Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1327/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı “ona xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətlərin ümumi əmək stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3166/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətlərin ümumi əmək stajına dail edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verərək, ona xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətlərin ümumi əmək stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə doğulmuş, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3166/2019 saylı xx xxxxxxx 2019-cu qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbil edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3166/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarınındəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasın işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-932/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-176/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi arayışlardan görünür ki, o, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi “Azərkimya” İsthsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunda aparatçı, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi həmin zavodda yükləyici-boşaldıcı, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə kimi “Azərkimya” İsthsalat Birliyinin “Etilen-Politilen” zavodunda kompressor qurğu maşinisti vəzifələrində işləmişdir. O, güzəştli şərtlərlə pensiya təyinat hüququ verən həmin peşələrdə cəmi 11 il 09 ay 13 gün işləmişdir ki, bu da ona tələb etdiyi növdə pensiya təyin edilməsi üçün kifayət etmir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1967-ci ildə doğulmuş, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər Sumqayıt şəhər 35 №-li orta texniki peşə məktəbində təhsil almış, NZ seriyalı ******* saylı Hərbi Biletdə olan məlumata əsasən xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Bu hallar Sumqayıt 10 saylı Peşə Liseyinin 26 saylı xx.xx.2016-cı il tarixli arayışı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 250 saylı xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx-xx-2006/18 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Nəzarət ölçüləri və avtomatika üzrə çilingər-aparatçı ixtisasına qəbul edilmiş və xx.xx.1985-ci il tarixdə tam kursu bitirərək A453259 nömrəli diplom almışdır. «Azərikimya» İstehsalatBirliyi «Etilen-Polietilen» Zavodunun136, 137 və 138saylı xx.xx.2019-cuiltarixliarayışlarından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixə kimi «Azərikimya» İstehsalatBirliyinin keçmiş «Üzvü Sintez» Zavodunun sintez sexində aparatçı vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi «Üzvü Sintez» Zavodunun konfeksiya sexində yükləyici-boşaldıcı vəzifəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi isə «Etilen-Polietilen» Zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti vəzifəsində işləmiş, göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 108A010 şifrəsinə əsasən 1 saylı siyahıda sadalanan plastik kütlələr və neft karbohidrogenləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər Polietilen zavodunda xammal hazırlanması və göndərilməsi üzrə cihazçı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Güzdək Tikinti materialları kombinatında fəhlə, xx.xx.1991-ci ildən xx.xx.1991-ci il qədər X9 betonçu, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə qədər maşinist, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər “Azər- An” firmasında fəhlə işləmiş, xx.xx.1996-cı ildən hazırki vaxta kimi isə “Azərkimya” İB-nin “Etilen-Polietilen” Zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş **********9 saylı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusı sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gərə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, x xxxxxx 2006-cı il tarixədək iddiaçının ümümu iş stajı 20 ildən az təşkil edir. Bununla bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və onun iddiası təmin edilmişdir. Bu barədə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3166/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-932/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxılarkən məhkəmələr ilk növbədə iddiaçının çalışdığı peşənin müvafiq Siyahıya uyğun olubolmadığını aydınlaşdırmalıdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğunu müəyyən etsə də, peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparmamışdır. Belə ki, göstərilən arayışlardan görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989- cu ilə qədər aparatçı, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər yükləyici-boşaldıcı, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər kompressor qurğu maşinisti vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahının Vİİİ bölməsində isə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərdə tutulmuşdur. Beləliklə, sözügedən siyahıda göstərilən vəzifələrlə iddiaçının işlədiyi vəzifələr eyni olmasa da, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsassız olaraq dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya instansiyası qaydasında yenidən baxılarkən İddiaçı xx xxxxxx 1988-ci il tarixdən xx xxxx 1989-cu il tarixə kimi işlədiyi aparatçı, xx xxxx 1989-cu il tarixdən xx xxxxxxxx 1990-cı il tarixə kimi işlədiyi yükləyici-boşaldıcı və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilə qədər işlədiyi kompressor qurğu maşinisti vəzifələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəiricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsində sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri vəzifələrinin funksiyaları ilə eynilik təşkil edib-etmədiyi və həmin vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmadığı barədə məhkəməyə məlumat verilməsi məqsədilə “Azərkimya” İB-nin “Etilen-Polietilen” Zavoduna sorğu məktubu göndərilmişdir. Həmin sorğu məktubuna cavab olaraq “Azərkimya” İB-nin “Etilen-Polietilen” Zavodu tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş «Azərikimya» İstehsalatBirliyi «Etilen-Polietilen» Zavodunun108, 109 və 110saylı xx.xx.2020-ciiltarixliarayışlarına əsasən İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi «Azərikimya» İstehsalatBirliyinin keçmiş «Üzvü Sintez» Zavodunun sintez sexində aparatçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi həminZavodun konfeksiya sexində yükləyici-boşaldıcı və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi «Azərikimya» İstehsalatBirliyi «Etilen-Polietilen» Zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti vəzifələrində işləmiş və göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİİ bölməsinin 1-ci bəndinin 108A010 şifrəsinə əsasən “plastik kütlələr” və “neft karbohidrogenləri” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx xxxx 1993-cü il tarixli qərarı təsdiq edilmiş 1 nömrəli Siyahı»nın Vİİİ bölməsinin (Kimya istehsalatı bölməsinin) 1-ci bəndinin 108A010 şifrəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri ilə yanaşı, həmin bənddə sadalanan zərərli kimyəvi maddələrlə məşğul olan bütün işçilər də göstərildiyi üçün həmin “bütün işçilərə”iddiaçının müvafiq dövrlərdə zərərli kimya sahəsində işlədiyi aparatçı, yükləyiciboşaldıcı və kompressor qurğu maşinisti vəzifələri də aid olunur. O ki qaldı iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər Sumqayıt şəhər 35 №-li orta texniki peşə məktəbində təhsil aldığı, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər isə hərbi xidmətdə olduğu dövrlərə, məhkəmə kollegiyası həmin dövrlərdə qüvvədə olmuş əmək pensiyaları münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, həmin dövrlər şəxsin ümumi stajına daxil edilməlidir. Belə ki, xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. AzərbaycanRespublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla 22 il 6 ay 29 gün ümumi stajı və 12 il 2 ay 8 gün xüsusi stajı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını da toplamış və onun 52 yaşdan “Əmək pensiyalara haqqında” Qanunun 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının güzəştli şərtlərlə pensiya təyinat hüququ verən peşələrdə cəmi 11 il 09 ay 13 gün ərizdə işləməsi” barədə dəlilinə, bu dəlili məhkəmə kollegiyası iş materialları ilə təkzib olunduğu üçün qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3166/2019 saylı xx xxxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3166/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1327/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1327/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver