Məhkəmə qərarları › İş №2-1(103)-1330/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1330/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1330/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 1061 nömrəli sərəncamı ilə qanuni istifadəsinə və sahibliyinə ayrılmış Lökbatan qəsəbəsi 6-cı massivdə yerləşən 600 kv metr torpaq sahəsinin plansxeminin (yerləşmə cizgisinin) hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 1061 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massivdən 600 kv metr torpaq sahəsi ayrılmasına dair sərəncam verilmişdir. Həmin tarixdən 600 kv metr torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı torpaq sahəsini daş hasara almış və torpaq sahəsinin içərisində bir ədəd birmərtəbəli, bir ədəd kürsülü və mansardlı fərdi yaşayış evləri tikdirmiş və orada yaşayır. Evin işıq, qaz və su abunə kodları onun adınadır. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış almağı üçün həmin torpaq sahəsinin plan-sxeminə ehtiyac vardır. İddiaçı tələbi ilə bağlı ərizə ilə Cavabdeh başçısına müraciət etmiş, sonuncu tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 1061 nömrəli Sərəncamında Tənzimə adının Tənzilə kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur. Halbuki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(002)-1132/13 saylı qətnaməsi ilə hüquqi əhəmiyətli faktın müəyyən olunmasına dair ərizəsi təmin edilərək X2 adına verilmiş Cavabdeh Başçısının xx.xx.1992-ci il tarixli, 1061 nömrəli Sərəncamının İddiaçı məxsus olması faktının müəyyən olunması qət edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh qanunsuz hərəkətsizliyi ucbatından qanuni əsaslarla istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsini daşınmaz əmlakın reyestrində qeydiyyata aldıra bilmir. Bu da iddiaçının mülkiyyətə sahib olmaq, ondan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Cavabdeh başçısının 22 iyul 1992-ci il tarixli 1061 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamın normativ xarakterli akt olduğundan və qərarın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. Vətəndaşa torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan, 22 iyul 1992-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən ver quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Cavabdeh başçısının 22 iyul 1992-ci il tarixli, 1061 saylı Sərəncamına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən plan-ölçü sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə ) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 1061 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən 600 kv.metr torpaq sahəsinin plansxeminin (yerləşmə cizgisinin) hazırlanıb verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhər Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə ərizəsinə baxılmış və təqdim edilmiş Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 1061 nömrəli sərəncamının arxiv çıxarışına əsasən vətəndaş X3 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdə 600,0 kv.m ölçüdə torpaq sahəsinin ayrıldığı, lakin iddiaçının rayon icra hakimiyyətinə təqdim etdiyi Bakı şəhəri 8 saylı dövlət notariusunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətində ona müəyyən səlahiyyətlər vermiş şəxsin adının İddiaçı qeyd edildiyi, sözügedən sərəncamda Tənzimə adının Tənzilə kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin təqdim edilən B-148 nömrəli arxiv çıxarışının surətinin xx.xx.2012-ci il tarixində alındığı, yeni arxiv çıxarışlarının QR kodla verildiyindən onun surətinin etibarlılığının yoxlanılması zamanı notarial qaydada təsdiqə ehtiyac yaranmadığı, həmçinin müraciətdə qeyd edilən torpaq sahəsinin yerləşdiyi ünvanın (koordinatlar) yerlşmə cizgisinin (peykdən görüntüsü) rayon icra hakimiyyətinə təqdim edilmədiyi bildirilmişdir. Məktubda həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə (Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi) əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildiyi, bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunduğu qeyd edilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 22 iyul 1992-ci il tarixli, 1061 saylı sərəncamının arxiv çıxarışının təsdiq edilmiş elektron surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli “Həyətyanı torpaq sahələrinin nizamlanması” barəsindəki xx.xx.1987-ci il tarixli 301 №-li Qətnaməsi və Bakı şəhər İcraiyyə Komitəsininin “Bakı və Bakıətrafı ərazilərində yaşayış evlərinin nizamlanması” barəsindəki xx.xx.1982-ci il tarixli 45/68 6 №-li qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Lök-Batan qəsəbəsi, 6-cı massivdə 600 kv.metr torpaq sahəsi X2 adına ayrılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1132/13 saylı 01 iyul 2013-cü il tarixli qətnamədən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilərək Bəşirova “Tənzimə” Səlim qızının adına verilmiş Cavabdeh Başçısının 22 iyul 1992-ci il tarixli 1061 saylı sərəncamının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Məktubda həmçinin, qeydd olunan qətnamənin 02 avqust 2013-cü il tarixdə qanuni qüvvəsini aldığı bildirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaqtəsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Hazırkı işin hallarından müəyyən edilir ki, Qaradağ RİHB-nin 1992-cü il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Belə ki, Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən sərəncama heç bir sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, torpaq sahəsinin ayrıldığı dövrdə torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid olmuşdur. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı massivdə yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı məxsus olması faktı müəyyən edilmiş və bu qətnamə inzibati orqana təqdim edilmişdir. Sərəncamın normativ xarakterli akt olması və özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşməsi ilə bağlı dəlilə gəldikdə isə bildirilir ki, müvafiq sərəncam normativ xarakterli akt deyil, inzibati aktdır. Belə ki, normativ xarakterli aktdan fərqli olaraq inzibati akt olan Qaradağ RİHB-nin 1992-ci il tarixli, 1061 nömrəli sərəncamı məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirmək və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmamış, konkret məsələni, yəni iddiaçıya topraq sahəsinin ayrılmasını nizama salmaq (həll etmək) məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs olan iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmışdır. İnzibati aktın ləğv edilməsi, etibarsız sayılması, qüvvədən düşməsi ilə bağlı isə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, sözügedən sərəncamda 3 il müddət fərdi yaşayış evinin tikintisinin başa çatdırılması ilə bağlı göstərişdir və həmin müddətdə tikintinin başa çatdırılmamasının hansı hüquqi nəticələrə səbəb olacağı ilə bağlı birbaşa göstəriş yoxdur. İddia tələbindən də aydın görünür ki, iddiaçının hazırkı iş üzrə məqsədi Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış 600 kv.m. torpaq sahəsinə yerləşmə cizgisinin verilməsindən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13368/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar