Məhkəmə qərarları › İş №2-1(103)-1312/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1312/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1312/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı “növbədənkənar mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X14 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbədənkənar mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6618/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 97 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı travma - diaqnoz: «Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə, pıçıltı nitqi eşitməsi sağ qulaqda 1m, sol qulaqda qulaq seyvanının yanında» nə səbəbə ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur (xəstəxananın verdiyi xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHP-nın 7.04.1994-cü il 4703 saylı, xx.xx.1994-cü il tarixli 6603 saylı və xx.xx.1994-cü il 7864 saylı arayışlar, Binəqədi RHK-nın xx.xx.2002-ci il tarixli 1 saylı arayış), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». MN MHP-nın HHK-nın 7.04.1994, 9.05.1994 və 1.06.1994-cü il tarixli, travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarları ləğv edilir. Əlilliyə dair alt sistemdən çıxarışa əsasən İddiaçı xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Keçirilmiş qapalı kəllə-beyin travmasındn sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağireşitmə” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 154 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlil olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/09-xx-xx/1803 nömrəli məktubunda qeyd olunmuşdur ki, Kərimov X6 Rayon İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir və o, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi Binəqədi rayonu mənzil uçot siyahısında 83-cü sıradadır. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə xx.xx.2022-ci il tarixinə qədər ümumi və güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş vətəndaşların siyahısı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı Sərəncamına əsasən təsdiqlənərək, elektron və kağız formada 01/09-11-32/336 saylı xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 02/09-xx-xx/2101 nömrəli məktubu ilə göndərilmiş Binəqədi rayonunda mənzil növbəsində uçotda olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə dayanmış Qarabağ müharibəsi əlillərinin ümumi siyahısında 83-cü yerdə 154 saylı xx.xx.2016-cı il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar İİİ qrup əlil İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-3/2-K-5610/2/2023 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahısında 19 iyul 2016-cı il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən təqdim etdiyi sənədlərə baxılmış və ikiotaqlı mənzillə təmin edilməyi nəzərdə tutulmuşdur. Lakin Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra ikiotaqlı mənzillə təmin edilməyinə növbəlilik qaydasında baxılacaqdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən onun mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə növbədənkənar təmin olunmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il sovet ordusunda və 1992-1994-cü ilərdə ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hal-hazırda 3-cü qrup müddətsiz Qarabağ müharibə əlilidir. Binəqədi rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən xx.xx.2016-cı ildən mənzil növbəsindədir, lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi mənzillə təmin edilməmişdir. Ondan sonra növbədə olanların çoxu mənzillə təmin edilmişdir. Üçüncü qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir, ağır xəstədir, cavabdeh əsassız olaraq onun mənzillə təmin edilməsinə mane olur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan etirazında bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 19 iyul 2016-cı il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmiş və ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə. Eyni zamanda bildiririk ki, iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü İİ14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı İİİ qrup müddətsiz əlil olduğuna görə növbədənkənar qaydada mənzil ilə təmin olunması məsələsi aradan qalxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına" dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6618/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, prosesdə iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının iştirakı olmadan baxılması və qərar qəbul edilməsinə etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin tələbinə görə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati akt istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia subyektiv hüququ olan şəxs tərəfindən düzgün cavabdehə qarşı yönəldiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən onun mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə növbədənkənar təmin olunması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı xüsusi səbəblərlə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. İş üzrə birinci instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-15020/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, 83-cü sırada X2 (şəxsiyyət vəsiqəsinin nömrəsi: AA0428275, FİN: 35SFMX4) adı göstərilmişdir. Eyni zamanda qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış və onun ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Digər məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-24359/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, Nazirliyə təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 57-ci sıra nömrəli X11, 60-cı sıra nömrəli X19, 64-cü sıra nömrəli X12, 68-ci sıra nömrəli X8, 78-ci sıra nömrəli X13 Nazirlik tərəfindən mənzillə təmin olunmuşdur. Qeyd edirik ki, 84-cü sıra nömrəsindən sonra 105ci sıra nömrəli X16, 110-cü sıra nömrəli X4 üçotaqlı mənzillərlə təmin olunublar. Eyni zamanda qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış və onun ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Nəzərinizə çatdırırıq ki, İddiaçı müvafiq sənədlərini 15 avqust 2022-ci il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-28626/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respubikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, oğlu və qızı) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Bildiririk ki, Nazirliyə təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 57-ci sıra nömrəli X11 3 iyun 2022-ci il tarixində üçotaqlı, 60-cı sıra nömrəli X19 24 iyun 2022-ci il tarixində üçotaqlı, 64-cü sıra nömrəli X12 20 aprel 2023- cü il tarixində birotaqlı, 68-ci sıra nömrəli X8 4 may 2023-cü il tarixində üçotaqlı, 78-ci sıra nömrəli X13 24 noyabr 2022-ci il tarixində Nazirlik tərəfindən üçotaqlı mənzillərlə təmin olunmuşdurlar. Əlavə olaraq bildirik ki, 84-cü sıra nömrəsindən sonra 105-ci sıra nömrəli X16 7 sentyabr 2022-ci il tarixində, 110-cü sıra nömrəli X4 isə 28 noyabr 2022-ci il tarixində üçotaqlı mənzillərlə təmin olunublar. Qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış, onun ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) nəzərə alınmaqla və qızı - X1 evli olması səbəbindən ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Eyni zamanda qeyd edirik ki, Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Beləliklə, hazırki işdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı 4 nəfər ailə tərkibi (özü, yoldaşı, oğlu və qızı) ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəliliyinə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə xx.xx.2022-ci il tarixinə qədər ümumi və güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş vətəndaşların siyahısı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı Sərəncamına əsasən təsdiqlənərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, həmin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin Binəqədi rayonu üzrə mənzil uçot siyahısında iddiaçının adı 83-cü sırada göstərilmişdir. İddiaçının mənzil növbəliliyi sənədlərinə cavabdeh inzibati orqanda baxılmış və onun ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) nəzərə alınmaqla və qızı - X1 evli olması səbəbindən ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda təqdim olunmuş adlı siyahıda müvafiq olaraq iddiaçının mənzil növbəliyi sırası mcavabdeh orqan tərəfindən pozulmamışdır. Nəzərə alınmalıdır ki, müvafiq kateqoriyalı şəxslərin mənzillə təmin edilmələri 2021-2025-ci illər ərzində mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, hazırki halda cavabdeh tərəfindən iddiaçının qeyd edilən müddətdə mənzillə təmin edilməyəcəyinə dair hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğularına, eləcə də iddiaçıya ünvanladığı cavab məktublarında Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər verildikdən sonra iddiaçının növbəlilik qaydasında ikiotaqlı mənzillə təmin olunması məsələsinə baxılacağına dair vədi aşkar görünür. Bununla da cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə mənzil növbəlilik qaydasının pozulduğu halı hazırki işdə müəyyən olunmur. O ki qaldı iddiaçının növbədənkənar qaydada mənzillə təmin olunması məsələsinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının növbədənkənar qaydada mənzillə təmin olunmasının qanuni əsasları iş üzrə mövcud deyil. Bu barədə məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarının məzmununu diqqətə çəkir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 31.1-ci maddəsinə əsasən Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3-cü maddəsinə əsasən Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3-cü maddəsinə əsasən Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci bəndində qeyd olunmuşdur ki, yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. Göründüyü kimi, qüvvədə olan Mənzil Məcəlləsinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda sadalanan müddəalarına görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşın mənzillə təmin olunması iki qaydadanövbəli və növbədənkənar qaydada həyata keçirilir. Növbədənkənar qaydada mənzillə təmin olunmanın konkret əsasları isə yuxarıda sadalanan Mənzil Məcəlləsinin və “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində göstərilmişdir. Hazırki işdə iddiaçı 3-cü dərəcə müddətsiz əlilliyi olan şəxs olaraq qeyd olunan normalarda nəzərdə tutulan növbədənkənar qaydada mənzillə təmin olunacaq şəxslərin dairəsinə aid deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6618/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6618/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar