Məhkəmə qərarları › İş №2-1(103)-1333/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1333/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1333/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-1(112)- 9133/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət eədrək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində **********151048 nömrəli xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlamasının nəticələri barədə akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" ASC məsuliyyətə cəlb edilmişdir. Belə ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********151033 saylı Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına əsasən Cəmiyyətimizdə növbədənkənar yoxlama aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2023-ci iltarixli **********151048 nömrəli Akt ilə rəsmiləşdirilmişdir. Həmin akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən tərəfimizdən aktın imzalanmasından imtina edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarı vergi orqanının rəhbəri tərəfindən qəbul edilmişdir. Bu da onu göstərir ki, Cəmiyyətimizə qarşı qərəzli mövqe tutulmuş, ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni Cəmiyyətimizdə 16 aydan artıq müddətdə səyyar vergi yoxlaması aparılmış və Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, vergi orqanının xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qaunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal formada hazırlanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, Cəmiyyət gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamaqla dövlət büdcəsinə vaxtında ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək Cəmiyyət tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır. Belə ki, Cəmiyyətin gəliri müəyyən edilərkən subpodrat xərcləri nəzərə alınmamış, Cəmiyyətin gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericiliyinə uyğun olmayaraq qeyri-obyektiv, reallıqdan kənar hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəliləri vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV-yə cəlb olunan dövriyyə üzrə məbləğlər nəzərə alınmış, lakin, həmin ay üzrə dəyəri ödənilmiş elektron qaimə və YGB-lər üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvedilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Daha sonra iddiaçının vəkili iddia ərizəsinə əlavəni məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı "xxxx" cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən "xxxx" ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama sentyabr 2018-ci il - avqust 2021-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********151048 nömrəli 18.01,2023-cü il tarixli “Səyyar vergi yoxlaması AKTİ” haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 9 407 056.24 manat əlavə vergi hesablanılmış, 4 704 088.17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması aktı və onun nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb etmə barədə qərar çoxsaylı maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mənfəət vergisinin hesablanması barədə: Bildirirlər ki, 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan Vergi Məcəlləsinin 83.9-cu və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 2019-cu il üzrə 1 719 491.79 manat, 2020-ci il üzrə isə 3 211 784.39 manat mənfəət vergisi hesablanılmış və buna uyğun olaraq da 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2018- ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 22 985 995.72 manat çıxılmalardan sonra ümumi gəlir(sət. 220), ümumi gəlirdən çıxılan xərclər 21 263 238.52 manat(sət: 236), vergiyə cəlb edilən mənfəət 1 722 757.20 manat(sət:237) müəyyən olunmuşdur. Dövr üzrə keçmiş illərin zərəri nəzərə alınmışdır SVY ilə isə dövriyyə 23 060 021.10 manat qeyd edilərək dövriyyə məbləği 74 025.38 manat artırılmışdır. Lakın bu artımın nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Daha sonra şərti rentabellik tətbiq edilərək 23 060 021.10 manat dövriyyə münasibətdə 3 843 336.85 manat mənfəət vergisi hesablanılmış və bu da 2013- cü ilin zərəri ilə konpensasiya edilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərara əsasən təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən dövriyyə 20 605 391. 94 manat təsdiq edilərək, şərti rentabellik tətbiq edilmiş və əvvəlki illərdən qalan 3 434 231.99 manat zərər silinməklə mənfəət vergisi hesablanılmamışdır. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən 21 263 238.52 manat xərci mövcuddur (sət: 236), il üzrə müəssisənin özü tərəfindən 1 722 757.20 manat mənfəət(sət: 236) bəyan edilmiş və bu əvvəlki illərin zərəri ilə əvəzləşdirilmişdir. O cümlədən mənfəət vergisi bəyannaməsində 221.15-ci sətr( bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 10 992 934.55 manat göstərilsə də, MCQ ilə təsdiq edilmiş bəyənnamədə bu xərclər əsassız olaraq 4 092 078.57 manat azaldılaraq 6 900 855.98 manat qeyd edilmişdir. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 87 096 017.74 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 10 412 523.07 manat artırılaraq 97 508 540.81 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına artırılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 84 980 695.82 manat olmaqla, 2 115 321.92 manat mənfəət bəyan olunmuşdur. Əvvəlki illərdən qalan 3 982 135.80 manat zərər nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixli kameral vergi yoxlamasına əsasən isə xərclər 81 413 351.21 manat müəyyən olunmaqla 340 106.15 manat mənfəət vergisi hesablanılmışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 1 722 778.45 manat mənfəət vergisi hesablanmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 1 719 491.79 manat qeyd edilmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 102 318 335.4 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 5 657 029.31 manat azaldılaraq 96 661 306.63 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına azaldılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 102 267 748.45 manat olmaqla, 50 587.49 manat mənfəət bəyan olunmuşdur. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 3 211 926.05 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 3 211 784.39 manat qeyd edilmişdir. Bildirirlər ki, müəssisə tərəfindən mənfəət vergisi bəyannamələri VM-nin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodu ilə aparılmışdır. VM-nin 136.2-ci maddəsinə əsasən 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Qeyd edilməlidir ki, dövr ərzində gəlirin əldə edilməsi və xərclərin çəkilməsi ilə bağlı bütün müqavilələr, təhvil təslim aktları, forma 2 və forma 3-lər yoxlamaya təqdim edilsə də, gəlirin əldə olunması ilə bağlı hissədə qeyd olunan sənədlər nəzərə alınmış, lakin xərcin çəkilməsi ilə bağlı hissədə nəzərə alınmamışdır. Bu da qeyd olunan normanın tələblərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda səyyar vergi yoxlaması ilə 2018 və 2019-cu illər üzrə artırilan dövriyyənin hansı müqavilə və forma 2 lər üzrə artırılması əsaslandırılmamışdır. Halbuki, vergi orqanı müəyyən etdiyi dövriyyənin necə hesablandığını göstərməyə borcludur.Bu isə inzibati icraat haqqında Qanunun kobud şəkildə pozulmasıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 24.1-ci və 24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin İnzibati İcraat haqqında Qnunun 61- ci maddəsi “inzibati aktın əsaslandırılması” adlanır və həmin maddəyə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunanlarla bağlı olaraq bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələbindən də görünür ki, tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Səyyar vergi yoxlaması aktında tələb olunan sənədlərin verilməməsi və ya digər formada əldə oluna bilməməsi ilə bağlı heç bir qeyd mövcud deyildir və heç bir prosesual hərəkət aparılmamışdır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67 1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67 1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Hazırkı münasibətdə özünün yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İddiaçı hesab edir ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı,şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır (xx.xx.2022-ci il tarixli İş № 2-1(102)- 2486/2022, saylı, 21 09.2022-cı il tarixli 2-1 (102)-1239/2022 saylı müvafiq qərarlar). Belə ki, işin hallarından görünür ki, vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənələrlə təsdigini tapir. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Bu baxımdan da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665.61 manat daxil olduğu halda vergi ödəyicisi tərəfindən ay üzrə ƏDV bəyənnaməsi təqdim edilməməklə 3 771 479.81 manat ƏDV azaldılmış və buna uyğun olaraq yoxlama tərəfindən ƏDV hesablanılmışdır. Lakin qeyd olunan ay üzrə müəssisənin elektron qaimə faktura əsasında subpodratçılara köçürmələri 10 802 068.08 manat əsas məbləğ, ƏDV məbləği isə 1 944 372.21 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması ilə qeyd olunan əvəzləşmə nəzərə alınmamışdır. Vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən "Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: - 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; - 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin qeyd olunan maddəsinin tələbləri kobud şəkildə pozularaq əvəzləşmə nəzərə alınmamışdır. MDSS üzrə: Səyyar vergi yoxlaması ilə MDSS üzrə şirkətimizə 2020-ci il üçün 182 371,77 manat, 2021- cı il üçün 416 986,07 manat vergi və müvafiq olaraq 2020-ci il üçün 91 185,89 manat, 2021 -ci il üçün 208 493,04 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, MDSS üzrə səyyar vergi yoxlaması aktına əlavə edilmiş cədvəldə səyyar vergi yoxlaması ilə MDSS üzrə 1 203 973,38 manat dövriyyənin olması qeyd edilmişdir. Lakin həmin dövriyyənin hardan formalaşması ilə bağlı hər hansı bir əsaslandırma və açıqlama verilməmişdir. Halbuki, vergi orqanı müəyyən etdiyi dövriyyənin necə hesablandığını göstərməyə borcludur. Belə ki, inzibati İcraat haqqında Qanunun 24.1-ci və 24.3-cü maddələrinə əsasən inzibati orqan inzibatı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin İnzibati İcraat haqqında Qnunun 61 -ci maddəsi “inzibatı aktın əsaslandırılması” adlanır və həmin maddəyə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Ödəmə mənbəyində vergi üzrə: Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 7 235 694.