Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1318/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X2 və X1 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı Vəkiloğlu Mobil Mustafa oğlunun (xx.xx.1970-ci il tarixdə Bərdə rayonunun İmirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı müavinətin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vəkiloğlu Mobil Mustafa oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı kimi əvvəllər ödənilməyən veteran pulunun əvəzi olaraq 2880 manat ödənilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəkiloğlu X3 Qarabağda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmiş, lakin müharibə veteranı statusunu 2017-ci il iyul ayında məhkəmə qaydasında əldə etmişdir. Sözügedən tarixə qədər iddiaçı hər hansı müavinət almamışdır. Hesab edilir ki, iddiaçıya müharibə veteranı kimi ödənilməyən müavinətin əvəzi olaraq son 3 ilin pulu ödənilməlidir. İddiaçı xx.xx.2019-cu il tarixdə DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müharibə veteranı kimi ödənilməyən son x xxxx 2880 (iki min səkkiz yüz səksən) manat pulun ödənilməsini xahiş etmişdir. Bununla bağlı olaraq cavabdeh inzibati orqanın cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi təqaüdün əvvəlki üç il üçün ödənilməsinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olmadığı göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. xx.xx.2020-ci il tarixdə qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Məhkəmə Mübahisələri ilə İş İdarəsi apellyasiya şikayəti verərək, (imzalanıb Günay Cavadova tərəfindən) Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşa müvafiq müavinətə hüququ yaranmazdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 (DSMF) Nərimanov rayon şöbəsi vətəndaşa xx xxxx 2017-ci il tarixindən, yəni veteran statusunu aldığı vaxtdan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət 2019-cu il aprelin 1-dən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində yenidən DSMF-nin Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən son üç il üçün müavinət ödənilməsini xahiş etmiş, müvafiq Şöbə isə əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki üç il üçün müavinət ödəməkdən imtina etmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsi xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçı Vəkiloğlu Mobil Mustafa oğluna xx.xx.2017-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunun 7-ci maddəsindən göründüyü kimi iddiaçı Vəkiloğlu Mobil Mustafa oğlunun kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət almaq hüququ veteran vəsiqəsi verildiyi tarixdən (xx.xx.2017-ci il) yaranır. ƏƏSMN-i yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi iddiaçı Vəkiloğlu Mobil Mustafa oğluna müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti xx.xx.2017-ci il tarixdən təyin etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Hesab edilir ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün təqaüdün əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın tələblərinə uyğun deyildir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində olan Dövlət X6 Məhkəmə Mübahisələri ilə X10 Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı apellyasiya baxışının predmetini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində onun qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarında olan AZE № ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Vəkiloğlu Mobil Mustafa oğlu xx.xx.1970-ci il tarixdə Bərdə rayonunun İmirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (xx.xx.2014-cü il tarixdə ASAN1 tərəfindən verilmişdir) Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmişdir. Vəsiqənin verilməsinə əsas iddiaçının Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etməsi faktı müəyyən edilmişdir. Sosial müavinət vəsiqəni aldığı tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı müraciətinə isə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. - 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. İşin sadalanan hallarından aydın olur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmışdır. Lakin işdən müəyyən olunur ki, bu vəsiqənin verilməsi əsasını iddiaçının Dağlıq Qarabağda gedən Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etməsi faktı təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdeh orqana sosial müavinətin təyin olunduğu tarixdən əvvəlki dövrünün ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan müraciətə imtina cavabı vermiş, bununla da iddiaçının əvvəlki 3 il üçün müavinət almaq hüququndan əsassız olaraq məhrum etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində olan Dövlət X6 Məhkəmə Mübahisələri ilə X10 Hüquqi Şəxsi tərəfindən təmsil edildiyindən və onlar bir qurumun Dövlət X6 tabeliyində olduğundan, onlar tərəfindən verilmiş apellyasiya şikayətləri bir apellyasiya şikayəti kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1641/2020 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1318/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1318/2020
28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver