Məhkəmə qərarları › İş №2-1(103)-1333/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1333/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1333/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Nərimanov Rayon İcra Hakimiyyəti) qarşı “texniki təminat xidmətinin göstərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2008/2020 saylı qərarından 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Məmməd Araz küçəsi, ev 54 yarımçıq tiklilər siyahısında, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə 02.04.1993-cü ildə sərəncam N-li 557 dövlət komissiyası tərəfindən istismara 4 blokun qəbul edərək, yarımçıq tiklilər siyahısından çıxarılaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lift Təmir İstehsalat Birliyi”nə Məmməd Araz ev 54 İstismar Aktı olan 4 tam istismara yararlı blokların Liftlərinə xidmət göstərməsi haqda müqavilənin bağlanması, yararsız vəziyyətə düşmüş Məmməd Araz küç ev 54 binasının 4 blokuna aid olan hissənin təmir edilməsi, yarımçıq olan tikilinin tam sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Məmməd Araz (Teymur Əliyev) küçəsi ev 54 nömrəli binanın özü ətrafında olan yarımçıq tikinti sakinlər üçün narahatlıq yaradır. Binanın yanındakı yarımçıq tikintidə vaxtı ikən bir neçə özü tikmiş otaqlara köçən məcburi köçkünlərdə məskunlaşmışdırlar. Onlar oradan köçürüldülər. Binanın yan tərəfi yenədə nəzarətsiz yerdir. Bina tikilisi yarımçıq qalmış qəzalı vəziyyətli, binaya bənzəyir. Ətrafda anti sanitariya yuvası yaranmışdır. Qonşu binanın sakinləri ora məişət tullantıları atırlar. Binanın zirzəmisində qurunt sularının dolması sakinlərdə qorxu yaradır. Mənzillərin içərisinə qalxan zirzəmidə yerləşən dəmir su trubaları da artıq paslanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalam Baş İdarəsinin onlara ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, Məmməd Araz (Teymur Əliyev) küçəsi ev 54 nömrəli binanın 4 bloku təhvil verilib, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə, 02.04.1993-cü ildə (sərəncam N-li 557) dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir. İstismara qəbul edilmiş binanın 4 Bloku 19 ildir ki, təmirsiz, baxımsız, lift idarəsi tərəfindən qeydiyata alınmaması və öz şəxsi imkanlarının hesabına lift xidmətinə pull ödəyərək hal-hazırdakı yarımqəzalı vəziyyətdə xidmət etməsi və istismara verilmə və liftlər idarəsi ilə müqavilə bağlamaqdan boyun qaçırması, 4 blokunun xidmət göstərməməkdən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında, Bakı Şəhər Memarlıq və Şəhərsalam Baş İdarəsinin onlara ünvanlanan cavab məktubunu əsaslı fakt kimi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsəruffatı Departamentinin 03.07.2019-cu il tarixli cavab məktubunda Məmməd Araz küçəsi ev 54 binası yarımçıq tiklilər siyahısında, X5 alınmamışdır. Tələbimiz 4 blokun İstismara verilərək Dövlət Aktının olmasını qəbul edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lift Təmir İstehsalat Birliyi” ilə Məmməd Araz ev 54 İstismar Aktı olan dörd Blokun 20 ilidir ki, xidmət göstərən və texniki xidmət göstərməyə artıq yararsız sayılan Liftlərin dəyişilməsi və binanı uçmuş dağılmış və sökülmüş yerlərin təmir edərək bərpasını və böyründə yarımçıq qalmış 20 ildir ki, nə tikilməməsi mümkün olması nə də sökülməsinə qərar verməsi sual altında qalmış, tikilinin sökülərək yerində park salınması ilə bağlı kütləvi müraciət edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4, binanın 4 blokunun istismara qəbul edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilən 4 bloklu 02.04.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət komissiyası tərəfindən istismara qəbul edilmiş sərəncamın icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2008/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyi üçüncü şəxs qismində işə cəlb edilmişlər. Hazırlıq icraatı mərhələsində 19 iyun 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, istismara qəbul edilmiş ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 13 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əsl cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilməsi, iddia tələbinin ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir Məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Ərizədə ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2008/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyi) qarşı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin prosessual hüquqi statusunun cavabdehdən 3-cü şəxsə dəyişdirilməsi, iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin üçüncü şəxslər siyahısından çıxarılması, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin “ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2008/2020 saylı qərarı ilə iddia təmin edilərək, ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20.12.2001-ci il tarixli, 118/1 saylı sərəncamı ilə təsdiq edilmiş “Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsi”nə əsasən Birlik, qismən büdcədən maliyyələşdirilməklə təsərrüfat hesabı əsasında fəaliyyətini həyata keçirir, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlərdə təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir, müstəqil balansa malik olan hüquqi şəxsdir. Əsasnamənin 4.3-cü bəndinə əsasən Birliyin xərcləri-fəhlə və qulluqçularla hesablaşmaya, cari təmirin aparılmasına, əsas vəsaitlərin və inventarların alınmasına, nəqliyyat xərclərinə, məişət tullantılarının daşınmasına, liftlərin saxlanılmasına, elektrik enerjisinin məsrəfinə, dezinfeksiya və deratizasiya xidmətlərinə, inzibati idarə və sair xərclərdən ibarətdir. Departamentin struktur təşkilatları olan mənzilkommunal təsərrüfatı birliklərinin balansında olan yaşayış binalarında yerləşən liftlərə xidmətin göstərilməsi məqsədilə istismarının təşkili balansaxlayan təşkilatla Bakı “Lİftəmir” İstehsalat Birliyi arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. Məhkəmə qərarından göründüyü kimi iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Bakı şəhəri Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cəlb edilməsini xahiş etmiş, ərizə qəbul edilsə də, tələb ona cavab verməli olan şəxsə qarşı irəli sürülməmişdir. Həmin əsasla da qəbul edilmiş qərar ləğv edilməlidir. Bundan əlavə, məhkəmə qərarının “qərara aldı” hissəsində göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi adlı təşkilat yoxdur. Eləcə də, ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə iddia tələbi aydın olmamasına baxmayaraq məhkəmə tərəfindən qeyri-müəyyən şəkildə işlədilmiş ifadənin aydınlaşdırılması üçün dəqiqləşmə aparılmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.07.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilməmişdir. Belə olan halda, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinə, surəti Məmməd Araz küçəsi 54 saylı binanın sakini M.Hüseynliyə ünvanlanan məktubun surətindən görünür ki, M.Araz küçəsi, ev 54 ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlərin müraciəti araşdırılmış, sözügedən binanın uzun müddət əvvəl Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa edildiyi, lakin Dövlət Komissiyası tərəfindən qəbul olunmadığına görə balansa götürülmədən istismar üçün Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verildiyi, binaya bitişik yerləşən yarımçıq tikilinin də həmçinin binaya aid olduğu, uzun müddətdir inşası tamamlanmayan obyekt kimi mövcud qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğu, qeyd edilən səbəbdən həmin tikilinin sökülməsinin səlahiyyətləri xaricində olduğu, binanın zirzəmi hissəsində daima yığılan yeraltı qrunt sularının xüsusi nasoslar vasitəsilə mütəmadi olaraq kənarlaşdırıldığı və sözügedən binanın tamamlanması və müəyyən hissəsinin əsaslı təmiri və Dövlət Komissiyası tərəfindən aktlaşdırılması işçi sifarişi qurum tərəfindən təşkil olumalı olduğu bildirilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədri R.Mehralıyevə və İddiaçı ünvanlanan 04 mart 2019-cu il tarixli Kl-15 saylı məktubdan görünür ki, M.Araz küçəsi, ev 54 ünvanda yerləşən 9 mərtəbəli, 4 girişli, 64 mənzilli yaşayış binası Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa edilmiş və 1993-cü ildən sakinlər həmin ünvanda yaşamağa başlamışlar. Binada su, kanalizasiya, qaz, işıq sistemlərinə qoşulma vardır və liftlər quraşdırılmışdır. Binanın X1madığından balans sahibi yoxdur və bu səbəbdən də liftlərə “Lifttəmir” İstehsalat Birliyi tərəfindən texniki xidmət göstərilmir. Sakinlərdən əvəllər daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq yaşayış binasına zəruri köməkliyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş tikintisi tam başa çatdırılmamış (yarımçıq qalmış) və X1mayan ünvanların siyahısında olduğu, binaya bitişik tikintisi nəzərdə tutulmuş hissənin inşasının birinci mərtəbə səviyyəsində yarımçıq qaldığı və həmin sahədə məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı bildirilmişdir. Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakinlərinə ünvanlanan 29 aprel 2019-cu il tarixli 02-Bi/90 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 911-912-ci məhəllə, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi, 54 saylı yaşayış binasında yararsız hala düşmüş su borularının təmiri, sakinlərin fasiləsiz su ilə təmin edilməsi, liftlərə texniki xidmət və binaya bitişik yarımçıq tikilinin sökülərək, ətraf ərazinin abadlaşdırılması ilə bağlı, bina sakinlərinin 18 mart 2019-cu il tarixli, kollektiv şikayət ərizənizə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində baxılmış və qeyd olunan yaşayış binasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989 -1990-cı illərdə inşa olunduğu və onun 4 blokunun Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.04.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi, qalan 4 blokun tikintisinin yarımçıq qaldığı, yaşayış binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakini İddiaçı ünvanlanan 03 iyul 2019-cu il tarixli KL-29/2 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılaraq qeyd olunan yaşayış binasının istismara X3masına dair Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində heç bir sənəd və məlumat olmadığı, binanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bağlı yaradılmış İşçi Qrupa təqdim edildiyi, müəyyən səbəblərdən tikintisi yarımçıq qaldığı və istismara X9 alınmamış çoxmənzilli yaşayış binalarının siyahısında olduğu bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasının sakini İddiaçı ünvanlanan 03 iyul 2019-cu il tarixli 37/M- 00908 saylı məktubdan görünür ki, iddiaçının yaşadığı binanın yarımçıq tikililərin siyahısında olması, binanın balansa götürülmədiyi üçün lift idarəsi ilə müqavilə bağlanmadığı və bu səbəbdən texniki servis xidmətinin göstərilməsi barədə olan müraciəti Agentliyin mütəxəssisləri tərəfindən 24.06.2019-cu il tarixində Nərimanov rayonu MKTBnin baş mühəndisi Azər Rzayevin, və digər sakinlərin iştirakı ilə yerində araşdırılmış və akt tərtib edilmişdir. Sözügedən yaşayış binasının Daxili İşlər Nazirliyinin sifarişi ilə inşa olunduğu (1989-1990) və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 02.04.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, yaşayış binasının balansa alınması, ixtisaslaşdırılmış lift idarəsi ilə müqavilə bağlanması üçün müvafiq tədbirlərin görülməsi və Agentliyə məlumat verilməsi barədə Nərimanov rayonu MKTB-nin rəhbərliyinə məlumat göndərilmişdir. Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə və ünvan 5 ünvanlanan 27 noyabr 2019-cu il tarixli 02/08-kod-07/6- 6794 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 911-912-ci məhəllə, Məmməd Araz küçəsi, 54 saylı yaşayış binanın 1993-cü ildən istismara verilməsinə baxmayaraq heç bir yerdə qeydiyyata alınmaması və müvafiq kommunal xidmətlərin gəstərilməməsi barədə Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olan müraciət araşdırılaraq qeyd olunan yaşayış binasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989-1990-cı illərdə inşa olunmuş və onun 4 blokunun Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 aprel 1993-cü il tarixli 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi, qalan 4 blokun tikintisinin isə yarımçıq qaldığı bildirilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri R.Mehralıyevə ünvanladığı 04.03.2019-cu il tarixli KL-15 saylı cavab məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 54 saylı yaşayış binasında yaşayan sakinlərin bir qrupunun binanın istismarında olan çatışmazlıqlar, zirzəmiyə çirkab suların dolması, kommunikasiya xətlərinin dəyişdirilməsi və binaya bitişik yarımçıq tikilinin sökülərək yerinin abadlaşdırılmasına köməklik göstərilməsinə dair müraciətləri ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş məktuba baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Qeyd olunan 9 mərtəbəli, 4 girişli, 64 mənzilli yaşayış binası Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa edilmiş və 1993-cü ildən sakinlər həmin ünvanda yaşamağa başlamışlar. Binada su, kanalizasiya, qaz, işıq sistemlərinə qoşulma vardır və liftlər quraşdırılmışdır. Binanın X1madığından balans sahibi yoxdur və bu səbəbdən də liftlərə “Lifttəmir” İstehsalat Birliyi tərəfindən texniki xidmət göstərilmir. Sakinlərdən əvvəllər daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq yaşayış binasına zəruri köməkliyin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş tikintisi tam başa çatdırılmamış (yarımçıq qalmış) və istismara X8mayan ünvanların siyahısındadır. Binaya bitişik tikintisi nəzərdə tutulmuş hissənin inşası birinci mərtəbə səviyəsində yarımçıq qalmış və həmin sahədə məcburi köçkün ailələri məskunlaşmışlar. İddiaçı mövcud iddia tələbi ilə inzibati orqanlara müraciət etmiş, lakin iddiaçının müraciəti qalan 4 blokun tikintisinin yarımçıq qaldığı, yaşayış binasında yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edilməsinin məqsədəuyğun olduğu, binanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bağlı yaradılmış İşçi Qrupa təqdim edildiyi, müəyyən səbəblərdən tikintisi yarımçıq qaldığı və istismara X9 alınmamış çoxmənzilli yaşayış binalarının siyahısında olduğu, tikintisi tam başa çatdırılmamış və X1mayan ünvanların siyahısında olduğu, binanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sifarişi ilə 1989-1990-cı illərdə inşa olunduğu və onun 4 blokunun Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.04.1993-cü il tarixli, 557 saylı sərəncamı ilə dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildiyi əsas gətirilməklə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 15 yanvar 2020-ci il tarixli 1-113/118-112/2-t/1 saylı məktubu ilə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.04.1993-cü il tarixli, 557 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, 1993-cü ilin mart ayında istifadəyə verilmiş yaşayış binalarının qəbul aktlarının təsdiq olunması haqqında Sərəncama əsasən “Tikintisi başa çatmış obyektlərin qəbulu” üzrə 03.01.04-87 nömrəli TH və Г əsasında yaşayış binalarının Dövlət qəbul komissiyası aktları təsdiq edilmişdir. Sərəncama əsasən Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti şöbəsinin Nərimanov rayonu T.Əliyev küçəsindəki 911-912-ci məhəllədə 54 №li (tikili №4) yaşayış binası və həmin binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin qəbul aktı təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin binanın sakinlərinə ünvanladığı 05 sentyabr 2019-cu il tarixli M-122 saylı məktubdan müəyyən edilir ki, qeyd olunan yaşayış binası “Bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli, 529 nömrəli Fərmanının icrası ilə bağlı yarımçıq və X7mayan ünvanların siyahısında olduğu və müvafiq köməkliyin göstərilməsi məqsədilə işçi qrupuna təqdim olunduğu, binanın Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 aprel 1993-cü il tarixli, 557 saylı Sərəncamı ilə istismara qəbul olunmasına dair Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində rəsmi heç bir məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsininnin 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.2 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Texniki avadanlıqlar və cihazlar saz vəziyyətdə saxlanılmalıdır. Həmin avadanlıqlara və cihazlara ixtisaslı işçi heyət tərəfindən xidmət göstərilməlidir. Birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək qeyd etmişdir ki, hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərməkdədirlər. Məsələn, paytaxt MİS-ləri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər. Bu departament Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında yaradılmışdır. MKTD-nin funksiyası mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə etdiyindən, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxil olduğundan, iddiaçının istismara qəbul edilmiş ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş Bakı İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli 2-1(112)-2008/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyi) qarşı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin prosessual hüquqi statusunun cavabdehdən üçüncü şəxsə dəyişdirilməsi, iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı “Lifttəmir” İstehsalat Birliyinin üçüncü şəxslər siyahısından çıxarılması, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin “ünvan 4 ünvanında yerləşən binanın 4 blokuna texniki təminat xidmətinin göstərilməsinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsi qərara alınmışdır. Lakin birinci instansiya məhkəməsi yekun məhkəmə aktında yanlışlığa yol verərək, cavabdeh kimi mövcud olmayan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyini qeyd etməklə iddia tələbini təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti birinci instansiya məhkəməsinin sorğusuna cavab verərək Bakı şəhəri, Nərimanov rayonu, 911- 912-ci məhəllə, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi, 54 saylı yaşayış binasının Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu bildirmişdir. 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətində də qeyd edilmişdir ki, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 20.12.2001-ci il tarixli, 118/1 saylı sərəncamı ilə təsdiq edilmiş “Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsi”nə əsasən Birlik, qismən büdcədən maliyyələşdirilməklə təsərrüfat hesabı əsasında fəaliyyətini həyata keçirir, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlərdə təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir, müstəqil balansa malik olan hüquqi şəxsdir. Əsasnamənin 4.3-cü bəndinə əsasən Birliyin xərcləri-fəhlə və qulluqçularla hesablaşmaya, cari təmirin aparılmasına, əsas vəsaitlərin və inventarların alınmasına, nəqliyyat xərclərinə, məişət tullantılarının daşınmasına, liftlərin saxlanılmasına, elektrik enerjisinin məsrəfinə, dezinfeksiya və deratizasiya xidmətlərinə, inzibati idarə və sair xərclərdən ibarətdir. Odur ki, ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsi cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsi cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-2008/2020 saylı qərarı dəyişdirilsin. ünvan 4 ünvanında yerləşən binanın 4 (dörd) blokuna texniki təminat xidmətinin göstərilməsi cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar