Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1318/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 16 mart 2022-ci tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 16258,45 manat əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 23 fevral 2022-ci il tarixli **********009500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Cavabdeh hesablamanın əsası kimi qeyd edilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184,57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
4. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində 23 fevral 2022-ci il tarixli **********009500 saylı qərar ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Son olaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iyun 2021-ci il dövrü üzrə 28 fevral 2023-cü il tarixli **********860900 saylı, ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. Sonradan iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbi dəqiqləşdirilmiş, sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdehin iyun 2021-ci il dövrü üzrə 28 fevral 2023-cü il tarixli **********860900 saylı, ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktublarına əsasən qeyd olunan iyun 2021-ci il ƏDV bəyannaməsinə baxılmış və heç bir kənarlaşma aşkar edilməmişdir. Göstərdikləri kənarlaşmanın mənbəyi barədə ilkin sənədlər mövcuddursa iddiaçıya təqdim edilməsi xahiş edilmişdir. Lakin, vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir.
9. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaiməfakturalar (VHF-si) üzrə **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən ƏDV məbləğləri ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********714900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 16258,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. xx.xx.2022-ci il tarixli **********222200 saylı qərara dair bildirirlər ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə aparılmış kameral yoxlama zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-935/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur: 1. ƏDV iyun 2021-ci il dövrü üzrə 14 iyul 2022ci il tarixli **********222200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu? 2. ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu? 10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “ƏDV iyun 2021-ci il dövrü üzrə 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur, 16 mart 2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın düzgünlüyü müəyyən olunur”.
11. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-935/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2024-cü il tarixədək vergi tutulan əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən təqvim ayında ƏDV vergisini bəyan etməmək hüququ mövcud olmuşdur.
13. Birinci instansiya məhkəməsi 14 iyul 2023-cü il tarixli, 9/3778 saylı ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən vergi məbləğinin hesablanması barədə qərarlardan yalnız may 2021-ci il ƏDV üzrə hesablanmış vergi məbləği ilə bağlı qəbul edilmiş 16 mart 2022-ci il tarixli **********462200 nömrəli qərarın düzgünlüyü müəyyən olunduğundan, iddiaçının tələbi qismən təmin edilməklə yalnız cavabdeh inzibati orqanın iddiaçıya iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə düzgünlüyü müəyyən olunmayan 28 fevral 2023-cü il tarixli **********860900 nömrəli qərarı ləğv edilməlidir.
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 2- 1(103)-1296/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ... təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
19. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama ilə xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin baxış predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərarı təşkil edir. Lakin istinad olunan ekspert rəyində isə həmin qərarla ləğv edilmiş 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarın əsaslığına qiymət verilmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia predmetini təşkil etməyən və ümumiyyətlə ləğv edilmiş əlavə vergilərin hesablanması barədə cavabdehin qərarının yoxlanılması barədə keçirilmiş ekspertiza nəticəsi iddianın təmininin əsasını təşkil edə bilməz.
22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə ekspert qarşısına ƏDV-nin hesablanmasının düzgün olub-olmaması kimi qoyulmuş, göstərilən suallara ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Ekspert hesablamalara dair öz mülahizələrini bildirməli olduğu halda, Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə hüquqi mövqe bildirimişdir.
23. Halbuki, hazırkı işin xüsusiyyətinə görə müəyyən olunmalı hal, iddiaçının ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsinin müəyyən edilməsindən asılı olduğu üçün hər iki tərəfin ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən müvafiq sənədləri tələb edərək onu müqayisəli şəkildə təhlil edib müvafiq rəyi məhkəməyə təqdim etməli idi.
24. Lakin işə cəlb edilmiş ekspert bu istiqamətdə tədqiqat aparmamış və nəticəsini əsaslandırmamışdır.
25. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********860900 nömrəli qərarın da ləğv edildiyini bildirmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
d) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbinin təmin edilmiş hissəsi ilə razı deyil. ƏDV 2021-ci ilin iyun ayı üzrə hesablanmış vergi məbləği ilə bağlı bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama ilə xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilmişdir. Məhkəmə qərarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyinə istinad etsə də, cavabdeh tərəfindən həmin ekspert rəyi ilə bağlı və 2021-ci ilin iyun ayı üzrə vergi məbləğinə dair ekspertin bildirdiyi rəyə dair mülahizələri nəzərə almamışdır. Belə ki, 2021-ci ilin iyun ayı üzrə ƏDV hesablanması ilə bağlı ekspert bildirmişdir ki, belə qaydada vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamış, vergi orqanı tərəfindən vergi ödəyicisinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Ekspert səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində tərəfimizdən məhkəməyə bir neçə dəfə dəqiqləşdirilmiş ərizə ilə müraciət edildiyini və həmçinin iyun 2021-ci il dövrü üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edildiyini qeyd etmişdir. Bildirmək istəyirik ki, tərəfimizdən həmin dəqiqləşmələr İPM-nin 54-cü və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq təqdim edilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində qeyd edilmiş bir digər əsas məhkəmə-mühasibatlıq ekspertizası əsasında tərtib edilmiş ekspert rəyi barədə olmuşdur ki, vergi orqanı bu barədə etiraz bildirilmişdir. Bu barədə nəzərinizə çatdırmaq istəyirik ki, Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 9/3778 saylı ekspert rəyinə əsasən, xərc sənədlərinin mövcud olduğu və kameral vergi yoxlamasının düzgün aparılmadığı, xərc sənədlərinin və gəlir vergisinin vergi orqanı əməkdaşları tərəfindən düzgün araşdırılmadığı müəyyən edilmişdir. Cədvəldə əks olunan məlumatlara əsasən, 2021-ci il may və iyun ayları üzrə X3 hesablanmış 12820.5 manat və 32184.57 manat ƏDV məbləğləri düzgün hesablanmadığı qeyd edilmişdir. Həmin rəydə ekspertiza tərəfindən aydın şəkildə bütün hesablamalar öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əlavə olaraq aşğıdakıları nəzrinizə çatdırmaq istəyirik: Vergi orqanı tərəfindən təqdim edilmiş cədvəllərə nəzər yetirdikdə müəyyən etmək mümkün olmuşdur ki, xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək əhatə olunan dövr üzrə X2 ümumi dövrüyələri barədə məlumatlar öz əksini tapmışdır. Hansı ki, burada 2021-ci il iyun ayı üzrə vergi orqanı - Dövlət Vergi Xidmətinin Lokal Gəlir Baş İdarəsi kameral hesabladığı vergi və dövriyyə barədə məlumatı “Excel” proqramı ilə cədvəlləşdirilmiş şəkildə yerləşdirmişdir. Faktiki olaraq 178803.17 manat və onun ƏDV-si 32184.57 manat məbləğində pulun 2021-ci il iyun ayında dövriyyəyə daxil olması və belə bir vergi barədə hər hansı bir əməliyyatın mövcud olmasını təsdiq edən sənəd təqdim olunmamışdır. 2021ci il may ayı üzrə isə hər hansı mal alışı mövcud olmamışdır. Bununla əlaqədar göstərilənlərin nəzərə alınaraq, vergi orqanı tərəfindən təqdim olunmuş disk materiallarının iddianın mahiyyətinə heç bir aidiyyatı olmadığı məlum olmuşdur. Sözügedən vergi orqanının təqdim etdiyi bu məlumatlar əslində sübut edir ki, vergi ödəyicisi X4 vergiyə cəlb olunan hər hansı bir əməliyyatı olmamışdır. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, vergi orqanı tərəfindən həm ekspertiza keçirilən zaman həm də apellyasiya şikayətində hər hansı əsaslı bir sübut mövcud olmamışdır. Yəni qəbul edilmiş qərarın qanuni olması faktı vergi orqanının özü tərəfindən belə təsdiq oluna bilinməmişdir. Əlavə olaraq cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş apellyasiya şikayətini ikinci səhifəsinin 3-cü abzasında ƏDV 2021-ci il iyun ayı üzrə hesablanmış vergi məbləği ilə bağlı xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq qeyd olunan dövrlər üzrə vergi ödəyicisnin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicsinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edildiyi qeyd edilmişdir. Bu barədə nəzərinizə çatdırırıq ki, sahibkar fəaliyyətini dayandırılmış, faktiki olaraq ƏDV hesablanmış iyun 2021-ci il üzrə 32184.57 manat ƏDV-dən yayındırılacaq hər hansı dövriyyə mövcud olmamışdır. Bu barədə ilkin sənədlər, disk materialları, bank çıxarışları və digər sənədlər iş materiallarında mövcuddur ki, faktiki olaraq iyun 2021-ci il üzrə iddiaçının 32184.57 manat vergidən yayındırılacaq dövriyyəsi mövcud olmamışdır. Bu barədə məhkəmə mühasibatlıq ekspertizası da müvafiq rəyinin nəticə hissəsində rəy bildirmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıram ki, xx.xx.2020-ci ildən sonraki dövr üzrə hər hansı vergi hesablanması üçün vergi orqanının Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirmək hüququ mövcuddur. Kameral vergi yoxlaması isə VM-nin 37-ci maddəsinə əsasən konkret hesabat dövrü üzrə keçirilir və hesabatın təqdim etmə müddət bitdikdən sonra həyata keçirilir.
f) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. ... Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ... Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. ... Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ... Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. ... Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisənin yarandığı vaxt qüvvədə olan redaksiyada) 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə– aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. ... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. ... Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
39. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iyun 2021-ci il dövrü üzrə 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə “cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarının ləğv edilməsi” kimi icraata qəbul edilmişdir.
40. Cavabdeh inzibati orqan iddiaçının dəqiqləşmiş ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X6 (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin ƏDV iyun 2021 dövrü üzrə 23 fevral 2022-ci il tarixli **********009500 saylı və ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci l tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbi dəqiqləşdirilmiş, sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdehin ƏDV iyun 2021-ci il dövrü üzrə 28 fevral 2023-cü il tarixli **********860900 saylı, ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-935/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1296/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024cü il tarixli, 2- 1(103)- 1296/2024 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyasında iddiaçı dəqiqləşmə təqdim edərək 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarı mübahisələndirmişçdir. Dəqiqləşmə ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirik: Uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, xx.xx.2020-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309,78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125,21 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********821800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184,57 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********821800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə 2021-ci ilin iyun ayı üçün göstəricisiz dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və qarşılıqlı əlaqələrin təhlili nəticəsində yaranmış kənarlaşmaya görə ödəyiciyə yenidən xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi bildirilmişdir. Kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184,57 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə 2021-ci ilin iyun ayı üçün göstəricisiz dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və müvafiq olaraq xx.xx.2022-ci və xx.xx.2023cü il tarixlərdə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ bərpa olunmuşdur. Araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən ƏDV qeydiyyatının qüvvəyə minməsi ilə əlaqədar hesablanmış 32184,57 manat vergi məbləğinin 10997,47 manat hissəsinin (2020-ci ilin sentyabr ayına aid olan online kassanın göstəricisi) azaldılması məqsədəmüvafiq hesab edilmiş və xx.xx.2024-cü il tarixdə 10997,47 manat vergi məbləği azaldılaraq vergi ödəyicisinə **********870300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
41. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisənin yaranma əsası iddiaçı ilə digər sahibkarlar arasında baş tutmuş əməliyyatlara görə malların (iş və xidmətlər) dəyəri ödənilmədən, iddiaçının ƏDV sub-uçot hesabına daxil olan məbləğlərə görə ƏDV-nin bəyan edilməməsi ilə bağlıdır.
43. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 16 mart 2022-ci tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 16258,45 manat əlavə vergi məbləği hesablanmışdır.
45. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 23 fevral 2022-ci il tarixli **********009500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
46. Cavabdeh hesablamanın əsası kimi qeyd etmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184,57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
47. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində 23 fevral 2022-ci il tarixli **********009500 saylı qərar ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
48. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023cü il tarixli, **********860900 saylı qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
49. Son olaraq vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən ƏDV qeydiyyatının qüvvəyə minməsi ilə əlaqədar hesablanmış 32184,57 manat vergi məbləğinin 10997,47 manat hissəsinin (2020-ci ilin sentyabr ayına aid olan online kassanın göstəricisi) azaldılması məqsədəmüvafiq hesab edilmiş və xx.xx.2024-cü il tarixdə 10997,47 manat vergi məbləği azaldılaraq vergi ödəyicisinə **********870300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
50. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh məhkəmə qərarının iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Tələbin təmin edilməyən hissəsi ilə iddiaçı razılaşmış və şikayət verilməmişdir.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilmiş - yəni “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməsi” hissəsində yoxlayır.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) əsasən vergi orqanının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin baxış predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərarı təşkil edir. Lakin istinad olunan ekspert rəyində isə həmin qərarla ləğv edilmiş 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarın əsaslığına qiymət verilmişdir.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia predmetini təşkil etməyən və ümumiyyətlə ləğv edilmiş əlavə vergilərin hesablanması barədə cavabdehin qərarının yoxlanılması barədə keçirilmiş ekspertiza nəticəsi iddianın təmininin əsasını təşkil edə bilməz.
55. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə ekspert qarşısına ƏDV-nin hesablanmasının düzgün olub-olmaması kimi qoyulmuş, göstərilən suallara ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Ekspert hesablamalara dair öz mülahizələrini bildirməli olduğu halda, Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə hüquqi mövqe bildirimişdir.
56. Halbuki, hazırkı işin xüsusiyyətinə görə müəyyən olunmalı hal, iddiaçının ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsinin müəyyən edilməsindən asılı olduğu üçün hər iki tərəfin ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən müvafiq sənədləri tələb edərək onu müqayisəli şəkildə təhlil edib müvafiq rəyi məhkəməyə təqdim etməli idi.
57. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin ikinci apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1318/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “iş materiallarında olan ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək İyun 2021-ci il üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə müəyyən edilsin və iyun 2021 ƏDV üzrə xx.xx.2024-cü il tarixli, **********870300 saylı qərarla cavabdeh tərəfindən hesablanmış 21187,10 manat vergi məbləği müəyyən edilirmi” sualları qoyulmuşdur.
58. Təqdim edilmiş 9/2930 nömrəli 19 iyun 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ƏDV iyun 2021-ci il dövrü üzrə xx.xx.2024-cü il tarixli, **********870300 saylı Qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. Eyni zamanda ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən sənədlər müqayisəli şəkildə təhlil edilərək 2021-ci ilin iyun ayı üzrə iddiaçının vergidən yayındırılacaq dövriyyəsinin mövcud olmadığı müəyyən edilmişdir.
59. Göründüyü kimi vergi orqanının iddiaçıya münasibətdə qəbul etdiyi iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarının düzgünlüyü müəyyən olunmamışdır.
60. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
61. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir.
63. Odur ki, iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etməklə cavabdeh haqlı olmamış, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
64. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iyun 2021-ci il dövrü üzrə 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarı ləğv edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iyun 2021-ci il dövrü üzrə 12 iyun 2024-cü il tarixli, **********870300 saylı qərarı ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.