Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1319/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin təqdim edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1, 3-cü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin təqdim edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xaçmaz rayon Polis Şöbəsi tərəfindən verilmiş Əmək haqqında və başqa gəlirlər barədə Forma 1A saylı 05.01.2018-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin sabiq polis əməkdaşı İddiaçı 2016-cı il noyabr ayı üçün əmək haqqı 728 manat, gediş-gəlişli xidmətə görə əmək haqqına əlavə 150 manat hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 12.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsindən, polis mayoru rütbəsi ilə yaşa görə 09.12.2016-cı il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 28 il, 0 ay, 13 gün, imtiyazlı hesablama ilə 33 il, 7 ay, 27 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən pensiya almaq hüququ olan 33 il, 7 ay xidmət müddəti nəzərə alınaraq barəsində tərtib edilmiş X8 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Həmin idarədən alınmış məlumata əsasən hazırda pensiya təminatı: vəzifə maaşı – 420 manat, rütbə maaşı – 150 manat, xidmət illərinə görə 30 faiz əlavə – 171 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə – 147 manat və ərzaq payı əvəzinə kompensasiya – 64 manat nəzərə alınmaqla, cəmi 952 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 868,36 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmiş «X2»na əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə(vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən məbləğdə vəsait ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə vəzifəsi gediş-gəliş xarakteri daşıdığına görə müəyyən məbləğdə ödənilən vəsait təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatında nəzərə alınması mümkün deyildir. İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin HQXRŞİİnin əmək pensiyası təyin edən komissiyanın 27.03.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 10.12.2016-cı ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı doğulduğu tarix xx.xx.1958-ci il, hərbi (xüsusi) rütbəsi mayor, tutduğu vəzifə Xaçmaz RPŞ-nin polis sahə inspektoru vəzifəsidir, təqvim xidmət illəri 28 il, 0 ay, 13 gün, güzəştli xidmət illəri 5 il, 7 ay, 14 gün, cəmi iş stajı və xidmət illəri 33 il, 07 ay, 27 gün, tərxis olunduğu tarix 09.12.2016-cı il, tərxis olunub – yaşa görə. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 300 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 129 manat, ərzaq payı əvəzində kompensasiya 64 manat, məharət dərəcəsi 105 manat, cəmi təminatı 728 manat göstərilmişdir. İddiaçı qeyd olunan məlumat vərəqəsindəki məlumatlarla razılaşmayaraq onun barəsində yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 022/23-28182Q-3220 saylı 04.06.2020-ciil tarixli imtina məktubda qeyd edilmişdir ki, İddiaçı 20.05.1978-15.05.1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 17.09.1992-05.09.1993; 12.01.1994-15.04.1994; 12.08.1994- 09.12.2016-cı il tarixlərdə daxili işlər orqanlarında xidmət etmişdir. 09.12.2016-cı il tarixdə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəri təqvimi hesablama ilə 28 il, 00 ay, 13 gün, imtiyazlı hesablama ilə 33 il, 07 ay, 27 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən müəyyən edilir. Sonuncu xidmət yeri üzrə vəzifəsi gediş-gəliş xarakteri daşıdığına görə müəyyən məbləğdə ödənilən vəsait təminat xərcliyinə daxil edilmir və bu səbəbdən pensiya təminatında nəzərə alınması mümkün deyildir. Məsələ ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən həyata keçirildiyindən pensiya təminatı ilə bağlı aidiyyəti üzrə müraciət etməsi məqsədəmüvafiqdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarında fəaliyyət göstərmişdir. Hər biri xüsusi rütbəli olmaqla, 20 təqvim ilindən artıq iş stajı vardır. Lakin onun pensiyasının hesablanması üçün Daxili İşlər Nazirliyinin məlumat vərəqində büdcədən kənar ödənişlər və digər əlavələr öz əksini tapmamışdır. Buna görə də ona qanunla nəzərdə tutulan məbləğdən az pensiya hesablanmışdır. O, 17 sentyabr 1992-ci ildən Daxili İşlər Nazirliyində işə qəbul edilmiş, 09 dekabr 2016-cı ildə daxili işlər orqanlarında son yaş həddinə görə xidmətdən xaric olunmuşdur. Xidmət illəri təqvim hesablaması ilə 28 il, imtiyazlı hesablama ilə 33 il, 07 ay, 27 gün təşkil edir. X12 Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim təqdim edilən məlumat vərəqəsinə əsasən pensiya təyin olunmuşdur. Lakin məlumat vərəqi doldurularkən təminat xərcləri tam hesablanmamışdır. Ona pensiya təyin olunan vaxt qüvvədə olan 1362-VQD nömrəli "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Ona təqdim edilmiş əmək haqqı və başqa gəlirlər barədə arayışdan da məlum olur ki, ona gediş-gəlişli xidmətə görə əmək haqqına 150 manat əlavə ödənilmişdir. Lakin həmin məbləğ pensiya məbləğinə hesablanmamışdır. Bununla əlaqədar o, cavabdeh inzibati orqana müraciət etsə də, həmin vəsaitin təminat xərcliyinə daxil edilməməsi və bu səbəbdən də pensiya təminatında nəzərə alınmasının mümkün olmaması bildirilməklə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5618/2020 saylı 03 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara və Maliyyə Nazirliyinin “X2”na istinad etmişdir. Əgər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarına əsasən pul ödənişi edilmişdisə onda ona veriləcək məbləğ 150 manat deyil, 450-465 manat arası olmalı idi. On hər ay ödənilən 150 manat pul heç də Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara və Maliyyə Nazirliyinin “X2”na əsasən ödənilməli olan məbləğ deyildir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 04.06.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 28.07.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya 10.12.2006-cı il tarixdən ömürlük 684.20 manat məbləğində pensiya təyin olunmuşdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı tələbi, “daxili işlər orqanı əməkdaşı kimi onun gediş-gəlişli xidmətə görə aylıq vəzifə maaşına əlavə edilən 150 manat pulun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsinin cavabdehə həvalə olunması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının aylıq vəzifə maaşına əlavə kimi ödənilən 150 manat vəsaitin «X2»na əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün ödənilən vəsait olmasına, həmin vəsaitin təminat xərcliyinə daxil edilməməsinə istinad edərək iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçılarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Hazırki işdə iddiaçı ona işlədiyi müddətdə hər ay ödənilən 150 manat pul vəsaitinin əmək haqqına əlavə kimi ödənilməsi səbəbindən bunun həm də təminat xərcliyinə daxil edilməli olduğuna, lakin adına göndərilmiş məlumat vərəqəsində bu barədə məlumatın öz əksini tapmadığına istinad edərək həmin məlumatın qeyd edildiyi yeni məlumat vərəqəsinin müvafiq quruma göndərilməsini tələb edir. Cavabdeh isə həmin pul vəsaitinin təminat xərcliyinə daxil edilməli olan məbləğ olmadığını bildirir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı iddiaçıya hər ay ödənilən 150 manat pul vəsaitinin onun hansı xidmətlərinə görə, işinin xarakteri ilə bağlı olub-olmadığını, hansı məqsədlə ona ödənilməsi kimi məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb etdiyi üçün apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. Sorğuda qoyulan məsələ İddiaçı işlədiyi müddətdə gediş-gəlişli xidmətinə görə əmək haqqına əlavə olaraq aldığı 150 manat məbləğində pul vəsaitinin ona hər ay, yəni mütəmadi olaraq ödənilib-ödənilməməsi, bu məbləğin iddiaçının əmək haqqına əlavə olaraq verilməsinin onun gediş-gəlişli xidməti ilə bağlı olması, eyni zamanda təminat xərcliyinə daxil edilib-edilməməsi və yaxud da ezamiyyə xərci olaraq verilməsi barədə məhkəməyə məlumat verilməsi və bunları təsdiq edən iddiaçıya aid mühasibatlıq sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı olmuşdur. Həmin sorğuya cavab olaraq 18.10.2021-ci və 26.10.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktublardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18.01.2012-ci il tarixli Q-0 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 6-cı bəndində Respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycn Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı 25 yanvar 2008-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 144 saylı 25.09.2011-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən bu məbləğ 10 manat müəyyən edilmişdir ( 2018-ci il tarixinə qüvvədə olan). Qeyd olunan normativ sənədlərə əsasən DİN-in sabiq əməkdaşı İddiaçı sahə inspektoru olmaqla, işi gediş-gəliş xarakteri daşıdığı baxımdan hər ay ona ezamiyyə xərcləri əvəzinə 150.0 manat (xidmət xüsusiyyətləri nəzərə alınmaqla hər ayın 15 günü hesabı ilə) əlavə vəsait hesablanaraq onun əmək haqqı kartına köçürülmüşdür. Həmin məbləğ ona verilən ezamiyyə xərcləri əvəzinə əlavə vəsait şəklində ödənildiyi üçün bu məbləğ onun təminat xərcliyinə daxil olan əmək haqqı kimi hesab olunmur. Qeyd olunan vəsaitin əməkdaşların hesabına köçürülməsi üçün hər ay bütün əməkdaşların adlı siyahısı olan, müxtəlif ödənişləri əhatə edən ümumi cədvəllər müvafiq banka təqdim olunur. Bu cədvəllərin iri həcmli olduğu, bütün əməkdaşları və bir neçə ödənişi əhatə etdiyi baxımından təqdim edilməsi mümkün olmamışdır. “Sosil sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci bəndinə əsasən iş vaxtı daimi yolda olan və işi gediş-gəliş xarakteri daşıyan işçilərə gündəlik ezamiyyə xərcləri əvəzinə ödənilən əlavə məbləğdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən Arif Qsımovun həmin vəsaitin təminat xərcliyinə daxil edilməməsi səbəbindən onun pensiya təminatında da nəzərə alınması mümkün deyildir. Göründüyü kimi, iddiaçı sahə inspektoru olmaqla, işi gediş-gəliş xarakteri daşıdığı üçün ona xidmət xüsusiyyətləri nəzərə alınmaqla hər ayın 15 günü hesabı ilə ezamiyyə xərcləri əvəzinə 150.0 manat əmək haqqına əlavə vəsait hesablanaraq ödənilmişdir. Həmin məbləğ ona ezamiyyə xərcləri əvəzinə əlavə vəsait şəklində ödənildiyi üçün onun təminat xərcliyinə daxil edilməsi qanunla müəyyən edilməmişdir. Belə olan halda həmin vəsait təminat xərcliyinə daxil olmadığı üçün onun iddiaçının məlumat vərəqəsində göstərilməsi də qeyri-mümkündür. Odur ki, iddiaçının qeyd olunan məlumatı özündə əks etdirən yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, iddiaçı barəsində 02.03.2017-ci il tarixli məlumat vərəqəsi mövcud olduğu təqdirdə onun tələb etdiyi yeni məlumat vərəqəsinin işlənib müvafiq quruma verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu faktı sübuta yetirilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının tələbi ilə bağlı yeni məlumat vərəqəsinin verilməsi cavabdehin üzərinə qoyula bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya həmin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olub, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğunu üçün qəbul etmir və hesab edir ki, həmin dəlillər məhkəmə qərarının ləğvi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5618/2020 saylı 03 dekabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5618/2020 saylı 03 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-1319/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1319/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver