Məhkəmə qərarları › İş №2-1(103)-1331/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1331/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1331/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-1(112)-7309/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial ÖdənişlərinTəyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı (xx.xx.1933, AA*******, fin xxxxxxx) ümumi əmək, təhsil və hərbi stajına uyğun olaraq yığılmış stajına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin olunandan hazırkı tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək veteranı olmaqla ona təyin olunmalı olan, amma düzgün təyin olunmayan pensiyanın düzgün təyin olunması və verilməyən pensiyanın qalıq məbləğini (600.000 azn) birdəfəlik müavinat kimi almasına kömək edilməsini xahiş etmişdir. O, Dövlət Neft Şirkətində baş mühəndisin müavini, şöbə müdirinin müavini, neft mühəndisi işləmişdir. Onun maaşına uyğun pensiyası azı 2.000- 3.000 manat təyin olunmalı idi. Pensiyaya təxmini 1988-1999 tarix aralığında çıxmışdır. Pensiya stajı isə 40 ildən çoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla ona təyin edilmiş yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin qərarı qanuni və əsaslı olduğundan iddiaçı X3 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.1993-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” X1 7-ci maddəsi tətbiq edilməklə iddiaçının əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ölən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının müraciəti ilə əlaqədar onun əmək pensiyası Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli qərarı ilə yenidən hesablanaraq müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixdən 256,11 manat müəyyən edilmişdir. Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixdən) hesablanmış fərq məbləği iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Fərdi hesabın yığım hissəsi sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Qeyd olunanlara əsasən iddiaçının fərdi hesabın yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiya sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü yarımbəndinə uyğun olaraq, Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixinədək) sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 51 il 8 ay 1 gün sığorta stajına (xx.xx.1950-ci il tarixdən xx.xx.1955-ci il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) uyğun olaraq, xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində 8783,33 manat məbləğində pensiya kapitalı qeydə alınmışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (8783,33 manat) indeksləşdirilərək xx.xx.2018-ci il tarixi üçün 36879,84 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Burada SH=36879,84:144=256,11 manat. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 370,95 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 425,48 manata çatdırılmışdır. İddia tələbindən görünür ki, İddiaçı ona ödənilməmiş pensiya məbləğinin 1993-cü il tarixdən birdəfəlik ödənilməsini xahiş edir. Lakin Qanunun tələblərinə müvafiq olaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Göstərilənlərə görə, İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə Qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-7309/2023 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-1(112)-7309/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1933-cü il təvəllüdlü olmaqla ona xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının diplom, hərbi xidməti və əmək kitabçası qeydləri nəzərə alınmaqla ümumilikdə iş stajı 51 il 8 ay 1 gün olmuşdur. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-139447/2023 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən və inzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nəsimi şöbəsinin 412567 nömrəli Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli qərarla xx.xx.1993-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. -İddiaçıya aid pensiya təyinatına əsas verən sığorta stajının hesablanması cədvəlindən görünür ki, İddiaçı xx.xx.1992-ci ilədək 41 il, 2 ay, 13 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 10 il, 5 ay, 18 gün, cəmi 51 il, 8 ay, 1 gün ümumi sığorta stajı vardır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə X10 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli Qərardan görünür ki, iddiaçının hazırkı pensiya məbləği 354 manat 29 qəpikdir. Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2022, müddətsiz. Yenidən hesablanmış məbləğ 354 manat 29 qəpik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-2117758/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarı ilə müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixindən 51 il 8 ay 1 gün əmək stajına uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı diplomunun surətinə əsasən xx.xx.1950-ci il tarixindən xx.xx.1955-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1955-ci il tarixindən xx.xx.1963-cü il tarixinədək, xx.xx.1963-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 51 il 8 ay 1 gün sığorta stajı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən iddiaçının 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanmışdır: (51 il + 8 ay /12 ay) x 1,94=100,22 manat. Pensiyanın sığorta hissəsinin xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 354,85 manat təşkil edir: xx.xx.2011- 85 (baza hissə)+100,22=185,22 xx.xx.2012- 85 (baza hissə)+(100,22+100,22x7,9%)=193,13 xx.xx.2013- 85 (baza hissə)+(108,13+108,13x1,1%)=194,31 xx.xx.2014- 100 (baza hissə)+(109,31 + 109,31x2,4%)=211,94 xx.xx.2015- 100 (baza hissə)+(111,94+111,94x1,4%)=213,50 xx.xx.2016- 100 (baza hissə)+(113,50+113,50x4,0%)=218,04 xx.xx.2017- 110 (baza hissə)+(118,04+118,04x12,4%)=242,67 xx.xx.2018 - 242,67+242,67x5,7%=256,50 xx.xx.2019 - 256,50+256,50x3%=264,20 xx.xx.2020 - 264,20+264,20x16,6%=308,06 xx.xx.2021 - 308,06+308,06x11,4%=343,18 xx.xx.2022 - 343,18+343,18x3,4%=354,85 Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1- dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 371,10 manat müəyyən edilib: 354,85 + (200/12) = 371,10 manat. Qanunun 29.1ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 425,48 manata çatdırılmışdır: xx.xx.2023-371,10 + 371,10 x 14,7% = 425,48 manat. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-235080/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1993-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarı ilə müraciətdən əvvəlki üç il üçün olmaqla xx.xx.2018-ci il tarixindən 51 il 8 ay 1 gün əmək stajına uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı diplomunun surətinə əsasən xx.xx.1950-ci il tarixindən xx.xx.1955-ci il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1955-ci il tarixindən xx.xx.1963-cü il tarixinədək, xx.xx.1963-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 51 il 8 ay 1 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən iddiaçının 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanmışdır: (51 il+8ay/12ay)x1,94=100,22 manat. Pensiyanın sığorta hissəsinin xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 354,85 manat təşkil edir: Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği 371,10 manat müəyyən edilib: 354,85 + (200/12) = 371,10 manat. Qanunun 29.1ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyasının məbləği indeksləşdirilərək 425,48 manata çatdırılmışdır: xx.xx.2023 - 371,10 + 371,10 x 14,7% = 425,48 manat. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda. -17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. -23-cü maddəsinə əsasən işləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr nəzərə alınmadan 50 faiz məbləğində ödənilir. -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. İddiaçıya aid pensiya işindən görünür ki, ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.1993-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya həmin vaxt təqdim etdiyi 1991-1993-cü illərin orta aylıq əmək haqqı məbləği əsasında hesablanmışdır. Belə ki, X6 İstehsalat Birliyinin 1993-cü il oktyabr ayında təqdim etdiyi əmək haqqı cədvəllərinə əsasən 24 ay üçün yəni 1991-ci ilin 3 ayı, 1992-ci ilin 12 ayı, 1993-cü ilin 9 ayının orta aylıq əmək haqqı (1991-ci ilin oktyabrından- 1993-cü ilin sentyabrına qədər olan dövr) 76816,67 manat təşkil etmişdir. Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının 1993-cü ilə iş stajı 43 il olmaqla tələb olunan 25 il staja uyğun 60%+ 25 ildən artıq 18 il üçün 36% olmaqla cəmi orta əmək haqqına yol verilən həddə-85% faiz tətbiq edilmişdir. Həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinin tələbinə əsasən pensiya məbləğinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan məbləğdə yol verildiyindən həmin vaxt minimum əmək pensiyasının 3 qat məbləği 50.000 manat təşkil etmişdir. İddiaçının son 24 ay üçün orta aylıq əmək haqqı 76.816,67 manat təşkil etdiyindən ona pensiya maksimum 50.000 manat əmək haqqından hesablanmışdır. Bundan əlavə, Qanunun 23-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçı işləməkdə davam etdiyindən ona təyin olunmuş pensiyanın 50% məbləğində pensiya hesablanaraq ödənilmişdir. İddiaçı işləməkdə davam edən pensiyaçı kimi əmək haqqısı yüksək olduğundan sonrakı illərdə də illik inflyasiya faizlərinə nisbətdə orta əmək haqqının məbləği artmaqda davam etmiş, lakin yenə də Qanunun 78-ci maddəsinin tələbi respublika üzrə qoyulmuş həddi keçməməklə orta əmək haqqından hesablanmanı tələb etdiyindən iddiaçıya yalnız yol verilən maksimal həddə əmək haqqından hesablanaraq ödənilmişdir. Belə ki, 1997-ci ildə respublika üzrə minimum orta əmək haqqının 3 misli 90.000, 2001-ci ildə 180.000, xx.xx.2003-cü ildə 255.000 manat olduğundan iddiaçının aldığı orta aylıq əmək haqqının məbləği qeyd edilən 3 misli keçdiyindən ona yenə də maksimal tələb olunan həddə əmək haqqından pensiya hesablanaraq ödənilmişdir. İddiaçı 2000-ci ildə işdən çıxmış, bu zaman onun pensiyası son 24 ayın əmək haqqı əsas götürülməklə yenidən hesablanmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 86-cı maddəsinə əsasən pensiya təyin edildikdən sonra azı 24 ay işləmiş və pensiyanın hesablanması üçün əsas götürülmüş gəlirdən daha yüksək gəlir əldə etmiş pensiyaçıların pensiyalarının məbləği onların ərizələrinə əsasən həmin müddətdə ardıcıl gələn 24 ayın gəliri əsasında müəyyən edilir. Pensiyanın hər növbəti hesablanması pensiyaçı əvvəlki hesablamadan sonra azı 24 ay işlədikdə aparıla bilər. Pensiya təyin edildikdən sonra azı 24 ay işləmiş və sonradan işdən azad edilmiş pensiyaçıların pensiyası son ardıcıl 24 ayın gəliri üzrə hesablanmasına əsas verirdi. Qeyd edilən 86-cı maddə 26 iyun 1997-ci il tarixli 358-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarıldığından, iddiaçının isə işdən çıxdığı 2000-ci ilə təsadüf etdiyindən onun qeyd edilən maddənin tələbi əsasında son 24 ayın gəliri (1998- 2000-ci illər) götürülməklə daha yüksək gəlirə görə pensiyaların yenidən hesablanmasını tələb etməyə hüquqi əsası aradan qalxmışdır. Yalnız xx.xx.2006-cı il tarixdən qüvvəyə minən yeni qanunla- “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində işləyən əmək pensiyaçılarının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldıldığı qeyd edilmişdir. Pensiyaya çıxmış, lakin işləməkdə davam edən əmək pensiyaçılarının xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək pensiyaya çıxdığı halda onların işdən çıxdıqları son 24 ayın əmək haqqısı əsasında pensiya məbləğinin hesablanması qanunla nəzərdə tutulmamışdır. Qeyd edilən məhdudiyyət yalnız xx.xx.2006-cı il tarixdə ƏPQ-nun qəbul edilməsi ilə aradan qalxmış, nəticə etibarı ilə iddiaçıya 1993-cü ildə təyin edilmiş pensiyanın əmək haqqısının son 24 ayından hesablanmış məbləği ölkə üzrə minimum əmək haqqının artması ilə əlaqədar artırılmaqla ödənilmişdir. İddiaçı işləməyən əmək pensiyaçısı olduğundan ona hesablanmış əmək pensiyası artıq 50%-lə deyil, 100% olaraq pensiya təyin edən orqan tərəfindən ödənilmişdir. İddiaçının əmək haqqısı xx.xx.2003-cü il tarixə indeksləşdirildikdən sonra 521620 manat təşkil etmiş və həmin tarixdən 255000 manat orta aylıq əmək haqqına əsasən (minimum əmək haqqının 3 misli- 85000 x 3=255000 manat), 255000 x 85 % (pensiya faizi)= 216750+11000 (işləməyənlər üçün müavinət)= 227750 manatdan hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixə olan redaksiyasında: - 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 26.4-cü maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir.

1. Qeyd olunanlar nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq iddiaçının pensiyasının baza hissəsi müvafiq artımlara uyun olaraq artırılmış, xx.xx.2010-cu il tarixdən isə 85 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixə iddiaçıya BH 25 manat+SH 20.55= 45.55 manat, xx.xx.2006-cı il tarixə BH 30 manat+SH 20.55= 50.55 manat, xx.xx.2006-cı il tarixə BH 35 manat+SH 20.55= 55.55 manat, xx.xx.2007-ci il tarixə BH 40 manat+SH 22.26= 62.26 manat, xx.xx.2007-ci il tarixə BH 50 manat+SH 22.26= 72.26 manat müəyyən edilmiş, xx.xx.2008ci il tarixə BH 60+SH 25.98=85,98 manat hesablanmışdır. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Qanunu ilə edilmiş və xx.xx.2008-ci il tarixdən qüvvəyə minmiş ƏPQ-nun 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Başqa sözlə, Qanuna edilmiş 26.2-ci maddəsi ilə xx.xx.2008-ci il tarixdən etibarən xx.xx.2006-cı il tarixədək pensiya təyin edilmiş şəxslərin də pensiya hesablanması zamanı orta aylıq əmək haqqının üçqat məbləğində olan məhdudiyyət aradan qalxmışdır. Bununla əlaqədar iddiaçının xx.xx.2008-ci il tarixdən orta əmək haqqına məhdudiyyət qoyulmadan pensiyası yenidən hesablanmış, bu zaman ona əvvəlki pensiyanın qalan 50%-i də əlavə edilməklə ödənilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixdən ƏPQ-nun 26.2-ci maddəsinə əsasən əmək haqqı məhdudiyyəti ləğv edildiyindən pensiyası 104,32 manat olaraq (orta aylıq əmək haqqına əsasən (521620 / 5000) hesablanmışdır. Bu zaman 104.32 manatdan iddiaçıya ödənilmiş 51 manat çıxıldıqdan sonra qalan, məhdudiyyətlə əlaqədar ödənilməyən 53.32 manatın 85%-i, yəni 45,32 manatı ödənilmiş sığorta hissənin, yəni 25,98 manatın üzərinə, eləcə də BH-60 manata əlavə edilməklə, cəmi 131.30 manat məbləğində pensiyaya çatdırılmışdır. 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Qanunu ilə ƏPQ-nuna edilmiş dəyişikliyə əsasən: -27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. -27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. -27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Artıq yeni qanunla xx.xx.2006-cı il tarixədək orta əmək haqqı əsasında pensiya təyin edilmiş şəxslərin həm də həmin tarixədək sığorta stajları nəzərə alınmaqla pensiyalarının yenidən hesablanmasını tələb etmək hüquqları yaranmışdır. İddiaçıya münasibətdə onun orta əmək haqqı əsasında hesablanması ilə əlaqədar olaraq nəzərə alınmayan həm də 1993-cü ildən 2006-cı ilədək stajı da nəzərə alınmaqla pensiyasının hesablanması mümkün olmuşdur. Eyni zamanda Qanunun tələbinə əsasən yenidən hesablanması zamanı orta əmək haqqı əsasında hesablanmış pensiya məbləği ilə staja görə hesablanmış pensiya məbləği arasında fərq yarandığı halda daha yüksək məbləğdə olan pensiyanın təyin edilməsi təsbit olunmuşdur. Qanunun qeyd edilən tələbinə uyğun olaraq iddiaçının pensiyası iş stajına görə (49 il 04 ay) xx.xx.2011-ci il tarixdən pensiya yenidən hesablanmış, bu zaman pensiyasının baza hissəsindən əlavə, iddiaçının pensiyasının sığorta hissəsi iş stajına uyğun olaraq hər il üçün 1,94 manat, natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 95.77 manat olaraq müəyyən edilmişdir. Nəticədə xx.xx.2011-ci ilə iddiaçının pensiyası BH-85 manat + sığorta hissə 95.77 manat olmaqla, cəmi 180.77 manata çatdırılmışdır. İddiaçının Qanunun 27-ci maddəsi əsasında sığorta stajına görə hesablanmış pensiyasının məbləği orta əmək haqqına əsasən hesablanmış pensiya məbləğindən daha çox olduğundan ona sığorta stajına uyğun olaraq pensiya hesablanaraq ödənilmişdir. Sonrakı illərdə xx.xx.2012-ci ildə BH-85 manat+ sığorta hissə 103.34 manat olmaqla cəmi 188.34 manat, xx.xx.2013-cü ildə BH-85 manat+ sığorta hissə 104.48 manat, cəmi 189.48, xx.xx.2013-cü il tarixdə BH-100 manat+ sığorta hissə 104.48 manat, cəmi 204,48 manat, xx.xx.2014-cü il tarixdə BH-100 manat+ sığorta hissə 106.98 manat, cəmi 206,98 manat, xx.xx.2015-ci il tarixdə BH-100 manat+ sığorta hissə 108.47 manat, cəmi 208,47 manat, xx.xx.2016-cı il tarixdə BH-100 manat+ sığorta hissə 112.80 manat, cəmi 212,80 manat, xx.xx.2016-cı il tarixdə BH-110 manat+ sığorta hissə 112.80 manat, cəmi 222,80 manat, xx.xx.2017-ci il tarixdə BH-110 manat+ sığorta hissə 127.78 manat, cəmi 236,78 manat olmaqla əmək pensiyası hesablanmış və ödənilmişdir. 1 iyul 2017-ci il tarixindən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29-cu maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti zamanı həm də xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-dəki əmək fəaliyyətinə dair sənədi təqdim etdiyindən həmin dövr də daxil olmaqla xx.xx.2006-cı il tarixədək cəmi 51 il 8 ay sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi stajına uyğun olaraq yenidən hesablanmış ((51 il+ 8ay / 12ay) x 1,94=100,22 manat) və ƏPQ-nun 32.1-1-ci maddəsinə əsasən əvvəlki 3il - xx.xx.2018-ci il tarixdən hesablanaraq fərq məbləği ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2018-ci ilin yanvarın 1-dən 5,7% olmaqla 256,50 manat, 2019-ci ilin yanvarın 1-dən 3% artım tətbiq edilərək 264,20 manat, xx.xx.2020-ci il tarixdən 16,6% olmaqla 308,06 manat, xx.xx.2021-ci il tarixdən 11,4% olmaqla 343,18 manat, xx.xx.2022-ci il tarixdən 3,4% olmaqla 354,85 manat, xx.xx.2023-cü il tarixindən 14,7% olmaqla 425,48 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunverciliyə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-1(112)-7309/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar