Məhkəmə qərarları › İş №2-1(103)-1310/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1310/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1310/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X10 və X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın ona verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8136/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən X6 Bakı şəhəri, Hövsan qəsəbəsi, "Gəmitəmirçi" BYC-nin D-4 saylı bağ sahəsinin istifadəçisidir. Hövsan bələdiyyəsinin 61 nömrəli xx.xx.2005-ci il tarixli arayışına əsasən X2 bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair torpaq vergisini ödəmişdir və hazırda Hövsan Bələdiyyəsinə borcu yoxdur. AZ-İİ 160575 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 17 yanvar 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X5 verilmiş **********45-05101- 093081 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.84 kv/m olan mənzildən ibarətdir. "Gəmi təmirçisi" Yoldaşlıq Bağçılığının 1997-ci il tarixli sənədinə əsasən X1 rayonu, Hövsan qəsəbəsində yerləşən Yoldaşlıq bağçılığın üzvüdür, ona ümumi sahəsi 0,05 hektar olan D-4 saylı sahə ayrılmışdır. "Xəzər dəniz gəmi təmiri" BİB-nin fəhlə və qulluqçularının bağçılıq cəmiyyətinin Nizamnaməsindən xx.xx.2021-ci il tarixli çıxarışına əsasən D-4 saylı bağ sahəsinin X4 istifadəsinə verildiyi "Gəmi təmirçisi" BYC-nin sədri Musaxan Kazımov tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İddiaçı yuxarıda adı çəkilən bağ sahəsinin mərhum anasına məxsus olmasına dair arayış verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya və onun nümayəndəsinə ünvanlanmış **********71 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi" bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhər, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağ massivindəki D-4 saylı bağ sahəsi onun anası X4 istifadəsinə verilmişdir. Protokoldan çıxarışa əsasən bağın ümumi sahəsi 0,05 hektardır, anası cəmiyyətin nizamnaməsinə, kollektiv bağçılıqla bağlı normativ və digər aktlara əməl etməli, üzvlük haqqını vaxtlı-vaxtında ödəməlidir və s. protokoldan çıxarış "Gəmitəmirçisi" BYCnin təmsilçisi İbadullayev U. tərəfindən imzalanıb və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Anası 17 yanvar 2021-ci ildə "Covid 19" xəstəliyindən vəfat edib. 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş 07 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şədahətnaməyə əsasən iddiaçı, anasının vərəsəsidir. xx.xx.2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (cavabdeh) ərizə ilə müraciət edərək, mərhum anası X3 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh qurumun rəisi Mustafa Rəşidovun xx.xx.2022-ci il tarixli **********71 saylı bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina cavabında imtinanın əsası kimi aşağıdakılar qeyd edilib: X4 adına "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,5 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar olunmayıb. xx.xx.2022-ci il tarixli məktubda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilib. O, xx.xx.2022-ci il tarixli Bildirişi 19 aprel 2022-ci ildə əldə etmişdir. Cavabdeh orqan X4 adına "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Cəmiyyəti nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 0,5 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənədin (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar olunmadığını qeyd edir. Ancaq, arxivdə sözügedən məlumatın aşkar olunmaması sözügedən torpaq sahəsinin anasının istifadəsinə verilməməsi anlamına gəlmir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komistəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Bu səbəbdən də 1997-ci ildən anasının istifadəsinə verilmiş D-4 saylı bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri də anasının üzərinə qoyulmamalıdır. Sözügedən bağ sahəsinin onların istifadəsində olduğunu digər qanuni sənədlər də təsdiq edir. Belə ki, "Gəmitəmirçisi" BYC-nin İdarə Heyətinin sədri X7 xx.xx.2021-ci il tarixli arayışında da qeyd edilir ki, "X6 Bakı şəhəri, Hovsan qəsəbəsi "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin D-4 saylı bağ sahəsinin istifadəçisidir". Eyni tarixli "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sol tərəf bağ sahələrinin situasiya planında da D-4 saylı bağ sahəsinin X4 istifadəsində olduğu qeyd edilir. Hər iki sənəd cəmiyyətin möhürü ilə təsdiq edilib. Cəmiyyətin İdarə Heyətinin sədri Musaxan Kazımovun imzası və möhürü ilə təqsdiqlənmiş xx.xx.2021-ci il tarixli sənədlə də D-4 saylı bağ sahəsinin X4 istifadəsinə verildiyi təsdiq edilib. Bakı şəhəri Hövsan Bələdiyyəsinin 09 və 10 iyul 2005-ci il tarixli Əhalidən vergilərin qəbulu qəbzlərində (qəbz № 002265 və 002266) X4 2000-2005-ci illər üçün Bələdiyyəyə D-4 saylı bağ sahəsi üçün müvafiq olaraq 25.000 (iyirmi beş min) və 50.000 (əlli min) manat topraq vergisini ödədiyi qeyd edilir. Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 61 saylı Arayışına əsasən X2 bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair torpaq vergisini ödəyib və hazırda Hövsan Bələdiyyəsinə borcu yoxdur. İkincisi, sözügedən bağ sahəsi üzərində hər hansı mübahisə mövcud deyil, digər fiziki şəxs və yaxud da qurumun bağa dair hər hansı iddiası mövcud deyil, dəmir qapı və daş hasarla qonşu bağlardan ayrılıb. Bu isə o deməkdir ki, cavabdeh orqanın torpaq üzərində hüququ qeydə almaqdan imtinası qanuni və əsaslı deyil və formal mülahizələrə əsaslanır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D-4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, X4 adı arxiv siyahısında aşkar edilməmişdir. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən sənədlərin bir çoxu 2021 -ci il tarixində verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********71 saylı cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8136/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb: "Məhkəmə qeyd edir ki, iddiaçının, üzərində mərhum anası X4 mülkiyyət hüququnun tanınması və bu haqda arayış verilməsini istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair qanunvericilikdə göstərilən sənədlər mövcud deyil. Belə ki, iddiaçı tərəfindən bağ sahəsinin mərhum anasına ayrılmasına dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və ya üzvlərin iclasının protokolundan çıxarışını təqdim etməmiş, bu sənədlər cavabdehin arxivində saxlanılan "Gəmitəmirçisi" bağçılıq yoldaşlığına dair 343 nömrəli arxiv qovluğunda da aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Gəmitəmirçisi" bağçılıq yoldaşlığının arxiv sənədlərində saxlanılan bağçılıq yoldaşlığının üzvlərin siyahısında X4 adı aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş "üzvlük bileti" və "Nizamnamədən çıxarışı"na gəldikdə isə qeyd olunmalıdır ki, bu sənədlər qanunun tələblərinə cavab vermədiyi üçün mötəbər sübutlar deyil və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd sayılmır". İşin mühahisəsiz faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mərhum X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin üzərində hüquqların əldə edilməsini təsdiq edən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən bir sıra sənədlər cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilib. Həmin sənədlərə "Gəmitəmirçisi" Bağçılıq - Yoldaşlıq Cəmiyyətinin 1997-ci il tarixli üzvlük bileti, "Xəzər dəniz gəmi təmiri" BİB-nin fəhlə və qulluqçularının bağçılıq cəmiyyətinin Nizamnaməsindən xx.xx.2021-ci il tarixli çıxarış, "Gəmitəmirçi" Bağçılıq- Yoldaşlıq Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışı, Hövsan Bələdiyyəsinin seriya APE 002266 nömrəli 10 iyul 2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzi aid edilə bilər. Məhkəmə iddiaçının, üzərində mərhum anası X4 mülkiyyət hüququnun tanınması və bu haqda arayış verilməsini istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair qanunvericilikdə göstərilən sənədlərin mövcud olmadığını bildirsə də, yuxarıda qeyd edilən sənədlərə hər hansı bir münasibət bildirməyib. Məhkəmə sadəcə hesab edib ki, iddiaçının təqdim etdiyi "üzvlük bileti" və "Nizamnamədən çıxarışı" qanunun tələblərinə cavab vermədiyi üçün mötəbər sübutlar deyil və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd sayılmır. Ancaq məhkəmə hansı səbəbdən həmin sənədlərin mötəbər sübutlar olmadığını və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər sayılmadığını qərarda əsaslandırmayıb. Halbuki, həmin sənədlər "Daşınmaz əmıkaın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7- ci bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iddinı rədd edərkən hesab edib ki, "iddiaçı tərəfindən bağ sahəsinin mərhum anasına ayrılmasına dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və ya üzvlərin iclasının protokolundan çıxarışını təqdim etməmiş, bu sənədlər cavabdehin arxivində saxlanılan "Gəmitəmirçisi" bağçılıq yoldaşlığına dair 343 nömrəli arxiv qovluğunda da aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Gəmitəmirçisi" bağçılıq yoldaşlığının arxiv sənədlərində saxlanılan bağçılıq yoldaşlığının üzvlərin siyahısında X4 adı aşkar edilməmişdir". Halbuki, arxivdə sözügedən məlumatların aşkar olunmaması D-4 saylı torpaq sahəsinin iddiaçının anasının istifadəsinə verilməməsi anlamına gəlmir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komistəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Bu səbəbdən də 1997-ci ildən iddiaçının anasının istifadəsinə verilmiş D-4 saylı bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının neqativ məsuliyyəti və nəticələri də iddiaçının üzərinə qoyulmamalıdır. Sözügedən Sərəncamın istinad olunan bəndinə əsasən iddiaçının anasının qanuni istifadəsində olan D-4 saylı bağ sahəsinin əvəzsiz qaydada onun mülkiyyətinə verilməsi təmin edilməli idi. Bu öhdəlik sərəncamla Nazirlər Kabinetinə həvalə edilib. Ancaq Sərəncamda göstərilən bu normaya əsasən nəinki D-4 saylı bağ sahəsi iddiaçının əvəzsiz istifadəsinə verilib, əksinə müxtəlif qanunsuz bəhanələrlə onun bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilib. Buna görə də Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar əsassız və qanunsuz olmaqla, şəxsin həm də sözügedən Sərəncamla qorunan hüququnu pozur. Sözügedən Qanunun istinad edilən normasına əsasən iddiaçının anasının qanuni istifadəsində olan D-4 saylı bağ sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilməlidir. Ancaq cavabdeh orqan maddi hüquq normasının bu tələbini pozaraq, iddiaçının anasının bağ sahəsi üzərində hüququnu tanıyıb, mülkiyyət hüququna dair çıxarışın verilməsini təmin etməyib. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının inzibati orqana qarşı qanuni və əsaslı iddiasını təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X18 və X19 apellyasiya şikayətinin dəlillərini etiraz edərək bildirdilər ki, iddiaçının mərhum anasının adı arxiv qovluğunda bağçılıq yoldaşlıq birliyinin sənədləri (aparılan adlı siyahıda) aşkarlanmamışdır. Hətta sonradan 2017-ci ildə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “Gəmi təmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin sədri X16 xx.xx.2020-ci il tarixdə etdiyi müraciət məktubuna əlavə etdiyi bağçılıq yoldaşlığının 64 nəfər üzvlərinin siyahısında da iddiaçının mərhum anası Nərgiz Məmmədovanın adı olmamışdır. Bununla bağlı cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D- 4 saylı bağ sahəsinin anası mərhum X5 məxsus olması barədə arayışın ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “sözügedən torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi" bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhər, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənədin (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mərhum X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin üzərində hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində göstərilən hər hansı sənədin cavabdehə və məhkəməyə təqdim edilməməsinə, həmin sənədlərin mövcud olması barədə məlumat verilməməsinə istinad edərək iddia tələbinin təmin edilməmsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı mərhum anası Nərgiz Məmmədovanın "Gəmitəmirçi" Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, "Gəmitəmirçi" BYC-nin D-4 saylı bağ sahəsinin istifadəçisi olduğuna, Hövsan bələdiyyəsinin 61 nömrəli xx.xx.2005-ci il tarixli arayışına əsasən mərhumə tərəfindən sözügedən bağ sahəsi ilə bağlı torpaq vergisinin ödənilməsinə, X4 17 yanvar 2021-ci ildə vəfat etməsinə, onun vərəsə olmasına istinad edərək adı çəkilən bağ sahəsinin mərhum anasına məxsus olması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, iddiaçıya və onun nümayəndəsinə ünvanlanmış **********71 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı mərhum X4 adına “Gəmitəmirçisi" bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhər, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi olan D4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın **********95 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar olunmamışdır. Hövsan Bələdiyyəsinin seriya APE 002266 nömrəli 10 iyul 2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzinə əsasən X6 tərəfindən 2002-2005-ci illər üçün 50000 manat torpaq vergisi ödənilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid sənədlər toplusunun (arxiv qovluğunun) məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tələb olunan arxiv qovluğu təqdim olunmuşdur. Adı çəkilən arxiv qovluğuna baxış keçirilən zamanı müəyyən olundu ki, həmin qovluqda “Xəzərdənizgəmitəmir” İB-nin sənədləri arasında bağçılıq yoldaşlığa qəbul edilmək istəyən işçilərin siyahıları mövcuddur, hansı ki belə siyahılar cəmi 3 ədəd olmuşdur. Həmin siyahılara baxış keçirilərkən iddiaçının mərhum anası Nərgiz Məmmədovanın (hətta iddiaçının dediyi kimi mərhumun ata soyadı “Səfərova” ilə də axtarılarkən) adı aşkarlanmadı. Bundan əlavə cavabdehin nümayəndəsi Əhməd Abbaslı məhkəmə iclasında bildirmişdi ki, 2017-ci ildə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “Gəmi təmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin sədri X16 xx.xx.2020-ci il tarixdə etdiyi müraciət məktubuna əlavə etdiyi bağçılıq yoldaşlığının 64 nəfər üzvlərinin siyahısında da iddiaçının mərhum anası Nərgiz Məmmədovanın adı olmamışdır. Həmin sənədlərə baxış keçirilərkən həmin fakt öz təsdiqini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, iddiaçı inzibati aktın qəbulunu zəruri edən halların mövcudluğunu sübut edə bilmir, formal mülahizələrə əsasən və arxivdə aşkarlanmayan sənəd (may 1997-ci ilin sənədi, bələdiyyənin torpaq vergisi ödənilməsi barədə arayışı, “Gəmi təmirçi” Bağçılıq Cəmiyyətinin sədri tərəfindən 2021-ci ildə verilmiş arayış) əsasında mövcud bağ sahəsinin mərhum anasına məxsusluğuna dair arayışın verilməsini tələb edir. Halbuki belə növdə arayışın verilməsi üçün qanunla müəyyən edilmiş sənədlər iddiaçı tərəfindən təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı isə qanunvericilikdə nəzərdə tutulmuş həmin sənədlərin -bağ sahəsinin icarəsi ilə bağlı mərhumla bağlanmış müqavilə, onun bağçılığa üzvlük kitabçası, adının “Xəzərdənizgəmitəmir” İB-nin bağçılıq yoldaşlıq birliyindən bağ sahəsi verilən işçilərin adlı siyahısında olmasını təsdiq edən sənəd (siyahı), mərhumun “Xəzərdənizgəmitəmir” BİB-nin işçisi olmasını təsdiq edən hər hansı sənəd (əmək kitabçası) ümumiyyətlə mövcud olmadığı müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər (bax bu qərarın 18-ci bəndinə). Hazırkı işdə aparılmış araşdırmalar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən sözügedən bağ sahəsinin mərhum anasına məxsusluğu barədə arayış verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu səbəbdən də cavabdeh inzibati orqan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələbini təmin etməməkdə haqlı olmuş və bu zaman iddiaçının hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bir daha qeyd olunması zəruridir ki, iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8136/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar