Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1331/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, X1, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxslər: AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) “hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-104/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (sonradan - Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində bağ massivində yerləşən İddiaçı mülkiyyətində olan 536a nömrəli torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və ilkin hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən X8, X10, X14 iddiaçı qismində işə cəlb edilmişlər. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi bağ massivində yerləşən İddiaçı, X5, X6 və X12 paylı mülkiyyət hüquqları ilə məxsus olan 536 a nömrəli torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmayan 0,04 ha (4 sot) torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 104/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-104/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2203/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 104/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2203/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(102)- 541/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2203/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Torpağın mülkiyyətə verilməsinə dair JN-31086H nömrəli, Kod 00100003 saylı Şəhadətnamənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin X2 və istismarı birliyinin xx xxx 1996-cı il tarixli 590 saylı Qərarı ilə Binəqədi bağ massivində yerləşən 536a saylı bağ sahəsi xx xxx 2006-cı il tarixdə İddiaçı və onun ailə üzvləri X3, X11 və X7 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ümumi sahəsi 0,159 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 536A saylı bağ sahəsi üzərində İddiaçı, X3, X4 və X11 paylı mülkiyyət hüququ xx.xx.2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 773 nömrəli reyestr kitabının 73232 nömrəli vərəqində qeydiyyata alınmışdır. - cavabdeh tərəfindən İddiaçı ünvanlanmış **********70 saylı, xx.xx.2018-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, Binəqədi bağ massivində yerləşən 536a nömrəli 0,06 hektar bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə JN31086H nömrəli, Kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında 536A nömrəli bağ sahəsi (0,06 hektar) və mülkiyyətində olan Novxanı kəndi, 537 nömrəli torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən 0,099 hektar torpaq sahəsi birləşdirilərək 0,159 hektar ölçüdə 536A nömrəli bağ sahəsi kimi paylı mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. - cavabdeh tərəfindən **********58 saylı, xx.xx.2018-ci il tarixli məktubla həmin sənədlərin surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş 28/09 saylı, xx.xx.1996-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyinin direktoru ilə İddiaçı arasında Novxanı kəndində yerləşən ümumi sahəsi 0,10 hektar torpaq sahəsi olan 536 a saylı bağ sahəsi xx xxx 2006-cı il tarixədək iddiaçının icarəsinə verilmişdir. Həmin məktuba əlavə olunmuş 28/09 saylı, xx.xx.2006-cı il tarixli Novxanı ərazisindəki 536a saylı bağın istifadəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyinin direktoru ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən 0,10 hektar torpaq sahəsi olan 536a saylı bağ sahəsi xx xxxxx 2016-cı il tarixədək istifadəsinə verilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ərazisində yerləşən ümumilikdə 0,10 hektar torpaq sahəsi olan 536a saylı bağ sahəsi keçmiş Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə bağlanmış icarə müqavilələrinə əsasən xx.xx.1996-cı il tarixdən iddiaçının icarəsinə verilmişdir. Bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış müqavilə hazırda cavabdeh İdarənin arxivində mövcuddur. Həmin müqavilə əsasında Novxanı ərazisində yerləşən 536a saylı bağ sahəsinin 0,06 hektar torpaq sahəsinə dair İddiaçı, X8, X14 və X7 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş JN31086H Kod 00100003 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin yerdə qalan 0,04 hektar torpaq sahəsinin bu günədək qeydiyyatı aparılmamışdır. Belə ki, həmin şəhadətnamə əsasında 536a nömrəli bağ sahəsinin mülkiyyət hüququ qeydə alınmış 0,06 hektar hissəsi iddiaçıların mülkiyyətində olan 0,099 hektar sahəsi olan 537 nömrəli torpaq sahəsinə birləşdirilərək 0,159 hektar ölçüdə 536A nömrəli bağ sahəsi kimi paylı mülkiyyət hüququ üzrə iddiaçıların adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. İddiaçı 536a nömrəli bağ sahəsinin bu günədək qeydiyyata alınmamış 0,04 hektar sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh Binəqədi bağ massivində yerləşən 536a nömrəli bağ sahəsinin faktiki istifadədə olan 0,06 hektar hissəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə JN-31086H nömrəli, Kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyindən, həmin şəhadətnamə əsasında 536a nömrəli bağ sahəsinin faktiki istifadədə olan 0,06 hektar hissəsinin qeydiyyata alındığını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********91 saylı məktubunda göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 536a saylı bağ sahəsinin (0,10 hektar) icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 28109 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Həmin müqavilə əsasında Novxanı ərazisində yerləşən 536a saylı bağ sahəsinin vətəndaşın faktiki istifadəsində olan 0,06 hektar torpaq sahəsinə dair İddiaçı, X8, X14 və X7 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş JN-31086H Kod 00100003 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən təkrar verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********05 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ərazisində yerləşən 536a saylı bağ sahəsinin yerdə qalan 0,04 hektar hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat və sənəd aşkar olunmamışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişaf və İstismarı Birliyi ilə aralarında bağlanmış 1996cı il tarixli və 2006- cı il tarixli icarə müqavilələrinə əsasən Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi 0,10 hektar torpaq sahəsi olan 536 a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilsə də, həmin torpaq sahəsinin 0,06 hektar hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququ qeydə alınmış, yerdə qalan 0,04 hektar hissəsi isə bu günədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar paylı mülkiyyət hüquququ ilə onlara məxsus olan 536 a nömrəli torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmayan 0,04 ha (4 sot) hissəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə tələbində haqlıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 104/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Tofiq Səmədov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1331/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1331/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver