Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1310/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (əri) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3669/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 572 nömrəli Sərəncamına uyğun olaraq onunla-İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2001-ci il tarixli 24 nömrəli torpaq icarəsi müqaviləsində düzəlişlər edərək torpaq sahəsinin 108,8 kv.m şəklində göstərilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 3 ünvanda yerləşən 18,8 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi və məhkəmənin hazırkı qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı ünvan 4 ünvanında yerləşən zirzəmili 4 (+ mansard) yaşayış binasının tikintialtı 18,8 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə sərəncamının verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə ümumiyyətlə mümkün sayılmamaldır. İlk növbədə xx.xx.2001-ci il tarixli 24 nömrəli torpaq icarə müqaviləsinə münasibətdə qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə və 24 nömrəsi ilə qeydiyyatdan keçmiş, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hesabat formasında teqdim edilmiş torpaq sahəsinə dair icarə müqaviləsi hazırda iddiaçı qismində çıxış edən İddiaçı yox, digər bir şəxsə - “Uğur 97” firmasına aiddir. BŞİH-nin xx.xx.2000-ci il tarixli 572 nömrəli sərəncamından da aydın şəkildə görünür ki, qeyd edilən sərəncam torpaq sahəsinin ayrılmasını özündə ehtiva etməməklə yanaşı hər hansı torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılması öhdəliyini nəzərdə tutmur. Sərəncam bina tikintisinə icazə haqqındadır. Torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasına münasibətdə isə qeyd edilir ki, vətəndaşa təqdim edilən xx.xx.2001-ci il tarixli JN-0690 nömrəli şəhadətnamədən də aydın şəkildə görünür ki, sözügedən sənəd təqdim edilərkən yalnız BŞİH-nin xx.xx.2000-ci il tarixli 572 nömrəli sərəncamına istinad edilmişdir, hər hansı icarə müqaviləsinə deyil. Eyni zamanda icarə müqaviləsinin və şəhadətnamənin - hər iki sənədin xx.xx.2001-ci il tarixində tərtib edilməsi, icarə müqaviləsinin həmin tarixdə - yəni xx.xx.2001-ci ildə torpaq şöbəsində qeydiyyata alınması özü-özlüyündə məhkəmə tərəfindən araşdırılmalı hal olduğunu hesab edilir. Hətta torpaq sahəsinə dair iddiaçıya aid icarə müqaviləsi olsa belə, 90 kv.m torpaq sahəsi olduğu təqdirdə əlavə 18.8 kv.m torpaq sahəsinin hansı əsasla zəbt olunmasının hüquqi əsaslarına aydınlıq gətirilməməsi məhkəmənin hazırkı qərarının yetərincə araşdırma aparılmadan qəbul edildiyi qənaətinə gəlinməsinə əsas ola bilər. BİM öz qərarında vaxtı ilə BŞİH-nin tabeliyində olmuş, halhazırda - 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilən sənədə istinad edir. Lakin Memarlıq Şəhərsalma Baş İdarəsinində tabe olduğu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-4787 nömrəli məktubunda 90 kv.m torpaq sahəsinin ayrıldığını qeyd etsə də, əlavə torpaq sahəsinə (18.8 kv.m) dair hüququ təsdiq edən sənədlərin təqdim edilməsini zəruri hesab edir. Məhkəmənin özü də qərarında (8-ci səhifə 3-cü abzas) qeyd edir ki, “Beləliklə, iş üzrə müəyyən olunur ki, ... tikintialtı 90 kv.m torpaq sahəsinə dair torpaqayırma sənədləri olsa da, lakin tikintialtı sahənin 18.8 kv.m hissəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir”. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati akt qəbul edilməsi qanunsuz olaraq zəbt edilmiş və yaxud torpaq sahəsinə dair hər hansı hüquq olmadan həmin torpaq sahəsində tikintinin aparılması halının sənədləşdirilməsinə gətirib çıxara bilər. Bu hal özlüyündə şəxslər tərəfindən gələcəkdə torpaq sahəsini zəbt edərək sonradan məhkəmə vasitəsilə sənədləşdirilməsinə nail olmaqda bir ənənə yarada bilər. BİM-nin 2-1(112)-3669/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının eyni zamanda maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi qənaətinə gəlinir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri sadalanır. Həmin maddənin beşinci abzasında qeyd edilir ki, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması dövlətin səlahiyyətləridir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli 291 nömrəli Fərmanının 1ci bəndində dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətlərinin hansı orqanlar tərəfindən həyata keçirildiyi göstərilmişdir. “... üzərindən hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların ... icarəyə və istifadəyə verilməsi barəsindən - Əmlak Məsələləri Dövlət Xidməti ...” “...Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları ...” Digər torpaqlar dedikdə isə məhkəmə öz qərarında istinad etdiyi kimi həmçinin ... dövlət ehtiyat fondu torpaqları nəzərdə tutula bilər. İlk öncə məlumat üçün bildiririk ki, bu kateqoriya torpaqlarda hər hansı tikintidən söhbət gedə bilməz və sözügedən 18.8 kv.m. torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarına aid olub olmaması araşdırlmalıdır. Digər tərəfdən isə qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 33-cü maddəsinin 4-cü bəndinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri, eləcə də “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Qanunvericiliyin tələblərindən irəli gələrək bir daha xüsusilə vurqulamaq istərdik ki, üzərində tikinti olan torpaq sahələrinə münasibətdə torpaq sahəsinin icarəyə və ya istifadəyə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Cavabdeh əsl cavabdehlə əvəz edilməli və Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə iddia mümkün sayılmamaldır. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (əri) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı tələbi “ünvan 3 ünvanda yerləşən 18,8 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası qismən təmin edilərək, məhkəmənin hazırkı qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı ünvan 4 ünvanında yerləşən zirzəmili 4 (+ mansard) yaşayış binasının tikintialtı 18,8 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə sərəncamının verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “Bakı şəhərində yaşayış binasının tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı Şəhər İcra hakimiyyətində olsa da, cavabdeh orqan iddiaçının tikintialtı torpaq sahəsi ilə bağlı müraciətinə mahiyyəti üzrə baxmamış, təqdim olunan sənədləri yoxlamaq və yoxlamanın nəticələrinə müvafiq əsaslandırılmış qərar qəbul etmək kimi vəzifələrini yerinə yetirməkdən imtina etmiş, bilavasitə hərəkətsizlik göstərmişdir. İnzibati orqanın dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ bilavasitə inzibati orqana aid olduğundan, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul edilməsi bir tərəfdən inzibati orqanın qiymətləndirmə azadlığı, diskresion səlahiyyətinə aid olduğundan, digər tərəfdən “de fakto” sözügedən torpaq sahəsinin iddiaçının tikdiyi binanın altında yerləşməklə həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılmasına iddiaçının üstünlük hüququ istisna edilmir, eləcə də icarə müqaviləsi ilə bağlı hər iki tərəf razılığa gəlməlidir (torpağın təyinatı, icarə dəyəri və s. ilə bağlı). Kollegiya işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 572 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Ə-55 nömrəli məktubu nəzərə alınaraq, Səbail rayonu, A.İldırım küçəsi, ev 12, mənzil 1-də yaşayan vətəndaş İddiaçı yaşadığı evin sökülüb yerində beşmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 324 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus evin sökülüb yerində beş mərtəbəli yaşayış binasının tikintisi bu ünvanda yaşayan sakinlərin narazılığına səbəb olduğundan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 572 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2004-cü il tarixli, 07 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 324 saylı sərəncamının ləğv edilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 8m-416/03 saylın məktubunu və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 3844/2002 saylı qətnaməsini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 324 saylı sərəncamı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********21 nömrəli məktubu ilə göndərilmiş sənədlərə görə: İcarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə X1 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli, 24 nömrəli Müqaviləyə əsasən icarəyəverən icarə əsasında sahəsi 90 kv.m olan torpaq sahəsini, “icarəçi”yə uzun müddətli 99 il icarəyə verir, icarəçi isə onu qəbul edir. Torpaq sahəsi yaşayış binası üçün verilir. İcarəçi sahəni özbaşına genişləndirə bilməz. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə verilən torpaq sahəsinin xx.xx.2000-ci il tarixli 2000/212 nömrəli Ayrıc aktından görünür ki, vətəndaş İddiaçı Bakı Şəhəri icra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 572 nömrəli Sərəncamı ilə ünvan 6 ünvanında cizgidə göstərilən sərhədlər daxilində 90,76 kv.m evin sökülüb yerində beş mərtəbəli binanın tikintisi üçün ayrılmış torpaq saəsinin cizgisi tərtib edilmişdir. xx.xx.2001-ci il tarixli JN-0690 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”yə əsasən Bakı Şəhəri icra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 572 nömrəli Sərəncamı ilə verilmiş Səbail rayonu A.İldırım küçəsi ünvanında yaşayış binasının tikintisi üçün müvəqqəti 0.0090 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. xx.xx.2000-ci il tarixli 10941 nömrəli inşaat pasportundan görünür ki, Səbail rayonu, 12-cu məhəllə A,İldırım küçəsi 12 saylı bina sahəsi 90,76 kv.m-dir, ayrılan sahəni əhatə edən ərazi və ayrılan qurğular Şimal şərq hissədən A.İldırım küçəsi ilə, cənub-şərqdən, cənub-qərbdən, şimal-qərbdən yaşayış evləri ilə əhatə olunub, sahə haqqında məlumat sahədə iki mərtəbəli yaşayış binası var, sahədən keçən yeraltı mühəndis kommunikasiyalar, qurğular haqqında məlumat: sahədən keçən, məlum olmayan mühəndis xətləri aşkar olunduqda tikinti işləri dayandırılmalı və əlaqədar təşkilatlara məlumat verilməlidir. Aşkar olunmuş mühəndis xətlərinin köçürülməsi sifarişçinin vəsaiti hesabına həyata keçirilməlidir. xx.xx.2020-ci il tarixli Ö/003497 nömrəli İstismara hazırlıq Aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 12 ünvanda, zirzəmili 4(+mansarda) mərtəbəli yaşayış binası binasının ümumi sahəsi S=826,0 kv.m, binanın ümumi həcmi V=1752,4 kb.m, binanın tikinti sahəsi S=108,8 kv.m, zirzəmi sahəsi S=101,5 kv.m, 1-ci mərtəbənin sahəsi qeyri-yaşayış S=102,3 kv.m, 2- ci mərtəbənin sahəsi S=132,8 kv.m, 3-ci mərtəbənin sahəsi S=167,1 kv.m, 4-ci mərtəbənin sahəsi S=167,1 kv.m, mansarda mərtəbəsinin sahəsi S=167,1 kv.m, girişlərin sayı 1 ədəddir. Bu akt obyektdə tikinti-quraşdırma işlərinin, Sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-4787 nömrəli məktubunda bildirmişdir ki, Səbail rayonu, X9 küçəsi 12 ünvanında zirzəmili 4 (+mansarda) mərtəbəli yaşayış binasına dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi barədə müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhərsalma nəzarəti çərçivəsində baxılmışdır. Təqdim edilən sənədlər araşdırılarkən, X10 Komitəsi tərəfindən verilən xx.xx.2001-ci il tarixli JN-0690 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə sahibkarlıq məqsədi ilə 90,0 m2 torpaq sahəsi ayrıldığı halda, təqdim edilmiş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsində və Fövqəladə Hallar Nazirliyinin 27.01 2020-ci il tarixli Ö/003497 nömrəli İstismara hazırlıq Aktında binanın tikintialtı sahəsi 108,8 kv.m müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əlavə torpaq sahəsinə (18,8 kv.m) dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 01.2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 3.1.1-ci yarımbəndinə əsasən tikinti obyektinin əsas texniki göstəriciləri Komitəyə təqdim edilməlidir. Qeyd olunan iradlar aradan qaldırıldıqdan sonra müraciətinizə yenidən baxılacaqdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 07 iyul 2023-cü il tarixli, 3-52/2- 3546/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 2-1(112)-3669/2023 №-li sorğunuza cavab olaraq, Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2001 -ci il tarixli, 324 nömrəli, xx.xx.2004-cü il tarixli, 07 nömrəli sərəncamlarının və onlara əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri Sizə göndərilir: Eyni zamanda bildiririk ki, ünvan 8 ünvanda yerləşən yaşayış binası ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 24 saylı icarə müqaviləsi və xx.xx.2000-ci il tarixli, 2000/212 nömrəli ayrıc aktı Bakı Şəhər icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli Bçm/0313 nömrəli Arayışında qeyd olunmuşdur ki, JN-0690 kod 00400003 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 90 kv.m. torpaq sahəsinin koordinatlarının müəyyən edilərək məhkəməyə təqdim edilməsi barədə 24 dekabr 2021-ci il tarixli 2-1(112)- 9392/2021 nömrəli məktubun icrası ilə bağlı bildiririk ki, sözügedən şəhadətnamənin işlənməsinə əsas olmuş sənədlər əsasında elektron kadastr məlumat bazasında aparılmış araşdırma nəticəsində 90 kv.m torpaq sahəsinin coğrafi yerləşmə yeri müəyyən edildikdən sonra iddiaçının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Coğrafi yeri müəyyən edilmiş JN- 0690 kod 00400003 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi ərazidə 100 kv.m torpaq sahəsində 4 mərtəbəli binanın inşa edildiyi müəyyən edildiyindən, sözügedən şəhadətnamədə göstərilən 90 kv.m torpaq sahəsinin naturada koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli Ə-539-069 nömrəli məktubunda bildirmişdir ki, ünvan 10 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yaşayış evinin sökülərək, yeni bina inşa edilən zaman tikintialtı sahədə yaranmış əlavə 18.8 kv.m.-lik torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Müraciətdə göstərilmiş torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq əsasında hər hansı sənədləşmə işləri aparılmadığından, həmin torpaq sahəsi üzərində hüququn tanınması məqsədilə məhkəmə orqanına müraciət etməsi məqsədəuyğundur. Torpaq Məcəlləsinin: 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:
1. (...) dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 50-ci maddəsinə əsasən:
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmitədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər.
3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanın 1ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: -dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; -Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları. Apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbini qismən təmin edərkən zəruri araşdırmanı sonadək aparmamış və buna görə də işin mahiyyəti ilə bağlı qərar qəbul etməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə mübahisəli torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarına aid olub-olmamasını, üzərində fiziki şəxsin inşa etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi itorpağın dövlətə məxsus olub-olmadığı, dövlətə məxsus olduğu halda yuxarıda qeyd olunan qanunvericilik normalarına görə həmin torpaq sahəsinin icarəyə və istifadəyə vermək səlahiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğunu, belə olan halda cavabdehin həmin qurum olmasının mümkünlüyü baxımından cavabdehin əsl cavabdehlə əvəz olunmasına zərurətin olub-olmaması, ümumiyyətlə həmin torpaq sahəsinin hal-hazırda kimin istifadəsində olmasını (cavabdeh “Uğur 97” firmasına aid olmasını iddia edir) araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin buna baxmayaraq işə birinci instansiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanları araşdırmamış və nəticədə tez-tələsik qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hazırki işdə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyini və bu halın apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət verilmiş qərarın ləğv edilərək işin müvafiq məhkəməyə göndərilməsi üçün əsas verdiyini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3669/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev