Məhkəmə qərarları › İş №2-1(103)-133/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-133/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-133/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi barədə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC cavabdeh Dövlət X10 Bakı şəhəri üzrə Hüquqi X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan 2007-2013-cü illər üzrə dövlət sosial sığorta haqqının tələb etməsinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək iddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin 2007-ci ildən 2013cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxx» ASC xx xxxxxx 2002-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövr ərzində 2007-2013-cü illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə borclar yaranmışdır. Bu müddət ərzində cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş və o cümlədən də xəbərdarlıq göndərilməmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının hesabına xx xxx 2018-ci il tarixdə sərəncam qoymuşdur. Halbuki, «Sosial Sığorta haqqında» Qanunun 18-ci maddəsinin tələbinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Digər tərəfdən cavabdehin 2007-2013-cü illərin sosial sığorta borclarını tələb etmək hüququ belə yoxdur. Belə ki, Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci madəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə isə onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçının cavabdehə sosial sığorta haqqları üzrə halhazırda 85880,10 manat məbləğində borcu vardır.Bu borcun əsas hissəsini isə 2007- 2013-cü illərin sosial sığorta haqqları təşkil edir. Belə ki, «Məcburi Dövlət Sosial Sığorta sahəsində borcların tənzimlənməsi haqqında» xx xxxx 2018-ci il tarixli Qanunun 1-ci maddəsinin tələbinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.İş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli məktublardan görünür ki, iddiaçıya 2013-cü il üzrə 27535,37 manat, 2014-cü il üzrə 33475,37 manat, 2015-ci il üzrə 37342,12 manat, 2016-cı il üzrə 17110,77 manat məbləğində, ümumilikdə 146451,33 manat sosial sığorta haqqı hesablanmışdır.Eyni zamanda həmin məktublardan görünür ki, iddiaçı tərəfindən 2013-cü il üzrə 31000 manat, 2014-cü il üzrə 36800 manat, 2015-ci il üzrə 36100 manat, 2016-cı il üzrə 10300 manat və 2017-ci il ürə 34602,48 manat, ümumilikdə 148802,48 məbləğində ödəniş edilmişdir.Hazırki ərizəyə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, 2013-cü il mart-avqust ayları ərzində köhnə borcların əvəzi olaraq 23000 manat, 2014-cü ildə 1000 manat, 2015-ci ildə 7200 manat, 2016-cı ildə 1000 manat, və 2017-ci ildə 2000 manat məbləğində vəsait ödənilmişdir.Başqa sözlərlə 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sosial sığorta haqqları üzrə borc cəmi 11200 manat təşkil edir. Qalan 74680,10 manat məbləğində borc isə 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. «Sosial Sığorta haqqında» Qanunun 14-cü maddəsinin tələbinə əsasən hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə gecikdirilmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərtilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun14-cü maddəsinə görə hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı hər ayın 15dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Qanunvericilik hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının ən tez ödənilməsi vaxtını əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, ən gec vaxtını isə sonrakı ayın 15-nə kimi müəyyən etmişdir. Yəni həmin ödənişlər ən gec sonrakı ayın 15-dək ödənilməlidir və bu zaman əmək haqqının ödənilib-ödənilməməsi əsas şərt deyildir. «Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarında» məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabatın verilməsi qeyd olunmuşdur. Həmin qaydanın 7.4-cü bəndində sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixll 909 saylı Fərmanının 5-ci bəndində göstərilmişdir ki,dövlət mülkiyyətində olan müəssisə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqlarının əmək haqqı ödənişləri ilə eyni vaxtda Azərbaycan Respublikası Dövlət X14 tam ödənilməsinə şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə əmək haqqının verilməsi formaları,qaydaları,müddətləri tənzimlənmişdir: aylıq əmək haqqı işçilərəbir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində)on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi əmək haqqınınödənilməsi,ödənilməsinin vaxtında təmin edilməsi işəgötürən üçün məcburi xarakter daşıyır. «xxxxxxxxxxxxxxxxx» ASC-nin xx xxxxx 2018-ciil tarixə 111248,43 manat məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə DSMF-nun Bakı şəhəri üzrə X16 İdarəsinə borcu yaranmışdır. İddiaçı həmin borcu ödəməsi barədə dəfələrlə xəbərdar edilsə də borcu ödəməkdən imtina etmiş, nəticədə iddiaçının kredit təşkilatlarındakı bank hesabları üzrə köçürmə əməliyyatları dayandırılmışdır. Lakin iddiaçı borcu ödəmək əvəzinə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Borcun olmasını təsdiq edən sənəd, iddiaçı təşkilat tərəfindən təqdim etdiyi B-1 (sığortaedənin Azərbaycan Respublikasının Dövlət X15 Orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı) formalı hesabatdır ki,həmin hesabatda sığortaedənin DSMF-na xx xxxxx 2018cı il tarixə 111248,43 manat borcunun olması təsdiq edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il-ci il tarixli qərarıilə iddia tələbinin təmin edilməsi, iddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74680,10 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilsin və həmin borc məbləğinin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri üzrə X16 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh Dövlət X10 Bakı şəhəri üzrə X16 İdarəsi apellyasiya şikayəti verərək Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(81)-2844/2018 saylı qərarını ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildən bağlayaraq sosial sığorta ilə bağlı məlumatlar vətəndaşların fərdi uçot sisteminə işləndiyindən və sığorta hadisəsi baş verən zaman sığortaolunların sığortaçı təşkilatdan sığorta ödəməsi almaq hüququ yarandığından məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların və onlara hesablanmış pensiyanın silinməsi qanuna müvafiq deyildir. Məhkəmə isə əsassız olaraq işçinin gələcəkdə pensiya kapitalı kimi nəzərə alınmalı olan kapitala tələb etmə müddəti tətbiq edərək işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsini qərara almışdır. Məhkəmə tərəfindən Ali Məhkəmənin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx.xx.2015-ci il tarixli 4 saylı Qərarında qeyd edilənlər nəzərə alınmamışdır. Sosial sığorta sahəsinə aid münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan sığortaçı, sığortaedənlər və sığortaolunanlar arasında yaranan münasibətlər də inzibati xarakterlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərardadı ilə iş üzrə cavabdeh Dövlət X10 Bakı şəhəri üzrə X16 İdarəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edillərək, iddianın rədd edilməsi qərara alınmışdır. Apellyasi məhkəməsinin qeyd olunan xx xxxx 2019-cu il tarixli qərarından narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarına uyğun yeni qərarın qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2923/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2923/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "... hazırda qüvvədə olan qanunvericiliyə görə sosial sığorta haqlarının yığılması səlahiyyətləri dövlət vergi orqanlarına verilmişdir ki, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin hüquq münasibətlərinə dövlət vergi orqanlarının fəaliyyətini tənzimləyən Vergi Məcəlləsinin müvafiq müddəaları, o cümlədən Vergi Məcəlləsinin «Ümidsiz borcların silinməsi» adlanan 93-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələrinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə müvafiq olaraq digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Lakin hazırkı mübahisəni həll edərkən apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışdır, yəni, mübahisəni Vergi Məcəlləsinin 93-cü maddəsinin müddəaları baxımından araşdırmamışdır ki, bu da İnzibati Prosessual Məcəllə 12.2, 12.2, 58.7, 68.1-ci maddələrinin pozulması anlamına gəlir». AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının soniclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişiddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğuqu bildirmişlər və birinci instansiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il-ci il tarixli qərarıləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında DSMF-nun Bakı şəhəri üzrə X16 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, **********5 saylı məktubundan görünür ki, təqdim edilmiş rüblük hesabatlara əsasən «xxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrlər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə borcları 92312,13 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri üzrə X16 İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 88/xx/xx-7571 saylı məktubundan görünür ki, «xxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2008-cü il tarixdən xx.xx.2018-ci iltarixədək olan dövrlər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə borcları 89960,98 manat təşkil edir. Beləliklə iş materiallaından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə sosial sığorta haqqları üzrə xx.xx.2007ci il tarixdən xx.xx.2018-ci il tarixədək 89960,98 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı həmin borc məbləğinin 74680,10 manat hissəsinin 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yarandığı, yerdə qalan borc məbləğinin isə həmin tarixdən sonra yaranmış borc məbləği olması müəyyən edilmişdir. 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sosial sığorta haqqları üzrə borc cəmi 11200 manat təşkil edir. Qalan 74680,10 manat məbləğində borc isə 2007-ci ildən etibarən 2013cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına qiymət verərək və «Sosial Sığorta haqqında» Qanunun 14, 18-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1və 551.2.1-ci maddələrinə istinadən belə nəticəyə gəlmişdir ki, işin bu halı cavabdehə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 74680,10 manat məbləğində borcunu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair» xx xxxxx 2019-cu il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qararında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il-ci il tarixli qərarıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2844/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarıləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar