Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1315/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh (xx.xx.1969-cu il tarixində Laçın rayonunun Təzəkənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, faktiki yaşadığı ünvan- iddia ərizəsinə əsasən ünvan 2 qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3552/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı 12.01.2021-ci il tarixdə cavabdehə artıq ödənilmiş 136,68 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən 23 fevral 2012-ci il tarixində sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 260,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-78,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-52,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 97,50 manat olmaqla orta aylıq əmək haqqı 542.50 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 8 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (542,50 manat) 80 faizi-434,00 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 424,64 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 56,16 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli, 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə -natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar cavabdehə 20 il 8 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67,00 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-85,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-57,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 106,88 manat olmaqla orta aylıq əmək haqqı 589,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (542,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (589,38 manat) arasındakı fərq məbləğinin 46, 88 manat) 67 faizi-31,41 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyasının -34.00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 465,41 manat müəyyən edilmişdir. Lakin 01.03.2018- 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 461, 24 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 75,06 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi- 129,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-86,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 161,25 manat olmaqla orta aylıq əmək haqqı 861,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (589,38 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (861,25 manat) arasındakı fərq məbləğinin (271,87 manat) 67 faizi-182,15 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (465,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 647,56 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 669,86 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövrlərdə cavabdehə 267,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə 01.09.2017-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 131,22 manat əskik pul vəsaiti, 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 267,60 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 136,38 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə 01.09.2017-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 131,22 manat əskik pul vəsaiti, 01.09.2019-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 267,60 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 136,38 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən 26.10.2020-ci il tarixli, **********4 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarında olan 13.01.2021-ci il tarixli, 2-1(112)-3552/2021 saylı məktubla birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım təklif etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3552/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 04.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3552/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi və təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrini tətbiq etməklə, inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərək icra edilməsi üçün icra məmuruna göndərilməli idi. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə 01.09.2017-31.08.2019-cu il tarixləri arasında olan dövr ərzində 131,22 manat əskik artıq pul vəsaitinin, 01.09.2019- 31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 267,60 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 136,38 manat artıq pensiya məbləğinin ödənildiyini əsaslandırmış və həmin artıq ödənilmiş pul vəsaitinin “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Filiala təqdim edilməsi barədə cavabdehə 26.10.2020-ci il tarixli, **********4 nömrəli məktubla müraciət edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərini nəzərə almamış və əsassız olaraq, iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 09.02.2021-ci il tarixli məhkəmə iclas protokolundan cavabdehin iddianın mümkün sayılmamasını xahiş etdiyi qeyd edilsə də, eyni tarixli məhkəmə qərardadında cavabdehin iddianın mümkün sayılaraq təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdiyi göstərilmişdir. Həmçinin iddia ərizəsində Filial tərəfindən cavabdehə 26.10.2020-ci il tarixli, **********4 nömrəli məktubla müraciət edildiyi göstərilsə də, iş materiallarına əlavə edilmiş məktubun nömrəsi və tarixi qeyd edilməmiş və onun cavabdehə ünvanlanmasını və onun tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd-sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə ünvanlandığını qeyd etdiyi məktubun göndərilməsini və onun tərəfindən alınıbalınmamasını araşdırmalı, həmçinin artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı cavabdehin yazılı münasibətini almalıdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)- 3552/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3552/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 136,68 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kasassiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1315/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1315/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver