Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1314/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X33 (İddiaçı) oğlunun Cavabdehnə (X29 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “sərəncamın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Üçüncü şəxs X22 iştirakı ilə, İddiaçı X33 (İddiaçı) oğlunun Cavabdehnə (X29 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderdən görünür ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda 61 saylı ev X3 ayrılmışdır.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı və ərizələr təqdim edilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayəçisi X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həmin ünvanda pasport qeydiyyatında olan nəvəsi X29 Cavabdehnə ərizə ilə müraciət edərək, mənzilin kirayə müqaviləsini onun adına dəyişdirilməsini xahiş etmişdir. Digər ailə üzvlərinin razılıq ərizələri vardır. X2 ölməsi ilə əlaqədar, onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48, kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayə müqaviləsinin nəvəsi X22 adına dəyişdirilməsi qərara alınmışdır. X17, X10 və X15 tərəfindən ayrı-ayrılıqda qeyd edilən dəyişikliyə etiraz etmədikləri barədə ərizə təqdim edilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, 61 saylı ev, Xəzər rayon MənzilKommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdeh 455 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə ev X22 adına keçirilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, ev 61 ünvanında X17 və X29 yaşayış yeri üzrə qeydiyyatdadırlar.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar X23 (İddiaçı) və X18 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı X13 nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m olan 2 otaqlı evin kirayəçisi 05 sentyabr 1980-ci il tarixli 61 nömrəli order əsasında iddiaçının anası X7 olmuşdur. xx.xx.2013-cü il tarixdə X7 ölmüş, bundan sonra Cavabdeh 27 iyun 2014-cü il tarixli 455 saylı sərəncamına əsasən mənzilin kirayə müqaviləsi ailə üzvlərinin razılığı olmadan iddiaçının oğlu X22 adına dəyişdirilmişdir. Sərəncamda digər ailə üzvlərinin razılığının olduğu göstərilsə də, ailə üzvlərinin heç biri buna hər hansı qaydada razılıq verməmişdir. Ümumiyyətlə, həmin sərəncamın mövcud olmasından 2023-cü ilin noyabr ayında məlumatlı olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, həmin sərəncamda digər ailə üzvlərinin razılıq verdiyi göstərilmişdir. Halbuki, mərhum X2 ailə üzvlərinin razılığı olmadan mənzilin kirayə müqaviləsinin Ağa Ağazadənin adına dəyişdirilməsi barədə sərəncam verilmişdir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında sahəsi 48,1 kv.m olan 2 otaqlı evin kirayəçisinin order əsasında mərhum X7 olduğu və sonradan kirayə müqaviləsinin Cavabdeh 27 iyun 2014-cü il tarixli 455 nömrəli sərəncamı ilə X22 adına dəyişdirildiyini qeyd edilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bu səbəbdən də, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 2014- cü ilə aid sənədləri (sərəncamlar və ona aid digər sənədər) Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən 27 iyun 2014-cü il tarixli, 455 nömrəli sərəncamın hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X29 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və X8, X9, X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı Cavabdeh xx.xx.2014cü il tarixli, 455 saylı sərəncamının ləğvinə dair mübahisədir. İddiaçı həmin sərəncam qəbul edilməmişdən əvvəl kirayə müqaviləsinin X22 adına dəyişdirilməsi zamanı onun və digər ailə üzvlərinin razılığının alınmadığını və buna görə də sərəncamın qanunsuz olduğunu iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyri-şəxslərin razılığının alınmaması əsası ilə inzibati aktı mübahisələndirmək hüququ yoxdur. Nəzərdə tutduğu, razılığının alınmadığını iddia etdiyi şəxslər inzibati aktı mübahisələndirmədiyindən hazırkı iddia çərçivəsində yalnız inzibati aktın iddiaçı X33 (İddiaçı) oğlunun hüquqlarının pozulması ilə qəbul edilib-edilmədiyi araşdırılmalıdır. Yəni onun razılığı olub-olmadığı və ya bu cür razılığa ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir. Qeyd edilən hüquq münasibəti Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Belə ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas X7 ilə olan kirayə (icarə) müqaviləsi münasibətləri olmuşdur. Bu münasibətlərin yaranmasında hüquqmüəyyənedici sənəd surəti iş materiallarına əlavə edilmiş xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderdir. Orderin qəbul edilmə tarixi onun həmin münasibətlərin Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənən dövrə təsadüf etdiyini göstərir. Beləliklə həmin əsaslarla yaranmış münasibətlərdə subyekt dəyişikliyi edilməsi, yəni mübahisələndirilən sərəncamın qəbul edilməsi də Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarına əsasən həyata keçirilməli idi. Sözügedən münasibətin tənzimlənməsi ilə bağlı Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsində qeyd edilir ki, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Maddənin məzmunundan bu nəticəyə gəlinir ki, X7 öldükdən sonra X1 (icarədar) hesab edilməsi hüququ olmuşdur. Bu zaman onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı tələb olunmalıdır. X33 (İddiaçı Aqammaed) oğlunun qeyd edilən formada razılığının tələb olunması üçün onun həmin evdə yaşayan şəxs olması sübut edilməli idi. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Lakin iş materiallarından məlum olur ki, ünvan üzrə qeydiyyatda olan şəxslər arasında X33 (İddiaçı) oğlunun adı qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının Xəzər Rayon Məhkəməsinə verdiyi “evə köçürülmə” ilə bağlı iddia ərizəsindən də görünür ki, o, həmin evdə yaşamır və ünvan üzrə qeydiyyatda deyil. Qeyd edilənlərə əsasən demək olar ki, X33 (İddiaçı) oğlu Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı qəbul edildiyi zaman razılığının alınması tələb olunan şəxs deyildi. Beləliklə, həmin sərəncamın qəbul edilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Qeydolunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
13. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22-1(112)- 4899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023- cü il tarixli arxiv arayışından görünür ki, xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderin verilməsinə əsas olan Abşeron rayonu X12 xx.xx.1974-cü il tarixli 297 nömrəli əmrinə əsasən vətəndaş X6 1500 kvnln torpaq sahəsi ayrılmışdır. Məhkəmə isə arxiv arayışına və notarisusin məktubuna hüquqi qiymət vermədən iddiaçının hüquqlarının pozulmadığını qeyd etmişdir. Halbuki, X33 (İddiaçı) oğlunun xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderin verilməsinə əsas olan Abşeron rayonu X12 xx.xx.1974-cü il tarixli 297 nömrəli əmrinə əsasən vətəndaş X14ma 1500 kv.m torpaq sahəsindən ibarət daşınmaz əmlakı üzrə vərəsəsi olması aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X29 apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):
52.Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderdən görünür ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda 61 saylı ev X3 ayrılmış və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı və ərizələr təqdim edilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayəçisi X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həmin ünvanda pasport qeydiyyatında olan nəvəsi X29 Cavabdehnə ərizə ilə müraciət edərək, mənzilin kirayə müqaviləsini onun adına dəyişdirilməsini xahiş etmişdir. Digər ailə üzvlərinin razılıq ərizələri vardır. X2 ölməsi ilə əlaqədar, onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48, kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayə müqaviləsinin nəvəsi X22 adına dəyişdirilməsi qərara alınmışdır. X17, X10 və X15 tərəfindən ayrı-ayrılıqda qeyd edilən dəyişikliyə etiraz etmədikləri barədə ərizə təqdim edilmişdir.
29. Hazırkı Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının ləğvinə dair mübahisədir. İddiaçı həmin sərəncam qəbul edilməmişdən əvvəl kirayə müqaviləsinin X22 adına dəyişdirilməsi zamanı onun və digər ailə üzvlərinin razılığının alınmadığını və buna görə də sərəncamın qanunsuz olduğunu iddia edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
31. Belə ki, X33 (İddiaçı Aqammaed) oğlunun qeyd edilən formada razılığının tələb olunması üçün onun həmin evdə yaşayan şəxs olması sübut edilməli idi. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Lakin iş materiallarından məlum olur ki, ünvan üzrə qeydiyyatda olan şəxslər arasında X33 (İddiaçı) oğlunun adı qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir.
32. Kollegiya qeyd edir ki, işin apellyasiya araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında xx.xx.2002-ci il tarixinədək X29, X17 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin, verilmiş sorğuya göndərilmiş digər cavab məktubunda qeyd edilən ünvanda qeydiyyatda olan və olmuş şəxslər sırasında İddiaçı adı göstərilməmişdir. 33.Bundan əlavə mübahisə predmeti olan sərəncam qəbul edilərkən iddiaçı iddia ərizəsində onun müvafiq daşınmaz əmlaka dair razılığının tələb olunmasını və belə bir razılıq olmadığı halda bunun mümkün olmadığını müəyyən edən hansı normativ hüquqi aktın tələblərinə zidd olduğunu qeyd etməmişdir. 34.İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 35.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi Xəzər Rayon Məhkəməsinə verdiyi “evə köçürülmə” ilə bağlı iddia ərizəsindən də görünür ki, o, həmin evdə yaşamır və ünvan üzrə qeydiyyatda deyil. Həmçinin, iddiaçının sözügedən ünvanda ümumiyyətlə qeydiyyatda olmaması da onu qeyd etməyə əsas verir ki, iddiaçı həmin evdə yaşamamışdır. 36.Beləliklə, iddiaçının mübahisəli əmlaka dair hər hansı mülkiyyət hüququnun olması təsdiq edilmir. 37.Məhkəmə kollegiyası göstərilənlərlə bağlı olaraq qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən sübutetmə vəzifəsi məsələsini nəzərə alaraq bu iş üzrə sübutetmə predmetini təşkil edən məsələlər aydınlaşdırılmalıdır. 38.Göründüyü kimi iddiaçı arzuladığı, yəni Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamın ləğvi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna dair sübutetmə yükünü daşıyan tərəf kimi iddiaçın razılığının alınmadığını sübut etmək vəzifəsi də onun üzərinə düşür. 39.Hazırkı iş üzrə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının arzuladığı, yəni müvafiq sərəncamın ləğv edilməsi barədə yeni inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş materialları ilə öz təsdiqini tapmamış və iddiaçının tələbini təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf olaraq iddiaçı belə bir inzibati aktın ləğv edilməsinin vacibliyini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı bununla bağlı hər hansı möbətər sübut təqdim etmədən sadəcə onun razılığının alınmadığını şifahi qaydada bildirirək, 12 il sonra məhkəmədə iddia qaldırmışdır. 40.Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, X33 (İddiaçı) oğlu Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı qəbul edildiyi zaman razılığının alınması tələb olunan şəxs deyildir və həmin sərəncamın qəbul edilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır.
41. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.