Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1323/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müavinətin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2030/2020 saylı qərarından Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2030/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Məmmədova apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X3 müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsi xx.xx.2020-ci il tarixli əmri ilə yaradılıb və xx.xx.2020-ci il tarixindən fəaliyyət göstərir. Nəhkəmənin müvafiq qərarı ilə bağlı DSMF Suraxanı rayon şöbəsinin əməkdaşları ilə əlaqə saxlanılmış və onlar qərarın şöbəyə daxil olmadığını qeyd etmişlər. Həmin qərar xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi tərəfindən məhkəmədən imza edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixdə İdarəyə daxil olmuş sənədə mümkün qədər qısa vaxt ərzində baxılmış və tədbir görülmüşdür. Həmçinin, ƏƏSMN tərəfindən şöbələrin əməkdaşlarının işə çıxmasına kvota (limit) qoyulmuşdur (Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli Qərar). Nəticədə, müddət üzrlü səbəbdən ötürüldüyü üçün apellyasiya şikayətini vermək mümkün olmamışdır. Nümayəndə apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilərək, bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı müddətin ötürülməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2030/2020 saylı qərarın surəti xx.xx.2020-ci il tarixdə göndərilmiş, xx xxxxx 2020-ci il tarixdə cavabdeh tərəfindən alınmış, xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Məmmədova məhkəmənin qərarından apelyasiya şikayəti vermişdir. Həmin şikayət xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin tamam olmasından sonra təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilməsi məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (24.3). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (24.5). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir (24.6). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X1 ərizəsində göstərilən prosessual müddətin buraxılmasına səbəb olmuş halları qəbul etmir və hesab edir ki, hazırki iş üzrə məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün cavabdehin kifayət qədər vaxtı olmuş və o, bundan istifadə etməmiş, nəticədə isə prosessual müddət onun özünün təqsiri üzündən üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1725/2020 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi N.Məmmədova tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-154/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1323/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1323/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver