Məhkəmə qərarları › İş №2-1(103)-1332/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1332/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1332/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi və vəkili X8, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Azərbaycan X7 Təşkilatları» İctimai Birliyinin Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX-nin 1s. Bakı Əİ) qarşı «əmlak kompleksinin qeydə alınaraq reyestrdən çıxarışın verilməsi haqqında» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3885/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı «Azərbaycan X7 Təşkilatları» İctimai Birliyi cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «Azərbaycan X7 Təşkilatları» İctimai Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69«D» ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək «Azərbaycan X7 Təşkilatları» İctimai Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69«D» ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan X7 X3raq 1982-ci ildən balanslarında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69«D» ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Cavabdehin əməkdaşları tərəfindən həmin qeyd olunan əmlak kompleksinə xx.xx.2014-cü il tarixə texniki pasport verilmişdir. Cavabdeh onlara xx.xx.2018-ci il tarixdə əsassız olaraq cavab məktubu göndərmişdir. Qeyd olunan həmin əmlak kompleksi 1982-ci il tarixdən onların təşkilatının balansındadır. Bu göstərilən faktı təsdiq edən arxiv arayışları, icraiyyə komitəsinin qərarı, protokoldan çıxarış, həmçinin 1982-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Həmin sənədlərin əsillərini xx xxxx 2018-ci il tarixdə yenidən müraciət edərək ərizəsinə əlavə etmişlər. Bundan əlavə məsələnin tam hərtərəfli və obyektiv araşdırılması üçün səlahiyyətli nümayəndəsi xx xxxx 2018-ci il tarixdə rəsi müavinin qəbuluna yazılsa da, rəis müavini onu qəbul etməmişdir. Səlahiyyətli nümayəndələri məcbur olub yenidən xx xxxx 2018-ci il tarixdə yenidən rəis müavininin qəbuluna yazılmışdır. Buna baxmayaraq cavabdeh yenə də xx xxxxxx 2018-ci il tarixdə həmin məzmunda imtina məktubu vermişdir. Cavabdehin cavab məktubunda göstərilən qanunvericilik normaları qeyd olunan əmlak kompleksinə şamil edilmir, bundan əlavə həmin əmlak kompleksinə texniki pasport tərtib edildiyi təqdirdə çıxarışın verilməməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsidə baxılarkən, cavabdehin nümayəndəsi iddiaya qarşı məhkəməyə «Etiraz» təqdim edərək, bildirmişdirki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusunun təqdim edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, **********23 saylı, xx.xx.2018-ci il tarixli, **********26 saylı cavab məktubları ünvanlanmışdır. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2- 1(81)3885/2018 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, iddiaçının balansında olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69«D» ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2- 1(103)-660/19 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(102)-1998/19 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alaınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi hüquq, mübahisə predmeti olan əmlak üzərində daimi istifadə hüququdur. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hüququn mövcud olduğu, üzərində daimi istifadə hüququnun qeydə alınması tələb edilən əmlakın hələ Azərbaycan Respublikası müstəqillik əldə etməzdən əvvəl iddiaçının balansında olması ilə təsdiq olunur. İddiaçı da əmlak üzərində mövcud olan istifadə hüququnun müvafiq reyestrdə qeydə alınmasını arzulamışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2183/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından da iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-392/2020 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2183/2019 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qərarında qeyd olunmuşdur ki, «...Azərbaycan RespublikasıİnzibatiProsessualMəcəlləsinin 12.1, 12.2, 58.7, 82 və 81.3-cü maddələrində əks olunan normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 97-ci və 98-ci maddəsi ilə müəyyən olunan normalara istinadla qeyd etmişdir ki, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatların mülkiyyəti və onun obyektləri tərkibində «əmlak kompleksi» nəzərdə tutulmamışdır. Bununla yanaşı, 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunun 3, 4, 14 və 17-ci maddələri ilə nəzərdə tutulmuşdur ki, ictimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr və nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər. Göründüyü kimi, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə bərabər, 1991-ci ildə - yeni iqtisadi münasibətlərin formalaşdığı dövrün tələblərinə uyğun olaraq qəbul edilmiş, mülki qanunvericiliyin tərkib hissəsi olan «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunun müddəalarında mülkiyyət hüququnun obyektlərinin dairəsi genişləndirilmiş (o cümlədən, torpaq, əmlak kompleksləri, mədəni və başqa təyinatlı digər əmlak və s.), kollektiv mülkiyyətin dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlməsi təsbit olunmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əşya hüquqlarının əmələ gəlmə əsaslarını işin digər halları ilə yanaşı, həm də yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla tədqiq etməli idi». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi X5 iddia ərizəsinəqarhıverilmiş«Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədənxahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsinə uyğun izahat vermiş, apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3885/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Oktyabr rayon Xalq Deputatları SovetiİKnin 11 saylı, xx xxxxxx 1982-ci il tarixli qərarıilə Bakı şəhəri Oktyabr rayonu (hazırda Yasamal rayonu), Şərifzadə küçəsi, 7-ci Alatava döngəsində tikilən idman kompleksinin "Məhsul" idman cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. İş materiallarındaolan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin xx xxxxxx 1998-ci il tarixli qərarından çıxarışdan görününür ki, "Məhsul" İdman Cəmiyyəti Azərbaycan Həmkarlar İttifaqları X4nın strukturuna daxil olmaqla, onun təşkilatlarından biridir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən "Azərbaycan Həmkarlar İttifaqları X4»nın adına tərtib edilərək verilmiş, inventarnömrəsi 11/412, reyestrnömrəsi **********39-12101 olan, xx.xx.2014-cü il tarixli «Texniki Rasport»un cavabdehtərəfindəntəsdiqolunansurətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 69«D» ünvanında yerləşən əmlak kompleksi kimi müəsissənin balans saxlayıcısı, eyni zamanda istifadəçisi "Azərbaycan Həmkarlar İttifaqları X4"dır. Qeydolunmalıdırki, işmateriallarındanmüəyyənolunurki, Azərbaycan X7Təşkilatları Assosiasiyası 1993-cü ildə yaranmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 440 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Təşkilatın Nizamnaməsinə əlavə və dəyişiklik edilərək 2-ci redaksiyada təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş və xx xxxxxx 2014-cü il tarixdə təsdiq olunmuş, qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Azərbaycan X7 Təşkilatları" İctimai Birliyi adı ilə qeydiyyatdan keçmişdir. Həmçinin Ədliyyə Nazirliyi tərəfindəniddiaçı "Azərbaycan X7 Təşkilatları" İctimai Birliyininadına xx xxxxxx 2014-cü il tarixdəverilmiş «QeyrikommersiyaQurumlarınınvəTəhsilmüəssisələrininDövlətReyestrindənÇıxarış»da (i.v. 130) və «Qeyri-kommersiyaHüquqiŞəxslərinDövlətqeydiyyatıhaqqındaŞəhadətnamə»də (i.v. 131) də qeyd olunmuşdur ki, "Azərbaycan X7 Təşkilatları" İctimai Birliyi ilkinolaraq1993cü il 13 oktyabr tarixdə 440 nömrə ilə dövlət qeydiyyatına alınmış və onun Nizamnaməsində edilən dəyişikliklər 2014-cü il 13 noyabr tarixdə qeydə alınmışdır. Beləliklə, işmateriallarına əlavə olunmuş qeydiyyat sənədləri iləmüəyyənolunurki, "Azərbaycan X7 Təşkilatları" İctimai Birliyinin ilkinolaraq1993-cü il 13 oktyabr tarixdə 440 nömrə ilə dövlət qeydiyyatına alınmış, xx xxxxxx 2014-cü il tarixdə Nizamnasindədəyişikliklərinqeydə alındığı təsbit olunmuşdur. "Azərbaycan X7 Təşkilatları" X1 titul vərəqindən də müəyyənolunurki, həmin Nizamnamə 2-ci redaksiyada 2014-cü il 13 noyabr tarixdə (yəni xx.xx.2014-cü il tarixli «Texniki Rasport»un "Azərbaycan X7Təşkilatları Assosiasiyası»nın adına tərtib edildiyi 2014-cü il 15 may tarixdən sonra) qeydə alınmışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüquqi şəxsin Nizamnaməsində qismən (təşkilatın adında) dəyişiklik edilmiş, hər hansı birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində yenidən təşkil olunmamış, onun təşkilatihüquqi forması dəyişməmiş, iddiaçının Nizamnaməsinin yeni redaksiyası həmin hüquqi şəxsin 1993-cü ildə qeydə alındığı vaxtdan malik olduğu hüquqları və vəzifələri aradan qaldırmamış və ya dəyişməmiş, həmin hüquq və vəzifələr qalmaqda davam etmişdir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 69 D ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi üçün xx xxxx 2018-ci il və xx xxxx 2018-ci iltarixli ərizələr ilə cavabdehə müraciət etmişvə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********62 nömrəli, xx.xx.2018-ci il tarixli, **********23 nömrəli, xx.xx.2018-ci il tarixli imtina məktublarından müəyyən edilir ki, "Azərbaycan X7 Təşkilatları" İctimai Birliyinin ərizəsinə qeyri-yaşayış binasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusunun təqdim edilməməsinə əsaslanmaqla imtina cavabı verilmişdir. 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 97-ci maddəsinə əsasən, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər. Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyətini təşkil edən əmlak üzərində sərəncam hüququ, ancaq mülkiyyətçilərin özlərinə məxsusdur. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada), həmkarlar ittifaqı təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyəti onlara nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan əmlakdır. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 3-cü maddəsinə əsasən (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Həmin Qanunun 14-cü maddəsinin 3-cü bəndinə əsasən, kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən, hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədənimaarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər. İctimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr və nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər. 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 3-cü maddəsinə əsasən (SSR İttifaqı və Azərbaycan SSR Mülki qanunvericiliyi), SSR İttifaqının və müttəfiq respublikaların mülki qanunvericilik Əsaslarına müvafiq olaraq, bu Məcəllə və Azərbaycan SSR-in sair mülki qanunvericilik aktları həm Əsaslarda nəzərdə tutulmuş, həm də nəzərdə tutulmamış əmlak münasibətlərini və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə bərabər, 1991-ci ildə - yeni iqtisadi münasibətlərin formalaşdığı dövrün tələblərinə uyğun olaraq qəbul edilmiş, mülki qanunvericiliyin tərkib hissəsi olan "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanunun müddəalarında mülkiyyət hüququnun obyektlərinin dairəsi genişləndirilmiş (o cümlədən, torpaq, əmlak kompleksləri, mədəni və başqa təyinatlı digər əmlak və s.), kollektiv mülkiyyətin dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlməsi təsbit olunmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına tərtib edilərək verilmiş xx.xx.2014-cü il tarixli «Texniki Pasport» 2014-cü ildə tərtib olunsa da, həmin sənəddə yalnız tikilinin həmin vaxtda mövcud olan vəziyyətinin əks olunduğu qeyd edilmiş, lakin tikili və qurğuların tikildiyi il göstərilməmişdir. Bununla bərabər, məhkəməyə təqdim edilmiş, mübahisəli əmlak komplesinə dair"Məhsul" İdman Cəmiyyətininadına xx.xx.1983-cü ildə tərtib olunmuş "İdman qurğusunun Rasportu"nda (i.v. 134-140) idmanqurğularının (tikililərinin) yerləşdiyitorpaq sahəsinin 1,5 ha, tikililərin tərkibi, istismara verilmə tarixinin 1982-ciilolmasıvə pasportlaşma anına tikilivəqurğularıntexniki vəziyyətinin "kafi" olmasıqeyd edilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» ,Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfındən müvafıq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmçinin müvafiq qanunun 8.0.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş muqavilələr, vərəsəlik huququ haqqında şəhadətnamələr, mənzil sertifıkatı və qanunvericiliklə muəyyən edilmiş digər sənədlər əsas sayılır. Həmin Qanunun 9-ci maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış mübahisə ilə əlaqdər gəldiyi nəticəsi ilə razılaşır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkıişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3885/2018 saylı xx xxxxxx 2018ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar