Məhkəmə qərarları › İş №2-1(103)-1319/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1319/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1319/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X2, X3, X4 və X5) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12292/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxslər E.Zeynalova, V.Zeynalzadə və L.Zeynalzadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər - X2, X3, X4 və X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Tağıyev küçəsi, 68 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriya 008131 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 68 saylı ev iddiaçının mülkiyyətindədir. 42 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 25.07 2022-ci il tarixli arayışa əsasən X2, X3, X4 və X5 həmin evdə qeydiyyatdadırlar. Həmin şəxslərin sözügedən ünvanda olan qeydiyyatları formal xarakter daşıyır və eyni zamanda da mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, əlavə kommunal xərcləri ödəyir. Həmin şəxslərin pasport qeydiyyatından çıxarılması üçün Bakı səhəri Yasamal rayon Polis İdarəsinə yazılı müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məktubla adları qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılmasından cavabdeh imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12292/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər - xx.xx.1981-ci il təvəllüdlü X2, xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 68 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxslər E. Zeynalova, V.Zeynalzadə və L.Zeynalzadə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Məhkəmə ümumiyyətlə, həmin maddələrə istinad etməklə səhvə yol vermişdir. Nəticədə, üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Elmira Zeynalova mənzilə 2002-ci ildə pasport qeydiyyatına alınmışdır. Övladları doğulduqdan sonra onlar da həmin mənzilə qeydiyyata alınmışlar. Tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən sonra yarandığı üçün Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş proses iştirakçıları məhkəməyə gəlməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan - ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmalarını cavabdehdən xahiş etmiş, lakin sonuncu onların qeydiyyatdan çıxarılmalarının səlahiyyətləri daxilində olmadığını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmiş, narazı qalan iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində qaqlıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” İş materialları üzrə iddiaçının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin və Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyal 008131 nömrəli Qeydiyyat vəsiqəsinin surətlərinə əsasın müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1940-cı il təvəllüdlü İddiaçı xüsusi mülkiyytindədir. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 42 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 266 nömrəli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci tarixli, ******* №-li – arayışlarına, habelə şəxsiyyyət vəsiqələrinin surətlərinə əsasən müəyyən olunur ki, üçüncü şəxslər də həmçinin iddiaçının mülkiyyətində olan həmin evdə qeydiyyatdadırlar. Apellyator üçüncü şəxslərin qeyd olunan dəlillərindən görünür ki, iddiaçıya məxsus həmin evdə faktiki olaraq yaşadıqlarını və həmin evdə yaşayış hüququna malik olmalarını təsdiq edən hər hansı mötəbər sənəd-sübutları mövcud deyildir. Hazırkı apellyasiya mərhələsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 68 ünvanında istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində qeydiyyatda olsalar, həmin evdə faktiki olaraq yaşamır və onların evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan istifadə huquqları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında qeyd etmişdir ki: “...2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxslərin Mülki Məcəllənin 228.5-ci maddəsininə istinad olunan dəlilləri əsassızdır və onların cavabdeh inzibati tərəfindən iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassız olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlarla müəyyən edilən halllara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası, apellyator üçüncü şəxslərin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən maddi huquq normalarının və üçüncü şəxslərin pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12292/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12292/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar