Məhkəmə qərarları › İş №2-1(103)-131/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-131/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-131/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X42 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X26 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə (üçüncü şəxslər X32, X33, X34, X50) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərarından İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı əsasında İddiaçı1 Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, RİH tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-130911 saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi iddiaçıya verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi “400” nömrəlidir. İddiaçı1 orada 1995-ci ildən ev inşa etmiş və ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, iddiaçının istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafı bütövlükdə hasarlanmışdır. Daha sonra iddiaçı evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini A.Xasıyevə satmışdır. İddiaçı2 cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı1, Y.Quluyevaya, N.Qasımova, İ.Quluzadəyə, A.Xasiyevə və DƏDRX-ə qarşı "çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi tələbi barədə" iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, A.Xasıyev xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini İddiaçı2 satmışdır. Cavabdeh Y.Quluyeva isə iddiaçının İddiaçı2 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi 415 nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olmuşdur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə var və Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının məzmunu Y.Quliyevaya torpaq sahəsinin ayrılmamasını ifadə edir. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. Ümumiyyətlə, Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər? Bundan əlavə, onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər Y.Quluyeva 1998-ci ildə torpaq sahəsini almışdırsa 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, "ona ayrılmış torpaq sahəsi" artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Y.Quluyeva 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini N.Qasımova, 100 kv.m. sahəsini İ.Quluzadəyə satmışdır. Nəticədə iddiaçının evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Halbuki, o, evinin altını başqa şəxsə necə sata bilərdi? Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır. Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetində müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa, qeyd edilənlərə əsasən Y.Quluyevanın adına verilmiş ilkin sənəd mövcud olmadığından onunla "mövcud olmayan sənəd" əsasında İ.Quluzadə və N.Qasımov arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların "mövcud olmayan sənəd" əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, sonra A.Xasıyevə satdığı, sonuncunun da İddiaçı2 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır. Mübahisəli 0.06 ha torpaq sahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0.03 ha torpaq sahəsi K.Nağıyevin ilkin torpaq ayırma sənədinə uyğun olduğu halda, satdığı 0.03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərinə uyğun olmamışdır. Həmçinin mütəxəssis rəyi ilə məlum olmuşdur ki, Y.Quluyevanın adına verilmiş ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin “koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 və 415 nömrəli torpaq sahələrinin hər ikisinin ilkin nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin torpaq ayırma sənədlərində "415" nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. "400" nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda 415 nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa, Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli 3/10-918 saylı məktubu ilə Y.Quluyevanın adına torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci tarixli 1975 sayİı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də Y.Quliyevanın adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası isə İddiaçı1 ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadastr işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. Yuxarıdakılara əsasən görünür ki, İddiaçı1 və İddiaçı2 hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktiki halları ilə təsdiq olunur ki, Y.Quluyevanın adına verilmiş sənədlər qanunsuz verilmiş, DƏDRX-nın mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sanədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman "Google earth" proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin DƏDRX-in mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. İddiaçı1 cavabdehlər (indiki iş üzrə üçüncü şəxslər) X16, X17, X18, İddiaçı2 (indiki iş üzrə iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdehlər Namiq Qasımov, İlahə Quluzadə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3976/2021 saylı qərardadı ilə həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı2 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaqayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni "X16 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında X35 və X33 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi“ və bu müqavilə əsasında X11 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışı X35 və X36 arasında bağlanılmış” xx.xx.2014-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi X16 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sorğuya cavab olaraq xx.xx.2013-cü il tarixli məktubunda bildirilmişdir ki, Səbail RİH-in xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X5 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Səbail RİH-in qanunsuz şəkildə tərtib olunmuş xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı X19 torpaq ayrılması barədə olsa da, onun adına torpaq ayrılması göstərilmədiyinə görə sərəncamın həqiqiliyinə dair müəyyən şübhələr yaranır. Sərəncamın kimə ünvanlandığı aydın deyildir. Saxta əldə edilmiş sərəncam nəticəsində iddiaçıların hüquqları kobud şəkildə pozulur. Həmçinin, sərəncamın forması baxımından düzgün tərtib olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X35, X33, X34, X50 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.1998-ci il tarixli, 1975 saylı Cavabdeh başçısının Yeganə Quluyevaya münasibətdə qəbul etdiyi sərəncamın qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi onunla əsaslandırılmışdır ki, son bir neçə ildə Yeganə Quliyeva İddiaçı2 məxsus torpaq sahəsinə daş tökərək bildirmişdir ki, bura Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə ona verilmişdir. Eyni zamanda sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətində tikinti işləri aparılmasa torpaq sahəsi geri alınmalıdır. Yeganə Quliyevanın iddia etdiyi sərəncamın tarixi 1998-ci il olsa da, o, tikinti işlərini həyata keçirmək üçün daşı həmin torpaq sahəsinə 2014-cü ildə tökmüşdür. Buna görə də müvafiq sərəncam etibarsız hesab olunmalıdır. Üçüncü şəxs X33 iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, hazırkı iddia tələbləri subyektiv hüquqları olmayan şəxslər tərəfindən irəli sürüldüyü üçün iddia ərizəsi mümkünsüz hesab edilməli, iddia tələbi təmin edilməməlidir. Əvvəllər də tərəflər arasında X19, sonradan isə X33, İddiaçı2 və X20 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanuni əsaslarla onların mülkiyyətində olmaları və torpaq sahələrinin yerləşdiyi koordinatlarına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə mübahisələri olmuş, 2016-cı ildə Səbail Rayon Məhkəməsinin 2(009)-2601/2016 №-li və 2(009)-136/2016 №-li Bakı şəhəri Səbail rayon məhkəməsində baxılmış mülki işlər, sonradan bir icraatda Bakı Apellyasiya Məhkəməsində birləşdirilərək bir icraatda baxılmış, xx.xx.2021-ci ildə (iş № 2(102)- 156/2021) Ali Məhkəmədə isə başa çatmışdır. Belə ki, İddiaçı1 cavabdehlər X16, X17, İddiaçı2, X21, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan mülki işlərdə İddiaçı1 tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanında 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin hüdudlarında “torpaq sahəsinin mülkiyyətinə dair” JN-1309H saylı (kod ********) şəhadətnamə tərtib edilmişdir. O, orada 1995-ci ildə ev inşa etmiş və ailəsi ilə birlikdə həmin vaxtdan bu günə kimi orada yaşayır. Sonra da mülkiyyətində olan torpaq sahəsinin yarısını, 300 kv.metr sahəni xx.xx.2004-cü il tarixdə Ariz Xasıyevə satmışdır. Axırıncı isə həmin torpağı başqa şəxsə satmışdır. İddiaçı2 cavabdehlər X19, X17, X21, X43 və onun özü İddiaçı1 qarşı digər mülki işdə (2(009)- 2601/2016) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Xasıyev Ariz həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cəmilə Zəkaryayevaya satmışdır. X49 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış, plan və ölçünü alarkən onun 300 kv.m torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, hasarın içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinə işlənmişdir. O, torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanların əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrinin, koordinatlarının vura bilmədiyi halda, onun hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlar vuraraq, sənədləşdirib həmin şəxsə təqdim etmişdir. Cavabdeh Yeganə Quliyeva isə Cəmilə Zakarayevaya satılmış torpaq sahəsinə Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamını almışdır. Sərəncama əlavə edilmiş cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunan sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİH-nin xx.xx.1988-ci il tarixli 1975 nömrəli Sərəncamının məzmunu X19 torpaq sahəsinin ayrılmasını ifadə edir. Belə ki, Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X5 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin sərəncamın ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçü qeyd edilən koordinatlar ilə üst-üstə düşmür. Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsinin 200 kv.metrəsini X66 Qasımova, 100 kv.metr hissəsini isə İlahə Quluzadəyə satmışdır. Nəticədə onun evinin qarşısı və hasarının içərisi olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. İddiaçı bu problemin yaranma səbəbinin kökündə saxta əldə edilmiş sərəncam (Səbail RİH-nin xx.xx.1988-ci il tarixli 1975 nömrəli Sərəncamı) və səhlənkarlıq edib yeni baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını, elə kabinetində də müəyyən edilən mütəxəssislərin hərəkəti dayanır. Yuxarıda qeyd olunan iki mülki işi birləşdirib bir icraatda baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 551/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 X1 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli və 14 iyun 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X16 xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m hissədə, X35 ilə X33 arasında bağlanan 19 mart 2014cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə, X32 ilə X34 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin İddiaçı1 tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində İddiaçı1 tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6519/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı1 kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-551/2018 nömrəli iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, X35 ilə X33 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə, X32 ilə X34 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X4 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi hissəsində qüvvədə saxlanılmış, cavabdeh X28 243 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində qətnamə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında yuxarıda qeyd olunan 2(103)-551/2018 №-li işə baxılarkən əlavə məhkəmə-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli, 18948 saylı rəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Məmməd Həsənovun imzası ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis məktubunun göstəricilərini nəzərə alaraq mülki iş materiallarının 2-ci cild, 19-cu və 20-ci səhifəsinə əlavə edilmiş “daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-1 0014427) əsasən JN- 13094H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0.03 hektar torpaq sahəsinin Ariz Xasıyevə satdıqdan sonra X29 faktiki istifadəsində olan 0.0542 hektar torpaq sahəsinin mövcudluğu, İddiaçı2mn xüsusi mülkiyyətində (reyestr nömrəsi **********98) olan 300 kv.metr torpaq sahəsinin 243 kv.metr hissəsinin X29 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin ekspertiza rəyi ilə İddiaçı1 Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanında ayrılmış 600 kv. metr torpaq sahəsinin (həmin əraziyə İddiaçı1 sonradan iddiaçı X7 satdığı 0.03 ha torpaq sahəsi də daxildir) torpaq sahəsinin ölçüsü və hüdudları da müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin hüdudlardan kənar Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamı ilə X19 ayrılmış 0.06 ha torpaq sahəsinə (həmin sahədən 0.03 ha yüksək gərginlikli elektrik xəttinin altına düşdüyünə görə onun adına 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır) heç bir aidiyyəti yoxdur. Qeyd olunan dövrdə torpaq sahəsi Bakı şəhəri Səbail rayonu İHnin balansında olduğuna görə Səbail rayonu İH X19 torpaq sahəsinin ayrılmasında səlahiyyətli olmuşdur. Hazırda iddiaçılar İddiaçı1, Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən kənarda yerləşən ərazinin başqa şəxsə, X19 ayrılması barədə olan xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamı mübahisələndirirlər ki, buna onların subyektiv hüququ yoxdur. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-128/2020 №-li xx.xx.2020-ci il tarixli qərarının icrası ilə bağlı ona Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin satdığı və hazırda İddiaçı2 mülkiyyətində olan 0.03 ha sahəsindəki 243 kv.metrdə tikdiyi fərdi evin sökülməsindən yayınmaq üçün əsassız olaraq subyektiv hüququ olmadığı halda Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamını mübahisələndirir. Göründüyü kimi iddiaçılar arasında olan mübahisə ilə bağlı yaranmış problem üçüncü şəxslərin, o cümlədən X11 mülkiyyət hüquqları pozulmaqla həll etməyə cəhd olunur. Konstitusiya Məhkəməsinin qərarından da müəyyən olunur ki, iddiaçılara aid olmayan torpaq sahəsinin digər şəxslərə verilməsinə səbəb olan Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamını mübahisələndirməyə iddiaçıların subyektiv hüququ yoxdur. Digər tərəfdən, iddia ərizəsində Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna istinad olunaraq göstərilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X5 torpaq sahəsi ayrılması kimi qeyd olunduğu, bu faktın özü isə sərəncamın həqiqiliyinə şübhə yarandığı qeyd olunur. Bu məsələ ilə bağlı qeyd olunmalıdır ki, arxiv idarəsi sərəncamın mövcud olduğunu özü təsdiqləyir. Lakin sərəncamda adı çəkilən şəxslərdən yalnız birinin arxivdə sərəncamlarının qeydiyyat kitabında keçməsinə istinad olunaraq sərəncamın həqiqiliyinə şübhə yaranması kimi mülahizə tamamilə əsassızdır, bu mülahizəni irəli sürmək Arxiv İdarəsinin səlahiyyətinə aid deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərarından narazı qalan iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçının vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh başçısının X19 münasibətdə qəbul etdiyi xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması, sərəncam əsasında üçüncü şəxs X13 adına verilmiş torpaq sahəsinin cizgisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayəti ilə razı olduğunu bildirərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Cavabdeh Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamına əsasən: 1. Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X5, X9, X39, X19, X3 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması; 2. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılması; 3. Tikinti işlərinin başa çatdırılması müddətinin sərəncam qəbul olunduğu gündən iki il hesab edilməsi; 4. Qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. -Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli, 3-36 nömrəli məktubu ilə göndərilmiş Cavabdeh Başçısının Badamdar qəsəbə bələdiyyəsi tərəfindən tərtib olunmuş 13 yanvar 2011-ci il tarixli, 02 nömrəli Cavabdeh Başçısının 1915 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə vətəndaş X22 ayrılmış, Badamdar qəsəbəsi 1 yaşayış massivi 9 döngə 415 nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHB-nın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2332 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlanma vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X5 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən xahişini müsbət həll etmək mümkün deyildir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2583 nömrəli məktubunda qeyd edilmişdir ki, X19 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının olmasına baxmayaraq, sərəncamların qeydiyyatı kitabında həmin şəxsin soyadının, adının və atasının adının qeyd olunmaması X19 torpaq sahəsinin ayrılmaması məzmununu ifadə edir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsünə əsasən Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsi ilə bağlı X13 adına tərtib edilmiş və X62 Kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cü döngə, 415 saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi X14 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN – İ №0399240 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.01 ha torpaq sahəsini alıcı X11 mülkiyyətinə verir. -AN – İ №0399241 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini alıcı X12 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 sahənin bir hissəsi 0.01 ha torpaq sahəsi X11 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 sahənin bir hissəsi 0.02 ha torpaq sahəsi X12 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə, fərdi ev tikmək üçün İddiaçı1 Badamdar qəsəbəsində 600 kv.m. (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. -xx.xx.2004-cü il tarixli JN-13094H, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı1 Cavabdeh Başçısının 12 dekabr 1994- cü il tarixli 4147 saylı Sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -AN–İ №0014427 nömrəli xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsindən 0.03 hektar hissəsini alıcı X40 mülkiyyətinə verir. -JN 17227D saylı, xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən X44 Bakı şəhəri 36 saylı Notariat Kontorunun 30 oktyabr 2004-cü il tarixli 4-Ə03-561 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -JN 17225D saylı xx.xx.2004-cü il tarixli nömrəli Şəhadətnaməyə əsasən İddiaçı1 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -AN - İ № ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X50 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 hektar torpağı alıcı İddiaçı2 mülkiyyətinə verir. -xx.xx.2005-ci il tarixli JN-24079D, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə/522 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən sahəsi 0.03 ha. olan torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı2 adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-551/2018 nömrəli iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2, X51 və X45 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 28 aprel 2016-cı il tarixli və 14 iyun 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X19 xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kvadrat metr hissədə, X35 və X33 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kvadrat metr hissədə; X35 və X34 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2, X51 və X45 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi “X29 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində X45 tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-156/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərarı ilə cavabdeh X45 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi baxılan hissədə - “İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adıçəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30 avqust 2022-ci il tarixli, BA-05421-2022 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli Sərəncamının Arxiv çıxarışında qeyd olunmuşdur ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ..., X19, ... 600 kv.m. torpaq sahəsi ayrılsın. Cavabdeh 1998-ci il üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısının 01-1982 nömrəli sərəncamlarının qeydiyyat kitabında (başlanıb xx.xx.1998 - bitib xx.xx.1998-ci il, 100 vərəqdə) xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamın adı və qısa məzmunu -..,-..,-.., /Məhərrəmova/ adı qeyd olunmuşdur. Sözügedən məktubda bildirilmişdir ki, qeyd edilən sərəncamın ləğv edilməsi barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat yoxdur. - İddiaçı2 ayrılmış torpaq sahəsinin əvvəllər İddiaçı1 Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli, 4147 saylı Sərəncamı ilə ayrılan 0.06 ha torpaq sahəsinin bir hissəsi olmasını və bölgü eskizində həmin 0,06 ha torpaq sahəsinin ortadan iki hissəyə bölünməsini nəzərə alaraq, ilkin cizgilərdə qeyd olunan situasiya planına əsasən İddiaçı2 ayrılmış torpaq sahəsi 0,03 ha torpaq sahəsi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin faktiki hasarının cənub istiqamətində yerləşdiyi və ilkin cizgilərə əsasən İddiaçı2 ayrılmış 0,03 torpaq sahəsi ilə İddiaçı1 istifadəsində olan torpaq sahəsinin (bölgüdən sonra qalan 0,03 ha torpaq sahəsi) üst-üstə düşmədiyi müəyyən edilmişdir. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh Başçısının 30 dekabr 1998 il tarixli, 1975 nömrəli sərəncamı ilə eyni zamanda X30 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, xx.xx.2014-cü il tarixdə həmin ünvanda 0,03 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X13 adına qeydə alınmış, 19 mart 2014-cü il tarixdə o, 0,02 ha torpaq sahəsini X17, 0,01 ha torpaq sahəsini X2, qeyd edilən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə X12 adına, 0,01 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X11 adına qeydə alınmışdır. İddiaçılar ilkin iddia ərizəsində sərəncamın Yeganə Quluyevaya münasibətdə etibarsız hesab olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Başçısının 30 dekabr 1998 il tarixli, 1975 nömrəli sərəncamının X30 aid hissədə etibarsız hesab edilməsi və sərəncam əsasında verilmiş cizginin ləğv edilməsini xahiş etmiş və ona istinad etmişdir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə X15 torpaq sahəsinin koordinatları və naturada yerləşməsi üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, “İddiaçı2 ayrılmış 0,03 ha torpaq sahəsinin Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsinin bir hissəsi olmasını nəzərə alaraq, Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli, 4147 saylı Sərəncamı ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsinin ilkin torpaqayırma çizgisində və Cavabdeh Başçısının 1915 nömrəli, 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə vətəndaş X22 ayrılmış, Badamdar qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsinin ilkin torpaqayırma cizgisində qeyd olunan məlumatları (yolları, döngələri və digər tərpənməz nöqtələri) müqayisəli şəkildə təhlil edərkən məlum olur ki, İddiaçı2 ayrılmış torpaq sahəsi ilə Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsinin yerləşmə mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma cizgilərində qeyd olunan məlumatlara əsasən, Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsi İddiaçı1 ayrılan (sonradan 0,03 ha hissəsi İddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətdə ayrılmışdır. İlkin torpaqayırma sxemləri sxematik olaraq tərtib olunduğundan koordinatları dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2025-ci il tarixli ekspert rəyində qeyd edilir ki, İddiaçı2 faktiki istifadəsində olan 0,03 ha torpaq sahəsi Cavabdeh başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə X37 ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma cizgisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli 1975 nömrəli sərəncamı ilə vətəndaş X22 ayrılmış, Badamdar qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsinin ilkin torpaqayırma cizgisində qeyd olunan məlumatları (yolları, döngələri və digər tərpənməz nöqtələri) müqayisəli şəkildə təhlil edərkən məlum olur ki, İddiaçı2 ayrılmış torpaq sahəsi ilə Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsinin yerləşmə mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma cizgilərində qeyd olunan məlumatlara əsasən, Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsi İddiaçı1 ayrılan (sonradan 0,03 ha hissəsi İddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətdə ayrılmışdır. İlkin torpaqayırma sxemləri sxematik olaraq tərtib olunduğundan koordinatları dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. X23 ayrılmış 600 kv.metr torpaq sahəsinin yerini ilkin torpaqayırma sxeminə əsasən dəqiq müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsinin X11, X12 və X40 naturada istifadə etdikləri torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 ayrılmış torpaq sahəsinin əvvəllər İddiaçı1 Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə ayrılan 0,06 ha torpaq sahəsinin bir hissəsi olmasını və bölgü eskizində həmin 0,06 ha torpaq sahəsinin ortadan iki hissəyə bölünməsini, ilkin cizgilərdə qeyd olunan situasiya planına əsasən İddiaçı2 ayrılmış torpaq sahəsinin 0,03 hektarlıq hissəsinin İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin hasarının cənub istiqamətində yerləşdiyini və ilkin cizgilərə əsasən İddiaçı2 ayrılmış 0,03 torpaq sahəsi ilə İddiaçı1 istifadəsində olan torpaq sahəsinin (bölgüdən sonra qalan 0,03 ha torpaq sahəsi) üst-üstə düşmədiyi müəyyən edilmişdir. X24 Bakı şəhəri Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1975 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin torpaqayırma sxemində seçim yeri (torpaq sahəsinin planda və naturada yeri) göstərilmədiyi üçün naturadakı yerini müəyyən etmək mümkün olmadığına görə onun torpaq sahəsinin İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin koordinantlarının üst-üstə düşüb düşməməsini müəyən etmək mümkün olmamışdır. Təqdim edilmiş hər iki rəydən görünür ki, İddiaçı2 ayrılmış torpaq sahəsi ilə Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsinin yerləşmə mövqelərində fərq mövcuddur. Belə ki, ilkin torpaqayırma cizgilərində qeyd olunan məlumatlara əsasən, Quliyeva Yeganəyə ayrılmış torpaq sahəsi İddiaçı1 ayrılan (sonradan 0,03 ha hissəsi İddiaçı2 ayrılmışdır) torpaq sahəsindən aralıda qərb istiqamətdə ayrılmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) qərarı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X35, X34, X33, İddiaçı2, X50) “koordinatların uyğunlaşdırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, “İddiaçı2 adına xx.xx.2005-ci il tarixdə JN 24079D nömrəli 0.03 ha torpaq sahəsinə dair DTXK tərəfindən verilmiş şəhadətnamədə torpaq sahəsinin yerləşmə planında C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin sənəd üzrə solunda 17225D nömrəli şəhadətnamənin aid olduğu yəni İddiaçı1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin, yenə də sənəd üzrə sağ tərəfində qonşu 9170D nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi görünür. Göründüyü kimi, İddiaçı1 məxsus olmuş 0.06 torpaq sahəsinə dair ilkin sənədlər- DTXK tərəfindən tərtib edilmiş yerquruluşu planında iddiaçının adına olan 0.06 ha torpaq sahəsininin yola paralel uzununa 30 m, eninə 20 m trapesiya formasında olduğu əks olunmuş, həmin torpaq sahəsinin cənubunda hər hansı torpaq sahəsi öz əksini tapmamış, yerquruluşu planında torpaq sahəsinin sağ və solunda qonşu torpaq sahələrinin yerləşdiyi, eyni zamanda həmin 0.06 ha torpaq sahəsinə dair ilkin şəhadətnamədə və İddiaçı1, A.Xasiyev və C.Zakayayevanın adına tərtib edilmiş sonrakı şəhadətnamələrdə torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planına uyğun olduğu, həmin şəhadətnamələrdə 0.06 ha torpaq sahəsindən satılmış 0.03 ha torpaq sahəsinin cənub hissədə deyil, sənəd üzrə iddiaçının mülkiyyətində qalan 0.03 ha torpaq sahəsindən sağda (naturada yol hissədən qərbdə) yerləşdiyi müəyyən olunur. İddiaçı yerquruluşu planının və sonrakı hüquqmüəyyənedici sənədlərin faktiki vəziyyətə uyğun tərtib edilməməsini iddia etsə də, Kollegiya iddiaçının qeyd edilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlər əldə edilərək təhlil edilmiş və haqlı olaraq aşağıdakı nəticəyə gəlinmişdir. İddiaçının adına 2004-cü ildə tərtib edilmiş JN 13094H nömrəli şəhadətnamədə torpaq sahəsinin planında həmin sahənin qərbində qonşu sahədə 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşdiyi, sonrakı şəhadətnamələrdə- həm A.Xasiyevin adına olan JN 17227D nömrəli şəhadətnamə, C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamə, həm də İddiaçı1 adına olan JN 17225D nömrəli şəhadətnamədə qonşuluqda yerləşən həmin 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, həmin sahənin yenə də sənəd üzrə mübahisəli torpaq sahələrindən sağda (naturada yol tərəfdən qərbdə) eyni vəziyyətdə, eyni konfiqurasiyada yerləşdiyi görünür. JN 9170H nömrəli şəhadətnaməyə aid 0.06 ha torpaq sahəsinin ilkin olaraq X8 adına xx.xx.2003-cü il tarixdə tərtib edilmiş şəhadətnamədə (JN 8687D), sonradan isə xx.xx.2003-cü il X6 adına tərtib edilmiş JN 9170H nömrəli şəhadətnamədə yerləşmə istiqaməti yola paralel düzbucaqlı formasında olduğu müşahidə olunur. İş materiallarında olan iddia olunan ərazinin hazırkı halda ortofoto görüntüsündə də sözügedən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, mübahisəli torpaq sahəsinin qərb hissəsində, eyni konfiqurasiya, eyni ölçü və eyni formada faktiki yerləşdiyi aydın şəkildə adi gözlə görünür. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan dəlili ətrafında ətraflı araşdırma aparmış və həmin dəlilə əsaslı şəkildə qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin yerləşmə vəziyyətinin düzgün tərtib edilmədiyi, xx.xx.2004-cü ildə tərtib edilmiş yerləşmə cizgisindən təxmini 1 ay fərqlə xx.xx.2004-cü ildə tərtib edilmiş yerquruluşu planının həqiqi vəziyyəti düzgün əks etdirmədiyi öz təsdiqini tapmamışdır. Əksinə, xx.xx.2004-cü ildə yerquruluşu planının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqi faktiki və hüquqi vəziyyətinə uyğun olduğu müəyyən olunur. Bu həm də onunla əlaqədardır ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyəti nə sənəd üzrə, nə də ortofoto görüntüdəki faktiki vəziyyəti 2004-cü ildən hazırkı tarixədək verilmiş hüquqmüəyyənedici sənədlərdə, o cümlədən mübahisəli şəhadətnamələrdə dəyişməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin planı (yerləşmə cizgisi) hüquqi cəhətdən mötəbər sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən yerləşmə cizgisi yalnız RİHB-nın Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadənin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsini 1994-cü ildə ayıran rayon icra hakimiyyəti olduğu halda torpaq sahəsinin yerləşmə cizgisini rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi 2004-cü ildə tərtib etmişdir. Həmin cizgi torpaqayırma qaydalarına uyğun olaraq rayon icra hakimiyyəti, onun səlahiyyətli qurumları-rayon icra hakimiyyətinin təsərrüfat müdiri, rayon icra hakimiyyətinin memarı və rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilməmiş, yalnız qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş və qəsəbə nümayəndəliyinə aid möhürlə təsdiq edilmişdir. Lakin, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də cizginin hazırlandığı 2004-cü ildə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra torpaqayıran qurum tərəfindən hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Yuxardada qeyd edildiyi kimi, həmin cizgi isə torpaqayıran rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, qəsəbə nümayənədəliyi tərəfindən tərtib edilmişdir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin Qərarın hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Bundan başqa, hazırkı iş üzrə iddiaçı tərəf sərəncamın həqiqiliyinə şübhənin olması, sərəncamın saxta olması baxımından o hala istinad edir ki, Səbail RİH-nın xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamında X16 topaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X5 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Bu barədə Dövlət Arxivindən əldə edilmiş məlumatda da həmin sərəncamın həqiqiliyinə şübhə olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2583 nömrəli məktubudur ki, həmin məktubda sərəncamın həqiqliyinə şübhə onunla əsaslandırılır ki, X31 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının olmasına baxmayaraq, sərəncamların qeydiyyatı kitabında həmin şəxsin soyadının, adının və atasının adının qeyd olunmaması X31 torpaq sahəsinin ayrılmaması məzmununu ifadə edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu iş üzrə sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, təqdim olunmuş arxiv sənədlərindən müəyyən olunur ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Dövlət Arxiv fondu həmin sərəncamı əlaqəli sənədlərlə birlikdə mühafizə etmək üçün təhvil almış və təhvil alarkən, eləcə də mühafizə etdiyi müddətdə həmin sərəncamın saxta olması və ya həqiqliyinə şübhənin müəyyən olunması məqsədilə nə sərəncamı təqdim edən qurumun (müvafiq icra hakimiyyəti orqanının), nə də öz təşəbbüsü ilə hüquq mühafizə orqanlarına məlumat verməmiş və ya həmin sərəncamın saxta olması barədə hüquqpozma ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qərarı müəyyən olunmamışdır. Başqa sözlə, dövlət arxivi bir tərəfdən etibarlı hüquqi sənədi -sərəncamı dövlət mühafizəsinə qəbul etmiş, digər tərəfdən iddiaçı tərəfə mühafizə altına aldığı torpaqayırma barədə sərəncamın həqiqiliyinə şübhə olması barədə məlumat vermişdir. Qeyd edildiyi kimi inzibati aktın bu və ya digər səbəbdən etibarsız sayılması barədə qərar qəbul etmək səlahiyyətinə yalnız həmin inzibati aktı qəbul etmiş inzibati orqan (və ya yuxarı inzibati orqan və ya hüquqi varisi olan qurum) və ya məhkəmə hesab olunduğu və mübahisəli sərəncamın ləğvi ilə bağlı səlahiyyətli qurumun qərarı barədə məlumat olmadığı halda Dövlət Arxivinin mövcud sərəncamın həqiqiliyini şübhə altına almaq və yaxud sərəncamla nəzərdə tutulmuş üçüncü şəxsə torpaq ayrılmadığını ifadə edən məlumat təqdim etmək səlahiyyəti qanunla nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı tərəfin istinad etdiyi Dövlət Arxivinin müvafiq məktubu qeyd olunan sərəncamın etibarsızlığını ifadə edən mötəbər sənəd qismində çıxış etmir. Bundan əlavə, iddiaçı tərəfin mövqeyini mahiyyəti üzrə dəyərləndirdikdə müəyyən olunur ki, Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə mübahisəli sərəncamla həmin sərənamın qeydiyyat kitabında işləndiyi ad və məzmun hissəsində uyğunsuzluq mövcuddur. Lakin bu uyğunsuzluq yenə də sözügedən sərəncamın etibarsızlığına dəlalət etmir. Belə ki, təqdim edilmiş Cavabdeh xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının tam mətnindən müəyyən olunur ki, Badamdar qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün bir sərəncamla eyni vaxtda bir neçə vətəndaşa - X10, X25, X48, X32 və X3 hər birinə ayrıayrılıqda 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın işlənildiyi 1998-ci il üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısının 01-1982 nömrəli sərəncamlarının qeydiyyat kitabında 99-cu vərəqdə xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının adı və qısa məzmunu qrafasında “Məhərrəmova....” adı qeyd olunmuşdur. Göründüyü kimi mübahisəli sərəncam eyni vaxtda 5 nəfərə (o cümlədən sıra üzrə 4cü Yeganə Quluyevaya) torpaq sahəsinin ayrılması barədə olduğundan, həmin sərəncamla sadalanan vətəndaşlardan birinci sırada vətəndaş X5 torpaq ayrılması göstərildiyindən sərəncamların qeydiyyat kitabında da bütün vətəndaşların deyil, məhz birinci sırada gələn vətəndaş- Məhərrəmovanın soyadının qeyd edilməsi mümkündür və bu halda sərəncamın məzmununun qısa şəkildə qeyd edilməsi ağlabatandır. Başqa sözlə, qeydiyyat jurnalında qısa olaraq sərəncamla torpaq ayrılanlardan yalnız bir vətəndaşın, eləcə də sıra üzrə birinci şəxsin adının qeyd edilməsi digər 4 vətəndaşa, eləcə də üçüncü şəxsə torpaq ayrılmadığını deməyə hüquqi əsas vermir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçı tərəfin etibarsızlıqla bağlı qeyd etdiyi sərəncamla icazə verilən tikinti işlərinin aparılması müddətinin üçüncü şəxs tərəfindən ötürülməsi bununla da sərəncamın qüvvədən düşmüş olmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfin qeyd etdiyi bu dəlil “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq əsaslarına uyğun deyildir. Belə ki, iddiaçının mövqeyinə əsasən sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər Y.Quliyeva 1998-ci ildə torpaq sahəsini almışdısa 2014-cü ildə tikintiyə başlamaq üçün həmin ərazidə daş tökərək tikinti işlərinə başlayırsa, bu o deməkdir ki, sərəncamla verilmiş tikinti müddəti bitmiş və nəticə etibarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi artıq başqa vətəndaşa verilmiş hesab edilməlidir. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının sərəncamla nəzərdə tutulmuş 2 illik müddətin keçməsinə istinad etməsi iddiaçı tərəfin irəli sürdüyü sərəncamın həqiqiliyinə şübhənin olması barədə etibarsızılıq əsası ilə ziddiyyət təşkil edir və ya iddiaçı tərəfin irəli sürdüyü etibarsızlıq halını aradan qaldırır. Belə ki, iddiaçı tərəfin sərəncamla inşaat müddətinin keçdiyini, bununla da həmin torpağın başqasına verilməsinə əsas verməsini qeyd etməsi bilavasitə iddiaçıların həmin sərəncamın mövcudluğunu, belə bir inzibati aktın yuxarıda qeyd edilən etibarsızlıqla bağlı dəlillərinin əksinə olaraq onun əvvəlcədən mötəbəliyini qəbul etdiyini, yalnız sərəncamın nəzərdə tutulmuş inşaat müddətinin keçməsi səbəbi ilə hüquqi nəticə yaratmadığını irəli sürdüyünə dəlalət edir. Başqa sözlə, iddiaçı tərəf sözügedən sərəncamın etibarsız hesab edilməsi ilə bağlı konkret əsaslara sahib deyil. Digər tərəfdən, sərəncamdakı inşaat müddətinə gəlincə 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamın məzmununda tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi barədə müddəa olmuş və sözügedən sərəncamda qeyd edilən müddətdə tikinti işləri aparılmamış olsa da, rayon icra hakimiyyəti tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsdən geri alınmamışdır. Əksinə, sərəncam 1998-ci il olmaqla həmin sərəncamın üzərindən 13 ilə yaxın müddət keçdikdən sonra hüquqi varis olan hazırkı Cavabdeh başçısının müavininin imzası ilə xx.xx.2011- ci il tarixli, 3-36 nömrəli məktubu ilə sözügedən sərəncamla X22 ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 9 döngə 415 nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş və yerləşmə cizgisi Səbail RİHB-nın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir. Dolayısı ilə Cavabdeh X22 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tərtib etməklə nəinki torpaq sahəsini geri almamış, həm də həmin cizginin verilməsinin əsasında dayanan ilkin torpaqayırma sənədi olan 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamın həqiqiliyi, mötəbərliliyini və hüquqi qüvvəsini qəbul etmiş və təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Beləliklə, iş materiallarından və aparılmış məhkəmə araşdırılmasından da məlum olur ki, Cavabdeh Başçısı tərəfindən 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncam qəbul edilərkən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt, o cümlədən həmin inzibati akt əsasında verilmiş cizgi əsaslıdır və iddianın təmin olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh Başçısı tərəfindən 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncam əsasında X30 verilmiş torpaq sahəsi ilə cizginin ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan Sərəncamın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyi üçün onun hüquqi nəticələrinin etibarsız sayılması mümkün deyildir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1193/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar