Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1309/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı firmasının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 və X16 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı X21 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(112)-2388/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (bundan sonra mətndə DANX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı firmasının istifadəsində olan 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən (həm Bakı, həm də Kəmərlidən) saat 20:45-ə, Qazax avtovağzalından isə saat 23:00-a bərpa olunmaqla iddiaçının adına istifadə hüququnun tanınması, cavabdeh DANX və 3-cü şəxslər X4 və X21 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 500.000 (beş yüz min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehin və 3-cü şəxslərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DANX əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra mətndə AYNA) ilə əvəz olunmuşdur. Sonradan İddiaçı firmasının direktoru Nümayəndə1 İPMnin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək İddiaçı firmasının 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan cavabdeh “AYNA” X28 tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı firmasının cavabdeh DANXa qarşı 20 ildir istifadəsində olan, 204 №-li Bakı-Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının hər iki tərəfdən, həm Bakı, həm də Kəmərlidən saat 19:45-ə (sonradan 20:45-ə), Qazax avtovağzalından (bundan sonra mətndə AV) isə saat 23:00-a bərpa olunmaqla istifadə hüququnun tanınması, vurulmuş maddi zərərin ödənilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsində 11 mart 2022-ci il tarixdə tərəflərindən iddia qaldırılmışdır. 2-1(112)-7305/2022 saylı inzibati iş icraata götürülmüş, iş üzrə xx.xx.2022 ci il tarixli Sərəncam verilərək, tərəflərə göndərilmiş, işin hazırlıq icraatı 24 may 2022-ci il tarixə təyin edilmişdir. Bundan sonra məhkəmə baxışları, iclasları, araşdırmaları olmuş, sorğular verilmiş, dəqiqləşdirmələr aparılmış, axırıncı məhkəmə iclası xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə DANX-nin rəhbərliyinin rəsmi qəbulunda olmuş və razılaşmışlar ki, məsələni məhkəmədən kənar danışıqlar yolu ilə həll etsinlər, onlar da məhkəmədən sənədləri geri götürsünlər. 16.08 2022-ci il tarixdə onlar məhkəməyə iddianı geri götürmək barədə ərizə vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixdə iş üzrə iddianın geri götürülmüş sayılması barədə 2- 1(112)-7305 saylı qərardad qəbul etmişdir. Lakin 15 gün ərzində DANX-ti tərəfindən heç bir tədbir görülməmiş, bir neçə rentabelsiz, gəlirsiz marşurutlar təklif edilərək növbəti dəfə onları aldadaraq onların qrafikini müxtəlif bəhanələrlə bərpa etməmişlər. Buna görə də yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurətində qalmışlar. 204 №-li, Bakı- Kəmərli (Qazax)-Bakı şəhərlərarası sərnişin daşıma marşurut xətti 2000-ci ildən pandemiyaya (Covid-19) qədər fasiləsiz İddiaçı firmasının istifadəsində olmuşdur. Həmin vaxtdan müntəzəm olaraq avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmişlər. xx.xx.2006-cı il tarixdən 5 il müddətinə AR Nəqliyyatı Nazirliyi tərəfindən verilmiş, qeydiyyat nömrəsi NNL 000388, 023590 №-li Lisenziya əsasında fəaliyyət göstərmiş, 04 may 2012-ci il tarixdən yenə də 5 il müddətinə NN-dən qeydiyyat №-si NNL 003506, 030628 №-li lisensiya, lisensiya kartları, fərqlənmə nişanları alaraq fəaliyyət göstərmişdir. 20 (iyirmi) ildir dövlət büdcəsinə, vergi orqanlarına “Fərqlənmə Nişanı” vasitəsi ilə külli miqdarda vergilər ödənilmişdir, DSMF-yə ödəmələr etmişdir. Fəaliyyətləri zamanı İddiaçı firmasına Sərəncamla 204 №-li marşurut üzrə avtobusların hərəkət cədvəli və sxemi verilərək təsdiq olunmuşdur. 2010-cu ilin may ayına qədər Bakı şəhərindən, eləcə də Kəmərli yaşayış məntəqəsindən yola düşmə vaxtı saat 19:45 (sonradan 20:45) olmuşdur. Qazax AV-dan çıxma vaxtı isə axşam saat 23:00 olmuşdur. 2010-cu ilin may ayında gecə reysləri bağlandıqdan sonra hərəkət cədvəlləri və qrafikləri dəyişdirilmiş və onlara yeni hərəkət cədvəli və qrafiki verilmişdir. Həmin hərəkət cədvəli və qrafıkdə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşmə vaxtı saat 15:25, Kəmərli yaşayış məntəqəsindən səhər saat 09:00-dan çıxmaqla saat 10:45-də Qazax AV-da olmuşlar. 5 aya qədər bu qrafiklə işçi qaydasında işləmişlər. 5 aydan sonra yenə də çətinliklər yaranmışdır. “MTrans” şirkəti onlara süni maneələr yaratmışdır. Sonradan keçmiş DANX "xxxx" MMC (2006-cı ildə yaradılmış) tərəfindən “Hərəkət cədvəli və qrafiki" yenidən dəyişdirilmişdir. Bakıdan yola düşmə vaxtı saxlanılmaqla, Kəmərlidən yoladüşmə vaxtı 16:30 olmuşdur. Bakı şəhərinə çatma isə gecə saat 01:00 göstərilsə də Bakı şəhərinə faktiki çatma gecə saat 02:00-03:00 arası olmişdur. Bu isə sərhəddə yaşayan kənd camaatının (təhlükəsizlik, təsərüfat və s.) haqlı narazılığına səbəb olurdu. Sonradan ümumi razılığa gəlinmişdir ki, Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndləri Ermənistanla sərhəd kəndləri olduğu üçün formal olaraq qrafikdə 16:30 göstərilsə də əvvəlki qrafiklə işləsinlər. Beləliklə 2010-cu ildən 2021ci ilə qədər Bakı BAV-dan yola düşmə vaxtı gündüz 15:25 olmaqla, Kəmərlidən isə yola düşmə vaxtı 2010-cu ildən əvvəl olan öz qrafikləri ilə saat 20:45-də, saat 22:45-də Qazax Avtovağzalına daxil olmaqla, saat 23:00-da Qazaxdan çıxaraq səhər saat 06:00-da Bakı BAV-a çatmışlar. Yəni 20 ildir ki, onlar bu qaydada müntəzəm fəaliyyət göstərmişdir. Nəhayət pandemiyadan sonra (Covid19), 12 iyul 2021-ci ildə fəaliyyətlərini bərpa etdikdən sonra keçmiş "xxxx" MMC-nin “Sərnişin daşımaların tənzimlənməsi şöbəsinə müraciət etmişlər ki, sənədləri rəsmiləşdirsinlər. Onlar fərqlənmə nişanı aldıqlarına, müqavilə bağladıqlarına, pul ödədiklərinə baxmayaraq bayram günləri onları işləməyə qoymamış və süni maneələr yaradılmışdır. Onlara bildirilmişdir ki, artıq 6 ədəd gecə reysi açılıb. Onlar öz qrafıklərindən çıxmırlar, yolda onlara mane olurlar. Hərəkət cədvəlində Kəmərli (Qazax)-Bakı istiqaməti üzrə xx.xx.2021-ci il tarixli “Mütəxəssis rəyində” göstərildiyi kimi Kürdəmir AV-dan 23:55-də çıxan avtobusun Bakı BAV-na gecə saat 01:00-da çatması göstərilmişdir. Təqdim edilən hərəkət cədvəllərində göstərdiyi kimi Kürdəmir AV-dan Bakı BAK-na olan məntəqələrarası məsafə 189 km-dir. Bu isə o deməkdir ki, avtobus 189 km/saat sürətlə hərəkət etməlidir ki, hərəkət cədvəli üzrə göstərilən vaxtda 1 saat 05 dəqiqə ərzində Bakı BAV-na çatsın. Bu isə texniki və fıizki cəhətdən mümkün deyildir. Bakı BAK-dən 15:25-də çıxma hissəsində Bakı BAK-dən Kürdəmir AV-na saat 18:05- də çatması üçün verilən vaxt 2 saat 40 dəqiqə təşkil edir ki, burada orta sürət MMC-nin hesablanmasına görə 70 km/saat hesablanmışdır. MMC tərəfindən verilmiş hərəkət cədvəli Kəmərlidən-Bakıya geri qayıdan hissəsində isə Kürdəmir AV-dan Bakı BAK-nə çatmaq üçün 1 saat 05 dəqiqə vaxt verilmişdir. Bu isə yuxarıda qeyd etdikləri kimi heç bir məntiqə sığmır, normativ aktların tələbinə zidd olmaqla ağlabatan deyildir.Hesab edirlər ki, bu süni maeçiliklər və qanunsuzluqlar aradan qaldırılmalı, 204 №-li marşurutun Kəmərlidən Bakı istiqamətinə öz əvvəlki çıxma vaxtı-qrafıki saat 20:45-ə, Qazax AV-dan isə saat 23:00-a bərpa olunmalıdır. Qeyd olunan qanunsuzluqlar nəticəsində onlara 270.000 manat məbləğində ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12215/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X21 və X4 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Daha sonra məhkəmənin 2-1(112)-12215/2022 saylı qərardadı ilə cavabdeh DANX əsl cavabdeh Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyi X28 ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X17, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X17 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman 1462 və 1463 imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021- ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”,“6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat TəlimTədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılmış, həmin Fərmanın 2-ci hissəsinə əsasən qeyd edilən qurumları yuxarıda adları qeyd edilən müəssisələrin əmlakı yeni yaradılmış publik hüquqi şəxsə verilmiş, dövlət orqanlarına müvafiq normativ hüquqi aktların, X28n nizmnaməsinin hazırlanması və qeyd edilən fərmandan irəli gələn digər məsələlərin həll edilməsi məqsədi ilə müddətlər göstərilməklə vaxt verilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Ləğv edilmiş həmin Fərmanın 1-ci hissəsində qeyd edilmişdir: “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkə daxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır”. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanından da göründüyü kimi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilmişdir. Bu zaman yeni yaranan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik hüquqi şəxs (Bundan sonra-AYNA) Dövlət Avtomobil Nəqliyyat Xidməti və yuxarıda adları qeyd edilən digər müəssisələrin hüquqi varisi kimi qeyd edilməmişdir. Hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidmətinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Proqramın” 5.4cü bəndinə əsasən: “Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyrikommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir”. Göründüyü kimi, keçmiş DANX-tinin mülkiyyətində hər- hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla DANX-nin ancaq sərəncamında olmuşdur. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış AYNA Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş müqavilədən göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı Firması arasında Bakı-Kəmərli marşrutu ilə avtobuslarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət göstərməsi məqsədi ilə müqavilə bağlanmış və qeyd edilən müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən müqavilədən göründüyü kimi, hal-hazırda tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən, tərəflərin arasında hər - hansı hüquqi münasibətlər yoxdur. Bundan sonra əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatı müəyyən edilmiş və müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 18:00, Bakıdan saat 19:20 olmaqla, Bakıdan saat 21:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 21:00 olmaqla, Bakıdan saat 23:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 22:00 olmaqla, Bakıdan saat 22:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 23:00 olmaqla , Bakıdan saat 00:00, Qırmızı Körpüdən (Sınıq Körpüdən) saat 00:00 olmaqla, Bakı-Qırmızı Körpü (Sınıq Körpü) şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Eyni zamanda Qazax-Qırmızı Körpü istiqamətindən gündüz vaxtı da müntəzəm qrafiklər üzrə müvafiq qaydada saat 07:00-dan başlayaraq saat 18:00-dək hər 30 dəqiqədən bir əhaliyə müntəzəm qrafik üzrə şəhərlərarası sərnişin daşımaları xidməti göstərilir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla müntəzəm qrafik üzrə rayondaxili sərnişin daşımaları həyata keçirilir. Yuxarıda qeyd edilən marşrutlar üzrə sərnişin daşıma həmin ərazi üzrə əhalinin tələbatını tam ödədiyindən Qazax rayonu Kəmərli və ətraf kəndlərin sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin açılması barədə Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009- cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və təyinat məntəqəsi yalnız avtovağzal və ya avtostansiya olmalıdır. İddiaçının qeyd etdiyi Kəmərli yaşayış məntəqəsində isə avtovağzal (avtostansiya) yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də avtovaqzal və avtostansiyaların təşkil edilməsi, qeydiyyata alınması və fəaliyyət göstərilməsi müfəssəl şəkildə qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Bakı-Kəmərli marşrutu ilə 20 ildir istifadə edir. Bunu sübut etmək məqsədi ilə o, məhkəməyə Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən ona verilmiş iki ədəd Lisenziyaları təqdim etmişdir. Onlara baxdıqda müəyyən edilir ki, onların hər birinin güvədə olma müddəti 5 ildir. Həmin lisenziyalardan birincisi ona 17 oktyabr 2006-cı ildə, digəri isə 04 may 2012-ci ildə verilmişdir. Beləliklə, qeyd edilən lisenziyalardan göründüyü kimi, həmin lisenziyalar ona avtomobil nəqliyyatı ilə şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cəmi 10 il müddətində verilmiş verilmişdir. Bununla əlaqədar onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffavlığın təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərman ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 da keçirilən Qazax rayonun Kəmərli kəndində heç vaxt rəsmi qaydada nə avtovağzal nə də ki, avtostansiya nə hal-hazırda ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyat Xidməti, nə də ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçının qeyd etdiyi Qazax rayonu Kəmərli kəndindəki avtostansiya qanunsuz fəaliyyət göstərmişdir. Qeyd edilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.-ci maddəsinə əsasən daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə görə müsabiqənin qalibləri müntəzəm marşrutlar üzrə və ya marşrutların müvafiq reysləri üzrə sərnişindaşıma xidmətləri göstərilməsi hüququnu əldə edirlər. Qanunvericiliyə görə, daşıyıcılar müntəzəm marşrutlar üzrə keçirilən müsabiqələrin nəticələrinə uyğun olaraq, Xidmət ilə “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə” bağlamaqla, dövlətə məxsus marşrutlar üzrə sərnişindaşıma xidmətləri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar aşağıdakılara malik olmalıdırlar: 4.2.5. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün keçirilmiş müsabiqə nəticəsində bağlanılmış müqaviləyə. Göründüyü kimi, hər-hansı bir marşrutun hər- hansı bir daşıyıcı tərəfindən həyata keçirilməsi məhz daşıyıcılar arasında keçiriləcək müsabiqə vasitəsi ilə həyata keçirilir və həmin müsabiqədən kənar heç bir marşrutun hər-hansı bir daşıyıcıya təhkim edilməsi qanunsuzdur. İddiaçı əsassız olaraq hal-hazırda da mövcud olmayan Bakı-Kəmərli marşrutunu özünün əmlakı hesab edərək bunun əsaslandırması məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-c maddəsi və Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə istinad etmişdir. İddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Əksinə, iddiaçının özünün də etiraf etdiyi kimi, hərəkət etdiyi Kəmərli kəndinin ərazisində təşkil etdiyi avtostansiya qanunsuz fəaliyyət göstərdiyindən həmin fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyətidir və iddiaçı həmin fəaliyyət nəticəsində əldə etdiyi gəlirlər qanunsuzdur. Üçüncü şəxslər X10 və X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, təmsil etdiyi üçüncü şəxslər qanun çərçivəsində avtovağzal ilə bağladıqları müqavilələr əsasında hərəkət etmişlər. Hər ay avtovağzal və daşıyıcı ilə qarşılıqlı münasibət qurulmasına dair müqavilə imzalanır və həmin müqavilə əsasında da fəaliyyət göstərirlər. Müqavilə əsasında onlara marşurut vərəqəsi təqdim olunur və onlar da həmin marşurut vərəqəsi əsasında avtobuslarının hərəkətlərini təşkil edirlər. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı X21 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” haqqında iddia tələbi üzrə iddiası cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(112)-2388/2023 nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia İddiaçı firmasının 20 il istifadəsində olan 204 №-li Bakı - Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunması hissəsində qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə İddiaçı firmasının müraciəti (20 il istifadəsində olan 204 №-li Bakı- Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunmasına dair) ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, qeyd olunan tələblə bağlı iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın mümkünsüz hesab edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil, qeyd edilən iddia üzrə cavabdeh qismində çıxış edə bilməz, lakin məhkəmə əsassız olaraq cavabdeh qismində Agentliyi prosesə cəlb etmiş, lakin bunu əsaslandırmamışdır. Həmçinin, qərar verərkən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi tələblər üzrəAgentliyin ona hər-hansı bir imtinasının olmamasını, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-27-103/2-548/2023-cü il tarixlidə verilmiş cavabının imtina olmamasını nəzərə almamışdır. İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də ona Agentlik tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-27- 103/2-548/2023cü il tarixli cavabının mətnindən göründüyü kimi, Agentlik ona güvədə olan qanunvericilik barədə məlumat verməklə müsabiqəyə çıxarılan istiqamətlər üzrə müsabiqədə iştirak etmək məqsədi ilə rəsmi qaydada Agentliyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu isə imtina kimi qəbul edilə bilməz. Məhkəmə qərarında Bakı Kəmərli(Qazax) marşrutunun olmamasını, iddiaçının qeyd edilən marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmamasını, həmçinin Kəmərli kəndində hər-hansı bir avtovağzalın (avtostansiya) olmamasını nəzərə almamış mövcud olmayan marşrut üzrə hərəkət qrafikinin iddiaçının xeyrinə tərtib edilmə öhdəliyini Agentliyin üzərinə qoymuşdur. Bu zaman məhkəmə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 141 nömrəli Qərarına, “Avtomobil nəqliyyatı ilə müntəəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynalxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarına istinad etsə də həmin Qərarların tələblərini nəzərə almamışdır. Onu da qeyd etmək istəyirlər ki, hakim qərarında“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanına istinad etsə də, həmin Fərmanın tələblərinə də riayət etməmişdir. Həmçinin, hakim iddiaçının iddia tələbinin qanuniliyi və əsaslığını sübut edəcək hər hansı bir sübut olmadan qeyd edilən qərarı qəbul etmiş, o cümlədən iddiaçının sübut olaraq təqdim etdiyi sənədlərə və iddia ərizəsində qeyd etdiyi xüsusatlara öz münasibətinə bildirməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş çıxarışın surətindən müəyyən olunur ki, “Expert” LTD firması xx.xx.1997-ci ildə (əvvəlki qeydiyyat № 32578) VÖEN ********** qeydiyyat nömrəsi ilə digər kommersiya təşkilatı kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 3anuni təmsilçisi X22 qeyd olunmuşdur. “Expert” LTD firması üzrə Təsisçinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, firmanın qanuni təmsilçilik finksiyasına malik direktoru vəzifəsinə Nümayəndə1 təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən “Expert” LTD firmasına “Avtomobil nəqliyyatı ilə şəhərlərarası sərnişin daşınması fəaliyyəti”nin həyata keçirilməsinə dair hər dəfə 5 (beş) il müddətinə olmaqla xx.xx.2006-cı il tarixli 023590 №-li (qeydiyyat № NNL0003388) və xx.xx.2012-ci il tarixli 030628 №-li (qeydiyyat nömrəsi NNL0033506) lisenziyalar verilmişdir. xx.xx.2015-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən müəyyən olunur ki, “İcarəyən verən” X11 ilə “İcarəçi” “Ekspert” LTD arasında buraxılış ili 2001 olan MERCEDES 0403 Avtobus markalı ** MO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq 500 manat olmaqla sonuncunun icarəsinə vermişdir. xx.xx.2016-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən müəyyən olunur ki, “İcarəyən verən” X6 ilə “İcarəçi” “Ekspert” LTD arasında buraxılış ili 2004 olan SETRES 215 HD1 Avtobus markalı ** LV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq 500 manat olmaqla sonuncunun icarəsinə vermişdir. DANX tərəfindən “Ekspert” LTD firmasına ünvanlanmış 104-02/254-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış Bakı-Kəmərli (Qazax rayonu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il; tarixli 34/E nömrəli müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunanların birgə araşdırılması məqsədilə "xxxx" MMC (bundan sonra-Cəmiyyət) tərəfindən ünvanlarına 2021-ci il 02 avqust tarixində teleqram göndərilmiş və eyni zamanda telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmiş, lakin, firma (səlahiyyətli şəxs) müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010ci ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın gecə saatlarında sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda günün gecə saatlarında sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Bundan sonra Cəmiyyət tərəfindən əhalinin gecə vaxtı şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına olan tələbatının müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilərək aşağıdakı marşrut xətləri üzrə hərəkət cədvəlləri təşkil edilmişdir: - Bakıdan saat 19:20 və Qırmızı körpüdən saat 18:00 olmaqla, Bakıdan saat 21:00 və Qırmızı Körpüdən saat 21:00 olmaqla, Bakıdan saat 23:00 və Qırmızı Körpüdən saat 22:00 olmaqla, Bakıdan saat 22:00 və Qırmızı Körpüdən 23:00 olmaqla, Bakıdan saat 00:00 və Qırmızı Körpüdən saat 00:00 olmaqla “Bakı-Qırmızı Körpü” şəhərlərarası hərəkət cədvəlləri üzrə marşrut xətləri müvəqqəti istismara verilmişdir. Hal-hazırda Qazax avtovağzalından Kəmərli kəndinə - 4 ədəd, Fərəhli kəndinə - 2 ədəd, Qaymaqlı kəndinə - 2 ədəd, Aslanbəyli kəndinə - 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişin daşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq təmin edir. DANX "xxxx" MMC tərəfindən “Ekspert” LTD firmasına (vəkili X7) ünvanlanmış 127- 05-127/4-21 saylı, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xidmətə ünvanlanmış “204 nömrəli Bakı-Kəmərli (Qazax)-Bakı marşrutu üzrə sərnişindaşımaların daşıyıcı "xxxx" firmasına həvalə olunmasına dair verilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğuya baxılmışdır. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmış və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununun qəbul edilməsi ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə icazə tətbiq edilmişdir. Həmin Qanunun 3 nömrəli əlavəsinin 34-cü bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının “Fərqlənmə nişan”ları əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda keçmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 illik müddətə verilmiş lisenziyaya dair sənədlər saxlanılmamışdır. Hal-hazırda "xxxx" firması ilə Cəmiyyət arasında “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” BakıKəmərli (Qazax) - Bakı marşrut xətti üzrə sərnişindaşımalara dair 12.07.2.021-ci il tarixdə bağlanmış müqavilə qüvvədədir. Həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitir. DANX "xxxx" MMC tərəfindən "xxxx" firmasına ünvanlanmış 127-07/372 saylı xx.xx.2021-ci il tarixli və 127-07/386 saylı xx.xx.2021-ci il tarixli eyni məzmunlu məktublarda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax) - Bakı marşrutunun hərəkət cədvəli üzrə Bakıdan və Qazaxdan saat 19.45 qrafiki onlara təklif olunur. Qazaxdan isə saat 11:00-a olan hərəkət qrafikinin onlara verilməsi bu istiqamətdə sərnişindaşımalarını yerinə yetirən digər sahibkarların hüquqlarına toxunduğundan, mümkünsüz hesab edilir. DANX tərəfindən “Ekspert” LTD firmasına (vəkili Vəkil1) ünvanlanmış 104-02-09/377- 21 №-li, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" firmasına 2006-cı və 2012-ci illərdə 5 il müddətinə lisensiyalar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli və “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanları ilə avtomobil nəqliyyatı ilə daşıma fəaliyyətinə lisenziyanın tətbiqi dayandırılmışdır. "xxxx" firması ilə Xidmətin tableyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı-Kəmərli (Qazax) marşurutu üzrə sərnişin daşımaya dair 3 (üç) ay müddətinə “Daşıyıcılarla sərnişin daşınması sahəsində əlaqəli fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində 204 nömrəli Bakı-Kəmərli (Qazax) marşurutunun istifadəsinin daşıyıcı “Exspert LTD” firmasına həvalə olunması barədə sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Ekspert” LTD müəssisəsinə ünvanlanmış 1-xx-xx/5708-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı-Kəmərli (Qazax r-nu) müntəzəm marşrut xətti üzrə hərəkət qrafikinin dəyişdirilərək saat 19:45 müəyyən edilməsi barədə 27 iyul 2021-ci il tarixli 32/E nömrəli müraciətlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baxılmışdır. Müraciətdə göstərilənlərin birgə araşdırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "xxxx" MMC (bundan sonra-Cəmiyyət) tərəfindən “Ekspert” LTD müəssisəsinə 2021-ci il 02 avqust tarixində teleqram göndərilərək və eyni zamanda onunla telefon əlaqəsi saxlanılaraq cəmiyyətə dəvət edilmişdir. Lakin onlar müraciətin araşdırılmasında iştirak etməkdən imtina etmişdir. 2010-cu ildən şəhərlərarası sərnişin daşımalarında təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ölkə daxilində sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti məhdudlaşdırılmışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2019-cu il tarixli xx/xx/2575-15 nömrəli tapşırığını rəhbər tutaraq, sərnişin daşımalarına olan tələbatı təmin etmək məqsədilə yol şəraiti imkan verən bir sıra istiqamətlər üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əmri ilə şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda sutkanın qaranlıq vaxtı sərnişindaşıma fəaliyyəti bərpa edilmişdir. Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün insanlar arasında təmasın minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar ölkə üzrə şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyəti dayandırılmış və 26 may 2021-ci il tarixli Qərarı ilə 2021-ci il 31 may tarixindən etibarən bu daşımalar bərpa edilmişdir. Hazırda Qazax avtovağzalından Kəmərli kəndinə 4 ədəd, Fərəhli kəndinə 2 ədəd, Qaymaqlı kəndinə 2 ədəd, Aslanbəyli kəndinə 2 ədəd avtobusla qrafik üzrə müntəzəm sərnişindaşımaları həyata keçirilir ki, bu da həmin ərazi üzrə əhalinin tələbatını tam olaraq ödəyir. Həmçinin Qazax-Qırmızı Körpü istiqamətində müəyyən edilmiş qrafiklər üzrə saat 07:00-dan başlayaraq 18:00-dək 30 dəqiqəlik intervalla müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərilir. Bakı-Kəmərli (Qazax) marşrutunun Kəmərli kəndindən Bakı istiqaməti üzrə hərəkət cədvəlinin saat 19:45-dən saat 16:30-a keçirilməsinə etiraz edən Kəmərli kənd sakinlərinin siyahısının onlar tərəfindən yazılmış müraciətə əlavə edilməsi ilə bağlı bildirilmişdir ki, Kəmərli kənd sakinləri tərəfindən Bakı-Kəmərli və əks istiqamət üzrə marşrut xəttinin hərəkət cədvəlləri ilə bağlı Cəmiyyətə heç bir şikayət daxil olmamışdır. “Bakı-Qırmızı-Körpü” istiqamətində yeni təsdiq edilmiş hərəkət cədvəlləri üzrə sutkanın qaranlıq vaxtı sərnişindaşıma həyata keçirən daşıyıcılar 05 avqust 2021-ci il tarixində Cəmiyyətə müraciət edərək, “Ekspert” LTD firmasının istifadəsində olan avtobuslarla Bakı- Kəmərli (Qazax) qrafikindən kənara çıxaraq, Kəmərli, Qaymaqlı və Asianbəyii kəndlərindən qeyri-qanuni sərnişin daşıma xidməti həyata keçirməklə onların fəaliyyətinə maneçilik törətdiyini bildirmişlər. “Ekspert” LTD-yə məxsus avtobusların Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə buraxılmaması ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən verilən məlumata əsasən, sərnişindaşıma xidmətlərinin göstərilməsi Cəmiyyətə həvalə edilmiş Bakı-Kəmərli (Qazax) marşrutu üzrə Bakıdan yola düşmə vaxtı saat 15:25 olmaqla 12 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və Qazax Avtovağzalına girmədən sərnişindaşıma həyata keçirmiş, bir müddət sonra isə marşrut üzrə fəaliyyətlərini dayandırmışdırlar. "xxxx" MMC-nin əməkdaşları barəsində müraciətlərində qeyd edilənlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Ekspert” LTD firmasına ünvanlanmış 1-xx-xx/7559-21 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" firması tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış Qazax - Bakı marşrutunun hərəkət cədvəli barədə müraciətə baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədilə etibarnamə əsasında müəssisənin təsisçisini təmsil edən X5 xx.xx.2021-ci il tarixində "xxxx" MMC-də olmuşdur və ona Qazax - Bakı şəhərlərarası marşrut xəttinin hərəkət cədvəli (Qazax avtovağzalından saat 17:15, saat 19:45, saat 20:00 və saat 01:00) təklif edilmişdir. X8 təklif olunan hərəkət cədvəlləri üzrə sərnişin daşımalarından imtina etmişdir. Bununla bağlı "xxxx" Firmasının təsisçisi Nümayəndə1 xx.xx.2021-ci il tarixli 127-04/365 nömrəli məktub göndərilmiş və bir daha yuxarıda qeyd edilən marşrut xətti üzrə hərəkət cədvəli ona təklif edilməklə qısa müddət ərzində həmin təkliflərə münasibət bildirməsinin vacibliyi nəzərinə çatdırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.22-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır. Eyni məzmunlu müraciətlərlə bağlı "xxxx" Firmasına xx.xx.2021-ci il tarixli 127-07/372 nömrəli və xx.xx.2021-ci il tarixli 127-07/386 nömrəli cavab məktubları göndərilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 3-27103/2-803/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasına əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 2022-ci ildə “Bakı-Şuşa-Bakı”, “Bakı-Ağdam-Bakf, “Əhmədbəyli-ŞuşaƏhmədbəyli”, “Bərdə-Ağdam- Bərdə”, “Bakı-Füzuli-Bakı”, “Bakı-Sabirabad- Bakı”, “BakıLənkəran-Bakı”, “Bakı-Astara- Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur və komissiya üzvləri tərəfindən qalib müəyyənləşdirilərək, daşıyıcı ilə sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün 3 (üç) ilədək “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Cari ilin 13 fevral tarixində “Bakı-Biləsuvar-Bakı", “Bakı- Ağcabədi-Bakı”, “Bakı- Qazax-Bakı”, “BakıQuba-Bakı”, “Bakı-Qusar-Bakı” marşrutları üzrə, 02 mart tarixində “Bakı- Qusar-Bakı”, “Bakı-Lənkəran-Bakı”, “Bakı-Xudat-Bakı”, “Bakı-SDK- Bakı”, “Ceyranbatan qəsəbəsiXocəsən metro stansiyası-Ceyranbatan qəsəbəsi”, “Masazır qəsəbəsi-Xocəsən metro stansiyası- Masazır qəsəbəsi” marşrutlar üzrə, 07 aprel tarixində isə “Mingəçevir şəhərdaxili 5 nömrəli”, “Mingəçevir şəhərdaxili 12 nömrəli”, “Bakı-Xudat- Bakı”, “BakıXaçmaz-Bakı”, “Bakı-Nabran-Bakı”, “Bakı-Şabran-Bakı” və “Bakı-Quba-Bakı” marşrutları üzrə müsabiqə elan olunmuşdur. Sərnişindaşıma fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər davam etdirilir və gələcəkdə “Bakı-Sınıq Körpü (Qazax)-Bakı” marşrutu üzrə müsabiqənin keçirilməsi həyata keçiriləcəkdir. Qeyd olunan cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" MMC tərəfindən qəbul edilmiş “BakıQırmızı Körpü” şəhərlərarası marşurut xəttinin istismarı haqqında” 07/s №-li, 15 iyul 2021- ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, “Bakı-Qırmızı Körpü” şəhərlərarası müntəzəm marşurut xəttinin hərəkət cədvəli üzrə gecə saatlarında (Bakıdan saat 22:00- Qırmızı Körpüdən saat 23:00) “Vətən” firmasının sərnişindaşıma fəaliyyətinin dayandırılması və həmin hərəkət cədvəli üzrə sərnişindaşımalarının yerinə yetirilməsi müvəqqəti olaraq fiziki şəxslər X12 və X3 həvalə edilməsi qərara alınmışdır. Qeyd olunanlarla razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddia qismən təmin edilərək, cavabdehin üzərinə İddiaçı firmasının müraciəti (20 il istifadəsində olan 204 №-li Bakı- Kəmərli (Qazax) marşurutunun hərəkət cədvəli qrafiki vaxtının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı və Kəmərlidən çıxma vaxtının saat 21:45-ə, Qazax-Bakı istiqamətində Kəmərlidən Qazax avtovağzalına daxil olma vaxtının saat 22:45-ə, həmin avtovağzaldan çıxma vaxtının isə saat 23:00-a bərpa olunmasına dair) ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq qərar qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmış və bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci və 73.3.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanan 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdu ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 2-ci bəndinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 3-cü bəndinə görə isə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Birinci instansiya məhkəməsi cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi hallarının tam müəyyən olunmamasına, bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etməyin mümkün olmamasına istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı olması qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsi məcburetmə haqqında iddiaya dair məhkəmə qərarının hansı hallarda qəbul edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməmiş, əksinə məhkəmədən qabaq və həmçinin məhkəmə icraatı dövründə məhkəmə sərəncamının icrası ilə bağlı iddiaya dair yazılı şəkildə münasibət təqdim olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibət bildirməsini nəzərə almadan cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxılması və iddiaçının xeyrinə müvafiq qərar qəbul edilməsi öhdəliyini qoymuşdur. Bu zaman məhkəmə istinad etdiyi İPM-nin 73.2-ci və 73.3.3-cü maddələri baxımından iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığını, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinin zəruri olduğunu, məhkəmə tərəfindən müstəqil şəkildə belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığını öz qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından və müvafiq qanunvericilik normalarından aydın olur ki, məhkəmənin iş materiallarını araşdırıb, mahiyyəti üzrə konkret qərar qəbul etməsi mümkün idi. Həmçinin iş materiallarından görünür ki, iddia tələbi iki hissədən ibarət olmuş, Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023cü il tarixli qərardadı ilə İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı X21 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” haqqında iddia tələbi üzrə iddiası cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2905/2023 saylı, xx.xx.2023-cü il İddiaçı "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 16 may 2023-cü il tarixli qərar ləğv edilməli və iş iddiaçının “hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair iddiasına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-1-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentlinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(112)-2388/2023 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1309/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1309/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver