Məhkəmə qərarları › İş №2-1(103)-1307/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1307/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1307/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X4rşı “bakalavr diplomunun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X25 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X13 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “bakalavr diplomunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən verilmiş B19 019990 nömrəli xx.xx.2019-cu il tarixli Bakalavr diplomuna və ******* nömrəli diploma əlavəyə əsasən, iddiaçı X10 “yanğın təhlükəsizliyi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin arayışından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMCnin Torpaq və geobotaniki tədqiqatlar şöbəsinin Geobotaniki tədqiqatlar sektoruna 10-cu dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Sənədlərlə iş və arxiv şöbəsinə 4-cü dərəcəli arxivçi peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Torpaq kadastrı şöbəsinə 3-cü dərəcəli kargüzar peşəsinə işə qəbul olunmuş və hal-hazırda həmin peşədə çalışır. İddiaçı bakalavr diplomunun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə ona xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsi ilə əlavədə qeyd olunan məlumat verilmişdir. Həmin məlumatda göstərilmişdir ki, Ukrayna Dövlət Mülki Müdafiə Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Hazırda İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən verilmiş B19 019990 saylı xx.xx.2019-cu il tarixli bakalavr diplomunun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” fakültəsinə qiyabi əsaslarla 2015-ci ildə daxil olmuş və 2019-cu ildə həmin təhsil müəssisəsini bitirməsinə dair B19 019990 nömrəli diplom verilmişdir. Diploma əlavədən görünür ki, İddiaçı təhsil illəri ərzində dərslərdə vaxtlıvaxtında iştirak etmiş, imtahanları müvəffəqiyyətlə keçmiş, kurs işlərini tərtib edərək müdafiə etmişdir. İddiaçı tərəfindən 24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunaraq ona Ukrayna Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş B19 seriyalı 019990 saylı 24 may 2019-cu il tarixli diplomun tanınması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2020ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2014/2015-ci tədris ili üzrə - 10 gün, 2015/2016-cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris ili üzrə -7 gün, 2017/2018 tədris ili üzrə - 27 gün, 2018/2019-cu tədris ili üzrə - 22 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2.Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.3.İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1.auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3.təcrübələrdə iştirak etməsi; 3.2.7.4.laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5.kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6.imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7.buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2.məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3.tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; 3.2.9.oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Ukrayna Dövlət Milli Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş B 19 №019990 nömrəli xx.xx.2019-cu il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X6 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: 1-ci il-10 gün, 2-ci il-9 gün, 3-cü il-7 gün, 4-cü il-27 gün və 5-ci il-22 gün. Qeyd olunanlara əsasən aydın olmuşdur ki, iddiaçının xarici ali təhsil aldığı ölkədə olduğu müddət Qaydaların 4.1.4-cü bəndində əks olunmuş tələbə uyğun deyildir və qəbul olunmuş yeni normativ-hüquqi akt onun vəziyyətinə nisbətdə yaxşılaşdırıcı halları özündə ehtiva etmir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci ildir. Həmin imtina məktubunun (qərarın) iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş B19 019990 saylı xx.xx.2019-cu il tarixli bakalavr diplomunun tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək kitabçasına əsasən təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) xx.xx.2013xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmasına və Ukrayna Dövlət Milli Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etməsinə, iddiaçının təhsilini başa vurduqdan 22 ay sonra öz arzusu ilə xidmətdən azad olunmasına, təhsil aldığı dövrdə və ondan sonra ixtisası üzrə işlədiyi Nazirlik tərəfindən xidmətə uyğun hesab edilməməsi halının iş materiallarına əsasən müəyyən edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin proqramın 8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. Həmin proqramın 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Həmin proqramın 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Həmin proqramın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023cü il tarixli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinə əsasən ərizəçinin müraciətinə bu Qaydaların 2.4cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olubolmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İş materiallarında olan Təhsildə Keyfiyyət və X1 tanınması departamentinin Kvalifikasiyaların tanınması şöbəsinin X24 Mülki Müdafiə Universitetində “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı tədris yükünün yerinə yetirilməsi haqqında 18 noyabr 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, X28 Mülki Müdafiə Universiteti tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli diplom əlavəsinin İV hissəsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. X28 Mülki Müdafiə Universiteti tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli diplom əlavəsinin İİİ hissəsinin 2-ci bəndi və Vİ hissəsinin 1-ci bəndinə əsasən ərizəçinin təhsil müddətinin 4 il 4 ay olmaqla 2014/2015-ci nin İİ yarımilini, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illərini əhatə etməsi müəyyən edilir. Sözügedən sənədin İV hissəsinin 3-cü bəndindən müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kreditindən ibarətdir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri- İ il-10 gün , İİ il-9 gün, İİİ il - 7 gün, İV il-27 gün, V il- 22 gün olmuşdur. Birinci instansiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı adına Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixl, B19 seriyalı, 019990 nömrəli bakalavr diplomunun ekvivalentliyinin müəyyən olunması məqsədi ilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı Ukrayna Dövlət Mülki Müdafiə Universiteti tərəfindən “yanğın təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsinə dair verilmiş 24 may 2019-cu il tarixli B19 seriyalı, 019990 nömrəli diplomum üzrə alınan ixtisasın tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxıldığı bildirilmişdir. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Giriş-çıxış və qeydiyyat” X2 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışa əsasən İddiaçı 2014/2015-ci tədris ili üzrə - 10 gün, 2015/2016-cı tədris ili üzrə - 9 gün, 2016/2017-ci tədris ili üzrə -7 gün, 2017/2018 tədris ili üzrə - 27 gün, 2018/2019-cu tədris ili üzrə - 22 gün təhsil aldığı ölkə Ukraynada olmuşdur. Ukrayna Milli Mülki Mühafizə Universitetinin çağırış arayışlarına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi barədə 0081/e nömrəli xx.xx.2015-ci il tarixli əmrinə əsasən iddiaçıya Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin may ayının 11-dən 26-dək 16 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0022/e nömrəli xx.xx.2016-cı il tarixli və 0376/e nömrəli xx.xx.2016-cı il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin fevral ayının 15-dən 29-dək 15 təqvim günü və 2016-cı ilin oktyabr ayının 24-dən noyabr ayının 11-dək 19 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0037/e nömrəli, xx.xx.2017-ci il tarixli və 0401/e xx.xx.2017-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3- cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2017-ci ilin mart ayının 13-dən aprel ayının 01-dək və 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 18-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0084/e nömrəli xx.xx.2018-ci il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2018-ci ilin aprel ayının 9-dan 28-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0036/e nömrəli, xx.xx.2019-cu il tarixli və 0146/e nömrəli xx.xx.2019-cu il tarixli əmrlərə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2019-cu ilin may ayının 13-dən 24-dək 12 təqvim günü müddətində ödənişli təhsil məzuniyyətləri verilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 28 aprel 2015-ci l tarixli 0081/e nömrəli əmrinə əsasən Ukrayna Mülki Mühafizə Universitetinin imtahan sessiyalarında iştirak etmək məqsədi ilə İddiaçı ilə yanaşı ödənişli təhsil məzuniyyəti verilən daxili xidmət sıravisi X26, daxili xidmət çavuşu X19, daxili xidmət kiçik çavuşu X14, daxili xidmət sıravisi X11, daxili xidmət kiçik çavuşu X16, daxili xidmət sıravisi X7, daxili xidmət kiçik çavuşu X21, daxili xidmət çavuşu X22, daxili xidmət kiçik çavuşu X31, daxili xidmət baş çavuşu X27 və daxili xidmət çavuşu X12 xarici dövlətlərdə əldə etdikləri ali təhsilə aid ixtisaslarının ölkə ərazisində tanınması ilə bağlı müraciətləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi barədə 0431/e nömrəli xx.xx.2014-cü il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin yanvar ayının 12dən 25-dək 14 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0022/e nömrəli xx.xx.2015-ci il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin fevral ayının 15dən 29-dək 15 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0081/e nömrəli xx.xx.2015-ci il tarixli və 0348/ nömrəli xx.xx.2015-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 1-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2015-ci ilin may ayının 11-dən 26-dək 16 təqvim günü və oktyabr ayıın 28dən noyabr ayının 11-dək 15 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0376/e nömrəli xx.xx.2016-cı il tarixli əmrinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etməsi üçün 2016-cı ilin oktyabr ayının 24-dən noyabr ayının 11-dək 19 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0037/e nömrəli, xx.xx.2017-ci il tarixli və 0401/e xx.xx.2017-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3- cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2017-ci ilin mart ayının 13-dən aprel ayının 01dək və 2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 18-dək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0084/e nömrəli xx.xx.2018-ci il tarixli və 0370/e xx.xx.2018-ci il tarixli əmrlərinə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında iştirak etməsi üçün 2018-ci ilin aprel ayının 9dan 28-dək 20 təqvim günü və 2018-ci ilin sentyabr ayının 18-dən oktyabrın 3-dək 16 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti, 0146/e nömrəli xx.xx.2019-cu il tarixli əmrlərə əsasən Ukrayna Milli Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-c kurs imtahan sessiyasında iştirak etməsi üçün 2019-cu ilin may ayının 13-dən 24-dək 12 təqvim günü müddətində ödənişli təhsil məzuniyyətləri verilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş X30 Hallar Xidməti Ukrayna Milli Mülki Müdafiə Universitetinin 8801-1482/8829 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ukrayna Milli Mülki Müdafiə Universitetində qiyabi təhsil forması üzrə təhsil prosesi "Ali təhsil barədə" "Ukrayna Qanununa, "Məzuniyyətlər barədə" Ukrayna Qanununa, Ukrayna Milli Mülki Müdafiə Universitetində təhsil prosesinin təşkili barədə müddəalara, müvafiq tədris proqramlarına və tədris planına əsasən həyata keçirilir. Tələbələr universitetə gəldikdə istiqamətverici məşğələləri və məqbul-imtahan sessiyasını aparmaq üçün təhsil prosesinin planlaşdırılması xx.xx.2000-ci il tarixli 2073-111 saylı "Məzuniyyətlər barədə" Ukrayna Qanununun tələblərinə əsasən həyata keçirilir: istiqamətverici məşğələlərin aparılması, laborator işlərinin yerinə yetirilməsi, məqbul və imtahanların verilməsi dövrü üçün: birinci və ikinci kurslarda - 30 təqvim günü; üçüncü və növbəti kurslarda - 40 təqvim günü. Yekun attestasiyadan keçməsi dövrü üçün - 30 təqvim günü. X3 Milli Mülki Müdafiə Universitetində xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək təhsil almışdır. Təhsil aldığı müddət ərzində planlaşdırılmış bütün istiqamətverici məşğələlərdə və sessiyalarda iştirak etmişdir. Təhsil prosesinin qrafiklərinə əsasən onun universitetdə olduğu bütün günlər qeydiyyata alınmışdır. X15 təhsil proqramını tam həcmdə yerinə yetirmiş, attestasiyanı müvəffəqiyyətlə vermiş, 6.170203 "Yanğın təhlükəsizliyi" ixtisası üzrə "Bakalavr" ali təhsil dərəcəsini və müvafiq diplom əldə etmişdir. Göründüyü kimi, iddiaçının təhsil aldığı müddət onun təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələ olmaqla yanaşı, təhsilin onun tərəfindən mənimsənilməsi üçün həmin müddətin yetərli olduğu təhsil aldığı müəssisə tərəfindən təsdiq olunmuş və ona bu barədə müvafiq dövlət nümunəli diplom verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)- 2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diplomda qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddiaya dair etirazla eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1832/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməsən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1832/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar