Məhkəmə qərarları › İş №2-1(103)-1325/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1325/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1325/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 oğlunun sədrliyi və məruzəsi ilə, X və X3 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşaqların doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 valideyninin soyadına uyğun olaraq “Əli Zadə” kimi yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ukrayna Respublikasının vətəndaşıdır. Belə ki, 1973-cü ildə Azərbaycan Respublikasında doğulmuş, SSRİ-nin pasportu ilə 1990cı ildə Ukrayna Respublikasına getmiş və 1997-ci ildə Ukrayna vətəndaşlığını qəbul etmişdir. Onun heç vaxt Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi olmamışdır. O, doğularkən soyadı “Əlizadə” olsa da, Ukraynada vətəndaşlıq alarkən onun soyadı “Əli Zadə” kimi yazılmışdır. 2007-ci ildə Ukrayna vətəndaşı kimi “İddiaçı” olaraq Azərbaycana gəlmiş və Azərbaycanda Ukrayna vətəndaşı kimi yaşamışdır. 2009-cu ildə Əli adlı, 2011-ci ildə Aslan adlı uşaqları doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alarkən, o uşaqların atası olaraq şəxsiyyətini təsdiq edən sənəd kimi Ukrayna Respublikasının pasportunu təqdim etmişdir ki, hansı ki, orada onun soyadı “Əli Zadə” kimi qeyd olunmuşdur. Buna baxmayaraq, uşaqlarının doğum haqqında şəhadətnaməsində onların soyadları səhvən “Əlizadə” kimi yazılmışdır. Qeyd olunan səhvin aradan qaldırılması üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Yuxarıdakıları nəzərə alaraq, qeyd edilir ki, İddiaçı uşaqlarının soyadlarının dəyişdirilməsinə dair kifayət qədər əsas olmadığına görə iddiasını təmin etmək mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan: - Bakı şəhəri Cavabdeh 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən olundu ki, iddiaçının Cavabdeh tərəfindən tərtib edilmiş 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, Səbail RQŞ tərəfindən tərtib edilmiş X4 333 saylı, xx.xx.2013-cü il tarixli, X5 332 saylı, xx.xx.2013-cü il tarixli doğum və Bakı nikah evi tərəfindən tərtib edilmiş 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə”, Xətai RQŞ tərəfindən tərtib edilmiş 408 saylı, xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində soyadı “Əli zadə” yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. X9 və X2 “Əlizadə”-dən “Əli Zadə”-yə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil; İİ-ЖГ seriyalı 376373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİİ seriyalı 908398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Əlizadə Azər, anası Əlizadə Zarina) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİİ seriyalı 908399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Əlizadə Azər, anası Əlizadə Zarina) xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Zarina Əlizadənin notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2009-cu il təvəllüdlü oğlu X5 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X4 “Əlizadə” soyadlarının “Əli Zadə” soyadına dəyişdirilməsinə etiraz etmir; Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2009-cu ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X4 doğum haqqında akt qeydinin aparılmasına əsas olan doğum haqqında tibbi şəhadətnamənin saxlanılma müddəti bir il olduğuna görə həmin arayışlar məhv olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, iddiaçının 2436 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində, həmçinin 285 saylı, xx.xx.2013-cü il tarixli nikah haqqında akt qeydində soyadı “Əlizadə” yazılmışdır. Həmin sənədlər əsasında X4 333 saylı, xx.xx.2013-cü il tarixli, X5 332 saylı, xx.xx.2013-cü il tarixli doğum akt qeydində onların soyadı da “Əlizadə” yazılmışdır. İddiaçıya məxsus Ukrayna Respublikasının vətəndaşının pasportunda isə soyadı “Əli Zadə” qeyd edilmişdir. Hazırda iddiaçı doğum haqqında akt qeydlərində uşaqların soyadlarının səhv qeyd olunduğunu irəli sürərək “Əli Zadə” kimi yazılmaqla dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamə verilməsini istəyir. İddiaçı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşaqlarının doğum haqqında akt qeydi aparılarkən, onların soyadı iddiaçının özünün soyadının doğum haqqında akt qeydində, həmçinin nikah haqqında akt qeydində olduğu kimi və həmin sənədlər əsasında “Əlizadə” yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının soyadının özünün doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) Ukrayna Respublikasının vətəndaşının pasportu uşaqlarının doğum haqqında akt qeydinin (soyad hissəsində) dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sənəd uşaqların doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-9760/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Cahangir Yusifov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar