Məhkəmə qərarları › İş №2-1(103)-1315/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1315/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1315/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “qətnamənin tam həcmdə icra edilməsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 28/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı qətnamənin tam həcmdə icra edilməsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək xx xxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Xocalı rayon Məhkəməsinin qətnaməsinin tam həcmdə icra edilməsini Cavabdeh üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,xx xxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Xocalı rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxxx” Şirkətinin iddiası təmin edilərək İddiaçı və digərilərinə qarşı Bakı şəhəri, Yeni Yasamal-1, ev 11, mənzil 46, Yasamal-1, ev 11, mənzil 176, Ə.Ələkbərov küçəsi, ev 97A, mənzil 73, Ə.Qasımzadə küçəsi, 18, mənzil 21 saylı ünvanlar cavabdehlərə verilməklə ünvan 1 ünvanından çıxarılmaqla “xxxxxxxxxx” şirkətinə verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi Cavabdeh birtərəfli icra edilərək iddiaçını nə mənzillə, nə də onun ekvivalenti olan pul məbləğiylə təmin etməmişdilər. 2007-ci ildə Sereteli küçəsi, 60 ünvanda “xxxxxxxxxx” tikinti şirkətinin inşa etdiyi binanın uçması nəticəsində başlanmış cinayət işində də həbs edilənlər olub. “xxxxxxxxxx” MTK-nın baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsinin rəisi Akif Məhərrəmov həbs ediliblər. Binanın uçması zamanı 26 nəfərin ölməsi, 3 nəfərin xəsarət alması ilə bağlı başlanan istintaq zamanı “xxxxxxxxxx” MTK-nm baş direktoru Əli Muradov ürək çatışmazılığndan Bakı İstintaq Təcridxanasında ölüb. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilib. Digər təqsirləndirilən şəxslər X28 İşlər üzrə Məhlkəmədə mühakimə olunublar. Məhkəmənin hökmü ilə Əsgər Əliyev 9 il, Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il, Mürsəl Haqverdiyev 5 il, Eldar Rəhimov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsinin rəisi Akif Məhərrəmov məhkəmə zalından azad edilib. Bu cinayət işindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, Ali Məhkəməyə kassasiya şikayəti verilsə də, təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin baxılan işdə biz zərərçəkmiş kimi tanınsalar da evləri özlərinə qaytarılmamışdır. Məhkəmənin hökmü ilə “xxxxxxxxxx” şirkətinin tikdiyi bina qanunsuz olub və Bakı şəhəri İHB-nın xx xxxxxx 1994-cü il tarixli, 1239 saylı sərəncamı əsassız hesab edilib. xx.xx.2004-cü il Məhkəmə Kollegiyasının iş 1 mk-1801/2004-cü il məhkəmə prosesində iddia Sereteli 60 ünvanda 14 kvm sahədən ibarət 1 otaqolmasını təsdiq edib. Bu iddiaçının AR Mülki Məcəlləsinin 157 maddəsində əmlak sahibi Həcər Baba qızının törəməsi (nəvəsi) olmağı tanınır və dövlət tərəfindən hüququ qorunur. Cavabdeh icra məmuru İ dərəcəli Ədliyyə qulluqçusu Rövşən Əhmədov məhkəməyə bəhanə edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81) - 878/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarmm ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatm təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Halbuki, Cavabdeh xx.xx.2005-ci il iş № mk -1316/05 AR Apellyasiya Məhkəməsinin MİÜ MK-si qərarı ilə xx/xx.2003-cü il Xocalı rayon Məhkəməsinin qərarını icra etmişdir. Bunlara baxmayaraq iddiaçı ailəsi ilə birlikdə bu günə kimə kirayələrdə qalır. İlərdir ona dəyən maddi və mənəvi ziyanı ala bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən apelyasiya şikayətinin “xahiş etdi” hissəsi ilə bağlı məhkəmə ondan dəqiqləşmə ərizəsi ala bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin məzmununda ifadə etdiyi mövqedən çıxış edərək hesab edir ki, iddiaçının iradə ifadəsi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)- 28/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı olmuşdur. Bu əsasdan adı çəkilən qərardadın qanuniliyi hazırki apelyasiya baxışında yoxlanılır. Məhkəmə kollegiyası iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocalı Rayon Məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsinin tam həcmdə icra edilməsinin Cavabdehin üzərinə vəzifəsi kimi qoyulması barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-876/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Xocalı Rayon Məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsinin tam icra edilməsi Yasamal rayon icraŞöbəsinə həvalə edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-876/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarınınicra edilməməsini bildirərək, həmin qərarın yenidən, icra vərəqəsi verilərək, icrayayönəldilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-876/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisələndirilən qərardadı ilə iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən ona istinad etmişdir ki, məhkəmə qərarının icrası icra məmurunun qanunla üzərinə qoyulmuş vəzifə olduğundan, inzibati icraatda qəbul edilən başqa bir qərarla həmin vəzifənin yenidən icra məmuruna həvalə edilməsinə dair tələbə baxılması, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 35-ci maddələrinə əsasən yolverilməzdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdə olan Xocalı Rayon Məhkəməsinin 2-12/2003-cü il saylı, xx xxx 2003-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxx” Şirkətinin cavabdehlər X15 və qeyrilərinə qarşı başqa yaşayış sahəsi verilməklə Bakı şəhəri Yasamal rayon, Sereteli keçəsi 60 saylı yaşayış sahəsindən çıxarma və boşalmış sahənin “xxxxxxxxxx” Şirkətinin sərəncamına verilməsi tələbindən ibarət iddiası təmin edilmiş, cavabdehlər X11, X1, X2, X4, X3, X9, X5, Məmmədov Rövşən Şamil oğlunun, X16, X6, X10, İddiaçı, X17 və X7 - Bakı şəhəri, Yeni Yasamal-1, ev 11, mənzil -46; Yeni Yasamal -1, ev 2, mənzil 176; Ə.Ələkbərov küçəsi 97 A, mənzil 73; Ə.Qasımzadə küçəsi, 18, mənzil 21 saylı ünvanlar verilməklə ünvan 2 saylı ünvandan çıxarılması, boşalmış ünvanın “xxxxxxxxxx” Şirkətinin sərəncamına verilməsi, köçürmə və mənzillərin sənədləşdirilməsi xərclərinin “xxxxxxxxxx” Şirkətinin üzərinə qoyulması, iddiaçı “xxxxxxxxxx” Şirkətindən 250.000/iki yüz əlli min/ manat ekspert tədqiqatının dəyərinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 1mk 2609/03 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Xocalı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6K-07 saylı, xx xxxxxx 2004-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər Üzrə Kollegiyasının 1 MK-1316/05 saylı, xx xxxx 2005-ci il tarixli qətnaməsi ilə Xocalı Rayon Məhkəməsinin xx xxx 2003-cü il tarixli qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı “xxxxxxxxxx” Şirkətinin cavabdehlər X18 və qeyrilərinə qarşı başqa yaşayış sahəsi verilməklə, Bakı şəhəri, Yasamal rayon, Sereteli küçəsi 60 saylı yaşayış sahəsindən çıxarma, boşaldılma və boşaldılmış sahənin “xxxxxxxxxx” Şirkətinin sərəncamına verilməsinə dair iddia tələbi təmin edilmiş; cavabdehlər X12 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 97 a saylı evin 73 saylı mənzilinə, Məmmədov Rövşən Şamil oğlunun (3 otaq) ailə üzvləri ilə birlikdə Bakı şəhəri M.Davud küçəsi, 9 saylı evin 24 saylı mənzilinə, X8 (2 otaq) ailə üzvləri ilə birlikdə Bakı şəhəri , 5-ci mkr, Asif Məhərrəmov küçəsi 96 saylı evin 10 saylı mənzilinə köçürülməsi, cavabdehlər- X2, Məmmədova (Bayramova) Zərnişan Şamil qızının, Məmmədova (Paşayeva) Mehriban Şamil qızının, (Məmmədova İddiaçı başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri, Sereteli küçəs 60 saylı evdən çıxarılması; cavabdehlər Məmmədov Rövşən Şamil oğlunun, X8, Məmmədova Nazəninin, Bayramova Zərnişanın, Paşayeva Mehribanın, Paşayeva Rənanın, Məmmədova Nadiyanın və X2 və onların ailə üzvlərinin (cəmi 25 nəfər) ulu nənələrindən qalmış Bak şəhəri, Sereteli küçəsi 60 saylı yaşayış sahəsinin 210 kv.m-dən ibarət olan , hər kv.m üçün 2 (iki) min ABŞ dolları yəni 420 min ABŞ dolları, 300(üç yüz) kv.m -dən ibarət olan həyətyanı torpaq sahəsinin hər kv.m üçün 2 (iki) min ABŞ dolları, yəni 600 min ABŞ dollarının ödənilməsinə dair qarşılıqlı iddiası və qarşılıqlı iddiaya əlavələr üzrə cavabdehlər nə qanun, nə də vəsiyyət üzrə vərəsə olmalarını sübuta yetirə bilmədiklərindən kompensasiya verilməsinə dair iddialarının təmin olunmaması; iddiaçının apelyasiya şikayətinin təmin olunması, cavabdehlərin apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K - 2390 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx xxxx 2005-ci il tarilxi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırki iş üzrə iddiaçı xx xxx 2003-cü il tarixli Azərbaycan Respublikası Xocalı rayon Məhkəməsinin qətnaməsinin tam həcmdə icra olunmasının Cavabdeh üzərinə vəzifə kimi qoyulmasını inzibati məhkəmə icraatı qaydasında tələb edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İlk növbədə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən olunmuşdur ki, Xocalı rayon Məhkəməsi tərəfindən Cavabdehnə xx xxx 2003-cü il tarixli qətnamənin icra edilməsi üçün xx.xx.2003-cü il tarixli icra vərəqəsi verilmiş, Cavabdeh tərəfindən Xocalı rayon Məhkəməsinə göndərilən məktuba əsasən, Xocalı rayon Məhkəməsinin 2(070)- 12/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədi Cavabdeh tərəfindən icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Digər tərəfdən, iddiaçının hazırki iddia tələbinin inzibati məhkəmə icraatında yolverilənliyi ilə bağlı isə kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddiaların növləri İPM-nin 2.2-ci maddəsində təsbit olunmuşdur və yalnız qanunla nəzərdə tutulduğu halda bu siyahıda göstərilməyən iddialar qaldırıla bilər. Bu o deməkdir ki, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin həlli məqəsədilə qaldırılan bütün iddialar hər bir halda həm sözügedən normanın, həm də İPM-nin həmin iddia növlərinə xas olan prosessual hüquqi məsələləri tənzimləyən digər maddələrinin forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (İcra məmurlarının vəzifələri) birinci bəndinə əsasən icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Göründüyü kimi, məhkəmə qərarının icrası icra məmurunun qanunla üzərinə qoyulmuş vəzifədir.Qeyd edilən həmin vəzifənin yenidən icra məmurunun üzərinə məhkəmə qərarı ilə qoyulmasına dair iddia tələbi inzibati icraat üzrə qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, iddianın mümkünlük şərti ödənilmədiyindən işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 28/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar