Məhkəmə qərarları › İş №2-1(103)-1316/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1316/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1316/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi"” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3963/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın müraciət tarixindən əvvəlki üç il də daxil olmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildə X1 tikintisinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Sovet ordusuna həqiqi hərbi xidmətə çağrıldığı üçün işdən azad edilmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda sıravi əsgər olmuşdur. xx.xx.1986-cı ildə Krasnodar şəhəri Tikinti-Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta kimi siyahıya alınmış, xx.xx.1989-cu ildə prarab vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə konstruktor qrupunun rəhbəri təyin olunmuş, xx.xx.1992-ci ildə Fərhad kiçik müəssisəsinə köçürülmüş, xx.xx.1992-ci ildə Fərhad kiçik müəssisəsinə böyük prarab olaraq təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə böyük iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2011-ci ildə Azərtunel MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə Kooplayihə AHB-yə iş icraçısı təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Orbit AMƏ MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə Dostluq-V MMC-də texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə iş icraçısı vəzifəsinə dəyişdirilmiş, xx.xx.2019-cu ildə vəzifədən azad edilmişdir. xx.xx.2020-ci ildə TVM-İnşaat MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə SVKA-Construction MMC-də tikinti mühəndisi vəzifəsində işə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə AZ MON-1 MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş. xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə ESCO GROUP MMC-də inşaat mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə MİS-2020 Construction MMC-də işə qəbul olunmuş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci ildə Prestige Construction MMC-də iş icraçısı vəzifəsinə qəbul olmuş, xx.xx.2022-ci ildə Dostluq-V MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə VR Premium MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmişdir. İş stajlarından da göründüyü kimi onun ümumilikdə 36 ilə yaxın əmək stajı var. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi dövrlər ərzində 2012-ci ilin yanvar və iyun, 2015-ci ilin fevral ayında məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə sosial sığorta stajına yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilən iş və ya digər fəaliyyət dövrləri daxil edilə bilər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3963/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin iddiaçının ərizəsini təmin etməkdən imtina barədə **********6 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 gün (xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - iddiaçıya məxsus ЛВ seriyalı 019679 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun surətindən görünür ki, o, 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutuna daxil olmuş və 1984-cü ildə sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1984cü il tarixli qərarı ilə İddiaçı inşaat-mühəndisi ixtisası verilmişdir. - НД seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1984- cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus АТ-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 13 avqust 1984-cü il tarixdən 16 oktyabr 1984- cü il tarixədək Krasnodar şəhəri Tikinti- Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta vəzifəsində işləmiş, 1984-1986-cı il tarixlərdə Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1986-cı il tarixdə Krasnodar şəhəri Tikinti-Quraşdırma İdarəsinin 8 nömrəli trestində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixdən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991xx.xx.1992-ci il tarixlərdə “Koopproyekt” kooperativinə konstruktor qrupunun rəhbəri, xx.xx.1992xx.xx.1992-ci il tarixlərdə “Fərhad” KM-də böyük iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1992xx.xx.2011-ci il tarixlərdə böyük iş icraçısı, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə "xxxx" MMC-nin Bayıl qəsəbəsində mikrotunelin tikintisi obyektinə iş icraçısı, xx.xx.2011-xx.xx.2015-ci il tarixlərdə “Kooplayihə AHB” firmasında hündürmərtəbəli binaların tikintisinə iş icraçısı, xx.xx.2015 – xx.xx.2017-ci il tarixlərdə "xxxx" MMC-yə iş icraçısı, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə "xxxx" MMCdə texniki təhlükəsizlik üzrə mühəndis, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə həmin MMCdə iş icraçısı, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-yə tikinti mühəndisi vəzifəsində, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də inşaat mühəndisi, xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də iş icraçısı, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMC-də iş icraçısı vəzifəsində çalışmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ЛВ seriyalı 019679 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun, НД seriyalı ******* nömrəli hərbi biletin və АТ-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixə 25 il 10 ay 23 gün ümumi iş stajı olması öz təsdiqini tapır. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan “Koopproyekt” kooperativi üzrə 12-92 nömrəli, xx.xx.1992-ci il tarixli əmrin surətinə əsasən İddiaçı “Koopproyekt” kooperativinin inşaat bölməsinə böyük iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. “Kooplayihə-AHB” firması üzrə 8-11 nömrəli, xx.xx.2011-ci il tarixli əmrin surətinə əsasən İddiaçı “Kooplayihə-AHB” firmasının inşaat bölməsindən öz xahişinə əsasən işdən azad edilmişdir. “Kooplayihə-AHB” firması tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05-23 nömrəli arayışdan görünür ki, “Kooplayihə-AHB” firması “Koopproyekt” kooperativinin hüquqi davamçısıdır və rəhbərliyi də indiyə kimi dəyişməmiş qalır. İnşaatda “kiçik iş icraçısı”; “böyük iş icraçısı” və “iş icraçısı” ümumi olaraq “iş icraçısı” kateqoriyası kimi gedir. Bu baxımdan sorğuda qoyulan suallara cavab aşağıdakı kimidir:

1. İddiaçı 2 dekabr 1992-ci ildən 20 avqust 2011-ci ilə kimi “Koopproyekt”in İnşaat bölməsində iş icraçısı fəaliyyətini həyata keçirmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı (kod 2290000b—24441, bölmə XXVİİ) və xx.xx.2007-ci il tarixli 12 nömrəli (bölmə 29, bənd b) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə” qərarlarına uyğun gəlir;

2. İddiaçı bilavasitə iş günü ərzində zərərli iş şəraitində təqdim olunmuş işci layihəyə əsasən tikinti işlərini icra etmişdir;

3. Tikintinin zərərliliyini nəzərə alaraq 5 günlük (8 saatlıq) iş rejimində işləmişlər. İlin sonunda məzuniyyətinə əlavə günlər verilmiş. Əlavə iş olduqda (çox nadir hallarda) həmin günlər üçün ikiqat hesablanmalar aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən: - 22900000- XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: - 2290000b- b) rəhbərlər və mütəxəssislər; -2290000b—24441- iş icraçıları güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı “Koopproyekt” kooperativi, daha sonra isə “Kooplayihə-AHB” firmasında iş icraçısı işləmiş, həmin vəzifə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmuş, bu vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olması işəgötürənin arayışı ilə təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq, 13 il 29 gün güzəştli iş stajı mövcud olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan onun 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir.. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3963/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3963/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar