Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-132/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Səlim oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandılrmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, «1200» saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestirdən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyatı dövlət orqanına, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə həmin sərəncamı, torpaq sahəsinin plan cizgisini, arxiv arayışını, şəxsiyyət vəsiqəsinin surətini və ailə üzvlərinin razılıq ərizələrərini də əlavə etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu ıl tarixli **********12 saylı məktubu ilə imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Qanununun tələbinə əsasən də müvafiq icra hakimiyyəti orqanının sərəncamı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin ona qarşı bu cür hərəkətsizliyi qanunsuz və əsassızdır, çünki tərəfindən müvafiq çıxarışın verilməsi üçün lazım olan bütün hüquqi sənədlər əldə olunmuş və cavabdehə təqdim olunmuşdur. Belə olan halda hesab edir ki, cavabdeh tərəfindən müvafiq çıxarış verilməli idi. Çünki, torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verimişdir. Əslində imtinada göstərilən heç bir uyğunsuzluq yoxdur, hal-hazırda torpaq sahəsi boşdur, heç kim tərəfindən hasarlanmamışdır, qaldı ki, digər şəxslərin müraciətləri ilə üst-üstə düşməsi məsələsi isə bu uydurmadır və bu uydurma onun hüquqlarını poza bilməz. Əgər həmin torpaq sahəsinə başqa şəxslərin sənədi işlənibsə də, bu onun deyil məhz cavabdehin öz günahıdır və bu səhvini düzəltməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixli, 191 nömrəli Səbail Bələdiyyəsinin qərarına və xx.xx.2008-ci il tarixli 4820 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-64/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)-3537/19 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 531/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-64/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş yerləşmə sxemində torpaq sahəsinin sənəd üzrə ölçülərində naturadakı ölçülərlə müqayisədə fərqlər mövcuddur və torpaq sahəsində hasarlanma və mərzlənmə işləri tam aparılmamışdır. Belə ki, 3 torpaq sahəsi bir hasar daxilindədir və torpaq sahələrinin ara səhədləri şərtidir. Bundan əlavə, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli müraciətlə əlaqədar İdarənin mütəxəssislərinə göstərilən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən neft kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin iddiaçının İdarəyə xx.xx.2019-cu il tarixli poçt vasitəsilə etdiyi müraciətinə əlavə etdiyi sənədlərin surət olduğu, əlavə olunmuş yerin cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bundan əlavə məlum olmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli müraciət ilə əlaqədar İdarənin mütəxəssislərinə göstərilən torpaq sahəsinin İdarənin elektron baza məlumatlarına əsasən yerləşmə cizgisinə hər hansı bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciət etdikləri torpaq sahələri ilə üstüstə düşür. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyetri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, X1 Təşkili üzrə Dövlət Agentliyi və Arxitektura Komitəsi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekspertiza təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “X4” və “X9 və Ekspertiza Mərkəzi” MMC-nin 13 avqust 1999-cu il tarixli sərəncamda qeyd edilən, habelə naturada göstərilən torpaq sahəsi ilə bağlı rəylərə hüquqi qiymət verərkən onların belə rəy vermək üçün səlahiyyətli olmalarını, səlahiyyətli dövlət orqanından lisenziya almalarını, onlarda torpağa dair kadastr məlumatlarının mövcud olmasını, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu barədə məlumatın olmasını, belə məlumat olduğu halda hansı qaydada əldə edilməsini araşdırmamışdır. İddiaçı cavabdehə torpaq sahəsinin plan və ölçüsünü təqdim etməmiş, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işin 7-ci səhifəsində olan torpaq sahəsinin yerləşmə cizgisi apellyasiya məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə tədqiq edilməmişdir. Mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Bununla bağlı apellyasiya məhkəməsi araşdırma aparmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinin həqiqətən "xxxx" MMC-nin qanuni istifadəsində olmasını, istifadə hüququnun dövlət qeydiyyatına alınmasını, istifadə hüququnun hansı ilkin sənədlər (müqavilə, əqd, inzibati akt) əsasında qeydə alınmasını müəyyən etməmiş, bu barədə cavabdehdən məlumat almamış, torpaq sahəsi istifadə hüququ ilə yüklü olduğu halda iddiaçının hüququnun qeydə alınmasının mümkünlüyünü, həmçinin "xxxx" MMC-nin İPM-in 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraatda iştiraka cəlb edilməsini müzakirə etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. Göründüyü kimi, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə icra hakimiyyətinin sərəncamı mövcuddur. Qeyd edilən sənədləri iddiaçı ərizəsinə əlavə edərək, cavabdehə müraciət etsə də, iddiaçıya xx.xx.2019-cu il tarixli, **********12 saylı məktubla əsassız olaraq imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan cizgisi tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin mövqeyinə görə, İdarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, torpağın yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. İlkin apellyasiya baxışı zamanı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşib-yerləşməməsinin, həmin torpaq sahəsi ilə 191 saylı xx.xx.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına, 4820 saylı xx.xx.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi alınmaqla iş üzrə mühəndis-tikinti ekspertizasının keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3173 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən əlavə edilmiş sxemlərlə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından, elektron bazada ölçülmüş ərazidə hər hansı neft kəməri barədə məlumat və X3 adına torpaq sahəsinin qeydiyyatdan keçməsi aşkar edilmədiyindən, mübahisələndirilən ərazinin dövlət mülkiyyəti torpağı olduğundan, Bakı şəhəri Səbail İcra Hakimiyyəti Başçısının 200 saylı xx.xx.1999-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ilə 191 saylı xx.xx.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına və 4820 saylı xx.xx.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası “X4”nin 508 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə sərhədləri ölçülmüş və döngə nöqtələrinin koordinatları beynəlxalq Koordinat Sistemi olan WGS-84 (UTM-39) koordinat sistemində müəyyən olunmuşdur. Koordinatları müəyyənləşdirən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elekron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmət tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunan, mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı cavabdehə torpaq sahəsinin plan və ölçüsünü təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin yerləşmə cizgisinin tədqiqi məqsədilə apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və cavabdeh inzibati orqanın mütəxəssisinin iştirakı ilə məhkəmə tərəfindən mübahisəli əraziyə xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh iddia edir ki, hazırda çıxarış almaq istədikləri torpaq sahəsi "xxxx" MMC-nin torpaq sahəsi ilə üstüstə düşür. Lakin göründüyü kimi "xxxx" MMC-nin torpaq sahəsi yuxarıda yerləşir. Cavabdeh inzibati orqanın mütəxəssisi X6 Azərbaycan Respublikası “X4” tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 508 nömrəli mütəxəssis rəyində mövcud olan plansxem və koordinatlar təqdim olundu, mütəxəssis tərəfindən lazımi texniki avadanlıqlar vasitəsilə ölçmə işləri aparıldı. X8 bildirdi ki, təqdim olunan mütəxəssis rəyində göstərilmiş koordinatların hazırkı torpaq sahəsinə uyğun olub-olmaması idarədə araşdırılacaqdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə vətəndaş X7 nümayəndəsinin iştirakı ilə texniki baxış keçirilmişdir. Müayinə zamanı sözügedən torpaq sahəsinin dörd tərəfdən mərz nişanları qoyulmaqla hasarsız (şərti) sərhədləndiyi müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində heç bir tikili aşkarlanmamışdır. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisində işarələnmiş sahə ilə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1200 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılsa da, 20 ildən artıq müddət keçsə də, iddiaçı tərəfindən bu günə qədər həmin torpaq sahəsində fərdi evin tikintisi üçün hər hansı tədbir görülməmişdir. Göründüyü kimi cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3537/19 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Fərrux Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-132/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-132/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver