Məhkəmə qərarları › İş №2-1(103)-1318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1318/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1318/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “inzibati icraat materialları ilə tanış olmaq və surətlərini əldə etmək” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-14821/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək maraqlı şəxs olaraq NA00003604 saylı toplanmış icraat materialı ilə tanış olmaq və sürətlərin ona verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2016-2021-ci illlər üzrə Rusiya Federasiyası Dağıstan Dövlət Universtetində «Hüquqşünaslıq» ixtisası üzrə qiyabi təhsil almış, 2021-ci il tarixində AR Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyətə Təminat Agentliyinin elektron sisteminə sənədləri daxil etməklə diplomun nostrifikasiyası ilə bağlı müraciət olunmuş, xx.xx.2022-ci il tarixində Cavabdeh qurum müraciətinə dair NA00003604 saylı qərar qəbul etməklə müraciəti ilə bağlı imtina verilmişdir. 2022-ci il tarixində verilmiş qərarın qanunsuz və əsassız olması ilə bağlı İnzibati İcraat Haqqında AR Qanunu ilə verilmiş hüquqdan yararlanaraq subordinasiya qaydasında yuxarı instansiyalara və sonda İnzibati Məhkəməyə iddia ilə müraciət olunmuş, sonda iddianın geri götürülməsi ilə bağlı ərizə ilə müraciət olunmuşdur. 2021-ci il tarixində cavabdeh quruma rəsmi müraciət olunduğu zaman iş icraatda olduğu vaxtda cavabdehin elektron ərizə sistemi bölməsində "müraciət et" bölməsi vasitəsi və rəsmi ərizə ilə, Qərar qəbul olunduqdan sonra isə dəfələrlə cavabdehə və yuxarı instansiya olan Elm və Təhsil nazirinə şikayətlərlə müraciət edərək inzibati icraat haqqında AR Qanunu və hüquq münasibəti yaranan an qüvvədə olan Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarında nəzərdə tutulan hüquqdan yararlanmağına şərait yaradılması, maraqlı şəxs kimi NA00003604 saylı icraat materialı ilə tanış olmaq və sürətlərinin əldə edilməsini xahiş etməyinə baxmayaraq, cavabdeh qurum hərəkətsizlik etməklə iddiaçının bu hüquqdan yararlanmağına şərait yaratmamışdır. Bundan əlavə iş məhkəmə icraatında olduğu zaman şifahi vəsatətlə müraciət olunaraq toplanmış materialın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin cavabdeh qurum burdada hərəkətsizlik etməklə qanunun tələbini pozaraq ekspertiza sənədlərini məhkəməyə təqdim etməməklə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-14821/2023 nömrəli qərardadı (hakim L.Musayeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2l(112)-14821/2023-saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında inzibati orqana rəsmi müraciəti olmuş, 3 aya yaxın müraciəti əsasında inzibati araşdırma aparılmış, bu müddət ərzində dəfələrlə rəsmi qaydada aparılmış icraat materiallarının surətinin təqdim edilməsi ilə bağlı xahişləri olmuş, müraciətlə bağlı inzibati akt qəbul olunmuş və inzibati icraat araşdırması bitdikdən sonra belə edilən müraciətlər cavabsız qalmış, nəticə etibarı olaraq bu günə kimi qəsdən aparılmış icraat materiallarının surətlərinin ona təqdim edilməməsini hakim qanun pozuntusu kimi qiymətləndirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən inzibati icraat materialları ilə tanış olmaq məqsədilə müraciətlər olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-14821/2023 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, iddiaçı 2016-2021-ci illlər üzrə Rusiya Federasiyası Dağıstan Dövlət Universtetində «Hüquqşünaslıq» ixtisası üzrə qiyabi təhsil almış, 2021-ci il tarixində AR Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyətə Təminat Agentliyinin elektron sisteminə sənədləri daxil etməklə diplomun nostrifikasiyası ilə bağlı müraciət etmiş, xx.xx.2022-ci il tarixində cavabdeh inzibati orqan müraciətinə dair NA00003604 saylı qərar qəbul etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki tələbində qeyd olunan NA00003604 saylı toplanmış icraat materialı ilə tanış olmaq və surətlərin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci il tarixində cavabdehə müraciət edərək diplomun tanınmasını xahiş etmiş, müraciətinə imtina verilmiş, iddiaçı müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, sonda iddianın geri götürülməsi barədə ərizə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi vəsatət əsasında hazırlıq iclasından qaytarılmışdır. İddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2023 saylı iş üzrə prosessual tərəf olaraq həmin məhkəməyə ərizə ilə müraciət etmək, iş materialları ilə tanış olmaq, onlardan surət çıxarmaq hüququ var. Belə ki, iddiaçının tələbi məhz həmin məhkəmənin icraatı gedişində inzibati orqan tərəfindən aparılmış icraat materialları ilə tanış olmaqdır. Sözügedən icraat materialları isə 2-1(112)-5507/2023 saylı iş materiallarında mövcuddur. İddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil. Odur ki, iddiaçının qaldırdığı hazırkı iddia müstəqil maddi tələb kimi baxila bilməz, iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -25.3-cü maddəsinə əsasən inzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. -25.6-cı maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. -25.7-ci maddəsinə əsasən müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər. -25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. AR İPM-in 61.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. Kollegiya qeyd edir ki, qeyd olunan qanunvericilik normalarına əsasən inzibati icraat materialları ilə tanış olmaq və icraatla bağlı məlumat almaq prosedur təminatlardan biri olmaqla inzibati icraat üzrə maraqlı şəxslərin hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5507/2023 saylı iş üzrə prosessual tərəf olaraq həmin məhkəməyə ərizə ilə müraciət etmək, iş materialları ilə tanış olmaq, onlardan surət çıxarmaq hüququnun mövcud olmasına istinad etsə də, hazırki işin hallarından görünür ki, iddiaçının tələbi məhkəmənin icraatı gedişində inzibati orqan tərəfindən aparılmış icraat materialları ilə deyil, məhkəmə icraatına qədər olan və “İnzibati icraat haqqında” Qanun çərçivəsində aparılmış icraat materialları ilə tanış olmağa yönəlmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi iddiaçının hazırki iddianı qaldırmamışdan əvvəl icraat materialları ilə tanış olma ilə bağlı agentliyə müraciətlərinin olmasını qəbul etmiş, iddiaçının icraat materialları ilə tanış olma ilə bağlı müraciəti ilə əlaqədar onunla əlaqə saxlanıldığını, agentlikdə qəbul edildiyini bildirsə də, cavabdeh inzibati orqan bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-14821/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar