Məhkəmə qərarları › İş №2-1(103)-1323/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1323/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1323/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı“ mənzillərin üzərinə qoyulmuş qadağanın götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8122/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinin üzərinə qoyulmuş qadağaların götürülməsi və mülkiyyət sənədlərinin (çıxarışlarının) yeni çıxarışlarla əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8122/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “açının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 14 saylı evin 22 və 22A saylı mənzillərinin üzərinə qoyulmuş qadağaların götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən işin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişində Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə sənəd və sübutları məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Tərəflər məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya rəsmi qaydada xx.xx.2022-ci il tarixdə çatdırılmışdır (ştrix kod SS 824671078AZ) Qeyd edilən Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İddiaçının təqdim etdiyi apellyasiya şikayəti rəsmi qaydada xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və ştampla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və bu barədə sənəd-sübutun təqdim edilməsi təklif edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, həmçinin ərizə və ya hər hansı bir sənəd və ya sübut təqdim etməmişdir. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının iddiaçı tərəfindən alındığı tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət 2022-ci ilin dekabr ayının 19-da bitmişdir. Bununla da o, qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8122/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14,1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar