Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1314/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, X3” MMC-nin Cavabdeh1nə qarşı (üçüncü şəxs: “Cavabdeh2” MMC) ayrıc aktının, eskiz layihənin, sərəncamların ləğv edilməsi tələbinə dair tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-47/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə X3” MMC-nin Cavabdeh1nə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Moskva Prospekti “Avtovağzal” metro stansiyasının yaxınlığında “xxxxx” MTK-nın adına verilən xx.xx.2015-ci il tarixli Ayrıc aktının, Cavabdeh1 Başçısının 234 saylı xx xxxx 2016-cı il tarixli və 242 saylı xx xxxx 2016-cı il tarixli sərəncamları ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-47/2017 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə “Cavabdeh2” MMC tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsinə dair hissədə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərarından üçüncü şəxs “xxxxx” MTK” apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında xx xxxxxxx 2014-cü il tarixli Cavabdeh1 başçısının sərəncamı var. Həmin sərəncama əsasən "İddiaçı" MMC-nin xx.xx.2014-cü il tarixli 01 saylı öz müraciətlərini nəzərə alaraq, Binəqədi rayonu, Moskva prospektinin (keçmiş Sumqayıt şossesi) şimal-qərb hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi məqsədilə iddiaçıya ayrılmış torpaq sahəsi Moskva prospekti tikilməkdə olan metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilmişdir və hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üşün həmin Cəmiyyətə icazə verilmişdir. Sərəncamın mahiyyətinə diqqətlə yanaşsaq, bəlli olur ki, iddiaçıya bütövlüklə ayrılmış torpaq sahəsi digər torpaq sahəsi ilə əvəzləşdirilmişdir, 2.3 ha torpaq sahəsi əvəzinə 2,1 ha torpaq sahəsi verilmişdir və 0,2 ha torpaq sahəsi az olduğundan iddiaçıya torpaq sahəsinin ayrılması məqsədi istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsindən daha üstün və sərfəli hesab edilən hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədinə və təyinatına dəyişdirilmişdir. Ona görə, həmin ərazidə artıq iddiaçıya aid tilikiyə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi çıxarış təqdim edərkən çıxarışda 270,4 kv.m. qeyri-yaşayış sahə mülkiyyət göstərməklə yanaşı torpaq sahəsini isə 0,02348 ha qeyd etmişdir. Texniki pasrportda torpaq sahəsi sənəd üzrə bölmədə heç bir məlumat əks etdirməyərək, yalnız faktiki sahəni göstəriblər. Texniki pasport sözügedən xx.xx.2014-cü il tarixli sərəncamı əsasında və o cümlədən dövlət aktı, əvvəlki texniki pasport və 2006-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında tərtib edilmişdir və əgər reyestr xidmətinin əməkdaşları iddiaçının hüquqlarını 0,2 ha torpaq sahəsinə tanısa idilər, onda çıxarışda 0,02348b ha yox, 0,2 ha torpaq sahəsi, texniki pasporda torpaq sahəsini faktiki istifadə qrafasında yox, sənəd üzrə qrafasında əks etdirəcəkdilər. Məhz bundan sonra, yəni iddiaçıya ayrılmış torpaq sahəsi tam şəkildə digər torpaq sahə ilə əvəzləşdiriləndən sonra, Cavabdeh1 bizə 0,1 ha torpaq sahəsini bizim 0,05 ha torpaq sahəmizə əlavə etmişdir. Biz həmin torpaq sahədə apardığımız tikinti işləri bütün dövlət qurumları ilə razılaşdırılmışdır. İcra Başçısının sərəncamlardan sonra, ayrıc aktı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspetriza İdarəsindən ekoloji ekspertiza rəyini, "xxxxxxxxxxxxxxxxxx" QSC-ndən razılıq məktubu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən müsbət rəyi, Respublika Gigiyena və Epidemologiya Mərəkəzindən ekspertiza rəyini, Memarlıq və Şəhərsalma Baş İdaərsindən razılıq məktubu, Dövlər Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutundan mühəndis-geoloji tədqiqatlar hesabatını almışıq. Eyni zamanda məhkəmə həm birinci həm də ikinci ekspertiza təyin edərkən xx.xx.2014-cü il tarixli sərəncamı nəzərə almayaraq, ekspertin qarşısında suallar qoyaraq mübahisəli torpaq sahəsinin "İddiaçı" MMC-yə məxsus olmasını şərtsiz qeyd edirdi və bu faktın mübahisəsiz hissəsi olduğunu vurgulayırdı. Bundan başqa, ekspertin qarşısında, ayrıc aktına əsasən bizə 2004- cü ildən məxsus 0,05 ha torpaq sahəsi hazırda harada yerləşməsi ilə bağlı sual qoyula bilərdi. Həmçinin, məhkəmə öz qərarın 5-ci səhifəsində qeyd edir ki, işdə olan sənədlərlə müəyyən edilir ki "Avtovağzal" metrostansiyasınm tikilməsi ilə əlaqədar "İddiaçı" MMC-nin MÜLKİYYƏTİNDƏ olan torpaq sahəsinin 2,1 ha hissəsi metro tunelin üstünə düşdüyünə görə Cavabdeh1 Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı və "xxxxxxxxxxxxxxxxxx" QSC-nin razılığı ilə həmin hissə əvəzləşdirilərək "İddiaçı" MMC-nə hündürmətrəbəli bina tikmək üçün başqa ərazidən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin bir hissəsi əvəzləşdiriləndən sonra qalan 0,20 ha hissəsi metro tunelin üstünə düşmədiyindən məhkəmə hansı sənədlər əsasında müəyyən etdi ki, iddiaçıya torpaq sahəsi mülkiyyət hüququ əsasında məxsusdur, hansı sənədlər əsasında müəyyən etdi ki, xx xxxxxxx 2014-cü il tarixli sərəncam yalnız və yalnız metro tunelin üstünə düşdüyü 2.1 ha torpaq sahəsinə aiddir, hansı sənədlər əsasında müəyyən etdi ki, əvəzləşdirmə bütün sahəyə yox, sırf 2.1 ha torpaq sahəsinə aiddir və nəticədə qalan sahə əmələ gəlir, hansı sənədlər əsasında müəyyən etdi ki, əvəzləşdirmə artıq "xxxxxxxxxxxxxxxxxx" QSC-nin razılığı ilə baş vermişdir? Məhkəmə sərəncamla diqqətlə tanış olsa idi, müəyyən edərdi ki, sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsindən yox, ayrılmış (bütöv) torpaq sahəsinin 2.1 ha torpaq sahəsi ilə əvəzləşdirilməsindən söhbət gedir, əvəzləşdirmə "xxxxxxxxxxxxxxxxxx" QSC-nin razılığı ilə baş verdiyi yox, razılığın alınması şərtilə qeyd olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2273/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-47/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir.. Azərbaycan Respublikası Ali X1 2-1-(102)-547/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin X2 2-1(103)-2273/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı məhkmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə idiacının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh1nə və “xxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti, “Avtovağzal” metro stansiyasının yaxınlığında “xxxxx” MTK-nın adına verilən xx.xx.2015-ci il tarixli ayrıc aktının, Cavabdeh1 Başçısının 242 saylı, xx.xx.2016-cı il tarixli və 234 saylı, xx.xx.2016-cı il tarixli sərəncamlarının ləğv edilərək, “xxxxxxxxxxx” MMC-yə məxsus torpaq sahəsinin hüdudları daxilində “xxxxx” MTK tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsinə dair qərar qəbul olunmasını xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu il tarixli 2/54 saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005-ci il tarixli 359 saylı sərəncamı ilə “xxxxxxxxxxx” MMC-yə Bakı şəhəri, Sumqayıt şosesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsi qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Daimi istifadədə olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş qaydada qeyri-yaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRX-də qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMC-nin adına mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixdə 003294 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, “Avtovağzal” metro stansiyasının tikilməsilə əlaqədar “xxxxxxxxxxx” MMC-nin daimi istifadəsində olan göstərilən torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxx” QSC-nin razılığı ilə yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilərək hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “xxxxxxxxxxx” MMC-yə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2006-cı il tarixli 003294 nömrəli Qeydiyyat vəsiqəsini, xx.xx.2014-cü il tarixli 493 nömrəli Sərəncamı, xx.xx.1995-ci il 30/1555 nömrəli Texniki pasportun surətini və xx.xx.2006-cı il tarixli 1561 nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktını nəzərə alaraq xx.xx.2015-ci il tarixdə ümumi sahəsi 270.4 kv.m yeni inşa edilən qeyri-yaşayış binasının yeni texniki pasportunu tərtib edərək orada torpaqayrıma sənədləri üzrə faktiki istifadədə 1266 kv.m torpaq sahəsi olduğunu göstərmişdir. Torpaq sahəsi uzun müddətdir ki, “xxxxxxxxxxx” MMC-nin qanuni istifadəsində olmasına baxmayaraq onlara heç bir məlumat verilmədən Cavabdeh1 234 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə “xxxxx” MTK-ya Binəqədi rayonu, Moskva prospekti, Yeni Avtovağzalın şimal hissəsi “Avtovağzal” metro stansiyasının yaxınlığında 1 mərtəbəli iaşə obyektinin tikintisinə icazə verılmiş və “xxxxx” MTK orada tikinti işləri aparmağa başlamışdır. “xxxxxxxxxxx” MMC tərəfindən xx xxxx 2017-ci il tarixdə məktubla Cavabdeh1nə müraciət edilərək onun qanuni istifadəsində olan torpaq sahəsinə dair “xxxxx” MTK-ya verilən qeyri-qanuni sənədlərin ləğv edilməsi xahiş olunsa da, onlara heç bir cavab verilməmişdir. Hal-hazırda isə internetdə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat yerləşdirilmişdir. Cavabdeh1 qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etmək əvəzinə qanunları pozaraq “xxxxxxxxxxx” MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində cavabdeh “xxxxx” MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək cavabdeh “xxxxx” MTK-nın cavabdehlər sırasından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində çəlb olunmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5084/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh “xxxxx” MTK cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Avtovağzal” metro stansiyasının tikilməsi ilə əlaqədar “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 2,1 ha hissəsi metro tunelinin üstünə düşdüyünə görə Cavabdeh1 Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı və “xxxxxxxxxxxxxxxxxx” QSC-nin razılığı ilə həmin hissə əvəzləşdirilərək “xxxxxxxxxxx” MMC-yə hündürmərtəbəli bina tikmək üçün başqa ərazidən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin bir hissəsi əvəzləşdiriləndən sonra qalan 0.20 ha hissəsi metro tunelinin üstünə düşmədiyindən və orada “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində qeyri-yaşayış sahəsi olduğundan İcra Hakimiyyəti qanunvericiliyin tələblərini pozaraq “xxxxxxxxxxx” MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində “xxxxx” MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu il tarixli 2/54 saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005-ci il tarixli 359 saylı sərəncamı ilə “xxxxxxxxxxx” MMC-yə Bakı şəhəri, Sumqayıt şosesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsi qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Daimi istifadədə olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş qaydada qeyri-yaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRX-də qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMC-nin adına mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, “Avtovağzal” metro stansiyasının tikilməsilə əlaqədar “xxxxxxxxxxx” MMC-nin daimi istifadəsində olan torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxx” QSC-nin razılığı ilə yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilərək hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “xxxxxxxxxxx” MMC-yə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2006-cı il tarixli 003294 nömrəli Qeydiyyat vəsiqəsini, xx.xx.2014-cü il tarixli 493 nömrəli Sərəncamı, xx.xx.1995-ci il 30/1555 nömrəli Texniki pasportun surətini və xx.xx.2006-cı il tarixli 1561 nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktını nəzərə alaraq xx.xx.2015-ci il tarixdə ümumi sahəsi 270.4 kv.m yeni inşa edilən qeyri-yaşayış binasının yeni texniki pasportunu tərtib edərək orada torpaqayrıma sənədləri üzrə faktiki istifadədə 1266 kv.m torpaq sahəsi olduğunu göstərmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “xxxxx” MTK-ya ayrılmış və digər bir sərəncamla həmin ünvanda - Binəqədi rayonu, Moskva prospekti, Yeni Avtovağzalın şimal hissəsi “Avtovağzal” metro stansiyasının yaxınlığında 1 mərtəbəli iaşə obyektinin tikintisinə icazə verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti - texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 29954 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə digər şəxslər tərəfindən inşa edilmiş tikinti tam olaraq “xxxxxxxxxxx” MMC-nin adına verilmiş texniki pasportda göstərilmiş koordinatlara əsasən (çıxarış, reyestr nömrəsi **********20-06301) “xxx” MMC-yə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 15598 nömrəli ekspert rəyinə əsasən, “xxxxxxxxxxx” MMC-nin adına olan texniki pasportda göstərilmiş koordinatların hüdudları daxilində yerləşən torpaq sahəsi ilə “xxxxx” MTK- nın adına olan ayrıc aktında göstərilmiş koordinatların hüdudları daxilində yerləşən torpaq sahəsinin (15/169 nömrəli ayrıc aktı, 1 -ci sahə, 715 kv.m torpaq sahəsi) üst- üstə düşdüyü müəyyən olunmuşdur. Ekspert rəylərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı “xxxxxxxxxxx” MMC-nin adına mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportunda faktiki istifadədə olan torpaq sahəsi kimi qeyd edilmiş 1266 kv.m sahə 2016-cı ildə “Cavabdeh2” MMC-yə ayrılmış torpaq sahəsi ilə 715 kv.m hissədə üst-üstə düşür. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçı “xxxxxxxxxxx” MMC-nin qanuni istifadəsində olmaqla hüquqi cəhətdən yüklü torpaq sahəsidir. Cavabdeh inzibati orqan həmin torpaq sahəsi barədə sərəncam verməklə iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnu pozmuşdur. Bununla yanaşı, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini R.Cəlilov tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilir: “xxxxxxxxxxx” MMC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, 09 nömrəli müracətinizə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 5 ünvanında özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 380 000 manat təşkil edən 1266.0 kv.metr torpaq sahəsi satın alınması məqsədilə Sizə təklif olunur. Torpaq sahəsinin satın alınmasına razılığınızı bildirdiyiniz halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bu məktubun Sizə təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır.” Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpağın özəlləşdirilməsi təklifi barədə iddiaçıya müraciət olunması həmin torpaq sahəsinin sonuncunun qanuni istifadəsində olması qənaətinə gəlməyə əsas verir. Belə ki, yuxarıda istinad edilən müraciətdə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması səlahiyyətli dövlət orqanı -Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiqlənir. Çünki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndində deyilir ki, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinə sərəncam vermək hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.4-ci maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, göründüyü kimi hazırki halda qüvvədə olan Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu il tarixli 2/54 saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005-ci il tarixli 359 saylı sərəncamı ilə “xxxxxxxxxxx” MMC-yə Bakı şəhəri, Sumqayıt şosesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsi qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Daimi istifadədə olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş qaydada qeyri-yaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRX-də qeydiyyata alınaraq “xxxxxxxxxxx” MMCnin adına mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, “Avtovağzal” metro stansiyasının tikilməsilə əlaqədar “xxxxxxxxxxx” MMC üzərində mülkiyyət hüququ dövlət qeydiyyatında tanınmışdır və belə olan halda həmin ölçüdə daşınmaz əmlaka münasibətdə üçüncü şəxsin adına verilmiş ayrıc aktı və cizgi, eləcə də cavabdehin müvafiq sərəncamları ləğv edilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs “xxxxx”MTK-nın apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-47/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1314/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1314/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver