Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1309/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)-2639/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 1976-cı ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından və yaşayış yeri Suraxanı rayonunda yerləşdiyindən Dövlət X10 Suraxanı rayon şöbəsinə əmək pensiyası ilə təmin edilməyi üçün məktubla müraciət etmiş, lakin Dövlət X10 Suraxanı rayon şöbəsi xx.xx.2019-cu il tarixli **********4 saylı cavab məktubu ilə imtina cavabı vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. Əmək kitabçasındakı qeydlərdən də görünür ki, iddiaçı xx.xx.1976-cı ildən başlayaraq işə girmiş və müxtəlif peşələrdə çalışmaqla xx.xx.2005-ci ildək işləmişdir. Yəni, onun əmək kitabçasında adı qeyd edilən müəssisələrdə işləməyi mötəbər sübutla əmək kitabçası ilə təsdiqlənir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhz bu səbəbdən cavabdeh- Azərbaycan Respublikası Dövlət X10 Suraxanı rayon şöbəsinin üzərinə əmək kitabçasında göstərilən iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması zəruridir. Eyni zamanda bildirir ki, DSMFnin Şəmkir rayon şöbəsindən ünvanlanmış cavabda “Zirvə Fermer” təsərrüfatının xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək məcburi dövlət sosial sığorta haqqını ödəməməsi və hesabat təqdim etmədiyi bildirilmişdir. Qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçı həmin müəssisədə məsul vəzifədə deyil, fəhlə işləmişdir və onun tərəfindən sosial sığorta ödənişlərinin müəssisə tərəfindən ödənilib- ödənilməməsinə nəzarət edilməsi qeyri-mümkün olmuşdur. O, səhər işə gedib axşam evə qayıtmışdır. Sosial sığorta ödənişlərinin ödənilibödənilməməsi və hesabatların verilməməsi iddiaçının deyil, müəssisənin rəhbərliyinin və mühasibatçılığın işidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Suraxanı rayon Şöbəsinə həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Vətəndaşın иТ-İ №0122144 nömrəli əmək kitabçasında qeyd olunan “Zirvə” Fermer Təsərrüfat”ının fəaliyyəti yoxlanan zaman müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixdə müəssisə qeydiyyata alınmışdır. Ona görə də vətəndaşın bu müəssisədə iş stajı xx.xx.2002ci il tarixdən götürülə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. Bu səbəbdən vətəndaşın tələb olunan nə 25 il sosial sığorta stajı, nə də tələb olunan azı 17245,44 manat pensiya kapıtalı olmadığı üçün və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2639/2019 nömrəli qərarı qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasın işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1009/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Vəfa İsmayılova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) Fərmayıl Həsənov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı şikayət həddində, yəni iddianın təmin edildiyi hissədə yoxlanılır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Toxuculuq Fabrikində, xx.xx.1984-cü ildən xx.xx.1989-cu il tarixədək N.Nərimanov adına İTXB filialında, xx.xx.1991- ci ildən xx.xx.1997-ci ilədək 3 saylı Həyət və X1 İstismar Trestində, xx.xx.1997-ci ildən xx.xx.2002-ci il tarixədək Günəş şəxsi kiçik müəssisəsində, xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək Zirvə fermer təsərrüfatında çalışmışdır. İddiaçı əmək kitabçasına əsasən ümumilikdə 25 ildən çox ümumi iş stajının olmasına istinad edərək ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Suraxanı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Tələb olunan sosial sığorta stajı olmadığından iddiaçının yaşa görə pensiya almaq hüququ yoxdur. İddiaçı cavabdeh inzibati orqanın onun tələbinin təmin olunmasından imtina etməsi ilə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş və birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır. Bundan sonra işə kassasiya icraatı qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1009/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “Zirvə” X8nda işləməsi qeyd olunsa da (bax: möhürə), apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə ünvanladığı sorğuda “Zirvə Fermer” Təsərrüfatının hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Həmçinin sorğu həmin sorğuya cavab verməli olmayan orqana ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən “Zirvə” X3 hüquqi ünvanının Şəmkir rayonu ərazisində olduğunu nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən sorğu da Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə yox, 14 saylı X9 verilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya instansiyası qaydasında yenidən baxılarkən “Zirvə” X3 hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə müvafiq sənədlərin təqdim edilməsi məqsədilə 14 saylı X9 məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X12 tərəfindən xx.xx.2020-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, “Zirvə” X8 ******* identifikasiya kodu ilə xx xxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir rayon şöbəsində qeydiyyata alınmış və bununla bağlı 8/2-115 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Belə olan halda iddiaçının xx.xx.2019-cu il tarixdən yaşa görə ona pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il iş stajına malik olduğu müəyyən olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin edilərək, ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırki iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən çox iş stajına malik olması əmək kitabçası ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğundan əsassızdır və buna görə də qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1309/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1309/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver