Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-133/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)- 3243/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan 37 ay ərzində ödədiyi 11100 (on bir min yüz) manat məbləğində maddi zərərin, 15000-20000 (on beş min - iyirmi min) manat məbləğində əldən çıxmış zəzərin, hüquqi yardımla bağlı vəkilə ödədiyi 2000 (iki min) manatdan çox pul vəsaitinin və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin, umumilikdə 80000 (səksən min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 2018-ci ilədək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2018-ci ildə yaşadığı mənzilin yerləşdiyi bina sökülmüşdür. Söküntü həyata keçirilməmişdən qabaq Nazirlər Kabinetinin qərarına uyğun olaraq mənzil mülkiyyətçilərinə müvafiq kompensasiyaların ödənilməsi şərti nəzərdə tutulmuşdur. Sakinlərin bir qisminə, hətta həmin binada yaşamayan, həmin binada qeydiyyatda olmayanlara müvafiq kompensasiyalar ödənilmişdir. Bakı şəhəri Cavabdeh qanunvericiliyin ziddinə olaraq ona heç bir ödəniş etməmişdir. 2018-ci ildə o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1947/2018 saylı qərarı ilə onun iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının 85B saylı mənzilindən köçürülməsi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 171s saylı sərəncamının 1.1-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına maddi yardım kimi müəyyən edilmiş 30000 (otuz min) manat məbləğində vəsaitin İddiaçı ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda Bakı şəhəri Cavabdeh onu Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verərək, çıxarışın etibarsızlığı barədə iddia qaldırmışdır. Bununla da verdikləri iddia apellyasiya sikayətinin dayandırılması məqsədilə verilmişdir və buna da nail olmuşlar. Bakı şəhəri Cavabdeh iddiası üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı Apellyasiya Məhkəməsində onun Nizami RİH-nə qarşı iddiası üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qanunsuz qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi ədaləti təmin etmiş, onun şikayətini təmin edərək, xx.xx.2019-cu il tarixli, 2(103)-3900/2019 saylı qətnamə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanunsuz qətnaməsini ləğv etmiş, iş üzrə yeni qətnamə qəbul etmiş, Bakı şəhəri Cavabdeh iddiası rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-5276/2019 saylı qərarı ilə Bakı şəhəri Cavabdeh kassasiya şikayəti təkrar rədd edilmişdir. Onun iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində dayandırılmış icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-347/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1947/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ondan əl çəkməyərək, yenə də Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-675/2020 saylı qərarı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 347/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Onun evi söküldüyü gündən pul ona ödənildiyi günədək, yəni 20 mart 2018-ci ildən 01 may 2021-ci ilədək ünvan 3 ünvanında kirayədə yaşamış, ümumilikdə 11100 (on bir min yüz) manat, hər ay 300 manat olmaqla ödəniş etmişdir. Bundan başqa, Cavabdeh özbaşınalığından onun müdafiəsi üçün hüquqi yardımla bağlı vəkilə müraciət etmişdir, ümumilikdə 2000 manat məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə prosesləri başlayandan yekunlaşana qədər ona 15000-20000 manat məbləğində əldən çıxmış zərər dəymişdir. Belə ki, o, ünvan 4 ünvanında 10 ildən çoxdur ki, bərbər kimi fəaliyyət göstərir. Bununla bağlı o, vergi orqanında qeydiyyatdan keçmiş və VÖEN əldə etmişdir. İllərlə davam edən məhkəmə iclasları ilə əlaqədar, günlərlə, həftələrlə onun iş yerində olmamağı müştəri itkisi ilə nəticələnmişdir. Belə ki, mikro hesablama ilə hesablansa gün ərzində 2 müştəri itkisi aylıq 60 müştəri itkisi edir. Qazanc olaraq hesablansa 360 manat edir. Hər müştəri ən azı ayda bir dəfə gəlir, həmin bir aylıq itkini növbəti aylara da hesablamaq zəruridir və mütləqdir. Bundan başqa, məhz Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulduğuna görə və mənzilinin əlindən alınmasına görə o, stress yaşamışdır. Həmin vaxt o, ailə qurmaq məqsədi ilə nişanlanmışdır və mülkiyyətçisi olduğu mənzildə ailə qurmaq niyyətində idi. Məhz Cavabdeh fantastik müdaxiləsi nəticəsində xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzilinin əlindən alındığına, Bakı şəhəri Cavabdeh və digər dövlət orqanlarının qarşısında illərlə süründüyünə görə ona və onun ailəsinin üzərinə atılmış böhtanın nəticəsi olaraq toy mərasimi ləğv olunmuş və valideynləri qızı ona verməkdən imtina etmişlər. Yekun məhkəmə qərarlarını da icra etməkdən boyun qaçırdırlar, lakin o, youtube tv kanallarında bu məsələni işıqlandırdıqdan dərhal sonra kompensasiya ödənilmişdir. Cavabdeh ən azı ona 50000 (əlli min) manat mənəvi zərərə görə ödəniş etməlidir. Ona dəymiş ziyanın ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ərizəsinə cavab vermiş, lakin cavab məktubunda müraciəti ilə bağlı heç bir məsələyə toxunmamışdır. Cavabdeh tərəfindən ərizəsində onun tələb etdikləri cavablandırılmamışdır, sadəcə olaraq formal xarakterli məlumat qeyd edilmişdir. O, bunu ərizəsinin icrasından imtina hesab edir. O, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 171s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 87 ünvanındakı yataqxana binası qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sökülmüşdür. Həmin Sərəncama əsasən binada yaşayan 84 ailə, o cümlədən iddiaçının atası X3 iddiaçı da daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə 40000 manat birdəfəlik maddi yardım verilmişdir. İddiaçı qəzalı binanın söküləcəyinə dair sənədləşmə və maliyyə işləri aparıldığı müddətdə atasına 40.000 (qırx min) manat birdəfəlik maddi yardım veriləcəyini bildikdən sonra, əlavə olaraq 30.000 manat kompensasiya almaq məqsədilə mənzilin bir otağına mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən ünvanda yaşayan sakinlərin siyahısı balanssaxlayıcı təşkilat olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir neçə dəfə tərtib edilərək Cavabdehnə təqdim olunmuş və həmin siyahılar olduğu kimi, daxil olan tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. İddiaçı da adı göstərilən sonuncu siyahı xx.xx.2018-ci il tarixdə (sərəncamın verildiyi tarix) göndərilməsinə baxmayaraq, İddiaçı adı sonradan siyahıya daxil edildiyindən Nazirlər Kabineti tərəfindən ona 30.000 manat birdəfəlik maddi yardım ayrılmamışdır. İddiaçı Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 87 ünvanındakı 85B saylı mənzilin sökülməsi faktı ilə əlaqədar olaraq 30.000 manat məbləğində kompensasiyanın ona verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı, 23 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 87 ünvanındakı 85B saylı mənzilin sökülməsi ilə əlaqədar olaraq 30.000 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə olunması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı, 23 iyul 2018-ci il tarixli qərarından apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, şikayətlər təmin edilməmişdir. Ona görə də Cavabdeh tərəfindən məhkəmənin qərarı icra edilmiş və 30.000 manat kompensasiyanın ödənilməsi təmin edilmişdir. Göstərilən məsələnin həllində Cavabdeh “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.16.1-ci maddəsi ilə nəzərdə tutulan vəzifələrini yerinə yetirmiş və hər hansı bir qanunsuzluğa, süründürməçiliyə yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-3243/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evi söküldüyü gündən pul ona ödənildiyi günədək, yəni 20 mart 2018-ci ildən 01 may 2021-ci ilədək ünvan 3 ünvanında kirayədə yaşamış, ümumilikdə 11100 (on bir min yüz) manat, hər ay 300 manat olmaqla ödəniş etmişdir. Bununla bağlı kirayə müqaviləsini məhkəməyə təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin sübuta baxmamış, həmin sübuta heç bir münasibət bildirməmişdir. Nəticədə heç bir əsası olmayan qərar qəbul etmişdir. Sübut təqdim edilməsinə baxmayaraq məhkəmə qeyd edir ki, sübut təqdim edilməmişdir. Kirayə müqaviləsi sübut deyilsə nədir? Birinci instansiya məhkəməsi bu hissəni araşdırmalı, kirayə verən şəxsi ən azından məhkəmə iclasına dəvət etməli, həqiqəti daha dəqiq müəyyən etmək üçün özünü dinləməli idi. Həmçinin bildirir ki, kirayə müqaviləsində evin mülkiyyətçisinin imzası, əlaqə nömrələri qeyd edilmişdir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə sənədləri də kirayədə qaldığı ünvana gəlmişdir. Ali Məhkəmə tərəfindən də sənədlər həmin ünvana göndərilmişdir. Məgər qeyd edilənlər onun həmin ünvanda yaşamağını sübut etmirmi? Lakin məhkəmə heç bir araşdırma aparmadan təqdim edilmiş kirayə müqaviləsini nəzərə almamışdır. Təqdim edilmiş sübutlara belə etinasız münasibət göstərən məhkəmənin hansı maraqlara xidmət etdiyi şübhə doğurur. Kirayədə qalmağını sübut etmək üçün başqa nə sənəd təqdim etməliydi?l Bundan başqa, Cavabdeh özbaşınalığından müdafiəsi üçün hüquqi yardımla bağlı vəkilə müraciət etmiş, ümumilikdə 2000 manat məbləğində xidmət haqqı ödəmişdir. Bütün məhkəmə iclaslarında vəkilin iştirakı qərarlarda öz əksini tapmışdır. Aydın məsələdir ki, heç bir xidmət haqqı ödəmədən heç bir vəkil heç kimin hüquqlarını müdafiə etmir. Belə ki, dövlət hesabına hüquqi yardım hazırda yalnız cinayət işlərinə şamil olunur. İstisna olaraq məhkəmə qərarı ilə imkansız şəxslər vəkillə təmin oluna bilər. Lakin mənim işim vəkillə təmin olunmam barədə heç bir qərar yoxdur. Buradan da göründüyü kimi, mənim vəkilə xidmət haqqı ödəməyim işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən isə bu hala da heç bir münasibət bildirməmişdir. Ən azından məhkəmə minimum xidmət haqqını nəzərə alıb, qərar qəbul edə bilərdi. Bu cür kobud pozuntular ədalət mühakiməsinin aliliyinə ciddi bir zərbədir. Həmçinin, bildirir ki, məhkəmə prosesləri baslayandan yekunlaşana qədər ona 15000 manat məbləğində əldən çıxmış zərər dəymişdir. Belə ki, o ünvan 4 ünvanında 10 ildən çoxdur ki, bərbər kimi fəaliyyət göstərir. Bununla bağlı vergi orqanında qeydiyyatdan keçmiş və VÖEN əldə etmişdir. Şəhadətnaməsi iş materiallarına əlavə edilmişdir. Nəzərə alsaz ki, illərlə davam edən məhkəmə iclasları ilə əlaqədar, günlərlə, həftələrlə iş yerində olmamağım müştəri itkisi ilə nəticələnmişdir. Belə ki, mikro hesablamaya ilə hesablasaq gün ərzində 2 müştəri itkisi aylıq 60 müştəri itkisi edir. Qazanc olaraq hesablasaq 360 manat edir. Hər müştəri ən azı ayda bir dəfə gəlir, həmin bir aylıq itkini növbəti aylara da hesablamaq zəruridir və mütləqdir. Bu halda işin mübahisəsiz halıdır. Bu hissə ilə bağlı geniş şəkildə açıqlama yazmışdır. Məhkəməyə VÖEN-ini də təqdim etmişdir. Sübut kimi başqa nə təqdim etməli idi? Bundan başqa, məhz Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulduğuna görə və mənzilinin əlindən alınmasına görə stress yaşamışdır. Bu hallar psixi pozuntulara səbəb oldu ki, o necə müstəqil dövlətdə yaşayır ki, mülkiyyətçisi olduğum və qanuni əsaslarla əldə etdiyi (çıxarış vardır) mənzili Cavabdeh yaramaz, qanunsuz və özbaşına fəaliyyəti nəticəsində bir gün içərisində heç bir əsas olmadan əlindən alınır və əvəzində heç bir qəpik də ödəniş edilmir. Hansıki həmin vaxt o ailə qurmaq məqsədi ilə nişanlanmışdı və mülkiyyətçisi olduğu mənzildə ailə qurmaq niyyətində idi. Məhz Cavabdeh fantastik müdaxiləsi nəticəsində xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzili əlindən alındığına Cavabdeh və digər dövlət orqanlarının qarşısında illərlə süründüyünə görə ona və onun atılmış böhtanın nəticəsi olaraq toy mərasimi ləğv olundu və valideynləri qızı ona verməkdən imtina etdilər. Ən əsası da, bir insanı doğulub boya çatdığı yerdən çölə atmaq, sonra məhkəmə küçələrinə salmaq, daha da irəli gedərək onu şərləmək insanın psixologiyasına, həyat şəraitinə təsir etməklə mənəvi sarsıntı keçirməsi üçün əsas deyilmi? Bir azərbaycanlı gənci olaraq gəncliyi cavabdehin hərəkətləri nəticəsində puç olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-3243/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kirayə verən X4 ilə Kirayə götürən İddiaçı arasında imzalanmış xx.xx.2018-ci il, xx.xx.2019- cu il və xx.xx.2020-ci il tarixli kirayə müqavilələrinin surətindən görünür ki, Kirayə verən X4 ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili Kirayəçi İddiaçı kirayəyə verməyi, Kirayəçi isə Kirayə verənə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Cavabdehnə daxil olmuş imzasız ərizənizə aparatın Hüquq şöbəsində baxılmışdır. Bildiririk ki, qeydiyyatda olduğunuz və yaşadığınız Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 87 ünvanındakı 85B saylı mənzilinizin sökülməsi ilə əlaqədar 30.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinə dair iddianıza 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin 23 iyul 2018-ci il tarixli, 2-1(82)- 1947/2018 saylı qərarı ilə iddianız təmin edilmişdir. Nəzərinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarının icrası tam yerinə yetirilmiş və Sizə 30.000 (otuz min) manat kompensasiya ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı 23 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının 85B saylı mənzilindən köçürülməsilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 171s saylı sərəncamının 1.1-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına maddi yardım kimi müəyyən edilmiş 30.000 (otuz min) manat məbləğində vəsaitin İddiaçı ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-347/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1947/2018 saylı, 23 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 675/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 347/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3569/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Cavabdehlər X6 və İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və 2 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat kontoruna qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 87 nömrəli evin (yataqxana binasının) 85 nömrəli mənzilinin X2 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, onun adına həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 10 yanvar 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, X6 ilə İddiaçı arasında 19 yanvar 2018-ci il tarixdə bağlanaraq 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X9 tərəfindən 4Ə-115 reyestr nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 87 nömrəli evin 85 nömrəli mənzilinə dair Daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına aparılan qeydlərin və 07 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3900/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3569/2018 saylı 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Bakı şəhəri Cavabdehlər X6, İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı “müqavilələrin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5276/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Bakı şəhəri Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3900/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (həmin qərardan görünür ki, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3900/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3569/2018 saylı 25 dekabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 saylı evin (yataqxana binasının) 85 nömrəli mənzilinin İntizam İsmayılovun adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1947/2018 saylı 23 iyul 2018-ci il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının 85B saylı mənzilindən köçürülməsilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 171s saylı sərəncamının 1.1-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına maddi yardım kimi müəyyən edilmiş 30.000 (otuz min) manat məbləğində vəsaitin İddiaçı ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır, həmin qərar qanuni qüvvəyə minmiş, bundan sonra həmin qərar cavabdeh tərəfindən tam icra edilmiş və 30.000 manat məbləğində kompensasiya iddiaçıya ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, məhkəmə qərarlarından şikayətlərin verilməsi konstitusion hüquqdur və bu, iddiaçıya kompensasiya məbləğinin ödənilməsində süründürməçilik kimi qiymətləndirilə bilməz. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 aprel 2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş məlumatda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 12, mənzil 47 Qəhrəmanova (Qasımova) Nargilə İsmayıl qızının adına xx.xx.2000-ci il tarixində qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 15 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-338 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində X1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində mənzil kirayə haqqı, əldən çıxmış fayda, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş məbləğ daxil olmaqla ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 11100 manat məbləğində maddi zərərin, 15000-20000 manat məbləğində əldən çıxmış zəzərin, hüquqi yardımla bağlı vəkilə ödədiyi 2000 manatdan çox pul vəsaitinin və vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona qeyd olunan zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı onun tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-3243/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-133/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-133/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver