Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1324/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs: X2) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7559/2021 saylı, 10.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28.04.2021-ci il tarixli, 84 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslanıdırılmışdır: “...İddiaçı vəsiyyətnamə üzrə X1 vərəsəsidir (Vəsiyyətnamə 28.08.2015-ci ildə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda tərtib olunmuşdur). A.Abjalilovaya 1961-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə order verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli 2(003)-298/2018 saylı qətnaməsi ilə 9 saylı mənzilin keçmiş “Lenin elektrik şəbəkəsi” tərəfindən verilmiş 20 fevral 1961-ci il tarixli order əsasında A.Abjalilova və onunla birlikdə faktiki yaşayan qızı X2 arasında 2 bərabər hissələrə bölünməsi, mənzilin ½ hissəsinin iddiaçının istifadəsinə verilməsi, A.Abjalilovaya və Z.Hüseynovaya ayrı-ayrılıqda hər birinin adına paylarına mütənasib hissəyə, ayrıca mənzil kirayə müqavilələrinin bağlanması qət edilmişdir. 14.05.2020-ci il tarixdə A.Abjalilova vəfat etmiş, bundan sonra üçüncü şəxs Z.Hüseynova cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək, mərhum anası A.Abjalilovanın 20.02.1961-ci il tarixli orderə əsasən adına olan mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin 28.04.2021-ci il tarixli 84 saylı sərəncamı ilə 9 saylı mənzilin sosial kirayə müqaviləsi A.Abjalilovanın qızı Z.Hüseynovanın adına dəyişdirmiş, bunun əsasında dövlət reyestrindən öz adına çıxarış almışdır. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində olan Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun verdiyi arayışa əsasən A.Abjalilovanın vərəsəsi kimi tanınmış və ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Z.Hüseynova A.Abjalilovanın qızı olsa da, ona heç vaxt yaxşı münasibət bəsləməmiş, övlad kimi yaşlı valideyninin qayğısına qalmamışdır. Cavabdeh tərəfindən verilmiş 23.04.2021-ci il tarixli sərəncam iddiaçı İddiaçı mülkiyyət hüquqlarını pozur...” Birinci instansiya məhkəməsi tərəfndən müəyyən olunmuşdur ki, 28.04.2021-ci il tarixli sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmiş, cavabdeh həmin sərəncamın hansı tarixdə iddiaçı tərəfindən alınmasını sübuta yetirə bilməmiş, iddiaçı isə sərəncamı vərəsəlik işi açıldıqdan sonra 11.06.2021-ci il tarixdə cavabdehə müraciət etməklə əldə etdiyini bildirmiş və14.06.2021-ci il tarixdə həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı iddianı poçt vasitəsilə məhkəməyə təqdim etmiş, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddət çərçivəsində məhkəməyə müraciət etmişdir. Beləliklə də məhkəmə İPM-in 35-ci maddəsinin tələbləri baxımından, əsaslı olaraq belə qənaətə gəlmişdir ki, iddia mümkün iddiadır. Cavabdeh məhkəməyə ünvanladığı 03.08.2021-ci il tarixli iddia ərizəsinə dair münasibətində iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, mənzil 9 keçmiş “Lenin Elektik şəbəkəsi” tərəfindən verilmiş 20 fevral 1961-ci il tarixli orderə əsasən A.Abjalilovanın icarəsinə verilmiş və hazırda Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. Mənzilin kirayəçisi A.Abjalilova 14.05.2020-ci il tarixdə vəfat etdikdən sonra həmin ünvanda pasport qeydiyyatında olan qızı Z.Hüseynova Cavabdehnə ərizə ilə müraciət edərək mənzilin kirayəçisi olan anası A.Abjalilova vəfat etdiyindən, həmin mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş və İcra Hakimiyyətinin 84 nömrəli, 28.04.2021-ci il tarixli sərəncamı ilə mənzilin sosial kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vardır. İddiaçı A.Abjalilovanın vərəsəsi olması ilə bağlı Cavabdehnə heç bir məlumat verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2021 saylı, 10.11.2021-ci iltarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...AR ƏN 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində olan Notariat Ofisinin arayışına əsasən İddiaçının A.Abjalilovanın vərəsəsi kimi tanınmış və ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. A.Abjalilova iddiaçıya öz payını vəsiyyət etmişdir. Üçüncü şəxs Z.Hüseynova A.Abjalilovanın qızı olsa da, ona heç vaxt yaxşı münasibət bəsləməmiş, övlad kimi yaşlı valideyninin qayğısına qalmamış, mərhumla bir evdə yaşasa da xəsxəanaya yerləşdirmək, müvlicələr almaq üçün maddi və mənəvi yardım göstərməmişdir. Cavabdehin 28.04.2021-ci il tarixli sərəncamı iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdehə həmin sərəncamın ləğv edilməsi barədə ərizə ilə müraciət olunsa da sonuncu tərəfindən təmin olunmamışdır. Daha sonra, apellyasiya şikayətində Mülki Məcəllənin 1133.1-1133.2, 1166, 1170.1, 1243.1, 1243.2, 1255-civə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci, Mülki Məcəllənin 139.1, 139-1.1.8, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.1-22.2-ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) müddəalarına istinadən, dolayısı ilə mübahisələndirilir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-nin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İddiaçı, həm iddia ərizəsində, həm də apellyasiya şikayətinin dəlillərində göründüyü kimi, mülki qanunvericliyin vərəsəliklə bağlı müddıalarına və daşınmaz əmlak haqqında qanunvericiliyə istinadən - ünvan 1 ünvanında yerləşən mənzilin keçmiş “Lenin elektrik şəbəkəsi”nin verdiyi 20 fevral 1961-ci il tarixli orderə əsasən mənzilin kirayəçisi A.Abjalilovanın vəsiyyət üzrə vərəsəsi olduğunu iddia edərək, hesab edir ki, 14.05.2020-ci il tarixdə A.Ajalilovanın vəfatından sonra, cavabdehin 28.04.2021-ci il tarixli, 84 saylı sərəncamı ilə mənzilin sosial kirayə müqaviləsinin mərhumun qızı, üçüncü şəxs Z.Hüseynovanın adına dəyişdirilməsi qanunsuzdur. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri razılışmır. Birincisi, mübahisələndirilən mənzil 1961-ci il tarixli orderə əsasən mərhum A.Abjalilovaya verilsə də onun adına özəlləşdirilməmiş, həm mərhum özü, həm də onun qızı üçüncü şəxs həmin mənzildə faktiki olaraq yaşımış yaşayış sahəsindən istifadə etmiş və konkret halda həmin mənzilə dair onun mülkiyyət hüququ qeydə alınmamışdır. İddiaçının istinad etdiyi Mülki Məcəllənin qeyd olunan normaları təhlil olunduqda müəyyən edilir ki, miras kütləsinin qanunvericiliklə müəyyən olunan əsaslarına varmadan, notariat orqanında açılmış vərəsəlik işinə isinadən iddiaçı özünü vəsiyyətnamə üzrə vərəsə kimi qiymətləndirir. Halbuki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsi isə nəzərdə tutur ki, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Mübahisələndirilən əmlak isə konkret halda daşınmaz əmlakdır, yəni mənzildir. Belə olan halda, həmin sözügedən Məcəllənin 139.1-ci maddəsi isənəzərdə tutur ki, daşınmaz əmlaka “mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbləri baxımından, yəni mübahisəli mənzil mərhum A.Abjalilovanın mülkiyyəti kimi qeyd alınmadığı və onun mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığı halda, həmin mənzilin miras kütləsinə aid edilməsinin mümkünlüyü istisna edilir. İddiaçının “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 22.2-ci və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddələrinə istinad olunan dəlillərinə gəldikdə, həmin norma konkret halda hazırkı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını təşkil edə bilməz. Belə ki, həm qüvvədən düşmüş, həm qüvvədə olan mənzil qanunvericiliyinə əsasən mənzil kirayəsi müqaviləsinin bağlanması və dəyişdirilməsinin aşağıdakı əsasları müəyyən olunmuşdur. 1982-ci ildə qəbul edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin: “1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.” Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İş materallarına əsasən (o cümlədən, 136 saylı MKİS-in 31 nömrəli 07.10.2004-cü il tarixli və 21.03.2021-ci il tarixli 4 nömrəli Forma 2 arayışlarına, habelə AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.02.2021-ci il tarixli ******* nömrəli arayışına,2396 saylı şəxsi hesab vərəqəsinə, eləcə də üçüncü şəxsin ərizəsinə, cavabdehin mübahisələndiriələn sərəncamına və s.) müəyyən olunur ki, üçüncü şəxs Z.Hüseynova 1976-cı ildən, qızı 1994-cü ildən həmin mənzildə qeydiyyatdadır. Onlar həmin mənzilin kirayəçisi mərhüm A.Ajalilovanın ailə üzvü olmuş onunla birlikdə yaşamış, 14.05.2020-ci il tarixdə vəfat etməsindən (Ölüm haq.şəhad. Xəzər r. QŞ. 25.06.2020) həmin mənzildə yaşamaqda davam etmiş, daha sonra üçüncü şəxs anası A.Abjalilovanın vəfatından sonra, mənzilin sosial kirayyə müqaviləsi onun adına dəyişdirilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, bu zaman həmin evə qeydiyyatda olan qızı Fidan Hüseynova ərizəsi ilə mənzilin anası Z.Hüseynovanın adına dəyişdirilməsinə etirazı etməmiş, bütün bunları nəzərə alan cavabdeh tərəfindən 28.04.2021-ci il tarixli, 84 saylı sərəncam qəbul edilməklə mənzilin sosia kirayə müqaviləsi üçüncü şəxsin adına dəyişdirilmişdir (Daha sonra sonra isə mülkiyyət hüququ və 22.052021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır). İddiaçı tədqiq olunan sənədlərlə mübahisəli mənzildə qeydiyyatı və mərhumun ailə üzvü olduğu və orada faktiki olaraq yaşadığı müəyyən olunmur. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, qanunverici tərəfindən kirayəçinin vəfat etdiyi halda onun əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarını yalnız kirayəçinin fəaliyyət qabiliyyətli ailə üzvlərinə şamil edilmişdir. Məhz konkret halda da cavabdeh tərəfindən mübahisəli sərəncamı qəbul edilərkən qanunun qeyd olunan tələblərinə və inzibati icraat haqqında hüquq normalarına riayət olunmaqla sosial kirayə müqaviləsinin mərhum A.Abjalilovanın adından onun ailə üzvü (qızı) üçüncü şəxs Z.Hüseynovanın adına dəyişdirilmişdir. Beləliklə də cavabdehin mübahisələndirilən sərəncamının işin faktiki hallarına və qanunun tələblərinə uyğun qəbul olunduğu öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati orqan tərəfindən maddi hüquq və inzibati icraat haqqında normalarının tələblərinin pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinin tələbində də müəyyən olunur ki, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə o halda ləğv edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozulmuş olsun. Konkret halda isə qeyd edildiyi kimi cavabdeh tərəfindən mübahisələndirilən sərəncam qəbul olunarkən iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilən qanunsuz hərəkətlərə yol verdiyi təsdiq olunmur. Beləliklə də işin hallardan və qanunvericiliyin tələbləri ilə cavabdehin mübahisələndirilən sərəncamının ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM 14.3). Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmaqla iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməklə və maddi və inzibati icraat haqqında hüquq normalarının tələblərini nəzərə almaqla iddianın rədd olunması barədə düzgün olan olan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirərək, dolayısı ilə əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2021 saylı, 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə və İPM-in 69, 82, 87, 90, 94-cü maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2021 saylı, 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1324/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1324/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver