Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1320/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. 1977ci ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-1/2-İ87622/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə (60 yaşdan) əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdən göründüyü kimi İddiaçı ümumi iş stajı 25 ildən (20 il 02 ay 26 gün), güzəştli iş stajı isə 12 il 06 aydan az (04 il 04 ay 25 gün) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı oian pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir.İddiaçı qanunla tələb edilən 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşələr işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla təsdiq olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23753,71 manat təşkil edir uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir. Həmçinin, müəssisə tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 10 və 11 nömrəli arayışlarda iddiaçının əmək kitabçasında qeyd edilən, lakin məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər də onun güzəştli stajı kimi qeyd edilmiş, bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2460/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova sədrlik edən və məruzəçi, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3130/2024 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2- 1(103)-2460/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, iddiaçıya güzəştli şərtlərlə pensiyanın iddiaçının 25 (iyirimi beş) il iş stajının tamamlandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinə etiraz edərək isə təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsi-vəkilinin təqdim etdiyi dəqiqləşmə barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi iddiaçının 25 (iyirimi beş) il iş stajının tamamlandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində dəyişdirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişi: - iddiaçıya hansı yaşdan təqaüdün (pensiyanın) təyin edilməsinin mümkün olması məsələsində iddiaçıya yardım edilməsi. - "xxxx" müəssisəsi tərəfindən verilən arayışlar arasındakı ziddiyyətin aradan qaldırılması. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq iş üzrə məhkəmə araşdırmasının nəticəsində hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddia dəqiqləşdirilmiş ərizəyə uyğun olaraq təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən;
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Sadalanan qanunvericilik müddəalarına əsasən məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq Qanun normasının yeni redaksiyasına əsasən 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2 əsas şərt tələb olunur: -25 il ümumi iş stajı və azı 12 il 6 ay güzəştli iş stajı. Hazırki mübahisə üzrə iddiaçının 60 yaşı tamam olan tarixə ümumi iş stajı ilə bağlı tələb ödənilmədiyindən stajla bağlı tələb ödənilən tarixə yəni xx.xx.2023-cü il tarixə onun pensiya təyin edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: İddiaçının xx.xx.2023-cü ilə qədər azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli halı aradan qaldırmaq üçün kassasiya instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərinə uyğun araşdırılma həyata keçirilmişdir.
Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirirək apellyasiya şikayətinin dəlillərinə qiymət verir:
İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; - Kolxozlararası Tikinti Mexanikləşdirmə İdarəsi - (iş stajı: 06 ay, 04 gün) xx.xx.1977ci il tarixdə 3 №-li sahəyə 4-cü dərəcəli ekskavator sürücüsünün köməkçisi kimi işə daxil olmuşdur; xx.xx.1977-ci il tarixdə işdən azad edilmişdir. - “Azərbaycanneftyoltikintitəmir” trestinin Tikinti Mexanikləşdirmə İdarəsində (iş stajı:01 il, 06 ay, 06 gün) xx.xx.1977-ci il tarixdə Yol maşın təmiri üzrə 1-ci dərəcəli çilingər kimi işə qəbul edilmişdir; xx.xx.1978-ci il tarixdə 2-ci dərəcəli çilingər verilmişdir, xx.xx.1978-ci il tarixdə ekskovator üzrə 3-cü dərəcəli köməkçi kimi keçirilmişdir, xx.xx.1979-cu il tarixdə Sovet Ordusuna çağrıldığı üçün işdən azad edilmişdir. -“Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində (iş stajı:03 ay, 09 gün) xx.xx.1981-ci il tarixdə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operatoru kimi qəbul edilmişdir, 5-ci dərəcəli qaldırıcı maşinist vəzifəsinə keçirilmişdir, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. -Orconikidze daxili işlər şöbəsi yanında Mühafizə şöbəsində - (iş stajı: 04 ay, 21 gün) xx.xx.1982-ci il tarixdə mühafizə şöbəsinə gözətçi vəzifəsinə təyin edilmişdir; xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. -“Xəzərdəniz - neftqaztikinti” trestinin tikinti mexanizasiya idarəsi - (iş stajı: 04 ay, 27 gün) xx.xx.1982-ci il tarixdə 5-ci dərəcəli buldozer maşinisti vəzifəsinə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir - Azərbaycan Kooperativ Tikinti Trestində - (iş stajı: 02 ay, 16 gün) xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. -1 saylı Bakı Şərab zavodu - (iş stajı:02 ay, 08 gün) xx.xx.1983-cü il tarixdə ekspedisiya sexinə bələdçi kimi qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. -“Avtomobilyoltikinti” Trestinin 1 saylı yol təmir tikinti sahəsi - (iş stajı: yoxdur) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1983-cü il tarixdə 5 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; -“Avtomobilyoltikinti” Trestinin 5 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 9 ay 16 gün) xx.xx.1983-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi işə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə 3 saylı YTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; -“Avtomobilyoltikinti” Trestinin 3 saylı yol təmir tikinti sahəsi - (iş stajı: 02 il, 07 ay) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1987-ci il tarixdə Şaumyan rayon YTTİ-yə köçürülmə qaydasında işdən azad edilmişdir; -Şaumyan (sonrada Xətai) rayon yol təmir tikinti sahəsi - (iş stajı: 05 il, 06 ay, 01 gün) xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir -Xətai rayon yol təmir tikinti sahəsi - (iş stajı: 03 ay, 13 gün) xx.xx.1992-ci il tarixdə 4cü dərəcəli asfalt vuran kimi qəbul edilmişdir; xx.xx.1993 -cü il tarixdə işdən azad edilmişdir. -““Abadlıq” KM - (iş stajı: 08 ay, 26 gün) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli asfalt vuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir. -“Qızıl-Qaya” firması - (iş stajı: 10 ay, 16 gün) xx.xx.1993 –cü il tarixdə 4-cü dərəcəli asfaltvuran vəzifəsinə qəbul edilmişdir; xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. İddiaçıya məxsus xx.xx.2008-ci il tarixdə doldurulmuş ******* №-li əmək kitabçasının surətində qeyd olunan məlumatlardan müəyyən olunur ki o; “Taleh A.T” müəssisəsində - (iş stajı: 02 il, 29 gün) xx.xx.2008-ci il tarixdə fəhlə (asfalt) vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. -xx.xx.2016-cı il tarixdə həmin müəssisəyə fəhlə (asfalt) işə qəbul edilmişdir. Hazırda da işləyir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixdə 3-43-76/366/23 №-li arayışında qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə kollegiyası iddiaçıya pensiya təyini üçün tələb olunan ümumi staja münasibətdə qeyd edir ki, qanunvericilik normalarıтdan aydın göründüyü kimi, xx.xx.2006cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabşasına əsasən hesablanır. İddiaçıya məxsus əmək kitabçasından, həmçinin hərbi xidmət dövrü nəzərə alınmaqla müəyyən edilir ki, xx.xx.2006-cı il tarixədək 16 il 3 ay 12 gün ümumi stajı mövcuddur. İddiaçıya məxsus digər əmək kitabçasından, iş yerindən təqdim edilmiş əmrlərdən həmçinin AR ƏƏSMN tabeliyində DSMF Sosial Sığortra və Fərdi Uçot üzrə Mərkəzi Filialından təqdim edilmiş sığortaolunan haqqında məlumat cədvəlindən müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ildən sonra ilk iş yeri “Taleh A.T” müəssisəsində olmuş və həmin müəssisədə xx.xx.2008-xx.xx.2010-cu illərdə işləmiş, həmçinin xx.xx.2016-cı ildən hazırki vaxtadək işləyir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-307359/2023 №-li məktubunda İddiaçı ümumi iş stajı 25 il 3 ay 11 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 3 ay 11 gün (xx.xx.1977-xx.xx.0977-ci il, xx.xx.1977-xx.xx.1979-cu illər, xx.xx.1979- xx.xx.1981ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il), güzəştli iş stajı isə 9 il 05 ay 06 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2016-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilən dövrlər inzibati orqan tərəfindən mübahisəsiz götürülmüşdür. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı – dövlət sosial sığorta sistemində fərdi məlumatlarına əsasən hesablandığından iddiaçıya məxsus məlumat cədvəlinə əsasən onun xx.xx.2008xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu illər üzrə sosial sığorta stajı 1 il 10 ay 01 gün təşkil edir. Göründüyü kimi, xx.xx.1977-cı il tarixdən əmək fəaliyyətinə başlayan iddiaçının xx.xx.2010-cu il tarixədək 18 il 1 ay 13 gün iş stajı (16 il 3 ay 12 gün + 1 il 10 ay 01 gün ) mövcud olmuşdur. Qeyd edilən staj isə tələb olunan 25 illik ümumi iş stajından 6 il 10 ay 17 gün əksikdir. İddiaçının səlahiyyətli nümayəndəsi də apellyasiya icraatında məhkəmə araşdırması zamanı məhkəmə kollegiyasının hüquqi yardımına əsasən iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək 25 illik ümumi iş stajının tamam olduğu xx.xx.2023-cü il tarixdən iddiaçıya pensiya təyin edilməsini xahiş etmişdir. Belə olan halda, xx.xx.2016-cı il tarixdən yenidən əmək fəaliyyətinə başlamış iddiaçının 25 illik tələb olunan iş stajı xx.xx.2023-cü il tarixdə tamamlandığından ümumi iş stajı ilə bağlı mübahisəli məqam aradan qalxmış olur.
Güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları sənədlərə diqqət yetirir : -“Azneft” İstehsalat Birliyinin (SOCAR) xx.xx.2022-ci il tarixli, SOCAR **********10210033b00317 №-li məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli SOCAR**********80020123X00201 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci i! tarixədək qaldırıcı- maşinist peşəsində işləmişdir. Sonuncunun “Orcenikidzeneft” NQÇİ-də xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (04 ay 06 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 1100000а—-15876 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorları” peşəsi ilə, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (4 gün) işlədiyi qaldıncı-maşinist peşəsi həmin yarımbölmədə 2130200а—14012 kodu ilə qeyd edilmiş “qaldırıcıların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. -"xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 011 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinə kimi asfaltçəkən vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı – 02 il, 29 gün. Sonuncunun işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 009 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmişdir və iş zərərlidir "xxxx" Müəssisəsinin xx.xx.2023-cü il tarixli 012 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləyib və yenidən xx.xx.2016-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləyir. İş zərərlidir. "xxxx" müəssisəsinin xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi "xxxx" müəssisəsində fəhlə asfaltçəkən vəzifəsində işləmiş və yenidən xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixə kimi fəhlə asfaltçəkən işləmişdir. "xxxx" müəssisəsinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli 016 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixli, 07 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmiş və xx.xx.2010cu il tarixli 05 №-li əmrlə işdən azad edilmişdir. Sonuncu xx.xx.2016-cı il tarixli, 17 №-li əmr ilə asfaltçəkən vəzifəsinə qəbul edilmişdir. İddiaçı işlədiyi “asfaltçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” vəzifəsinə uyğundur. Təkrarən apellyasiya baxışında araşdırma zamanı kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə almaqla məhkəmə kollegiyası "xxxx" müəssisəsi tərəfindən verilmiş bir sıra arayışlar arasındakı ziddiyyəti aradan qaldırmaq məqsədilə xx.xx.1960-cı il təvəllüdlü İddiaçı işə daxil olma və işdən xaric olunma əmrlərinin təsdiq edilmiş surətlərinin, onun "xxxx" Müəssisəsində əmək fəaliyyəti dövründə əmək haqqlarının ödənilib-ödənilməməsi barədə məlumatın, ödənilmiş əmək haqqı cədvəllərinin surətləri və əmək haqqından sosial ayırmaların tutulub-tutulmaması barədə məlumatın, işlədiyi peşələrin (fəhlə asfaltçəkən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edib-etməməsi barədə (kodlara istinad edilməklə) məlumatın təqdim edilməsi məhkəmə sorğusu ünvanlamış, həmin sorğuya cavab olaraq təqdim edilmiş güzəştli arayışdan qeyd olunur ki, X1 pensiyaları haqqında Qanuna uyöun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə fəhlə (asfaltçəkən) işləmiş, şəxsin işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 10 il 10 ay 2 gün təşkil etdiyi, müəssisənin Təmir-Tikintisində müntəzəm olaraq qaynar asfalt-beton qatışığı istifadə edilən işdə işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə a(2) vəzifə koduna uyğun olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən güzəştli iş stajı onun xx.xx.2008-xx.xx.2010-cu illər və xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək olan dövrləri əhatə edir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına məhkəmə sorğusu ünvanlanaraq xx.xx.1960-cı il təvəllüdlü İddiaçı əmək haqqından xx.xx.2008-ci il tarixdən xx.xx.2023- cü il tarixə kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş və sorğuya cavab olaraq iddiaçıya məxsus siğortaolunan haqqında məlumat cədvəli məhkəməyə təqdim edilmişdir. İddiaçının tələbi xx.xx.2023-cü ildən ona pensiya təyin edilməsi olduğundan güzəştli iş stajı ilə bağlı da dövr xx.xx.2023-cü il qədər olan dövrlər götürüldükdə onun "xxxx" Müəssisəsində işlədiyi dövr üzrə fərdi uçot məlumatları nəzərə alındıqda güzəştli iş stajı (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu illər arası -01 il 10 ay 01 gün və xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək 6 il 10 ay 17 gün) 08 il 8 ay 18 gün təşkil edir. Həmçinin iddiaçının “Orcenikidzeneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci i! tarixədək qaldırıcı- maşinist peşəsində işlədiyi dövrlər (04 ay 06 gün) və "xxxx" müəssisəsində işlədiyi dövrlər (08 il 8 ay 18 gün) birlikdə götürüldükdə 09 il 24 gün güzəştli iş stajı mübahisəsizdir. Cavabdeh inzibati orqanın iddiaçının daha əvvəlki dövrlərdə də-“Avtomobilyoltikinti” Trestində, Şaumyan (sonrada Xətai) rayon yol təmir tikinti sahəsində, “Abadlıq” KM və - “Qızıl-Qaya” firmasında 10 ildən artıq müddətdə eyni vəzifədə asfaltçəkən işləməsinə baxmayaraq həmin dövrləri güzəştli hesab etməyərək dəlili ondan ibarətdir ki, həmin müəssisələr tərəfindən güzəştli arayışlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000a—11140 şifri (kodu) üzrə asfalt — betonçular, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 bəndinin “a” asfalt və beton döşəyənlər vəzifəsi güzəştli vəzifə kimi göstərilmiş və həmin vəzifə üzrə sonuncu iş yeri "xxxx" müəssisəsi tərəfindən güzəştli arayış təqdim edilmiş bu əsasla əvvəlki dövrlər üzrə də arayışların tələb edilməsi formal xarakter daşımaqla iş üzrə süründürməçiliyə əsas verir. Beləliklə, iddiaçının xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajının və tələb olunan 12 il 6 aydan artıq güzəştli stajının mövcud olması iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ümumi və xüsusi stajla bağlı tələb tam ödənildiyi xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia dəqiqləşdirilmiş tələbə münasibətdə təmin edilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev