrinin ştat cədvəlində bütün adlardan və ixtisaslardan olan peşələrin adlarının Vahid X1 (VTİSK) uyğun olaraq düzgün adlandırılması məqsədilə 2007-ci ildən etibarən “əmtəə əməliyyatçısı” peşəsi “əmtəə operatoru” adlandırılmışdır. Hal-hazırda İddiaçı Heydər Əliyev adına X7 20 saylı texnoloji sahəsinin əmtəə bölməsində “əmtəə operatoru” peşəsində işləməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “əmtəə operatorları” (kod 2130301a—16085) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “əmtəə operatorları” nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş güzəştli arayışlarla öz təsdiqini tapmışdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçinin ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçı 12 dekabr 1979cu il tarixdən 20 oktyabr 1980-ci il tarixinədək (10 ay 3 gün) “Olefın” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda nəzarət- ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər peşəsində, 03 fevral 1983-cü il tarixdən 01 iyul 1991-ci il tarixinədək (8 il 4 ay 28 gün) “Olefın” Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda nəzarət- ölçü cihazları və avtomatika şöbəsində təmir üzrə çilingər, inşaat sexində yükləyici, propilen oksidi və stirol istehsalı sexində təmirçi-çilingər peşələrində, 01 aprel 1993-cü il tarixindən 12 may 1993-cü il tarixinədək (1 ay 11 gün) “Olefın” AzETİ-da 3 saylı sexdə təmirçi-çilingər, 19 may 1993-cü il tarixdən 29 aprel 2015ci il tarixinədək (21 il 11 ay 10 gün) “Azərneftyağ” X3 əmtəə operatoru (əmtəə əməliyyatçısı) peşəsində işləmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş İddiaçı qeydiyyat kartasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan M/V seriyalı 034251 nömrəli Vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən Müharibə veteranı adı və vəsiqəsi verilmişdir. AR Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli 4/2-1098 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 1962-ci il təvəllüdlü sıravi İddiaçı N N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 322 №-li əmrilə 1 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 155 №-li əmrilə İddiaçı 2 MAT-dan 1 MAT-a keçirilmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən hərbi biletdəki və Müdafiə Nazirliyini arxiv arayişlarindan göründüyü kimi, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə, fasiləsiz əmək stajına daxildir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68ci maddəsinə əsasən (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyası) döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—ikiqat ölçüdə pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının əmək kitabçasına əsasən iş stajı, hərbi xidmət dövrü, eyni zamanda AR ərazi bütövlüyü uğrunda döyüşdüyü dövrlər nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıq təşkil edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin (eyni zamanda imtinasının) dəlili olan iddiaçının xx.xx.1991-xx.xx.1993-cü il tarixləri "xxxx" MMC-də işlədiyi dövrün onun ümumi iş stajı daxil edilməsinin mümkün olmaması ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr hesablanmasa belə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq təşkil edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3761/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar