Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1330/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sığorta stajının və əlavənin hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sığorta stajının və əlavənin hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9344/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1976-cı il təvəllüdlüdür, məcburi köçkün və müharibə veteranıdır. İddiaçı N.Tusi adına ADPU-nin ibtidai hərbi və fiziki hazırlıq ixtisasını, həmçinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir. ZE seriyalı ******* saylı xx.xx.1998-ci il tarixli hərbi biletə əsasən İddiaçı 1990-cı ilin axırlarından xx.xx.1992-ci ilədək Şuşa rayon Malıbəyli kənd özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etmişdir. Bu fakt həm də Şuşa rayon Məhkəməsinin 2(077)-92/11 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1998-ci il tarixdə N.Tusi adına ADPU-nin ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin məzunu, Şuşa şəhər 6 saylı orta məktəbə ibtidai hərbi hazırlıq rəhbəri təyin edilmiş, xx.xx.1999-cu il tarixdə başqa işə keçdiyi üçün işdən azad edilmiş, xx.xx.1999-cu ildə Daxili İşlə orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 21 il 11 ay 15 gün, imtiyazlı hesablama ilə 32 il 04 ay 28 gün təşkil edir. İddiaçıya “əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-ci ildən pensiya təyin olunmuş və bu zaman onun xidmət illərinin 32 il 04 ay olduğu, təminat xərcliyinin isə 2301.00 manat olduğu nəzərə alınmışdır. Lakin iddiaçı ona pensiya təyin olunarkən bəzi xidmət illəri cavabdeh qurum tərəfindən məlumat vərəqəsində göstərilmədiyi üçün həmin müddətlərin əzərə alınmadığını bildirir və buna görə də hazırki tələblə cavabdehə müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər və digər hüquq mühafizə orqanlarında, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət zamanı döyüşlərdə iştirak müddəti pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Qeyd olunanlara əsasən daxili işlər orqanlarından və müddətli həqiqi hərbi xidmətdən öncə könüllü özünü müdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etdiyi müddətin daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi pensiya stajına əlavə edilməsi mümkün deyildir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı 4 il müddətin yarısı (2 il) xidmət illərinizə əlavə olunmuşdur. Həmin Qərarda mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmadığından 6 saylı orta məktəbdə işlədiyi müddətin pensiya stajına əlavə olunması mümkün deyildir. Şəxsi işdə olan qeydlərə əsasən Nardaran hadisələri zamanı xidmətinin 1 günü 3 gün kimi nəzərə alınaraq güzəştli xidmət müddətinizə hesablanmışdır. Qeyd olunan məktubla razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onun Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, eləcə də Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin, həmçinin Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona pensiya düzgün hesablanmamışdır. Belə ki, o, 1990-1992-ci illər tarixində özünü müdafiə batalyonun tərkibində döyüşmüş, bundan əlavə 1994-1998-ci il tarixlərdə ali təhsil almış, 6 saylı orta məktəbdə 1998-1999-cu il tarixlərdə hazırlıq rəhbəri kimi çalışmış, Nardaran hadisələri zamanı məxfi əməliyyatlarda çalışmış, lakin onun 1 il 2 ay döyüşdüyü illər, 4 il təhsil aldığı il, 5 ay 21 gün orta məktəbdə hazırlıq rəhbəri işlədiyi və 1 il 6 ay Nardaran hadisələri vaxtı işlədiyi dövr, yəni ümumilikdə 7 il 1 ay 11 gün nəzərə alınmamışdır. Bundan əlavə, ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddənin tələbinə əsasən hər il üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması nəzərdə tutulsa da, ona həmin əlavə göstərilən faiz nisbətində həyata keçirilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9344/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia – İddiaçı Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi 3 ay 3 gün müddətin, əyani təhsil aldığı 4 il müddətin xidmət illərinə hesablanması, eyni zamanda 3 faiz əlavənin hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda 2-1(112)-9344/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərarla iddiaçının Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hazırlıq rəhbəri kimi çalışdığı müddətin və Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna olmaqla qalan müddətin onun xidmət illərinə hesablanması barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qərar qanunsuz və əsassızdır, madi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, kobud şəkildə pozulmuş, mübahisə kifayət qədər araşdırılmamış, nəticədə düzgün nəticəyə gəlinməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçı 14 -16 yaşları arasında könüllü dəstədə iştirak edə bilməzdi, iddaçının hərbi qulluqçu olması iş materialları ilə təsdiq olunmur, onun Nardaran hadisələrində iştirak etdiyi dövr sığorta stajına hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “onun Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etdiyi müddətin, eləcə də Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı 5 ay 21 gün müddətin, həmçinin Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi 1 il 6 ay müddətin, əyani təhsil aldığı 4 il müddətin onun sığorta stajına və pensiya hesablanarkən 3% əlavənin hesablanması öhdəliyinin xx.xx.2020-ci il tarixdən hesablanaraq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia – İddiaçı Nardaran hadisələri vaxtı məxfi əməliyyatlarda iştirak etdiyi 3 ay 3 gün müddətin, əyani təhsil aldığı 4 il müddətin xidmət illərinə hesablanması, eyni zamanda 3 faiz əlavənin hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamış, eyni zamanda xx.xx.2023-cü il tarixli qərarla iddiaçının Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hazırlıq rəhbəri kimi çalışdığı müddətin və Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna olmaqla qalan müddətin onun xidmət illərinə hesablanması barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşdə olan iddiaçıya aid “pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqi”ndən görünür ki, İddiaçı Nardaran hadisələrinə görə güzəştli xidməti cavabdeh orqan tərəfindən hesablanmış və 00 il 03 ay 03 gün müəyyən edilmişdir. Həmin müddət cavabdeh tərəfindən hesablamalar aparılarkən nəzərə alındığı üçün iddiaçının həmin müddətin xidmət illərinə daxil edilməsi ilə bağlı tələbi məhkəmə qaydasında qeyri-mümkün sayılmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermədiyi üçün qərardad qanuni qüvvəsini almışdır. İşdə olan əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə yaranmış və xidmət illəri 32 il 04 ay nəzərə alınmaqla təminat xərcliyi ilə birlikdə 2301.00 manat müəyyən edilmişdir. DSMF-ya təqdim edilmiş məlumat vərəqindən görünür ki, iddiaçının vəzifə maaşı 1006 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 15% olmaqla 578 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, məharət dərəcəsi 35% olmaqla 352.1 manat, xüsusi işə görə 15% olmaqla 150.9 manat məbləğində olmaqla 2301 manat müəyyən edilmişdir. Hazırda iddiaçının tələbi onun Şuşa rayonu Malıbəyli kəndi özünümüdafiə batalyonunun tərkibində kəndin müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak müddətinin, Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hazırlıq rəhbəri kimi çalışdığı müddətin və Nardaran hadisələri vaxtı 1 il 6 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin 3 ay 3 gün xidmət müddəti istisna olmaqla qalan müddətin onun xidmət illərinə hesablanması ilə bağlıdır. İşdə olan Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən qabaq 1990 - 1992-ci illərdə, 14 - 16 yaşı olarkən Qarabağda könüllü batalyonda döyüşlərdə iştirak etdiyi müddətin, 4 il ali təhsil müddətinin, 6 saylı orta məktəbdə işlədiyi müddətin və Nardaran hadisələri ilə əlaqədar xidmətinin pensiya stajına güzəştli şərtlərlə əlavə olunması ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılaraq müvafiq cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər və digər hüquq mühafizə orqanlarında, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət zamanı döyüşlərdə iştirak müddəti pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Qeyd olunanlara əsasən İddiaçı daxili işlər orqanlarından və müddətli həqiqi hərbi xidmətdən öncə könüllü özünü müdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etdiyi müddətin daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi pensiya stajına əlavə edilməsi mümkün deyildir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı 4 il müddətin yarısı (2 il) xidmət illərinə əlavə olunmuşdur. Həmin Qərarda mülki təşkilatlarda iş stajının daxili işlər orqanlarında xidmət illərinə hesablanması nəzərdə tutulmadığından 6 saylı orta məktəbdə işlədiyi müddətin onun pensiya stajına əlavə olunması mümkün deyildir. Şəxsi işində olan qeydlərə əsasən İddiaçı Nardaran hadisələri zamanı xidmətinin 1 günü 3 gün kimi nəzərə alınaraq, güzəştli xidmət müddətinə hesablanmışdır. Əlavə olaraq xidmət illərinə görə pensiyanın hansı faizlə verilməsinin Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olmadığının nəzərə alınması xahiş edilmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçı arxiv şəxsi işindən xidmətkeçmə siyahısının, pensiya təyini üçün hesablama vərəqəsinin, eləcə də onun müraciətinə verilmiş cavabın təsdiq olunmuş surətləri təqdim edilmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarının:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü xidmət müddəti kimi nəzərdə tutulmuş olsa da, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslərin xidmət illərinin hesablanması ilə bağlı sonrakı müddəanın mahiyyətindən aydın olur ki, həmin şəxslərin bir xidmət ili iki xidmət ili kimi hesablanmalıdır və bununla bağlı aidiyyəti inzibati orqanın qərarının mövcudluğu zəruri şərtdir. Hazırkı halda isə iddiaçı hərbi qulluqçu statusuna malik olmayan şəxs olduğundan, könüllü özünümüdafiə batalyonun tərkibində döyüşlərdə iştirak etdiyindən onun xidmət illərinin istər günə gün, istərsə də bir xidmət ilinin iki xidmət ili kimi hesablanmasından söhbət gedə bilməz. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarının mövcudluğu da istisna olunur. Belə ki, iddiaçı döyüşlərdə iştirak edərkən hərbi qulluqçu olmamış, bu səbəbdən də onun döyüş illəri xidmət illərinə hesablanmamışdır ki, cavabdehin bu barədə imtinası (hərəkətsizlik göstərilməklə) qanuni və əsaslı olmaqla iddianın həmin hissədə rədd edilməsi əsası qismində çıxış edir. İddiaçının “Şuşa şəhər 6 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq rəhbəri kimi çalışdığı müddətin xidmət illərinə hesablanması” ilə bağlı tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdi ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il Qərarının 1-ci hissəsinin müvafiq abzaslarından görünür ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə hansı dövrlərin daxil edilməli olması halların dairəsi konkret olaraq müəyyən edilmişdir ki, mülki təşkilatlarda, o cümlədən orta məktəbdə iş stajının xidmət illərinə əlavə edilməli olması ilə bağlı hər hansı hal adıçəkilən Qərarda qeyd edilməmişdir. Odur ki, konkret dairəsi müəyyən edilmiş hala aid olmayan - iddiaçının “orta məktəbdə işlədiyi müddətin xidmət illərinə əlavə edilməsi” barədə tələbin təmin olunmasından da cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. O ki qaldı iddiaçının “Nardaran hadisələri vaxtı 1 il 3 ay məxfi əməliyyatlarda iştirak etdiyi müddətin onun xidmət illərinə hesablanması” barədə tələbinə, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Kollegiya razılaşaraq aşağıda qeyd olunanları da diqqətə çəkir. Əvvəla, yuxarıda adıçəkilən Qərarın tələbindən də göründüyü kimi, terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Hazırki işdə məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh inzibati orqan həmin müddəanın tələbinə uyğun olaraq AR DİN-nin 27 noyabr 2015-ci il tarixli 022 nömrəli əmri və ƏÇPA-nın 12 mart 2016-cı il tarixli 07 nömrəli əmrinə uyğun qaydada Nardaran hadisələri zamanı məxfi əməliyyatlarda iştirakla bağlı iddiaçının xidmət illərini hesablayaraq, 3 ay 3 gün güzəştli xidmət müddətini iddiaçının xidmət illərinə daxil etmişdir. Bu fakt birinci instansiya məhkəməsinin sorğu məktubuna cavab olaraq təqdim edilən pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqəsindəki məlumatlarda da öz təsdiqini tapır. Hazırki işin apellyasiya baxışı zamanı İddiaçı Nardaran hadisələri ilə əlaqədar məxfi əməliyyatlara cəlb olunması ilə bağlı əmrin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 270 saylı 21 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanına və DİN-in 01 mart 2004-cü il tarixli 106 nömrəli əmrinə əsasən Nazirliyin Xüsusi Təyinatlı X3 fəaliyyətin tənzimlənməsi və hüquqi əsaslannın müəyyən edilməsi məqsədi ilə həmin Əsasnamənin 5.3.6-cı bəndini rəhbər tutaraq əmr edilmişdir ki, “Azərbaycan Respublikası DİN-in Xüsusi Təyinatlı Nizami Polis Hissələri haqqında” Nümunəvi Əsasnaməsi təsdiq edilsin. Xüsusi Təyinatlı Nizami Polis Hissələrinə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə bilavasitə tabe olan Xüsusi təyinatlı əməliyyat bölüyü, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Xüsusi təyinatlı əməliyyat taqımı, Bakı şəhər BPİ-nin X9 aid edilsin və göstərilən struktur qurumlann hüquqi statusu, fəaliyyəti haqqında ümumi anlayış, hüquq, vəzifə, funksiya və səlahiyyətləri, onların tətbiqi qaydaları bu Əsasnaməyə uyğun müəyyən olunsun, xidməti fəaliyyətdə rəhbər tutulsun. Hazırki işdən müəyyən olunur ki, Daxili işlər Nazirliyinin "Terror əleyhinə aparılan əməliyyat zonasında hüquqi rejimin tətbiq olunması barədə" xx.xx.2015-ci il tarixli 022 (məxfi) nömrəli əmrinin icrası ilə əlaqədar Daxili işlər Nazirliyinin X8 Alayının xx.xx.2016-cı il tarixli 07 (məxfi) nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən 62 gün müddətində Nardaran qəsəbəsində və ətrafında ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etmişdir. İşdən müəyyən olunur ki, İddiaçı xidmət müddəti təqvimi xidmət illəri ilə 23 il, 11 ay, 16 gün, imtiyazlı xidmət illəri ilə 32 il, 04 ay, 17 gün olaraq hesablanmışdır. Təqvimi xidmət illərinin hesablanması qaydasını cavabdeh orqan aşağıdakı kimi əsaslandırmışdır: 1994 - 1998-ci illər Azərbaycan Dövlət Pedoqoji Universitetində təhsil aldığı (4 il : 2 = 2 il); xx.xx.1999-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər daxili işlər orqanlarında xidmət etdiyi (21 il 11 ay 16 gün) dövrlər nəzərə alınmaqla onun təqvimi xidmət müddəti - 23 il, 11 ay, 16 gün təşkil edir. İmtiyazlı xidmət illərinin hesablanması qaydası isə aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçının xx.xx.2004-xx.xx.2020-ci illərdə DİN X8 X4 xidmətinin bir ayı ayyarım hesablanmaqla - bir dəfə təqvimi, yarım dəfə imtiyazlı xidmət illərinə əlavə olunmaqla hesablanır (16 il, 03 ay, 26 gün x 0.5=08 il, 01 ay, 28 gün) Hüquqi əsası: xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərara əsasən b) xidmətin bir ayı ayyarım sayılmaqla: müdafiə, milli-təhlükəsizlik- daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; Daxili işlər Nazirliyinin 270 saylı xx.xx.2004-cü il tarixli əmrinə əsasən X9 Xüsusi Təyinatlı Nizami Polis Hissələrinə aid edilir. Bu əmr xx.xx.2004-cü il tarixdən məqbullar qəbul edilməklə tətbiq edilir. İddiaçı Daxili işlər Nazirliyinin Əlahiddə Çevik X6 Bölüyünün tərkibində Daxili İşlər Nazirliyinin "Terror əleyhinə aparılan əməliyyat zonasında hüquqi rejimin tətbiq olunması barədə" xx.xx.2015-ci il tarixli 022 (məxfi) nömrəli əmrinin icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixdən 62 gün müddətində Nardaran qəsəbəsində və ətrafında ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etmiş və 1 günü 3 gün kimi nəzərə alınaraq bir dəfə təqvimi xidmətə, iki dəfə imtiyazlı xidmətə əlavə olunmaqla güzəştli xidmət müddətinə hesablanır. İddiaçının Nardaran hadisələri zamanı xidməti müddəti 1-ci bənddə göstərilən imtiyazlı xidmət illəri ilə üst-üstə düşür. Belə olan halda təqvimi xidmət illərinə görə nəzərdə tutulan 2 ayrı imtiyazlı xidmət illərinin ən yüksək həddi nəzərə alınır. Yəni, həmin müddətin., yarım dəfə 1-ci bənddə imtiyazlı xidmət illərinə hesablandığını nəzərə alaraq - 62 gün x 1.5 =00 il, 03 ay, 03 gün imtiyazlı xidmət illərinə əlavə olunmaqla hesablanır. Beləliklə, iddiaçının imtiyazlı xidmət illərinə görə əlavə ümumilikdə 08 il, 05 ay, 01 gün təşkil edir. Bu hesablanmanı iddiaçının Nardaran hadisələri zamanı 62 gün xidmət müddətini xx.xx.2004-xx.xx.2020-ci illərdə DİN X8 X4 xidmət illərindən çıxılmaqla müvafiq olaraq 16 il, 03 ay, 26 gün - 62 gün = 16 il, 01 ay, 25 gün x 0.5 + 62 x 2 formasında hesablansa da nəticədə imtiyazlı xidmət illəri 08 il, 05 ay, 01 gün təşkil edəcəkdir. Qeyd olunanlara əsasən iddiaçının xidmət illəri təqvimi hesablama ilə 23 il, 11 ay, 16 gün, imtiyazlı hesablama ilə 32 il, 04 ay, 17 gün təşkil edir ki, həmin hesablamalar da cavabdeh tərəfindən iddiaçıya müvafiq pensiyasının təyin olunması məqsədilə təqdim olunan məlumat vərəqəsində göstərilmiş və nəzərə alınmışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçının tələbləri əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9344/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov