Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1309/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-4604/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illər istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,50 hektar olan, 256 saylı bağ sahəsinin özəlləşdirilməmiş 0,25 hektar hissəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli Qərarının 5-ci bəndində göstərilib ki, Bakı şəhəri Əzizbəyov rayonu ərazisində yerləşən bağ sahəsi Səməd Vurğunun ailəsinə təhkim edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı ərazi idarəsinin rəis müavini vəzifəsini icra edən Eldar Mirzəyevin 24 may 2019-cu il tarixdə imzaladığı **********28 saylı cavabında 0,50 hektar torpaq sahəsinin xalq şairi Səməd Vurğuna ayrılması təsdiq edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ evi hazırda xüsusi mülkiyyətindədir. Bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarış təsdiq edir. Adına özəlləşdirilmiş bağ sahəsi mərhum anasının, xalq şairi Səməd Vurğunun nəvəsi olan Vəkilova Aygün Gavə qızının mülkiyyətində olmuşdur. Hazırda uzun illər istifadəsində olan həmin 0,50 hektar torpaq sahəsinin 0,25 hektar torpaq sahəsi mülkiyyətindədir, qalan 0,25 hektar torpaq sahəsini öz adına özəlləşdirmək istəyir. Ərizəsinə valideynlərinin nikahının bağlanması haqqında şəhadətnamənin, anasının ölüm haqqında şəhadətnaməsinin surətlərini əlavə edir. Məhkəməyə müraciət etməklə uzun illər istifadələrində olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ sahəsinin mülkiyyətinə sənədləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Atası və səlahiyyətli nümayəndəsi X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ sahəsinin mənim adına özəlləşdirilməsini xahiş etmişdi. 08 fevral 2021-ci il tarixli, **********07 saylı məktubla ərizəsi təmin edilməmiş və ona həqiqətə uyğun olmayan, natamam bir cavab verilmişdir. Cavabında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək göstərilən bağ sahəsinin sxematik xəritəyə əsasən 255 və 254 saylı bağların ərazisinə düşdüyünə görə ərizəmin icrasını mümkün hesab edilməmişdir. Bildirir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1958-ci il tarixli Qərarının 5-ci bəndində göstərilib ki, Bakı şəhəri Əzizbəyov rayonu ərazisində yerləşən bağ sahəsi Səməd Vurğunun ailəsinə təhkim edilsin. Həmin bağ sahəsi Səməd Vurğunun nəvəsi, mərhum anam Vəkilova Aygün Gavə qızının istifadəsində olmuş və 0,25 hektarı onun adına özəlləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,25 hektar olan, 256 saylı bağ evi hazırda mənim xüsusi mülkiyyətimdədir. Bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş ********** saylı çıxarış təsdiq edir. Hazırda uzun illər istifadəsində olan həmin 0,50 hektar torpaq sahəsinin 0,25 hektar torpaq sahəsi özəlləşdirilmiş, istifadəsində olan qalan torpaq sahəsini də adına özəlləşdirmək istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sadalanan əsasların hamısı mövcuddur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254” və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin 26.09.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadəsində olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 08.02.2021-ci il tarixli, **********07 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan X9nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X9 ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X9 tərəfindən vətəndaşlara ayrılmış X9 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda bildirilmişdir ki, sorğuda bəhs edilən Azərbaycan SSR Nazirlər Kabinetinin 29 may 1956-cı il tarixli 271 nömrəli sərəncama dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən, 0,50 hektar torpaq sahəsi olan bağın icarəyə verilməsinə dair keçmiş X7 ilə Vəkilov Səməd Vurğun oğlu arasında ilkin müqavilə 83/2139 nömrəli 29.12.1952-ci il tarixli qərar əsasında 12.02.1953-cü il tarixdə bağlanılmışdır. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən qalan 0,25 ha torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-4604/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin qalan 0,25 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosessual xərc cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 12.02.1953-cü il tarixdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,50 ha torpaq sahəsinə dair Vəkilov Səməd Vurğun oğlu ilə 1446 nömrəli müqavilə bağlanmışdır. Şüvəlan qəsəbəsində yerləşən 482/256 nömrəli bağ sahəsinin sxematik xəritəsinə əsasən, bağ sahəsinin diaqonal üzrə uzunluğu 104,80 metr, uzunluğu bir tərəfdən 1051 metr, bir tərəfdən 88,5 metr və 15,95 metr, eni bir tərəfdən 25 metr, digər tərəfdən 27,5 metrdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş cavab məktubuna əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı təqdim olunmuş, 271 nömrəli qərarın əlavə ayrıc aktı və eskizinin aşkarlanmadığı bildirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarının 5ci bəndinə əsasən, X8 küç., ev 4 ünvanında yerləşən mənzili və Bakı şəhəri, Əzizbəyov rayonunda yerləşən bağ evi Səməd Vurğunun ailəsinə verilmişdir. Bağın icarərəyə verilməsinə dair 03.10.2002-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,25 ha torpaq sahəsinə dair Vəkilova X10 ilə (ailə üzvləri Vəkilova Aygün, Mansurov Mehman və İddiaçı olmaqla) 1446 nömrəli müqavilə bağlanmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.03.2015-ci il tarixdə vəfat etmiş Vəkilova Aygün Gavə qızının vərəsələri əri X6 və oğlu İddiaçıdur. Miras payın bağışlanması müqaviləsinə əsasən, X6 ona miras qalmış ½ hissədə payını oğlu İddiaçı bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 256 nömrəli bağ sahəsinə mülkiyyət hüququ torpaq sahəsinin ölçüsü 0,25 ha olmaqla 18.07.2019-cu il tarixdə qeydə alınmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 24.05.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,50 hektar torpaq sahəsi olan bağın icarəyə verilməsinə dair X7 ilə Vəkilov Səməd Vurğun oğlu arasında 12.02.1953-cü il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır, icarədarın (Vəkilov Səməd Vurğun oğlunun) vəfatından sonra həyat yoldaşı sözügedən bağ sahəsinin onun adına keçirilməsinə dair X4 müraciət etmişdir və X11 ilə 04.10.1962-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra Bakı şəhəri İcraiyyə Komitəsinin 26.09.1962ci il tarixli qərarına əsasən bağ sahəsinin yalnız 0,25 ha ölçüdə icarədarın istifadəsinə verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair X7 ilə Vəkilova Xavər Əhməd qızı arasında 26.06.1970-ci il tarixli, 1446 nömrəli müqavilə bağlamamışdır. Şonradan icarədar müqavilənin müddətinin uzadılmasına dair 15.12.1981-ci il tarixli ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmiş və onunla 256 nömrəli bağa dair 29.12.1981-ci il tarixli müqavilə bağlanılmışdır, Vəkilova Xavər Əhməd qızının Şuvəlan qəsəbəsində yerləşən 1446 saylı müqaviləyə əsasən ayrımış 256 nömrəli bağı qızı Vəkilova X3 adına keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 256 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Vəkilova X10 aramda 03.10.2002-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 04.04.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,25 hektar torpaq sahəsi və yaşayış sahəsi 64.8m2, ümumi sahəsi 158.7m2 olan bağ evi 21.05.2013-cü il tarixdə Vəkilova X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18.06.2013-cü il tarixli, 2“V”-1-28 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 04.07.2013-cü il tarixdə Vəkilova Aygün Gavə qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 09.08.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, sözügedən bağ sahəsi ilə bağlı onun əvvəlki 10.05.2019-cu il tarixli, 139 nömrəli müraciətinizə 24.05.2019-cu il tarixli, **********28 nömrəli cavab məktubunda qeyd edilən məlumatlara əlayə olaraq bildirilmişdir ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin vətəndaşlara ayrılmış bağ sahələrinin ölçüsünün 0.25 hektardan artıq olmaması barədə 26.09.1962-ci il tarixli, 33/1218 nömrəli qərarına istinad edilərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.50 hektar torpaq sahəsi olan 482 nömrəli (sonradan bağ sahəsinə 256 nömrəsi verilmiş, bağ sahəsinin yalnız 0,25 hektar hissəsinin icarədarın (həmin vaxtda Vəkilova Xavər Həmid qızının) öhdəsində saxlanılmasına dair keçmiş X2 əməkdaşları tərəfindən 29.01.1963-cü il tarixdə akt tərtib edilmişdir. Daha sonra Vəkilova Xavər Həmid qızı ilə 0,25 hektar torpaq sahəsi olan 482/256 nömrəli bağ sahəsinə dair 26.05.1970-ci il tarixli, 1446 nömrəli müqavilə bağlanılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 29.10.2019-cu ildə verilmiş imtinada bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin əsllərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməsi məqsədəmüvafiqdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 08.02.2021-ci ildə verilmiş imtinada bildirilmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya verilən idarənin mütəxəssisləri tərəfindən yerində baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar torpaq sahəsi təşkil edir və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “254” və “255” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin, göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, Bakı şəhər İcraiyyə Komitəsinin 26.09.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalıdır. İstifadənizdə olan əlavə bağ sahəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki: iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş ərazinin faktiki sahəsi 0,6845 hektar təşkil edir ki, bundan 0,25 hektarına İddiaçı adına reyestr nömrəsi **********52- 11301 olan çıxarış verilmişdir. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən araşdırma aparılmış ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsini, koordinatlarını və sair texniki parametrləri əks etdirən sxem hazırlanmışdır (sxem əlavə edilmişdir). Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin faktiki sahəsinin 0,25 hektarı təqdim edilmiş 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və çizgisi ilə üst-üstə düşür ki, həmin üst-üstə düşən hissəyədə 12.02.1953-cü il tarixli 1446 nömrəli müqavilə və çizgiyə uyğun İddiaçı adına reyestr nömrəsi **********52-11301 olan çıxarış verilmişdir. 254 və 255 saylı bağ sahələrinə dair huquq müəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən qeyd edilən sahənin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində heç bir məlumat yoxdur. Azərbaycan İctimai Şura Cümhuriyyətinin 15 iyun 1923-cü il tarixdə qəbul edilmiş Azərbaycan İctimai Şura Cümhuriyyətinin Torpaq Məcəlləsinin “Əsas müddəalar” hissəsinin 4-cü maddəsinə əsasən, vahid dövlət torpaq fondunun tərkibinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaqlardan bilavasitə istifadə hüququ qanunla müəyyən edilmiş əsaslarla aşağıdakılara verilir: a) zəhmətkeş əkinçilərə, maldarlara və onların cəmiyyətlərinə; b) şəhər sakinlərinə və v) dövlət idarə və müəssisələrinə. Yuxarıda adları çəkilən torpaq istifadəçilərinin bilavasitə istifadəsində olmayan torpaqlar X5 bilavasitə sərəncamında qalır və hökumət tərəfindən xüsusi qərarla və xüsusi şərtlərlə idarələrə, cəmiyyətlərə, təşkilarlara və ayrı-ayrı şəxslərə verilir. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: 10-cu maddəsinə əsasən Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... 13-cü maddəsinə əsasən Torpaq sahələrinin istifadəyə istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. 18-ci maddəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti ayrılan sahənin ölçüsündən asılı olmayaraq, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verilir. Kənd təsərrüfatlı təyinatlı torpaqlar və meşə fondunun torpaqları, təkrar istifadəyə verilən hallardan başqa, habelə kurortların və qoruqların torpaqları, yalnız Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında istifadəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinəəsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinəəsasnə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Səməd Vurğunun Bakı şəhəri, Əzizbəyov rayonunda yerləşən bağ evinin (12.02.1953-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin torpaq sahəsinin ölçüsü 0,50 ha-dır) Səməd Vurğunun ailəsinə verilməsinə dair Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı qüvvədədir, bağ sahəsinin 0,25 ha hisəssinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, qalan 0,25 ha hissəsinə münasibətdə isə hüquqların qeydə alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı qəbul edilən zaman qüvvədə olan Azərbaycan SSR qanunvericiliyinə əsasən ayrılan torpaq sahəsinin yuxarı həddi məhdudlaşdırılmamış, bağ sahəsi bugünədək Səməd Vurğunun ailəsinin istifadəsindədir (cavabdeh tərəfindən bağ sahəsinin faktiki özəlləşdirilmiş sahə ilə birlikdə cəmi 0,3693 hektar olduğu bildirilsə də, mütəxəssis rəyinə əsasən hazırda istifadə olunan torpaq sahəsinin ölçüsü 0,6845 hektar təşkil edir), Azərbaycan SSR Nazirlər Sovetinin 29 may 1956-cı il tarixli 271 nömrəli qərarı ləğv olunmamış, bağın qalan 0,25 ha torpaq sahəsi nə faktiki, nə də hüquqi olaraq geri alınmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələrinə dair “torpaq sahəsinin planı və ölçüsü”nün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim etməsi həvalə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 254 və 255 saylı bağ sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən qeyd edilən sahənin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 254 və 255 saylı bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdeh göstərilən ərazinin bir hissəsi yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyini bildirsə də, iddiaçı həmin dəlili təkzib edir, cavabdeh isə qeyd edilən halın təsdiqi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən qalan 0,25 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2-1(112)-4604/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1309/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1309/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver