Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1332/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Ramilovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş pensiyanın düzgün hesablanması və pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10302/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Ramilovna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiyasının 16 yanvar 2017-ci ildən 52 yaşından düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuşdur və hal-hazıra kimi 58 il 05 ay ümumi və 54 il 07 ay güzəştli iş stajı vardır. Ümumi iş stajının 49 il 10 ayı, güzəştli iş stajının isə 46 ili (xx.xx.1982 - xx.xx.1986-cı illərdə 03 il 10 ay ümumi, xx.xx.1986 - xx.xx.2005-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azal Aviasiya” şirkətində bələdçi kimi 9934 uçuş saatı olmaqla, 46 il güzəştli 01 yanvar 2006-cı ilə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin “d” bəndinə müvafiq olaraq hava gəmilərində bələdçi kimi, güzəştli şərtlərlə yaşa dörə əmək pensiya hüququ verən iş stajıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 9.3 və 9.8 maddələrinin şərtləri pozularaq 01 avqust 1997-ci ilə kimi 31 il 06 ay ümumi və 27 il 08 ay güzəştli iş stajının olmasına baxmayaraq, ona hüququnun yarandığı 16 yanvar 2015-ci ildən 50 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyinatı aparılmasından imtina edilərək 16 yanvar 2017-ci ildən 52 yaşından pensiya məbləği 307.10 manat hesablanmalı olduğu halda səhvən 238.50 manat hesablanmışdır. Ona görə də ona pensiya hesablanarkən səhvə yol verdiklərinə görə pensiyasının həmin tarixdən düzgün hesablanaraq yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi üçün ƏƏSMN tabrliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 03 iyun 2022-ci il tarixində düzgün hesablanma qaydasını da ərizəsinə əlavə edərək müraciət etməyinə baxmayaraq, inzibati orqan bu günə kimi hərəkətsizlik edərək müraciətinə heç bir cavab vermir. Ona görə də DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Pensiyasının məbləği xx.xx.2017ci ildən 307.10 manat, xx.xx.2018-ci ildən 324.60 manat, xx.xx.2019-cu ildən 334.60 manat, xx.xx.2020-ci ildən 389.84 manat, xx.xx.2021-ci ildən 434.28 manat, xx.xx.2022-ci ildən 449.05 manat hesablanmalı olduğu halda, xx.xx.2017-ci ildən 238.50 manat, xx.xx.2018-ci ildən 252.09 manat, xx.xx.2019-cu il dən 259.66 manat, xx.xx.2020-ci ildən 302.76 manat, xx.xx.2021-ci ildən 337.28 manat, xx.xx.2022-ci ildən isə 348.76 manat hesablanmışdır. Ona görə də hesab etmişdir ki, ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialı pensiyanın məbləğinin düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə 03 iyun 2022-ci il tarixli ərizəyə hərəkətsizlik edərək cavab vermədiyinə görə onun üzərinə 16 yanvar 2017-ci il ildən 52 yaşından pensiyanın düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10302/2022 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10302/2022 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)- 2526/2021 saylı qərarı ilə iddiaçının cavabdeh təşkilata qarşı, ona 50 yaşından, yəni 16 yanvar 2015ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə iddiası qismən təmin edilmiş, ona 50 yaşından, yəni 16 yanvar 2015-ci ildən yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsi və 05 oktyabr 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəsifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(103)-2278/2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(102)-404/2022 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İstinad olunan məhkəmə qərarlarından aydın olur ki, iddianın predmeti iddiaçıya təyin edilmiş güzəştli pensiyanın 52 yaşından yox 50 yaşından hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi olmuşdur. İndiki iddiasının predmeti isə 16 yanvar 2017-ci ildən, yəni 52 yaşından sonra təyin edilmiş pensiya məbləğinin az hesablandığına görə yenidən düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsidir. Yəni qüvvədə olan məhkəmə qərarlarına əsasən əvvəlki tələbdə iddiaçıya 52 yaşından deyil, 50 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsidir. İndiki iddiada isə 52 yaşından təyin edilmiş pensiyasının məbləğinin az hesablandığına görə yenidən düzgün hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsidir. Belə ki, iddiaçıya 16 yanvar 2017-ci ildən 307.50 manat əvəzinə 218.50 manat pensiya hesablanaraq, səhv hesablama növbəti artımlar zamanı da davam etmişdir. İddiasının məğzini də məhz bu təşkil edir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası İPM-nin prosesual hüquq normaları tərəflər arasındakı mübahisəyə heç bir aidiyyəti yoxdur. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarına uyğun olaraq İddiaçı Ramilovnaya təyin edilmiş əmək pensiyası xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən yenidən hesablanaraq 349,08 manatdan 379,67 manata çatdırılmışdır. Eyni zamanda, İddiaçı Ramilovnaya keçmiş dövr üzrə 1455,84 manat fərq məbləği hesablanmışdır. Həmin 1455,84 manat fərq məbləği 2022-ci ilin iyul ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək (hər ay 97,06 manat) pensiyasının (379,67 manat) üzərinə əlavə olunmaqla (379,67+97,06=476,73 manat) iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı Ramilovnanın apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10302/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2526/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə İddiaçı Ramilovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi qismən təmin edilmiş, İddiaçı Ramilovnaya 50 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 05 oktyabr 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. -117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. -119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. -119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. -120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanunazidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. -120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10302/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1332/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1332/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver