Məhkəmə qərarları › İş №2-1(103)-1325/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1325/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1325/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8266/2021saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı idia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına iddiaçı xx xxxx 1959-cu ildə anadan olmuş, ümumi iş stajı 40 ildən çoxdur. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaq çıxmaq üçün 12 il yarımdan çox elektrik qaynaqçısı stajı vardır. O, 2020-ci il dekabr ayında 62 yaşında güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixli ********** №li məktubla ona bildirmişlər ki, güzəştli stajı çatmır, fərdi sahibkar kimi ********** VÖEN ilə uçotdadır. Həmin müddəti cavabdeh nəzərə almayıb. Halbuki, işədiyi vaxt bütün tədiyyələri ödəmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 15 gün) təşekil edir. (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8266/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsnə istinadən iddia ərizəsinə uyğun olaraq əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 8 ay 15 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir (Daha sonra cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2020-ci il tarixli 18 noyabr və xx.xx.2020-ci il tarixli icmal məktublarına istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi G.Məstiyeva apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabehin apellyasiya şikayəti ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslara görə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdən (62 yaş) ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini cavabdehə həvalə edilməsini tələb edir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, “Əmək pensiyalavrı haqqında” Qanunun 9.1ci maddisinin tələbini qeyd edərək, iddiaçının güzəştli stajının tələb olunan 12 il 6 aydan az, yəni, 10 il 8 ay 15 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini mübahisələndirərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını mümkünsüz sayır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. İddiaçının əmək kitabçasına, güzəştli iş stajına dair arayışlara əsasən müəyyən olunur ki, idiaçının xüsusilə zərərli iş şəraitində iş stajı 2006-cı ildən sonrakı dövrə, hətta, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilən və 1 iyul 2017-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən sonrakı dövrə qədər uzanır. Belə olan halda, hazırıkı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını həmin Qanunun 9.1-ci maddəsi təşkil edir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyası isə nzərdə tutur ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddədə nəzərdə tutulan güzəştli şərtlərlə pensiya təyin olunması üçün 1-ci şərt iddiaçı tərəfindən ödənilir. Belə ki, onun işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (Abşeron RPŞ xx.xx.2011) surətinə əsasən xx.xx.1959-cu il tarixdə anadan olduğu nəzərə alındıqda xx.xx.1919-ci ildən 60 yaş həddini aşır (Konkret halda həmin yaş həddinə onun güzəştli stajı tamamlanmadığından, iddia tələbində xx.xx.2021-ci il tarixdən pensiya təyin olunmasını xahiş etmişdir). Qanunun 9.1-ci maddəsinin müəyyən etdiyi 2-ci şərt isə 25 il ümumi iş stajına malik olmamın zəruriliyidir ki, həmin şərt də iddiaçı tərəfindən ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işdə olan əmək kitabçasının və hərbi biletininə qeydlərinə, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 11 mart 2021-ci il tarixli 08A-21 və 09A-21 saylı, habelə, X2” MMC-nin BMM 04/1120 saylı 10 noyabr 2020-ci il tarixli və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 31 saylı 16 iyul 2022-ci il tarixli arayışlarına əsasən onun iddia tələbində göstərilən xx.xx.2021-ci tarixinə kimi aşağıdakı iş stajı müəyyən olunur: - xx.xx.1975-xx.xx.1978-ci illərdə “B.Sərdarov” adına Bakı Maşınqayırma zavodunda çilingər ( 2 il 8 ay 22 gün); - xx.xx.1978 -xx.xx.1981 hərbi dəniz qüvvələrində hərbi xidmət (3 il); - xx.xx.1981-xx.xx.2006 “B.Sərdarov” adına Bakı Maşınqayırma zavodunda çilingər ( 24 il 5 ay 15 gün); - xx.xx.2007-xx.xx.2007 “X5” MMC fəhlə (2 ay); - xx.xx.2008-xx.xx.2009 həmin müəssisədə metalkonstruksiya snxində elektrik qaynaqçısı (1 il 5 ay 29 gün); -xx.xx.2010-xx.xx.2014 “X3 Company” MMC-nin Balaxanı İstehsalat sahəsində elektrik qaynaqçısı (4 il 8ay 27gün); - xx.xx.2014-xx.xx.2016 həmin müəssisədə elektrik qaynaqçı (2 il 10 ay 12 gün); - xx.xx.2019 - xx.xx.2021 (iddia tələbində göstərilən tarix) həmin müəssisədə elektrik (qaz) qaynaqçı (2 il 4 ay 28 gün). Beləliklə də iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə 39 il 10 ay 13 gün ümumi iş stajı toplanır. Göründüyü kimi, Qanunun 9.1-ci maddəsinin ümumi sığorta stajına olan şərti də iddiaçı tərəfindən ödənilir. İddiaçının onun əmək kitabçasının qeydləri üzrə iş stajının xx.xx.2008 - xx.xx.2009 (1 il 5 ay 29 gün); xx.xx.2010 - xx.xx.2014 (4 il 8ay 27gün); xx.xx.2014 - xx.xx.2016 (2 il 10 ay 12 gün); xx.xx.2019 - xx.xx.2021 (2 il 4 ay 28 gün) dövrlərində elektrik qaynaqçı kimi işlədiyi müddət - 11 il 6 ay 6 gün təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin və “X2” MMC-nin qeyd olunan arayışlarında müyyən olunur ki, iddiaçının sözügedən dövrlərdə elektrik və qaz qaynaqçısı kimi çalışdığı iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələrə aid edilir. Bununla əlaqədar məhkəmə kollegiyası ən azından qeyd edir ki, sözügedən “Siyahı”nın 35-ci bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” həm də “qaz qaynaqçıları” güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir (Cavabdeh tərəfindən də əslində iddiaçının çalışdığı həmin peşələrin Siyahıda nəzərdə tutulduğu mübahisələndirilmir). Lakin iddiaçının qeyd olunan 11 il 6 ay 6 gün güzəştli stajı Qanunun qeyd olunan 9.1ci maddəsində tələb olunan 12 il 6 ay staj həddinə çatmır. Cavabdeh də məhz ,mübahisələndirir ki, iddiaçının güzəştl iş stajı 12 il 6 aydan azdır. Lakin iş materallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə “X3 Company” MMC arasında 05 yanvar 2017-ci il tarixində bağlayaraq, qaynaq işlərini yerinə yetirmişdir. İşə əlavə olunmuş - "xxxx" 08 sentyabr 2021-ci il 02-01/704 saylı məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, iddiaçı həmin xidmət müqaviləsi üzrə müəssidə xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərində (9 ay 20 gün) elektrik qaynaqçısı xidməti göstərmişdir . Eyni zamanda o, bundan sonra da xx.xx.2017-ci il tarixində “X2” MMC ilə Xidmət müqaviləsi bağlamış və həmin müəssisənin məhkəmə sorğusuna ünvanladığı BM08/0921 saylı 07 sentyabr 2021-ci il tarixli cavabına əsasən xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə (1 il 2 ay 4 gün) orada elektrik qaynaqçısı xidməti göstərmişdir. AR Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən hüquqi şəxs yaratmadan fiziki şəxs qismində fəaliyyət göstərən iddiaçı (VÖEN**********) tərəfindən 2017 və 2018-ci illərdə (1 il 11 ay 24 gün) fəaliyyət müddətində tədiyyə ödənişləri həyata keçirilmişdir. Eyni zamanda hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş iddiaçının “Sığortaolunan hesabı”na əsasən müəyyən olunur ki, 2017 və 2018-ci illər üzrə fəaliyyət müddətində (cəmi, 1 il 11 ay 24 gün ərzində) məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 21.1-ci maddəsinin tələbindən isə göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti sığorta sğajına daxildir. Bununla əlaqədar həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hazırda qüvvədə olan 7-ci maddəsinin 2-3-cü bəndinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. İddiaçı ilə bağlanmış hər iki “Xidmət müqaviləsi”nin forması Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.1-ci bəndinə müvafiq olaraq 43-cü maddənin 2-ci bəndində nəzərdə tutulan əmək müqaviləsi formasına uyğun gəlir. Bundan əlavə hər iki müəssisənin adından da bəllidir ki, onların əsas fəaliyyət isiqaməti metal emalı ilə bağlıdır. Belə olan halda iddiaçının elektrik (qaz) qaynaq işləri də məhz hər iki müəssisənin əsas fəaliyyət istiqaməti ilə bağlı olması aydın görünür. Deməli bu halda da Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinin şərti ödənilir. Bundan əlavə, “Xidmət müqavilə”ləri Əmək Məcəlləsinin qeyd olunan 7-ci maddəsinin 2-3.7-ci bəndi ilə müəyyən olunan şərtinə də uyğun gəlir. Belə ki, sözügedən “Xidmət müqaviləsi”nin İİ bəndinin şərtindən görünür ki, tərəflər arasında xidmətin qiyməti vergilər və digər ödənişlər daxil olmaqla, bu müqaviləyə əlavə edilmiş tariflərə əsasən işəmuzd şəkildə müəyyən olunmaqla, ayda bir dəfə nağdsız hesablaşma qaydasında müəyyən olunmuşdur. Məcəllənin qeyd olunan 7.2-4-cü maddəsinin tələbindən isə göründüyü kimi, bu maddənin 2-3-cü hissəsinin müddəalarında nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. İddiaçının əmək kitabçasının qeydlərindən də məhz, görünür ki, iddiaçı həmin müəssisələrdə 2008-ci ildən 2016-cı ilə kimi əmək müqaviləsinə elektrik qaynaqçısı kimi çalışdığı halda, 2017-2018-ci illərdə onun əmək müqaviləsi xidmət müqaviləsinə dəyişdirilərək mudzdlu əməyindən istfadə olunmuş, xx.xx.2019-cu ilin yanvar ayından isə yenidən əvvəlki vəziyyətə qaydaraq, onunla əmək müqaviləsi bağlanılmaqla elektrik qaynaqçısı peşəsi üzrə işə qəbulu rəsmiləşdirilmişdir. Beləliklə də qeyd olunanlar baxımından, iddiaçının 2017-2018-ci illər üzrə həmin müəssisələrdə “Xidmət müqavilələri” elektrik qaynaqçısı kimi çalışdığı dövr də, əslində, həmin müssisələrədə “Əmək müqaviləsi” əsasında fəadliyyəti kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələri 2 aprel 2021-ci il tarixli 286-İQD nömrəli Azərbaycan Respublikasının Qanununa ilə əlavə edilsə də, məhkəmə kollegiyası AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci zissəsinin tələbi baxımından, həmin norma iddiaçının vəziyyətini yaxşılaşdırıldığı üçün ona münasibətdə geriyə təbiqini mümkün hesab edərək belə qənaətə gəlir ki, onun 2017-2018ci illərdə 1 il 11 ay 24 gün elektrik qaynaqçısı kimi işlədiyi müddət onun əmək müqaviləsi üzrə güzəştli sığorta stajı kimi nəzərə alınmasını qanunvericiliyə uyğun sayır. Beləliklə də iddiaçının hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıqla məşğul olduğu fəaliyyət müddəti də daxil olmaqla x iddia tələbində pensiya tyin edilməsini islədiyi xx.xx.2021-ci il tarixinə 13 il 6 ay (11 il 6 ay 6 gün +1 il 11 ay 24 gün) elektrik qaynaqçısı kimi iş stajı toplanır ki, bununla da onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan azı 12 il 6 ay xüsusi staj şərti də ödənilir. Qanunun 9.1-ci maddəsinin sonuncu şərti isə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmasının zəruriliyi təşkil edir ki, iddiaçının da fərdi hesabında həmin kapital mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin 2019-cu ilin oktyabr ayının 1-dən 2022-ci ilin yanvarın 1-dək olan redaksiyasına görə əmək pensiyasının məbləği 200 manat məbləğində müəyyən edilmişdir. (xx.xx.2022-ci il tarixdən həmin məbləğ 240 manat təşkil etmişdir). Həmin Qanunun 45-ci maddəsinin tələbinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndi ilə müəyyən olunan iddiaçıya münasibətdə pensiya ödəniş müddəti 204 (144+60) ay pensiya ödəniş müddəti üçün tələb edilən pensiya kapitalı 40.800 (144x200) manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DSMF-in “X6 Sitemi”ndən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, hətta iddiaçının 60 yaşının tamalandığı xx.xx.2019-cu il tarixinə fərdi hesabının sığorta hissəsində yığılan pensiya kapitalı 42.969, 93 manat təşkil edir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan minmum pensiya təminatına imkan verən pensiya kapitalına malik olma şərti də ödənilir. Əslində bu hal, cavaöbdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə də, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilən bütün şərtlərin mövcudluğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən ona güzəştli şərtlərələ pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuş, pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının az olduğunu və məhkəmə tərəfindən əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8266/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8266/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar