Məhkəmə qərarları › İş №2-1(103)-132/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-132/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-132/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2021 saylı 29 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikası “Regionlararası Heyətin idarə olunması Akademiyası” tərəfindən 03.04.2018-ci il tarixdə verilmiş B018 № 016682 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifikasiya haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana elektron qaydada müraciət etmiş və cavabdeh orqan tərəfindən mərhələli olaraq müvafiq araşdırmalar aparılmışdır. Lakin aparılmış araşdırmaların sonunda elektron qaydada diplomun ölkə ərazisində tanınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdeh Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunaraq işə mahiyyəti üzrə baxılmış və 2-1(112)- 957/2021 saylı 29 mart 2021-ci il tarixli qərar ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət (İ il -10 gün, İİ il - 6 gün, İİİ il - 4 gün, İV il - 14 gün) olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yetinə yetirməyi qeyri- mümkündür. Məhkəmə qərar qəbul edərkən xaricdə əldə olunmuş təhsillə ölkə ərazisində ona ekvivalent hesab edilən yerli təhsil standartları arasındakı fərqləri nəzərə almamışdır. Belə ki, iddiaçının tədris prosesində iştirak etdiyi müddət ərzində diploma əlavədə qeyd edilən tədris yükünü mənimsəməsi, habelə kurs işi və diplom işin yazması, istehsalat təcrübəsində iştirakı, auditoriyadaxili və auditoriyadankənar saatlarda dərsləri dinləməsi qeyri-mümkündür. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrininin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə əlaqədar gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Tərəflərin izahatları: 09.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi, “ona Ukrayna Respublikası “Regionlararası Heyətin idarə olunması Akademiyası” tərəfindən 03.04.2018-ci il tarixdə verilmiş B018 № 016682 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifikasiya haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya elektron formada ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı X1 İdarəolunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin olkədə qısa müddət ərzində olmuş və bu səbəbdən də diploma əlavədə qeyd edilmiş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Təhsildə X2rşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mənfi rəyin verilməsi üçün əsasların iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də məhkəmə icraatında müəyyən edilməməsinə, cavabdehin imtinasının qanuna zidd olmasına və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmənin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı qzının bakalavr diplomu üzrə ixtisasın mənimsənilməsi üçün onun həmin ölkədə olduğu, o cümlədən dərslərdə və imtahanlarda ümumi iştirak müddətinin yetərli olub-olmamasının müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən müsahibə təşkil edilməsi və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi, bunun nəticəsi barəsində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı təqdim edilmiş 21.01.2022-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçıya verilmiş diplom üzrə aldığı ixtisasın tanınması məsələsi Agentlik tərəfindən yenidən araşdırılmış və ona müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr məktuba əlavə olunmuşdur. İ seriyalı 025531 saylı 2022-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Ukrayna “Regionlararası Heyətin idarə olunması Akademiyası” tərəfindən verilmiş B018 seriyalı 016682 saylı 03.04.2018-ci il tarixli diplom Azərbaycan Respublikasında tanınmış və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. T seriyalı 026121 saylı 2022-ci il tarixli şəhadətnamədən görünür ki, iddiaçıya verilmiş B018 seriyalı 016682 saylı 03.04.2018-ci il tarixli diplom Azərbaycan Respublikasında 050210- Politologiya- politoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının B018 seriyalı 016682 saylı 03.04.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar