Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1331/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
2. İddiaçının müraciətindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən 29 yanvar 2024-cü il tarixli 3-17-1/2-Ə19942/2024 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla imtina edilmişdir.
3. İddiaçının adına açılmış əmək kitabçasının notarial qaydada tərcümə və təsiq edilmiş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: - xx.xx.1974-xx.xx.1975-cü il tarixlərdə çilingər-təsisatçı; - xx.xx.1975-xx.xx.1976-cı il tarixlərdə çilingər-təsisatçı; - xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet ordusunda xidmət; - xx.xx.1978-xx.xx.1987-ci il tarixlərdə çilingər-təsisatçı, çilingər; - xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə çilingər; - xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə mühəndis; - xx.xx.1991-xx.xx.1994-cü il tarixlərdə çilingər; - xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə çilingər; - xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə çilingər işləmişdir.
4. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********138600 nömrəli cavab məktubuna əsasən dövlət reyestrində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Santexnik işləri üzrə 12 nömrəi İTİ” adlı hüquqi şəxsin dövlət qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir.
5. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 3-21-3/2- 6417/2024 nömrəli məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2005-ci il tarixdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə keçirilmiş hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxiv sənədlərində iddiaçının adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur.
6. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli məktubuna əsasən sorğuda qeyd olnan vətəndaş İddiaçı 1995-2001-ci illərdə işlədiyi Santexnk işləri üzrə 12 nömrəli İTİnin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
7. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək haqqı arayışından görünür ki, iddiaçı 1975-ci ilin dekabr, 1976-cı ilin yanvar, fevral, mart, aprel, 1978-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 1979-cu il (may ayı istisna olmaqla), 1980, 1981 və 1982-ci illərdə əmək haqqı almışdır
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə pensiya hüququnun yarandığı, yəni 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona yaşa görə pensiya hüququnun yarandığı, yəni 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına nəzər yetirdikdə görünür ki, o, xx.xx.1974xx.xx.1975-ci ilədək BQSM 12 saylı trestində 2-ci dərəcəli çilingər-təsisatçı kimi, xx.xx.1975-ci ildən xx.xx.1976-ci ilədək SSU 11 tresti “KQSM” QKS 2-ci dərəcəli çilingərtəsisatçı kimi, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda hərbi qulluqçu kimi, xx.xx.1978-xx.xx.1980-ci ilədək SSU 11 tresti “KETEM” QİCS-də 2-ci dərəcəli çilingər təsisatçı kimi, xx.xx.1980-xx.xx.1982-ci ilədək həmin müəssisədə 3-cü dərəcəli çilingər kimi, xx.xx.1982-ci-xx.xx.1985-ci ilədək həmin müəssisədə 4-cü dərəcəli çilingər-təsisatçı kimi, həmin müəssisədə xx.xx.1985-xx.xx.1986-cı ilədək 5-ci dərəcəli çilingər-təsisatşı kimi, xx.xx.1986-xx.xx.1987-ci ilədək həmin müəsisədə tikintisi ustası kimi işləmişdir. xx.xx.1987- xx.xx.1988-ci ilədək Azərbaycan Mühəndislik-tikinti institutu nəzdində X1 Təmi Tikinti sahəsində 5-ci dərəcəli çilingər kimi, xx.xx.1988-xx.xx.1991-ci ilədək X3 və İstismarı üzrə Birliyin texniki invertarlaşma şöbəsinə 2-ci dərəcəli mühəndis kimi, 01.10.91-xx.xx.1994-cü ilədək “Bərpaçı” Baş idarəsinin tabeliyində olan X7 idarəsində 5-ci dərəcəli çilingir kimi, xx.xx.1994-xx.xx.1994-cü ilədək Xüsusi Elmi- İstehsalat idarəsi “Bərpaçı” no. 14 müəssisəsində 5-ci dərəcəli çilingir kimi, xx.xx.1995xx.xx.2001-ci ilədək İ2. nömrəli İTİ-si BSTEQ trestində 4-cü dərəcəli çilingər kimi işləyərək onun ümumi iş stajı 25 ildən çox təşkil edir və buna görə də onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçı hesab edir ki, qanunvericiliyin tələb etdiyi 25 ildən çox ümumi iş stajı ona 65 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı onun tərəfindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh xx.xx.2024- cü il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərin surətlərinə əsasən 19 il 9 ay gün təşkil edir, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda sözügedən dövr üzrə əmək fəaaliyyətini təsdiq edən zəruri sənədləri təqdim etməklə məsələyə yenidən baxılacaqdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının inzibati orqana təqdim etdiyi sənədlər əsas götürülməli, sənədlərin mötəbərliyində şübhələr olduqda inzibati orqan müəyyən sorğular verməlidir. Eləcə də inzibati orqan tərəfindən verilmiş sorğuların cavabı əsasında iddiaçının sosial sığorta stajı ümumi sosial sığorta stajına əlavə edilərək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı yenidən hesablanmalıdır. Bu səbəbdən də hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsinə etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan 29.01,2024-cü il tarixli 3- 17-1/2- Ə-19942/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 9 ay 19 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma haqqında qeydin tarixi ilə əmrin tarixində uyğunsuzluq var) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı vəziyyətdə iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlər iddiaçı Ə.Əhmədovun ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 19 il 09 ay 19 gün təşkil etmiş, cavabdeh tərəfindən sonuncu mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olmaqla) 6 il 06 gün təşkil etməklə, ümumilikdə iddiaçının 25 il 09 ay 25 gün əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.
27. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir.
38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşdan yaşa görə pensiya hüququnun yaranması üçün göstərilən iki şərtdən biri mövcud olmalıdır:
1. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;
2. Azı 25 il sığorta stajı olduqda;
39. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır.
40. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçıya 19 il, 09 ay, 19 gün əmək stajı hesablamaqla onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (06 il, 06 gün) olan müddəti sığorta stajına daxil etməmişdir. İmtinanın əsası kimi xx.xx.1995-ci il tarixindən xx.xx.2001ci il tarixinədək olan dövrlərdə əmək kitabçasında işə daxil olma haqqında qeydin tarixi ilə əmrin tarixində uyğunsuzluq olmuşdur. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.
41. Məhkəmə apellyasiya şikayətinin iddiaçının işlədiyi müəssisənin mövcudluğuna diar dəlilinə münasibətdə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********138600 nömrəli cavab məktubuna əsasən dövlət reyestrində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Santexnik işləri üzrə 12 nömrəi İTİ” adlı hüquqi şəxsin dövlət qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir.
42. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 3-21-3/2- 6417/2024 nömrəli məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2005-ci il tarixdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə keçirilmiş hərracın qalibi tərəfindən özəlləşdirilmişdir.
43. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli məktubuna əsasən sorğuda qeyd olnan vətəndaş İddiaçı 1995-2001-ci illərdə işlədiyi Santexnik işləri üzrə 12 nömrəli İTİ-nin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
44. Belə ki, iddiaçının Bakı Şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində 4-cü dərəcəli çilingər vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və sənədlərin arxivdə olmaması onun təqsirinə yozaraq hüquqlarını məhdudlaşdıra bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
45. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
46. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
47. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
48. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.
49. Bu əsasla iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsindəki 06 il, 06 gün əmək fəaliyyəti onun iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının qeyd olunan dövrlərdə Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində əmək fəaliyyəti göstərməsi barədə müvafiq qeyd əmək kitabçasında öz əksini tapmışdır. 50.Göründüyü kimi, 24 aprel 2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan da müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti İdarəsinin “Bakısantexelektrikquraşdırma” Trestinin ünvan 1 ünvanında yerləşən 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi xx.xx.2005-ci ilədək mövcud olmuşdur.
51. Həmçinin, kollegiya apellyasiya şikayətinin əmək kitabçasının doldurulma qaydasının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasının iş stajına daxil edilməsinin yolverilməzliyini müəyyən edən müddəa qanunvericilikdə təsbit edilməmişdir.
52. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır.
53. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir.
54. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. 55.Cavabdehin apellyasiya şikayətinin dəlili olan əmək kitabçasında olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək qeydlərdə iş daxilolma haqqında qeydin tarixi ilə mərin tarixində uyğunsuzluq ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasına nəzər yetirilərkən (iş səhifə 60/əmək kitabçası 24 və 25 nömrəli qeydlər) qeyd edilən tarixlərin yalnız ardıcıllığının düzgün göstərilmədiyi və işə daxil olma və işdən çıxma tarixlərinin əmrlərinin tarixi ilə eyni olduğu (eyni rəqəmlər) müəyyən olunur. Beləliklə də, cavabdehin göstərilən dəlili əsasızdır, pensiya təyinatından imtinası bəhanə xarakter daşıyır.
56. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
57. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1995- xx.xx.2001-ci illər üzrə nəzərə alınmayan 06 il 06 gün ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 09 ay 19 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq ümumi sosial sığorta stajı yığmağa kifayət edir (19 il 09 ay 19 gün + 06 il 06 gün = 25 il 09 ay 25 gün).
58. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
59. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.