Məhkəmə qərarları › İş №2-1(103)-1329/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1329/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1329/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)1036/2020 saylı qərarına əsasən onun iddiası təmin edilmişdir. Həmin qərarın icra olunması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Cavabdeh orqan olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli 5021 nömrəli məktubu ilə pensiyanın verilməsi üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin həmin Filialın xx.xx.2020-ci il tarixli **********7 saylı məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Mərkəz Filialına təqdim edilmiş sizə dair xx xxxxxxxx 2020-ci il tarixli məlumat vərəqində təqvim illəriniz 12 il 7 ay 26 gün, güzəştli xidmət illəriniz isə 6 il 10 ay 22 gün olmaqla, cəmi xidmət illəriniz 19 il 6 ay 18 gün göstərilmişdir. Göründüyü kimi, sizin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilkdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyildir. Bu səbəbdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.” Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarında isə qulluq illəri 20 il 8 ay 09 gün göstərilsə də, qərarın “qət etdi” hissəsində iddianın təmin olunması və məlumat vərəqinin göndərilməsi qeyd edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə “biz qərarın nəticə hissəsinə uyğun olaraq məlumat vərəqini göndərmişik. Orda qeyd edilməyib ki, qulluq illəri 20 ildən çoxdur kimi ifadələr işlədir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarına “İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etməsi nəzərə alınmaqla, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulur” kimi izah verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, iddiaçının şəxsi işi əsasında hesablanmış və 19 il 6 ay 18 gün təşkil etmiş xidmət illəri hesablanan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı şəxsi işində olan materiallar əsasında, onun təqvimi xidmət illəri 12 il, 07 ay, 26 gün, güzəştli xidmət illəri isə 06 il, 10 ay, 22 gün təşkil etmişdir. Bu isə, İddiaçı hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün qanunvericilkdə nəzərdə tutulan 20 ildən azdır. Şəxsi iş materiallarında olan 002789 nömrəli Diplomun surətinə əsasən İddiaçı 1972-ci ildən 1976cı ilədək Bakı Sənaye-Pedaqoji Texnikumunda sənaye mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarına istinad olunaraq qeyd edilən və güzəştli şərtlərlə xidmət illərinə hesablanması üçün əsaslandırılan Bakı Sənaye-Pedaqoji Texnikumunun 124 nömrəli “tarixsiz” əmri (Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq silsilələri (hərbi hazırlıq rəhbərləri) mövcud olmuş və müvafiq hərbi hissələrin əsasında hərbi hazırlıqlar təşkil edilmişdir. (qeyd edilən əmrin mövcudluğu proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir) İddiaçı şəxsi iş materiallarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin əmrin tarixinin göstərilməməsi onun hansı illəri əhatə etdiyini şübhə altına alır. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndində “xüsusi təyinatlı təhsil” sözləri “hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2013-cü il tarixli 270 nömrəli Qərarı ilə əvəz edilmişdir. Yəni, bu qərar İddiaçı hərbi xidmətdən tərxis edildikdən 14 il sonra qəbul edilmişdir. Məhkəmənin iş materiallarında olan FV seriyalı 521880 nömrəli Diploma istinad edilərək, İddiaçı 1986-1992-ci illərdə X1 sənaye və mülki mühəndislik ixtisası üzrə tam kursu bitirdiyi bildirilmiş və güzəştli şərtlərlə xidmət illərinə hesablanması tövsiyə edilmişdir. Halbuki, şəxsi iş materiallarında hərbi xidmətdən tərxis edilənədək olan bütün attestasiya və digər materiallarda onun 1976-cı ildə Bakı Sənaye- Pedaqoji Texnikumunu bitirdiyi, 1998-ci ilə aid olan sənədlərdə isə Azərbaycan Beynəlxalq Universitetinin 3-cü kurs tələbəsi olduğu (tərcümeyi-halda və attestasiya materiallarında) göstərilmiş, onun X1 təhsil alması barədə hər hansı bir qeyd aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri X2 və X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək Xidmət tərəfindən məhkəmə qərarının düzgün olaraq icra edildiyi, yəni müvafiq məlumat vərəqəsinin verildiyini, məhkəmə qərarının nəticə hissəsində məlumat vərəqəsində hansı məlumatların göstərilməsi ilə verilməsinin qeyd edilmədiyini, buna baxmayaraq məhkəmə tərəfindən qərara izah verilərək məlumat vərəqəsində hansı məlumatın göstərilməli olmasına dair əsassız qərardad qəbul edildiyini bildirmişlər. Bununla bağlı cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzbati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, hazırki işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmış və həmin qərar qanuni qüvvəsini almışdır. Sonradan iddiaçı sözügedən məhkəmə qərarına izah verilməsini tələb etmiş və məhkəmə tərəfindən onun ərizəsi təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarına “İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etməsi nəzərə alınmaqla, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulur” kimi izah verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur (230.1, 230.3, 230.4). Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (maddə 14). Göründüyü kimi, qanunvericilik zərurət olduqda məhkəmə qərarına, habelə icra sənədinə onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə, belə izah məhkəmə qərarı icra olunanadək, onun məzmununu dəyişdirmədən yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırki işdən müəyyən olunur ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün icra olunması üçün xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş və həmin qərar sonuncu tərəfindən artıq icra olunaraq, müvafiq məlumat vərəqəsinin verilməsi təmin olunmuşdur. Bu hal iddiaçı tərəfindən verilmiş “izahvermə barədə ərizə”də də öz əksini tapmışdır. Belə olan halda iddiaçının müvafiq ərizəsinə baxılması və məhkəmə qərarına izah verilməsi qanunvericiliyin tələblərinə görə məhkəmə aktının icra olunması səbəbindən istisna olunur. Digər tərəfdən qeyd olunmalıdır ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının nəticəvi hissəsi aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaratması üçün heç bir əsas mövcud deyil. Bu baxımdan birinci instansiya məhkəməsi qərarına müvafiq məlumat vərəqəsinin hansı məlumatların qeyd olunmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi izah verməklə faktiki olaraq həmin qərarın məzmununu dəyişdirmişdir ki, bu da qanunla yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin “məhkəmə qərarına izah verilməsi” barədə 2-1(112)- 10036/2020 saylı xx xxxxxx 2021-ci-ci il tarixli qərardadı ləğv edilməli və iddiaçının ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10036/2020 saylı xx xxxxxx 2021-ci-ci il tarixli qərardadı ləğv edilsin. «Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-1036/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarına izah verilməsi» barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar