Məhkəmə qərarları › İş №2-1(103)-1322/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1322/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1322/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1799/2023 saylı 12 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20 iyul 2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına iddiaçı tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: “Vergi orqanının xx.xx.2022-ci il tarixli **********586300 nömrəli məktubuna əsasən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edildiyi kimi, hesabat dövrü ərzində ********.95 manat məbləğində ƏDV-siz dövriyyə olmuş, bu məbləğin 169345.18manat hissəsi ləğv edildiyi, 23670.00 manat hissəsi isə geri qaytarıldığı üçün ƏDV bəyannamələrinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütunlarında qeyd edilmiş və eyni zamanda mənfəət vergi bəyannaməsində gəlirdən çıxılmışdır (********.95- 193015.18=********.77). Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixli EBAP 221297 nömrəli 13290.00 manat dəyərində olan e-qaimə 2020-ci il Mənfəət Vergi bəyannaməsinin 200.1-ci sətrində (Malların təqdim edilməsindən gəlir) gəlirə əlavə edilərək vergiyə cəlb edilmişdir. Lakin EBAP 221297 nömrəli e-qaimə xx.xx.2021-ci il tarixində ləğv edildiyi üçün mart ayı üzrə ƏDV bəyannaməsinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütununda qeyd edilmiş və debitor borcdan silinmişdir. Buna uyğun olaraq 2020-ci il Mənfəət vergi bəyannaməsində vergiyə cəlb olunan məbləğ 2021-ci ildə ləğv edildiyi üçün 2021-ci il Mənfəət Vergi bəyannaməsində malların təqdim edilməsi üzrə gəlirdən (********.77- 13290.00=********.77) çıxılmışdır. Həmçinin, vergi orqanının **********019200 nömrəli məktubuna əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Nəzərinizə çatdırırıq ki, Mənfəət bəyannaməsinin 1.3.2-ci sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunan məbləğə yalnız idxal olunan malların dəyəri deyil, eyni zamanda e-qaimə ilə alınan malların dəyəri daxildir. Vergi Məcəlləsinin 143-cü maddəsini əsas götürərək idxal olunan malın dəyəri invoys məbləği, gömrük xərcləri və malların gətirilməsində çəkilən daşıma xərcləri malın dəyərini formalaşdırır. İl ərzində daxil olan malın ********.52 manat məbləğ hissəsi idxal əsasında mədaxil edilmişdir. Əlavə olaraq bildiririk ki, əsas vəsaitlər idxal əsasında deyil, e-qaimə əsasında alınmışdır. "xxxx" MMCdən (**********) EBBH 403914 nömrəli qaimə əsasında 211028,39 manat məbləğində BMW X7xDrive40i markalı nəqliyyat vasitəsi, "xxxx" MMC-dən (**********) EBBO 980341 nömrəli qaimə əsasında əsas vəsait alınmış və Mənfəət bəyannaməsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunmuş, əsas vəsaitlərin amortizasiya normasına uyğun olaraq hesablanmış və xərc olaraq qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixində müəssisədə operativ vergi nəzarəti keçirilmiş, anbarda olan mallar sayılıb aktlaşdırılmış və xx.xx.2022-ci il tarixində 65777.43 (52128.48+13648.95) manat məbləğində hesablama aparılaraq şəxsi hesab vərəqədən çıxılmışdır.” Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli **********277600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla yuxarıda qeyd edilən xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçı Vergi Məcəlləsinin 15, 15.1.1, 15.1.2, 15.1.7, 15.1.8, 15.1.9, 15.1.12, 15.2, 37.1, 37.2, 37.2-1, 53.3, 62.1, 62.2, 64, 94.0, 94.0.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2-1(112)-1799/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2- 1(103)-1887/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3142/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(103)- 1887/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəmənin elektron kabinetinə müraciət edərək bildirmişdir ki, 2-1(103)-1322/2025 saylı iş üzrə iddia ərizəsi və digər sənədlərin geri götürülməsi zərurəti yaranmışdır. Odur ki, İPM-in 55-ci maddəsinə əsasən iddiadan imtina edir, iddia ərizəsi və əlavə edilmiş digər sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddiadan imtina edilməsinə dair ərizəyə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının etibanamə üzrə nümayəndəsi və vəkili tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni, iddiadan imtina edilməsinə cavabdehin razılığını və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsı və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizə təmin edilsin və iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar