Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1307/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümyəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12712/2023 saylı 07 noyabr 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 16 000,00 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, əmtəəsiz aməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 80000 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün 16 000,00 manat kənarlaşma yaranmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardan narazı qalaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli **********941000 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC qeydiyyatda olan vergi orqanına 20 aprel 2023-cü il tarixdə təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli Qərarla 16 000,00 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərarın məzmununda göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 80000,00 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Sözügedən qərardan görünür ki, cavabdeh vergi orqanı iddiaçının 2022-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində 80 000,00 manat məbləğində əməliyyatları riskli hesab edərək xərclər hissəsində nəzərə almamış və həmin məbləğə 20% mənfəət vergisi tətbiq edərək 16 000,00 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır. Nəzərə alınmayan 80 000,00 manat xərcin vergi ödəyicilər ilə iddiaçı arasında aparılan müxtəlif əməliyyatlardan ibarət olmuşdur ki, cavabdeh vergi orqanı da əsassız və qanunuz olaraq həmin əməliyyatları riskli hesab etmiş və bu səbəbdən də həmin xərcləri nəzərə almamışdır. Bununla da, iddiaçıya bu xərclərin nəzərə almamasına görə 16 000,00 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Qeyd edilən xərcinin nəzərə alınmamasına görə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamanın nəticəsi üzrə qəbul etdiyi qərar ətraflı əsaslandırılmamış, ümumilikdə külli miqdarda xərc məbləğinin nəzərə alınmaması göstərilsə də, onun açıqlanması, yəni hansı əməliyyatlar və hansı vergi ödəyicilər ilə əlaqədar olduğu qeyd edilməmiş, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin qeyd edilməsi ilə kifayətlənmişdir. İddiaçı 80 000,00 manat dəyərində əməliyyatların konkret olaraq cavabdehin iddia etdiyi kimi riskli olması barədə məlumatı olmasa da, bundan əvvəl iddiaçıya bəzi aylar üzrə təqdim edilmiş uyğunsuzluq məktublarından hesab edirik ki, cavabdehin etimal etdiyi həmin riskli əməliyyatlar aşağıdakılardı: 1. "xxxx" MMC üzrə - 50 000,00 manat; 2. "xxxx" MMC üzrə - 30 000,00 manat. İddiaçı 13 oktyabr 2021-ci il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti “Elektrik mühərriklərinin, generatorlarının və transformatorlarının təmiri”ndən ibarət olmuşdur. 1. "xxxx" MMC üzrə iddiaçı 15 dekabr 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 13 yanvar 2022-ci il tarixli EBBP seriyalı 552754 nömrəli elektron vergi qaimə-faktura əsasında 50 000,00 manat məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən etaxes.gov.azdan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 13 yanvar 2022-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı mənfəət vergi bəyannaməsinin xərclər hissəsində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 10 mart 2022-ci il tarixli **********168300 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 13 yanvar 2022-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 10 mart 2022-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə faktura və ödənişləri təsdiq edən ödəniş tapşırığı mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. 2. "xxxx" MMC üzrə iddiaçı 1 fevral 2022-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 16 fevral 2022-ci il tarixli EBBR seriyalı 366150 nömrəli elektron vergi qaimə faktura əsasında 30 000,00 manat məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyat riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyat apardığı 16 fevral 2022-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatİ riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı mənfəət vergi bəyannaməsinin xərclər hissəsində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 5 aprel 2022-ci il tarixli **********026800 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahısından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 16 fevral 2022-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 5 aprel 2022-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatın baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırığı mövcuddur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əsassız və qanunsuz vergi məbləğinin hesablanmasını sübut etmək üçün həmin müəssisələrin hansı tarixdən sonra riskli vergi ödəyicisi hesab edilməsini müəyyən etmək kifayətdir. Başqa sözlə desək, əgər müəssisələr riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirsə, bununla bağlı cavabdeh vergi orqanı müvafiq qərar qəbul etməlidir. Məhz qeyd olunan qərarın tarixindən sonra isə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir və həmin vergi ödəyicisi ilə hər hansı əməliyyat aparıldığı zaman bununla bağlı həmin vergi ödəyicisinin riskli olmasına dair müvafiq xəbəredici bildirişlər əks olunur. Bundan başqa, əgər cavabdeh vergi orqanı iddiaçının adları göstərilən müəssisələrdən malların alışını qəbul etmirsə, deməli iddiaçının həmin il üzrə bəyan etdiyi dövriyyəni də qəbul etməli deyil. Çünki əgər iddiaçı mallar almamışdırsa, deməli təmir işlərin görülməsi də mümkün ola bilməz. Həmçimin, Vergi Məcəlləsinin 109.9-cu maddəsində imperativ qaydada göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdimedilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Sözügedən normanın məzmunundan görünür ki, vergi orqanı əgər əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsini əsas gətirərək vergi ödəyicisinin hər hansı gəlirdən çıxılan xərc sənədlərini qəbul etmirsə, belə olan təqdirdə həmin əməliyyat çərçivəsində əldə edilmiş malların dəyərini bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxmaldır. Halbuki, təəssüflər olsun ki, cavabdeh vergi orqanı hətta qeyd edilən normanı düzgün tətbiq etməmiş, ümumilikdə əmtəəsiz (riskli) hesab etdiyi əməliyyatın bütün dəyərini iddiaçının gəlirdən çıxılan xərclər hissəsində nəzərə almamış və nəticə etibarı ilə həmin nəzərə almadığı əməliyyat həcminə 20% mənfəət vergisi tətbiq etməklə əlavə vergilər hesablamışdır. İddiaçı qeyd olunanlara əsasən idda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aparılmış 50.000,00 manat (EQF seriya EBBR, № 552754; xx.xx.2022) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aparılmış 30.000,00 manat məbləğində (EQF seriya EBBR, № 366150; xx.xx.2022) qarşılıqlı əməliyyatlar üzrə alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********039900 nömrəli məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən dəqiqləşdirilmiş bəyannamə, izahat və ya təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 16.000,00 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********941000 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçının “"xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə apardığı əməliyyatlar zamanı həmin vergi ödəyicilərinin riskli olmadıqları və riskli vergi ödəyicisi olmaları barədə qərarların əməliyyatlar aparıldıqdan sonra qəbul edildiyi səbəbindən tərəflər arasında aparılan əməliyyatla şübhə altına alına bilməz” dəlilinə münasibətdə, hazırkı mübahisə üzrə əməliyyatlar aparılan şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın tarixinə həmin əməliyyatların əmtəəsiz hesab edilməsinə heç bir təsiri yoxdur. Əksinə həmin əmtəəsiz əməliyyatlar nəticəsində vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərarlar qəbul edilir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat hesab edilərək, "xxxx" MMC-nin riskli vergi ödəyici olması barədə xx.xx.2022-ci il tarixli **********168300 nömrəli və "xxxx" MMC-nin isə riskli vergi ödəyici olması barədə xx.xx.2022-ci il tarixli **********026800 nömrəli qərarlar qəbul edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12712/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********941000 saylı 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, vergi nəzarəti qaydasında vergi orqanında aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən "xxxx" MMC (VÖEN **********) ilə aparılmış 50.000,00 manat (EQF seriya EBBR, № 552754; xx.xx.2022) və "xxxx" MMC (VÖEN **********) ilə aparılmış 30.000,00 manat məbləğində (EQF seriya EBBR, № 366150; xx.xx.2022) qarşılıqlı əməliyyatlar üzrə alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********039900 nömrəli məktub göndərilmiş göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən dəqiqləşdirilmiş bəyannamə, izahat və ya təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 16.000,00 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********941000 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. GEN.SERVİZ LT” MMC-nin "xxxx" MMC və "xxxx" MMC ilə apardığı qarşılıqlı əməliyyatların riskli əməliyyat olmasına əsas verən hallar ilə bağlı aşağıdakılar qeyd olunur: "FLORCE 21” MMC tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 132,3 min. manat dəyərində qaimə fakturlar üzrə satışda “330 kva generatorun mühərriki, stupitsanın dişli çarxları yastığı və manjeti Hyundai R-210, yağ nasosu Hyundai R-170, əlcək xadimələr üçün, baraban əyləc PAZ və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə- faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi 4 ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "FLORCE 21” MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 442,3 min. manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda "Gəmi üçün boya antipas, Elektrik generatoru AKSA 485 kva (işlənmiş), gəmi üçün boya həlledici, baraban, şirəçəkən, qol saatı və s." qeyd olunduğu müəyyən edildiyi, lakin elektron qaimə-faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020- ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd olunur: “Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC, “FİNTAKS" MMCnin riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı "xxxx" MMC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. ” Qeyd olunanlarla bağlı bildirilir ki, riskli hesab edilən vergi ödəyicilərinin ("xxxx" MMC və “FİNTAKS" MMC) e-qaimə üzrə alışında və idxalında (təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı nəzərə alınmaqla) müəyyən edilməyən malların iddiaçı "xxxx" MMC-yə münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Riskli hesab edilən "xxxx" MMC-nin və “FİNTAKS" MMC-nin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı, e-qaimə üzrə alışında və idxalında olmayan, eyni zamanda təsdiqedici sənədlərlə alınmayan və fəaliyyət növünə uyğun olmayan malların "xxxx" MMC-yə təqdim edilməsi həmin müəssisələr arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olduğunu, eyni zamanda vergidən yayınma sxemi qurmaqla qarşılıqlı əməliyyatlar aparıldığını təsdiq edən əsas hallardan biridir. İddiaçı "xxxx" MMC-nin qarşılığlı əməliyyat apardığı “FİNTAKS" MMC-nin əsas fəaliyyət növünün “Penoplastın pərakəndə satışı” olmasına baxmayaraq, fəaliyyət növünə uyğun olmayan, alışında və idxalında olmayan (təsərrüfat subyektinin 5 (obyekt) qeydə alınmadığı nəzərə alınmaqla) malları yəni, 165 kva generator üçün alternator, idarəetmə kartı, blok yağ perfekti və antifiriz adlı malları təqdim etməsi həmin əməliyyatın əmtəəsiz olmasını sübut edən əsas hallardan biridir. Bundan əlavə, iddiaçı "xxxx" MMC-nin qarşılıqlı əməliyyat apardığı digər vergi ödəyicisi "xxxx" MMC-nin də alışında və idxalında olmayan (təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı nəzərə alınmaqla) malları yəni, 115 kva və 330 kva generator mühərriklərinin təqdim etməsi də həmin əməliyyatın əmtəəsiz olmasını sübut edən əsas hallardan biridir. Göründüyü kimi, məhkəmə qərar qəbul etməzdən əvvəl "xxxx" MMC-nin və “FİNRAKS" MMC-nin idxal və mal alışını müəyyən etməli, adları çəkilən qaimələrdəki malların mövcud olmadığını müəyyən etməli idi, lakin heç bir hüquqi əsas olmadan məhkəmə riskli vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarların tarixini əsas götürməklə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bununla da İPM-nin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərarında qeyd olunur: “Məhkəmə qeyd edir ki, iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-nin (VÖEN **********), “FİNRAKS" MMC-nin (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, “FİNTAKS" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.” Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni, "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1212/2023 nömrəli qərarı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirilir ki, kameral vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Vergi orqanının qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik prezumpsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə yaılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 80 000,00 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığını aşkar etmiş və bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və 2022-ci il üzrə 16 000,00 manat mənfəət vergisi hesablamışdır. Cavabehin mövqeyinə görə iddiaçı tərəfindən 2022-ci il ərzində bir sıra vergi ödəyicilərindən malların alınması barədə e-qaimə təqdim edilsə də, həmin qaimə fakturalarda qeyd olunan malların həmin müəssisələrin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin müəssisələrlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş, mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri ilə apardığı riskli hesab edilən əməliyyatlar aşağıdakılardan ibarət olmuşdur: 1. "xxxx" MMC "– 13 yanvar 2022-ci ildə 1 e-qaimə üzrə 50 000,00 manat; 2. "FİNTAKS” MMC – 16 fevral 2022-ci ildə 1 e-qaimə üzrə 30 000,00 manat. Tərəflərin təqdim etdikləri qərarlardan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci ildə və "xxxx" MMC-nin xx.xx.2022-ci ildə riskli vergi ödəyicisi olmaları barədə qərarlar qəbul edilmiş və müəssisələr riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin MMC-lər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bu halı inkar etməmişdir. Eyni zamanda, iddiaçının yuxarıda adları göstərilən müəssisələr ilə əməliyyat apardığı zamanı belə bir xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda etaxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixlərdə, həmin müəssisələr tərəfindən digər əməliiyatlarını riskli hesab edərək sonuncuları riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Bununla yanaşı, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əsassız və qanunsuz vergi məbləğinin hesablanmasını sübut etmək üçün həmin müəssisələrin hansı tarixdən sonra riskli vergi ödəyicisi hesab edilməsini müəyyən etmək kifayətdir. Əgər müəssisələr riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirsə, bununla bağlı cavabdeh vergi orqanı müvafiq qərar qəbul etməlidir. Məhz qeyd olunan qərarın tarixindən sonra isə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir və həmin vergi ödəyicisi ilə hər hansı əməliyyat aparıldığı zaman bununla bağlı həmin vergi ödəyicisinin riskli olmasına dair müvafiq xəbəredici bildirişlər əks olunur. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin, əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların iddiaçı tərəfindən digər müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların müvafiq bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olanda həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur. Vergi orqanı iddiaçının MMC-lərdən aldığı mallar məhsul istehsal edərək digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisinin hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı MMC-lər ilə apardığı əməliyyatlar üzrə 80 000,00 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilən apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: 1. Vergi orqanında aparılan araşdırmalar zamanı məhz adları yuxarıda qeyd edilən vergi ödəyicilərin iddiaçı ilə apardığı əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyicilər siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə məhkəməyə sübutlar təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə qərar qəbul etməzdən əvvəl "xxxx" MMC və "xxxx" MMC-nin malların alışı və idxalını, həmçinin təqdim etdiyi e-qaimələrdə olan malların mövcud olduğunu müəyyən etməli olsa da, bunu etməmişdir. Cavabdehin dəlilli ilə bağlı bildirili ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə əməliyyatlar apardığı müəssisələr məhz iddiaçı ilə əməliyyatlar apardığına görə riskli vergi ödəyicilər siyahısına daxil edildiyini göstərsə də, bunu təsdiq edəcək hər hansı sübuta istinad etməmiş, məhkəməyə təqdim etdiyi hansı sübutların mahiyyətini açıqlamamış, yalnız formal sözlərin qeyd edilməsi kifayətlənmişdir. Əgər cavabdeh qeyd edildiyi kimi olardısa, onda bütün müəssisələr məhz iddiaçıya görə riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirlərsə, belə olan halda iddiaçı da məhz həmin vergi ödəyicilər siyahısına daxil edilməli idi. Lakin hətta bu gündə yoxlanılsa, iddiaçı riskli vergi ödəyicilər siyahısına daxil edilməmişdir. Sual yaranır, necə olur ki, riskli əməliyyatların aparılmasında günahkar olan iddiaçı bu günədək riskli vergi ödəyicilər siyahısına daxil edilməmiş, lakin onunla əməliyyatlar aparan bütün müəssisələr həmin siyahıya daxil edilmişlər. Digər tərəfdən, adı çəkilən müəssisələrin riskli vergi ödəyicilər siyahısına daxil olması barədə qərarlara baxdıqda görmək olar ki, həmin qərarlarda məhz iddiaçı ilə əməliyyatlar apardığına görə qeyd edilməmiş, ümumi sözlərlə malların alışında və satışında uyğunsuzluqların olması və digər hallar göstərilmişdir. Bundan başqa, iddiaçı aldığı malları işlərin görülməsi çərçivəsində digər müəssisələrə satmış və cavabdeh vergi orqanı da iddiaçının hesabat üzrə bəyan etdiyi satış dövriyyələrini qəbul etmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçının mənfəət vergisi bəyannaməsində göstərdiyi dövriyyəni mübahisələndirməmiş və həmin məbləğlərə etiraz bildirməmişdir ki, bu da cavabdeh tərəfindən iddiaçının satış dövriyyəsinin qəbul edilməsinə bilavasitə dəlalət edir. Belə olan halda, isə iddiaçının satış dövriyyəsini qəbul etdiyi təqdirdə həmin satılan malların alışı ilə bağlı əməliyyatları hazırda inkar etmək və qəbul etməmək, həmin əməliyyatları əmtəəsiz və riskli kimi qiymətləndirmək heç bir qanuna və məntiqə sığmır və özü-özlüyündə əsassızdır. Həmçinin, qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının yuxarıda adı çəkilən müəssisələrlə apardığı əməliyyatların riskli və əmtəəsiz olmasını iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Başqa sözlə desək, iddiaçının apardığı əməliyyatların məhz kağız üzərində və heç bir mal almadan, yalnız görünüş və xərc sənədi əldə etmək üçün aparılmasını sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının iddia ərizəsindəki tələbinin dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır, əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Bundan başqa, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, cavabdeh vergi orqanı qərar qəbul etməzdən əvvəl iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq onun vəzifə borcu idi. Lakin cavabdeh vergi orqanı öz vəzifəsini layiqincə yerinə yetirməmişdir. Belə ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə edərək iddiaçının əməliyyat apardığı müəssisələrdə alqı-satqı əməliyyatı baş verərkən operativ vergi nəzarət tədbiri və yaxud səyyar vergi yoxlaması vasitəsi ilə vergi nəzarət tədbirləri aparıb həmin müəssisələr tərəfindən iddiaçıya satdığı malların həqiqətən alındığını və yaxud onlarda həmin malların mövcud olduğunu müəyyən edə bilərdi. Lakin cavabdeh vergi orqanı əməliyyatların etimallar əsasında riskli olmasını iddia etsə də, həmin halı sübut edəcək hər hansı tədbirlər görməmiş və buna dair heç bir təsdiqedici sübutlar əldə etməmişdir. Digər tərəfdən, cavabdeh vergi orqanı iddiaçının əməliyyat apardığı müəssisələrin rəsmi olaraq (idxal və ya e-qaimə əsasında) almadığını və yaxud az aldığını iddia etsə də, qeyd edilən dəlillər həmin əməliyyatları şübhə altına bilməz. Çünki, iş üzrə materiallardan görünür ki, iddiaçının aldığı mallardan görülən işlər çərçivəsində digər müəssisələrə satılması mübahisəsiz haldır. Həmçinin, mübahisəsiz haldır ki, cavabdeh vergi orqanı bunu inkar etmir və iddiaçının bəyan etdiyi dövriyyəni qəbul etmişdir. Belə olan təqdirdə aydın olur ki, iddiaçı almadığı malları görülən işlər çətçivəsində sata bilməzdi. Deməli iddiaçı həmin malları həqiqətən almışdır. Lakin ola bilər ki, müəssisələr həmin malları qeyrirəsmi olaraq əldə etmiş və iddiaçıya satmışdır. Lakin bu hal iddiaçı ilə müəssisələr arasında olan əməliyyatları şübhə altına ala bilməz ona görə ki, bunu cavabdeh vergi orqanı sübut edə bilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının müəssisələrlə əməliyyatların əmtəəsiz və riskli olduğunu sübut edə bilməmiş və bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə oxşar məhkəmə işi üzrə qəbul edilən və cavabdeh vergi orqanın xeyrinə olan Ali Məhkəmənin 2-1(102)-1212/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarın hüquqi mövqeyinə əsaslanmışdır. Cavabdehin bu dəlili ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirik: Belə ki, cavabdeh vergi orqanı sözügedən Ali Məhkəmənin qərarına istinad etsə də, Ali Məhkəmə belə qənaətə gəlməsini tam şəkildə açıqlamamışdır. Qərarın 43-44-cü bəndlərində göstərilmişdir ki, “Şikayətin digər dəlilinə görə, "xxxx" MMC qum və çınqıl məhsulunu alıb satmaqla yanaşı, həmin məhsulların birbaşa istehsalı və satışı ilə də məşğul olmuşdur. Onların arasındakı əməliyyatlar əmtəəsiz olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, iddiaçının həmin dəlili apellyasiya instansiyası məhkəməsində icraat zamanı öz təsdiqini tapmamışdır.” Göründüyü kimi, Ali Məhkəmə həmin iş üzrə iddiaçının apardığı əməliyyatların riskli olması apellyasiya məhkəməsinin icraatı zamanı işin faktiki halları ilə öz təsdiqinin tapmasını göstərmişdir. Həmin Qərarın 19-cu bəndində apellyasiya məhkəməsində icraat çərçivəsində qeyd edilmişdir ki, “Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin idarə heyətinin sədri X3 izahatında "xxxx" MMC ilə heç bir icarə müqaviləsinin bağlanmadığı, "xxxx" MMC-nin onlara məxsus təsərrüfat subyektində heç bir istehsal fəaliyyəti ilə məşğul olmadığını, həmin gündə də "xxxx" MMC saxtalaşdırılmış sənədlər əsasında vergi orqanında qeydiyyata alınmasına nail olduğu obyekti ləğv etdiyini göstərmişdir. Həmçinin iş materiallarında olan aktdan da müəyyən olunur ki, qeyd edilən Karxanada aparılmış operativ vergi nəzarəti zamanı həmin obyektin "xxxx" ASC-yə məxsus olduğu və həmin obyektdə "xxxx" MMC-nin heç bir fəaliyyəti, avadanlığı və materialı olmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "xxxx" ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Həmçinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "Karxana"-nın "xxxx"xxxx"xxxx" MMC-yə icarəyə verilmədiyi və bu barədə "xxxx" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən vergi orqanına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləğv edilmişdir. “Cavabdehin təqdim etdiyi Ali Məhkəmə qərarının sözügedən bəndindən görünür ki, apellyasiya məhkəməsinin icraatı samanı işin faktiki halları ilə sübuta yetirilən əsas məhz həmin vergi ödəyicisinin saxta icarə müqaviləsi əsasında təsərrüfat subyektinin vergi orqanında qeydiyyata qoyulması və güya istehsalatla məşğul olduğu görüntüsünün yaratması olmuşdur ki, bu hal da həmin əməliyyatların riskli və əmtəəsiz əməliyyat kimi qiymətlərindirilməsinə səbəb olmuşdur. Bu səbəbdən də Ali Məhkəmə də həmin iş üzrə vergi ödəyicisinin apardığı əməliyyatları riskli əməliyyatlar kimi qiymətləndirmişdir. Lakin hazırkı iş üzrə hər hansı saxtakarlığın aparılması və iddiaçının digər müəssisələr ilə apardığı əməliyyatların məhz riskli olması birinci ictansiya məhkəməsi zamanı işin faktiki halları ilə müəyyən edilməmiş, buna dair cavabdeh vergi orqanı hər hansı sübut məhkəməyə təqdim etməmiş və qeyd edilən hallar sübuta yetirilməmişdir. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı mahiyyəti eyni olan və əvvəlki işin faktiki halların (saxtakarlıq halları olmayan) fərqli olan məhkəmə işi üzrə yekunlaşmış Ali Məhkəmənin 2-1(102)-1058/2022 nömrəli 12 may 2023-cü il tarixli (hakim - Zakir Quliyev) və 2-1(102)-1234/2023 nömrəli 2 avqust 2023-cü il tarixli Qərarları (hakim - Rahib Nəbizadə) məhkəmənin diqqətinə çatdırmaq istərdim. Həmin Qərarlarda da Ali Məhkəmə bir daha öz hüquqi mövqeyini bəyan edərək əməliyyat baş verdikdən sonra riskli vergi ödəyicisi hesab edilən müəssisəyə görə iddiaçının apardığı əməliyyatlar nəticəsində ƏDV əvəzləşməsinin ləğv edilməsinin qanunsuz olmasını göstərmişdir. Belə ki, həmin Qərarın məzmununda qeyd edilmişdir ki, “Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırki iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də kassasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd qeyd etmişdir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də , apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırki mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfində də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.” Qeyd edilənləri nəzərə alaraq və İPM-nin tələblərini rəhbər tutaraq, iddiaçı cavabdeh vergi orqanının apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümyəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli **********941000 nömrəli qərarının ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), “FİNRAKS" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, “FİNTAKS" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur.” Qeyd edilənlərə isinad edərək birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyul 2023-cü il tarixli, **********941000 nömrəli qərardan göürür ki, kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş sonuncu 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 16 000,00 manat əlavə vergi hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi iddiaçının cavabdeh qurum tərəfindən riskli vergi ödəyiciləri hesab olunan “"xxxx" MMC və “FİNTAKS" MMC ilə müvafiq əməliyyatları aparması və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların dəyərinin bəyannamədə xərc kimi nəzərə alınmamasıdır ki, bu da vergi orqanı tərəfindən kənarlaşmanın yaranması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********168300 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********026800 nömrəli qərarına əsasən vergi ödəyicisi “FİNTAKS" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının qeyd olunan müəssisələrdə apardığı əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan və əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş, 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qərarın 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Sadalanan normaların mənasına görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir və belə vergi ödəyicilərinin rəsmi qaydada siyahısı da məhz vergi orqanı tərəfindən aparılır. Məhkəmə araşdırmaları zamanı iddiaçının əməliyyatlar aparmamışdan əvvəl yuxarıda adı çəkilən vergi ödəyicilərinin adının vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı hər hansı qərar qəbul edildiyi və ya belə qərar qəbul edilmədən həmin vergi ödəyicilərinin adının mövcud rəsmi siyahıda olmasını (iddiaçı ilə əməliyyatlar aparılmamışdın əvvəl) təsdiq edən müvafiq siyahıdan çıxarış təqdim olunmamışdır. Qanunvericilikdə “əmtəəsiz əməliyyat”ın da anlayışı verilərək göstərilmişdir ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də apellyasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Digər tərəfdən iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıda qeyd olunan şəkildə sərgilənmişdir (2-1(102)- 1234/2023 saylı xx.xx.2023-cü il tarixli və 2-1(102)-1058/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar). Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki, qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-12712/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12712/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1307/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1307/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver