Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1310/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd xidmətinə qarşı (üçüncü şəxs: X5) “onun icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7771/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 13.10.2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun onun icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-7771/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı övladının ölkədən buraxılmasına əsas verən övladının anası X4 Respublikasında ali təhsil alması barədə sənədi tələb edib. X6 Respublikasında hansısa ali təhsil müəssisənin tələbəsi olmadığı üçün belə bir sənədində təqdim edilməsi mümkün olmamışdır və DSX Sərhəd Nəzarəti yalnızca Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2020-ci il tarixli, 2(102)- 831/2020 saylı qərarına istinad ödərək övladını anası ilə birlikdə ölkədən buraxdığını bildirmişdir. Həmin məhkəmə qərarınında icrası X4 Respublikasında ali təhsil almasını təsdiq edən sənədin olmasından sonra aparılmalı idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmiş iddiaçı tərəf və üçünü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, Kollegiya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan: - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22.07.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 098269 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Sənan Raci oğlu 13.10.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası isə X3r. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 22.02.2021-ci il tarixli məktubda qeyd edilir: Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə ünvanladığınız ərizəyə aidiyyəti üzrə baxılmışdır. Övladınız Səfərov Sənan Raci oğlu anası X5 ilə birlikdə 26.12.2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 nömrəli qərarı əsasında dövlət sərhədindən buraxılmışdırlar. Bununla yanaşı, şəxslərin dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Övladınız Səfərov Sənan Raci oğlu anası X5 ilə birlikdə dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin təqdim olunması texniki cəhətdən imkhanımız xaricindədir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 05.04.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Ali Məhkəmənin 10.02.2020-ci il tarixli 2(102)-831/2020 saylı qərarında X2 Türkiyədə təhsil alması barədə sənədin təqdim edildiyi, təhsil almaq və təhsilini başa vurmaq üçün Türkiyə Respublikasında yaşamalı olduğu, həmçinin təhsil müddəti ərzində o, azyaşlı uşağı - 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunu özü ilə aparmalı olduğu qeyd edilmişdir. Göstərilən məqamları nəzərə alaraq Sizin yetkinlik yaşına çatmayan övladınız anası ilə birlikdə dövlət sərhədindən buraxılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 20.05.2021-ci il tarixli məktubda qeyd edilir: Səfərov Sənan Raci oğlu yalnız bir dəfə 26.12.2020-ci tarixdə anası X5 ilə birlikdə Azərbaycan Respublikasının Mirqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-831/20 nömrəli 10.02.2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Hazırki işin faktiki hallarından aydındır ki, İddiaçı X5 ilə birgə nikahlarından 13.10.2017-ci il tarixdə Səfərov Sənan Raci oğlu doğulmuşdur. X5 məhkəməyə müraciət edərək cavabdeh İddiaçı razılığı olmadan 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi Azərbaycan Respublikasının hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(012)-1524/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı atanın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması tələbinə dair iddia tələbi təmin edilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun yetkinlik yaşına çatana kimi atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara xarici ölkələrə sərbəst surətdə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2523/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü Səfərov Sənan Raci oğlunun iddiaçı-anası X2 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən də Səfərov Sənan Raci oğlunun anası X5 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəmənin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, hazırki iş üzrə cavabdeh orqan tərəfindən Səfərov Sənan Raci oğlunun anası X5 ilə birlikdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığından cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7771/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1310/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1310/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver