Məhkəmə qərarları › İş №2-1(103)-1312/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1312/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1312/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1 (112)-1917/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha sahəsi olan 90 saylı bağ sahəsinə dair mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs (1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən iddiaya dair etirazının əsası kimi istinad etdiyi halları sübut edən sənəd qismində: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün, azalmanın trayektoriyasının, iddiaçının istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi ilə digər şəxsə məxsus torpaq sahəsi ilə üst- üstə düşən hissəsinin ölçüsünün müəyyən edilməsinə dair rəy təqdim etsin. Rəyin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (1 saylı Bakı Ərazi İdarəsi) publik hüquqi şəxsə 15 gün (qərardadı aldığı gündən sonra) müddət müəyyən edilsin. Bakı İnzibati Məhkəməsinin inzibati işi üzrə qəbul etdiyi 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadının icrasını təmin etmədiyinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 200 (iki yüz) manat məbləğində cərimə təyin edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1 (112)-1917/2022 saylı qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 1917/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı idarəyə xx.xx.2022-ci il tarixdə daxil olduğu zaman müraciət məktubunda əlaqə nömrəsi qeyd edilmədiyindən tədqiqat obyektinə texniki baxışın keçirməsi və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu barədə məhkəməyə **********49 saylı, xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir.Göründüyü kimi, tərəflərindən qərardadda qeyd olunan müddət ötürülmədən məhkəməyə müvafiq məlumat verilmişdir. Daha sonra 06 oktyabr 2022-ci il tarixli “inzibati orqanın cərimə edilməsinə dair” məhkəmə qərardadında və xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış sübutların təqdim edilməsi barədə məktubun (şikayətə əlavə edildi) məzmunundan da göründüyü kimi, cərimə barədə qərardad qəbul olunanadək sübutlar artıq məhkəməyə təqdim edilmiş və qərardad tərəflərindən icra olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında cavabdehin səlahiyyətli nümayəndəsi X2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1917/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı cavabdeh orqan tərəfindən icra olunmuşdur. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2022 saylı, 05 may 2022ci il tarixli qərardadı mütəxəssis Rəyinin verilməsi barədədir.Mübahisələndirilən qərardad isə Azərbaycan Respublikası İPM-in 120.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Azərbaycan Respublikası İPM-in 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Azərbaycan Respublikası İPM-in 120.2-ci maddəsinə əsasən Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.Məhkəmə bu barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər,dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1 (112)-1917/2022 saylı qərardadı ləğv olunsun. Qərardad qəbul edildiyi vaxtdan qanun qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar