Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1316/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1316/2023 (Açar sözlər: “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi”) Bakı şəhəri 11 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10435/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 00-25-57/10 nömrəli məktubunda qeyd olunanlara əsasən, İddiaçı Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsi tərəfindən Nigeriya Federativ Respublikasına ezamiyyətə göndərildiyi illərdə qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasına dair məlumatı Komitənin arxiv sənədlərində İddiaçı müvafiq əmri tapılmadığı üçün təqdim etmək mümkün olmamışdır.
2. İddiaçının vəkilinin İddiaçı işlədiyi SSR Texniki Peşə Təhsili Komitəsi tərəfindən Nigeriya Federativ Respublikasında ezamiyyətə göndərildiyi illərdə vəzifəsi və vəzifə maaşının saxlanılmasına dair məlumatın verilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Komitənin arxiv sənədlərində İddiaçı sözügedən məsələ ilə bağlı əmri tapılmadığı üçün müraciəti təmin etmək imkan xaricindədir.
3. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı (FİN xxxxxxx) xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənilməsi davam etdirilir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 335,01 manata çatdırılmışdır.
4. İddiaçının yaşa görə pensiyanın təyin olunub-olunmaması barədə məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabeh orqan tərəfindən iddiaçının təvəllüdünə fikir vermədən bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin qeyd edilən məlumat iddiaçıya şamil edilə bilməz.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxiv arayışına əsasən İddiaçı həqiqətən Azərbaycan SSRİ Texniki Peşə təhsili üzrə Komitənin xx.xx.1973-cü il tarixli, 260 saylı əmri ilə İstehsalat Texniki şöbəsinə nöyük mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1975-ci il tarixli 67 ok saylı əmr ilə xaricə işləməyə göndərilmiş və xaricdə ezamiyyə müddəti bitdikdən sonra xx.xx.1977-ci il tarixli 95 ok saylı əmr ilə Bakı Texniki Peşə təhsili üzrə idarənin rəis əvəzi vəzifəsinə təyin olunmuş və xx.xx.1978-ci il tarixli, 284 ok saylı əmr ilə həmin vəzifədən azad edilmişdir.
6. Bakı apellyasiya məhkəməsinin iddiaçının 1973-1978-ci illərdə Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsində iş müddətinin dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi ilə bağlı 14 mart 2023-cü il tarixli 2-1(103)-1316/2023 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 24 may 2023-cü il tarixli, 9-3/2-1095/2023 saylı cavabında bildirilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Həmin Siyahının 1.16-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında mövcud olan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.Azərbaycan SSR Nazirlər Sovetinin 25 avqust 1970-ci il tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Texniki Peşə Təhsili Dövlət Komitəsinin Əsasnaməsi"nin 1-ci hissəsinə əsasən Komitə ittifaq-respublika orqanı olmuşdur. Əsasnamədə Komitənin maliyyələşdirilmə mənbəyi ilə bağlı heç bir norma nəzərdə tutulmamışdır.Qeyd edilənlərə əsasən Komitənin maliyyələşdirilmə mənbəyini və təqdim etdiyiniz sənədə əsasən iddiaçının çalışdığı struktur bölmə və vəzifəni müəyyən etmək mümkün olmadığından məsələyə rəy verilməsi mümkün olmamışdır. Nəzərə almağınızı xahiş edirik.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1938-cü il təvəllüdlüdür.xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubu ilə ona dövlət qulluqçusu kimi pensiya təyin təyin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun dövlət qulluğu stajı 5 ildən az (2 il, 11 ay, 29 gün (xx.xx.1973-xx.xx.1975-ci il və xx.xx.1977xx.xx.1978-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Halbuki iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək əmək haqqı saxlanılmaqla Nigeriya Federativ Respublikasında ezamiyyətdə olmuş və qayıtdıqdan sonra Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində işləməyə davam etmişdir. Onun 24 aylığa ezam olunmağı faktı əmək kitabçasında da öz əksini tapır. Bununla bağlı vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyinin verdiyi xx.xx.2022-ci il tarixli məktubda komitənin arxiv sənədlərində onun ezamiyyətə göndərildiyi illərdə vəzifəsinin və vəzifə maaşının saxlanılması məsələsi ilə bağlı əmrinin tapılmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiyanın hesabalanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında imtina ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 5 ildən az (2 il 11 ay 29 gün (xx.xx.1973xx.xx.1975-ci il və xx.xx.1977- xx.xx.1978-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.1938-cü il tarixdə anadan olduğunu, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək Azərbaycan SSR Texniki Peşə təhsili Komitəsində çalışdığını qeyd edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla dövlət qulluqçusu kimi əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsasları kimi dövlət qulluğu vəzifəsində kifayət qədər dövlət qulluğu stajının olmaması qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10435/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilərək yaşa görə pensiya hüququnun yarandığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
13. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
14. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla;
15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.
16. İddiaçının mübahisəli olmayan dövlət qulluğu stajı təqdim etdiyi əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 1 il 6 ay 21 gün və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 1 il 5 ay 8 gün müddətdir ki, ümumilikdə 2 il 11 ay 29 gün təşkil edir.
17. İddiaçının mübahisələndirilən dövlət qulluğu stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ezamiyyətdə olduğu müddətdir ki, bu da 2 il 1 ay 2 gün təşkil edir.
18. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 14 iyul 2021ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci bəndinə əsasən, Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət onun qulluq stajına daxil edilir.
19. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının ezamiyyətdə olduğu müddətdə onun qulluğu vəzifəsinin və əmək haqqının saxlanılmasını təsdiq edən müvafiq sənədi təqdim etmədiyi üçün qeyd olunan dövrlərin qulluq stajına daxil edilməsi mümkün olmamışdır.
20. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İ-3328/23-24 nömrəli arxiv arayışının əslinə əsasən qeyd edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən Azərbaycan SSRİ Texniki Peşə təhsili üzrə Komitənin xx.xx.1973-cü il tarixli 260 saylı əmri ilə İstehsalat Texniki şöbəsinə böyük mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1975-ci il tarixli 67 ok saylı əmr ilə xaricə işləməyə göndərilmiş və xaricdə ezamiyyə müddəti bitdikdən sonra xx.xx.1977-ci il tarixli 95 ok saylı əmr ilə Bakı Texniki Peşə təhsili üzrə idarənin rəis əvəzi vəzifəsinə təyin olunmuş və xx.xx.1978-ci il tarixli 284 ok saylı əmr ilə həmin vəzifədən azad edilmişdir.
21. İddiaçının qeyd edilən dövrdə ezamiyyətdə olması müvafiq olaraq əmək kitabçasına da öz əksini tapmışdır.
22. Beləliklə, iddiaçının dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxs kimi qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi hüququ var.
23. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələrin təyin olunması hüququ təmin olunmalıdır.
24. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 32.1-1ci maddə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.
25. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
26. İddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçı xx.xx.1999-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyindən həmin normadakı üç illik məhdudiyyət iddiaçıya şamil edilməməli və hüququnun yarandığı vaxtdan ona ödənilməli olan pensiya fərqi iddiaçıya ödənməlidir.
27. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə, 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.11-ci, 20.11.2.-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10435/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə asasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet va partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, emak fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçisin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti Əlavə edilir."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas derəcəsində qulluq müddətinə uyğun olaraq, habelə Əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajina 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.3-cü ve 23.4-cü maddələrinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 569 nömrəli Fərmanı ilə tesdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları" 4-cü bəndinə əsasən Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ila tesdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövr məvacibinin hesablanması Qaydaları"nın 6-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığ dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin (Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmaninda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün, yəni xx.xx.1999-cu il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə hesablana bilməz.Belə ki, həmin Qanunun 32.4-cü maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017- ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Kollegiya nəticədə qərara almışdır ki, ‘‘Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan ‘‘müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Bildirilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10435/2022 nömrəli qərarı ilə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri pozulmaqla İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasına əlavənin təyin edilərək yaşa görə pensiya hüququnun yarandığı vaxtdan, yəni xx.xx.1999-cu il tarixindən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur.Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10435/2022 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 2-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
34. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet va partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, emak fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçisin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti Əlavə edilir. 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün, yəni xx.xx.1999-cu il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə hesablana bilməz. 32.4-cü maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir.
35. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas derecesinde qulluq müddətinə uyğun olaraq, habele Əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajina 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün ve onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan esas Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.3-cü ve 23.4-cü maddələrinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yeniden hesablanır.
36. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 569 nömrəli Fərmanı ilə tesdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları"nın 4-cü bəndinə əsasən Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəye, qulluq stajına və ixtisas derecesində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
37. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ila təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövr məvacibinin hesablanması Qaydaları"nın 6-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciet etdiyi vaxt dövlət məvacibinin hesablandığ dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlet, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin (Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmaninda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.
38. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarı”nda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
43. İşin faktiki hallarına, tətbiq edilən hüquq normalarına əsaslanaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır.
44. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə asasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
45. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet va partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir.
46. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
47. Qeyd olunan Qanunun 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçisinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti Əlavə edilir.
48. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə esasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə Əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajina 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
49. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.
50. Həmin Qanunun 23.3-cü və 23.4-cü maddələrinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
51. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları" 4-cü bəndinə əsasən Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas derəcesində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir.Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
52. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə tesdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövr məvacibinin hesablanması Qaydaları"nın 6-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığ dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azerbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısı”na müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.
53. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığ dövlət qulluğu vəzifəsi mövcud olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alındığından iddiaçının dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması həll edilməlidir.
54. İddiaçının dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən hansı dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına münasibət bildirilməsi üçün Bakı apellyasiya məhkəməsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu məktubu göndərmişdir.
55. Bakı apellyasiya məhkəməsinin iddiaçının 1973-1978-ci illərdə Azərbaycan SSR Texniki Peşə Təhsili Komitəsində iş müddətinin dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi ilə bağlı 14 mart 2023-cü il tarixli 2-1(103)-1316/2023 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 24 may 2023-cü il tarixli, 9-3/2-1095/2023 saylı cavabında bildirilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Həmin Siyahının 1.16-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında və yaradılan orqanların aparatında mövcud olan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.Azərbaycan SSR Nazirlər Sovetinin 25 avqust 1970-ci il tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Texniki Peşə Təhsili Dövlət Komitəsinin Əsasnaməsi"nin 1-ci hissəsinə əsasən Komitə ittifaq-respublika orqanı olmuşdur. Əsasnamədə Komitənin maliyyələşdirilmə mənbəyi ilə bağlı heç bir norma nəzərdə tutulmamışdır.Qeyd edilənlərə əsasən Komitənin maliyyələşdirilmə mənbəyini və təqdim etdiyiniz sənədə əsasən iddiaçının çalışdığı struktur bölmə və vəzifəni müəyyən etmək mümkün olmadığından məsələyə rəy verilməsi mümkün olmamışdır. Nəzərə almağınızı xahiş edirik.
56. Göründüyü kimi, iddiaçının dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən hansı dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması müəyyən olunmur.
57. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbi əsaslı sayıla və təmin oluna bilməz.
58. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbi təmin edilmədiyindən onun digər -hüququnun yarandığı vaxtdan iddiaçıya ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi də təmin olunmamalıdır.
59. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10435/2022 nömrəli qərarı ilə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri pozulmaqla İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərək, hüququnun yarandığı vaxtdan iddiaçıya ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
60. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10435/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10435/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.