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun 4 730 232.00 manati təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VM-nin 123.1ci maddəsi əsas götürülməklə 14 152.19 manat ÖMV hesablanılmış, 50% məbləğində 7 076.10 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır”. Hörmətli yoxlayıcılar nədənsə MM-nin 739.2-ci maddəsinin 2-cümləsini oxuya bilməyiblər. Halbuki, MM-in 739-cu maddəsi məsələyə kompleks yanaşmayı tələb edir. Həmin hissədə qeyd olunur ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 141 521.9 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi orqanı isə şirkətimizi kredit təşkilatı hesab edərək qaytarılan vəsaitdən təsisçinin əlavə faiz aldığını iddia etmişdir Vergi orqanının məntiqi ilə məsələyə yanaşsaq onda gərək pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlamış bütün şəxslər borcun qaytarılması zamanı faiz ödəsin və borc verən tərəf mütləq qaydada kredit təşkilatı olsun. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. VM-nin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16- cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İPM-in 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Qeyd olunanlara əsasən bildiririk ki, təsisçilər tərəfindən borc yalnız müəssisənin fəaliyyətinin təmin etmək məqsədi ilə MTK-ya verilmiş və gəlir əldə edildikdən sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşəkar şəkildə kredit verən olması sübut edilməmişdir. Torpaq vergisi üzrə: Səyyar vergi yoxlaması aktında (səh: 29) qeyd edilmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinə məxsus olan 672.2 kv.m torpaq sahəsinə görə VM-nin 205 və 206-cı maddələrinə əsasən 37 631.63 manat əlavə torpaq vergisi hesablanılmış (2019-12 521.47 manat, 2020-21 521.47 manat, 2021- 12588.69 manat), 18 815.82 manat maliyyə sanksiya tətbiq edilmişdir. Bildiririk ki, qeyd olunan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. VM-nin 206.3-cü maddəsinə əsasən Məcəllənin 206.1-ci və 206 1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) - 10000 m2- dək olduqda-10 manat - 10000 m2- dən yuxarı olan hissə üçün-20 manat. Qeyd olunan torpağın sahəsi 672.2 kv.m təşkil edir və VM-nin qeyd olunan maddələrinə əsasən illikm torpaq vergisi 67.2 manat olmalıdır. Vergi ödəyicisi tərəfindən isə qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi hesablanılaraq dövlət büdcəsinə illər üzrə ödənilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən əlavə hesablanılmış 37 631.63 manat əlavə torpaq vergisi əsaslandırılmamışdır. Prosessual pozuntular barədə: Yoxlama zamanı həmçinin ciddi prosesual pozuntulara da yol verilmişdir. Belə ki, səyyar vergi yoxlaması prosesində yoxlama vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə olmaqla 275 gün müvəqqəti dayandırılmış, cəmi 94 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2021-ci İİ tarixli **********152310 saylı qərarına əsasən - səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə 3 iş günü sonra yəni xx.xx.2021- ci il tarixində geydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən 27.01 2022-ci il tarixindək 49 gün artırılmışdır. Lakin SVY aktına əsasən müddətin artırılması vaxtının 07 12.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə 5 gün sonra yəni xx.xx.2022ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2022-ci İl tarixindən xx.xx.2022-ci il tarixindək 45 gün artırılmışdır. Lakin SVY aktına əsasən müddətin artırlması vaxtının xx.xx.2022-ci il tarixindən başlanılması müəyyən olunur. - SVY aktına əsasən müəyyən olunur ki, vergi orqanın xx.xx.2022-ci il tarixli **********153792 saylı qərarına əsasən yoxlama 34 gün müvəqqəti dayandırılmışdır. Lakin dayandı İma barədə qərar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” vergi ödəyicisinə təqdim edilməmişdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci iİ tarixli **********154769 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 29 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a (KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********157022 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 34 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci İİ tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********158275 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-cl il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-cİ il tarixli **********161359 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********162680 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 24 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, yoxlama müddətin uzadılmasından sonra xx.xx.2022-ci ildə başa çatdirilmalı idi. Lakin yoxlama başa çatıdırıldıqdan 4 gün sonra yəni xx.xx.2022-ci İİ tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti 9 subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Xüsusi olaraq qeyd edilməlidir kı, ‘sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1-ci maddəsinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Burada kilid söz “yerlərə gəlməkdə” sayılır, yəni sözügedən qanunun tətbiq dairəsi məhz bununla bağlıdır. Göründüyü kimi bir çox hallarda, reyestrdə qeydiyyata alınmadan yoxlama tədbirləri keçirilmiş, o cümlədən yoxlama müddətinin artırılması və yoxlamanın dayandırılması barədə qərarlar qəbul edildikdən sonra yoxlamanın reyestdə qeydiyyata alınması üçün müraciətlər edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi (xx.xx.2023-cü il tarixli 2-1(102)-826/2023 saylı qərar. Sədrlik edən və məruzəçi hakim: Z.Quliyev) ilə də təsdiq olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunmuşdur ki, vergi orqanın xx.xx.2022-cı ıl tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar çıxarılmışdır. Yoxlama zamanı qəbul edilmiş yuxarıda qeyd olunan “Ekspertiza təyin edilməsi" haqqında və “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar vergi ödəyicisinə təqdim edilməmiş və bununla VM-nin 44 və 45-ci maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda yoxlama Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə - 275 gün dayandırılmış və sonda həm ekspert, həm də mütəxəssis tərəfindən rəy verilməsindən imtina edilmişdir. Qeyd edilən maddəyə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə, mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. Dayandırma xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. xx.xx.2022-ci il tarixdə isə səyyar vergi yoxlaması başa çatmışdır. Ekspert isə xx.xx.2023cü il tarixdə sənədlər tam təqdim olunmadığı səbəbindən rəy verməkdən imtina etmişdir. Halbuki, rəy verilməsi üçün bütün sənədlər (müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənələr) təqdim edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması formal olaraq 275 gün dayandırılmışdır. Əgər bu müddət ərzində ekspert rəy versəydi bunu başa düşmək olardı. Həmçinin necə ola bilər ki, ekspert 1 il ərzində sənədlərin tam olmadığını tələb etməsin, 1 ildən sonra sənədlərin tam olmadığı səbəbindən rəy verməkdən imtina etsin. Bütün bunlar vergi orqanı ilə ekspertin sövdələşməsinin sübutudur. Bundan əlavə səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd edilmişdir ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırıldı. Lakin eyni tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı vergi orqanı 2-ci qərar qəbul etmişdir. Necə ola bilər ki, yoxlamanın başa çatması ilə eyni gün ekspertiza keçirilməsi barədə qərar qəbul edilir və ekspert xx.xx.2023-cü il tarixdə, yəni səyyar vergi yoxlaması aktı qəbul edilən tarixdə rəy verməkdən imtina edir. Belə bir sual yaranır ki, ekspert rəy versəydi necə olacaqdı? Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya dair yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cü maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı qərarına əsasən "xxxx" ASC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2023cü il tarixli **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakı faktlar aşkar edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq təmir-tikinti və satış fəaliyyətləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və baza məlumatlarına, elektron qaimə fakturalar, forma 2-lər, yük gömrük bəyannamələrinə (ixrac) əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20.952.665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3.771.479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.898.334,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli **********652200 nömrəli məktubla 2020- ci il üzrə əvəzləşdirilməli ƏDV cədvəli təqdim edilsə də, həmin mal (iş və xidmətlərin) hansı layihələr üzrə istifadə edilmişdiryi, gəlirin əldə edilməsi ilə bağlı xərclər olması barədə hər hansı sənəd (məlumat, izahat) təqdim edilməmişdir. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66.819,49 (ƏDV-siz) manat, “UNİVERSAL SALES AND SERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1.524,75 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 2366,68 manat (ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37.291,24 manat (ƏDV- siz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, həmin xərclər üzrə ümumilikdə 19.440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmamışdır. Eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9.300 manat (ƏDV-siz) qaimə ləğv olduğu üçün əvəzləşmə nəzərə alınmamışdır, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4.233,67 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25.400,0 manat (ƏDV- siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63.450,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63.450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20.872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmamışdır, 2021 -ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1.724,80 manat əvəzinə 10.122,85 manat ƏDV əvəzləşdirilmişdir, buna görə də 8.398,05 manat artıq əvəzləşmə nəzərə alınmamışdır. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə yoxlama ilə ümumilikdə 3.820.190,65 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.910.095,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamənin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövrü üzrə kameral vergi yoxlaması üzrə aparılmış hesablamalar aparılan səyyar vergi yoxlaması nəticəsində vergi orqanının uçot baza məlumatları, təqdim edilmiş sənədlər, bank hesablarından çıxarışlar və digər təsdiqedici sənədlər əsasında təsdiqini tapmışdır. Mənfəət vergisi üzrə: yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunur. Müəssisə tərəfindən gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134- cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir (hesablama cədvəli yoxlama materiallarına əlavə edilir). Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edilmişdiryi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edilmişdiryi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 22.985.995,72 manat, ümumi gəlirdən çıxılan xərclər 21.263.238,52 manat göstərilmiş, 1.722.757,20 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 5.704.893,0 manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 20.605.391,94 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri əsasında (20 605 391,94 /100+20 x 20= 3 434 231,99) hesablanmış 3.434.231,99 manat mənfəətdən keçmiş illərin zərəri (2013-cü il) olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 87.096.017,74 manat, ümumi gəlirdən çıxılan xərclər 81.413.351,21 manat göstərilmiş, 5.682.666,53 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 3.982.135,80 manat nəzərə alınmaqla, 340.106,15 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 97.409.940,81 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında (97.409.940,81/100+20 x 20=16.234.990,13) hesablanmış 16.234.990,13 manat mənfəətdən keçmiş illərin zərəri (2016-cı il) 5.937.000,45 manat nəzərə alınmaqla 2.059.597,94 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1.719.491,79 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2019-cu il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 859.745,90 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 102.318.335,94 manat, ümumi gəlirdən çıxılan xərclər 102.267.748,45 manat göstərilmiş, vergiyə cəlb olunan 50.587,49 manat (102.318.335,94 – 102.267.748,45) mənfəətdən 10.117,50 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 96.657.056,63 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında (96.657.056,63/100+20 x 20= 16.109.509,44) hesablanmış 16.109.509,44 manat mənfəətdən 3.221.901,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.211.784,39 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2020-ci il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.605.892,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrində göstərilmiş müsbət məzənnə fərqləri səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığı üçün azaldılmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə: yoxlama zamanı “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsinə əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə ümumilikdə 599.357,84 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********948200 nömrəli məktubdakı əmək haqqı cədvəlləri vergi orqanında olan məlumatlarla müqayisə edilmişdirkdə 2020-ci ilin 3-cü rübü üzrə 123.813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58.558,22 manat və 2021-ci ilin 1-ci rübü üzrə 164.306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252.680,0 manat kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299.678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edisin. Torpaq vergisi üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2021-ci il üzrə torpaq vergisinin hesablanmadığı və aidiyyəti üzrə ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə, o cümlədən vergi ödəyicisinin əvvəlki illərdə təqdim etdiyi bəyannamə məlumatlarına, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus torpaq sahəsinə görə Vergi Məcəlləsinin 205 və 206-cı maddələrinə əsasən 2019-cu il, 2020-ci il və 2021-ci il üzrə ümumilikdə 37.631,63 manat əlavə vergi hesablanmışdır. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18.815,82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, 2021-ci ilin torpaq vergisi bəyannaməsinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, 2021-ci ilin iyun, iyul və avqust aylarının mədən vergisi bəyannamələrinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 120,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: yoxlama ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Ödəmə mənbəyində vergilər üzrə 3-cü rüb 2018-ci il tarixdən 2- ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1 -ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2018-xx.xx.2021) 7.235.694,0 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 4.730.232,0 manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrıayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1ci maddəsinin tələbinin pozulmasına görə 14.152,19 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 14.152,19 manat vergi məbləğinin 50% miqdarında 7.076,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2019-cu ilin 1-ci və 2-ci rübləri istisna olmaqla, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 3-cü və 4-cü rübləri, 2020-ci ilin 1-ci rübündən 2021 -ci ilin 2-ci rübünə qədər olan dövrlərin “Ödəmə mənbəyində tutulan vergi” bəyannamələri vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamələrin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 360,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan dəlil ilə bağlı bildiririk ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” vergi ödəyicisinə təqdim edilməklə yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Vergi Məcəlləsinin 2022-ci il redaksiyasına əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)-06/20 nömrəli, 19 mart 2020-ci il tarixli (Hakim: Sevda Hüseynova) qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrıayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlil ilə bağlı bildiririk ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” haqqında qərar VM-nin 49-cu maddəsinin tələbləri gözlənilməklə 7 səhifədən ibarət tərtib olunmuşdur. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd olunanlara əlavə olaraq bildririk ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2- 1(102)- 510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-1(112)-9133/2023 nömrəli qərarı (hakim: E.Əliyev) ilə iddia qismən təmin edilmiş, cavabdehin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2.456.470,96 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1.228.795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-9133/2023 nömrəli qərarının ləğv olunaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının təm ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən prosessual pozuntular barədə məhkəmə araşdırması aparılmasına və hətta məhkəmə qərarında prosessual pozuntular barədə ətraflı izahat verilməsinə baxmayaraq iddia tam təmin edilməmiş və mübahisələndirilən məsuliyyətə cəlb etmə barədə qərarı qismən ləğv olunmuşdur. Məhkəmə aktında cavabdeh tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb edilmə barədə qərarın tam ləğv olunması üçün kifayət qədər çoxlu sayda maddi və prosesual hüquq normalarının pozulması qeyd olunsa da, iddiaları tam təmin edilməmişdir. Məhkəmə tərəfindən VM-nin 38.3.5-ci maddəsinin tələbləri pozulması qeyd olunsa da, svy aktı nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb edilmə qərarı qismən ləğv edilmişdir. Halbuki, yoxlama təyin olunma barədə qərarın özü səhvdir. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(112)-9133/2023 saylı qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı qərarına əsasən "xxxx" ASC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2023-cü il tarixli **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq təmirtikinti və satış fəaliyyətləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (VM-nin 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskression səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirirlər ki, Baş İdarənin **********469300 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktuba əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan xidməti məktubda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində bir sıra vergi ödəyicisində vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. Qeyd olunanlara əsasən əsaslı olaraq VM-in 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Məhkəmənin qeyd etdiklərinin əksinə bildirirlər ki, qeyd olunan halla bağlı sübutlar iddia ərizəsinə etiraza əlavə olunmuş və etirazda öz əksini tapmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi (VM-nin 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır) yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də VM-nin 38.7.3-cü maddəsində təsbit edildiyi kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılmasıdır. Hazırkı iş üzrə cavabdeh vergi orqanı tərəfindən öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının müddəti 9 dəfə (274 gün) dayandırılmış, 2 dəfə (94 gün) uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. Dayandırmanın əsası kimi mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi göstərilmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır (VM-nin 38.7.3- cü maddəsi). Belə ki, mübahisələndirilən qərar üzrə əlavə verginin hesablanması zamanı mütəxəssis və ekspert rəyinə istinad edilməmiş, ümumiyyətlə mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Dayanma və müddət uzatma barədə qərarlar qəbul edilərkən bir çox hallarda Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 9 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və qəsdən prosesin yubadılmasına şərait yaratmışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yoxlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Göründüyü kimi, yoxlamanın başa çatma tarixi Səyyar vergi yoxlaması aktında xx.xx.2022-ci il göstərilsə də, sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışlarda isə yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmiş, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd edilmişdir ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırıldı. Lakin eyni tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı vergi orqanı 2-ci qərar qəbul etmiş, xx.xx.2022-ci ildə isə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022ci il tarixli **********165483 "Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar formal olaraq aktın tərtibi müddətinin uzadılmasını pərdələmək məqsədi daşımışdır. Belə ki, ekspert və mütəxəssis xx.xx.2023-cü il tarixdə, yəni səyyar vergi yoxlaması aktı qəbul edilən tarixdə rəy verməkdən imtina edilməsi barədə yoxlayıcı orqana məktubla müraciət etmiş, həmin gün də səyyar vergi yoxlaması aktı tərtib olunaraq imzalanmışdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Qanunvericiliyin tələbindən göründüyü kimi "Ekspertiza təyin edilməsi” haqqında və “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lara əsasən yoxlamanın müddəti cavabdeh tərəfindən dayandırılmışdır. Məhkəmə isə əsassız şəkildə qeyd olunan halı pozuntu kimi qeyd etmişdir. Halbuki qanunverici yoxlamanın dayandırılması üçün əsasları sadalamış və Vergi Məcəlləsinin 38.7.3-ci maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlamanın dayandırılması nəzərdə tutulmuşdur. Məhkəmə qərarında qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə də müəyyən edilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********152310 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 3 iş günü sonra yəni xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixindək 49 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırılması vaxtının xx.xx.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 5 gün sonra yəni xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixindək 45 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırlması vaxtının xx.xx.2022-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********154769 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 29 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********157022 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 34 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********158275 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********161359 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********162680 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 24 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Müəyyən olunur ki, yoxlama müddətin uzadılmasından sonra xx.xx.2022-ci ildə başa çatdırılmalı idi. Lakin yoxlama başa çatdırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Reyestrdə qeydiyyata alınmadan yoxlama tədbirləri keçirilmiş, o cümlədən yoxlama müddətinin artırılması və yoxlamanın dayandırılması barədə qərarlar qəbul edildikdən sonra yoxlamanın reyestdə qeydiyyata alınması üçün müraciətlər edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi (xx.xx.2023-cü il tarixli 2-1(102)-826/2023 saylı qərar) ilə də təsdiq olunmuşdur. Qeyd olunanlarla bağlı bildirirlər ki, aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar müəssisənin möhürü vurulmaqla müəssisənin rəhbər şəxsi tərəfindən imzalanmışdır. Sadalanan sənədlər iddia ərizəsinə etirazla təqdim olunmasına baxmayaraq, məhkəmə icraatı zamanı qeyd olunan sənədlərin iddiaçıya təqdim edilib-edilməməsi müzakirə olunmamış, cavabdehdən qeyd olunan halı sübuta yetirilməsi istənilməmişdir. Qeyd olunan hal bir daha göstərir ki, məhkəmə sübutları tədqiq etmədən qərar qəbul etmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə müddətləri yanlış müqayisə etmişdir. Belə ki, reyestrdən çıxarışa nəzər yetirilsə, cavabdeh qərarların qəbulunu müddətlər başa çatmamış etməsinə baxmayaraq, məhkəmə reyestrə salınmanın növbəti günlərdə edildiyini bildirmişdir. Məsələn reyestrə nəzər yetirilsə, yoxlamanın sona çatma müddəti xx.xx.2021-ci il tarixdə olduğundan tərəflərindən xx.xx.2021-ci il tarixli qərarla yəni yoxlamanın başa çatmasına 3 gün qalmış yoxlama artırılmışdır. Məhkəmə isə əsassız olaraq qeyd olunan halları pozuntu kimi qey etmişdir. Hesab edirlər ki, məhkəmə kollegiyası xidməti vəzifəsinə əsasən inzibati mübahisə üzrə obyektiv həqiqətin axtarışında olmalıdır. Obyektiv həqiqət hüquq nəzəriyyəsində daha çox tanınan iki sübutetmə standartından biri olan “sübutların üstünlüyü” sübutetmə standartını birmənalı şəkildə istisna edir. Digər tərəfdən məhkəmə kollegiyası Vergi Məcəlləsinin normalarının təhlilinə səthi yanaşmışdır. Həmçinin bildirirlər ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.5-2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin əsasnamənin 4.4-cü maddəsinə əsasən yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Məhkəmənin yuxarıda qeyd olunan dəlilini, eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci və 3.4-cü bəndlərinin tələblərinin pozulması ilə bağlı qərarında əsaslandığı digər dəlillərini aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edirlər. Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməsi, yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması zamanı Vergi Məcəlləsinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında və “İddia ərizəsinə etiraza”da ətraflı qeyd olunmuş, məhkəməyə təqdim edilmiş və həmin sənədlər sübut kimi işin materiallarında mövcuddur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qeyd olunanlar ilə əlaqədar bildirirlər ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əsasən müəssisədə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY211686432; xx.xx.2021-ci il). Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinin tələbindən də gorundüyü kimi bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr. təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamıl edilir. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər: 1.nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 2.səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Yəni, vergi orqanının Vergi Məcəlləsinin 38-ci maddəsı ilə ona verilmiş səlahıyyətindən istifadə etməklə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. Əlavə olaraq bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”un 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin, Əsasnamənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Mövcud praktika bütün hallarda səyyar vergi yoxlaması yalnız Reyestrdə qeydə alındıqdan və xüsusi yoxlama kodu verildikdən sonra keçirilir, digər məlumatlar isə Reyestrdə artıq qeydiyyata alınmış yoxlama ilə bağlı daxil edilən əlavə informasiya kimi qiymətləndirilməlidir. Belə ki, Əsasnamənin 4.8-ci bəndinə əsasən Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir. Eyni zamanda, Əsasnamənin 2-ci hissəsində Reyestrin aparılması prinsipləri göstərilmiş və yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdəki məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi ayrıca hallar kimi nəzərdə tutulmuşdur. Habelə, praktiki olaraq da bir sıra məlumatların Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı əlavə informasiya kimi daxil edildiyi aydın şəkildə görünür. Bu baxımdan hesab edirlər ki, bir sıra məlumatlar əlavə informasiya xarakterli olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və sair) Reyestrdə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir (çünki, ümumilikdə yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdə məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi tələblərinə əməl olunur, sadəcə məlumatların daxil edilməsində texniki xəta nəticəsində natamamlıq mövcud ola bilər) və bu cür halların baş verməsi yoxlamaların hüquqi nəticəsinə təsir etmir. Məhkəmə qərarında qeyd etmişdir ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında qərarda vergi yoxlamasi ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özününü müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafıq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, vergi orqanının xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal olaraq hazırlanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” haqqında qərar VM-nin 49-cu maddəsinin tələbləri gözlənilməklə 7 səhifədən ibarət tərtib olunmuşdur. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirlər. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd olunanlara əlavə olaraq bildirirlər ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə kollegiyasının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyildir. Məkəmə qərarında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, vergi orqanın xx.xx.2022-ci il tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar çıxarılmışdır. Xüsusilə qeyd edilməlidir ki, qeyd olunan qərarların vergi ödəyicisinə təqdim edilməsi cavabdeh tərəfindən sübut olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 44.6-ci maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələbləri də vergi orqanı tərəfindən pozulmuşdur. Qeyd olunanlarla bağlı bildirirlər ki, xx.xx.2022-ci il tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar müəssisənin möhürü vurulmaqla müəssisənin rəhbər şəxsləri tərəfindən imzalanmışdır. Sadalanan sənədlər iddia ərizəsinə etirazla təqdim olunmasına baxmayaraq, məhkəmə icraatı zamanı qeyd olunan sənədlərin iddiaçıya təqdim edilib-edilməməsi müzakirə olunmamış, cavabdehdən qeyd olunan halı sübuta yetirilməsi istənilməmişdir. Həmçinin bildirirlər ki, Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək Vergi orqanlarının hüquqları kimi müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, Cəmiyyət gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamaqla dövlət büdcəsinə vaxtında ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək Cəmiyyət tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır. Belə ki, Cəmiyyətin gəliri müəyyən edilərkən subpodrat xərcləri nəzərə alınmamış və Cəmiyyətin gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericilıyinə uyğun olmayaraq qeyri- obyektiv, reallıqdan kənarhesablanmışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzəfiləri vergi ödəyicilərinın hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV-yə cəlb olunan dövriyyə üzrə məbləğlər nəzərə alınmış, lakin, həmin av üzrə dəyəri ödənilmiş elektron qaimə və YGB-lər üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası (elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür birtərəfli mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Belə ki, 2018-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 22 985 995.72 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220), ümumi gəlirdən çıxılan xərclər 21 263 238.52 manat(sət: 236), vergiyə cəlb edilən mənfəət 1 722 757.20 manat (sət:237) müəyyən olunmuşdur. Dövr üzrə keçmiş illərin zərəri nəzərə alınmışdır. SVY ilə isə dövriyyə 23 060 021.10 manat qeyd edilərək dövriyyə məbləği 74 025.38 manat artırılmışdır. Lakin bu artımın nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Daha sonra şərti rentabellik tətbiq edilərək 23 060 021.10 manat dövriyyə münasibətdə 3 843 336.85 manat mənfəət vergisi hesablanılmış və bu da 2013cü ilin zərəri ilə kompensasiya edilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərara əsasən təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən dövriyyə svy aktına nisbətdə azaldılaraq 20 605 391. 94 manat təsdiq edilərək, şərti rentabellik tətbiq edilmiş və əvvəlki illərdən qalan 3 434 231.99 manat zərər silinməklə mənfəət vergisi hesablanılmamışdır. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 20 392 124.45 manat dəyərində elektron vergi hesab fakturası, 1 176 812.48 manat elektron qaimə faktura, 24 ədəd yük gömrük bəyənanmələri əsasında isə 2 002 494.499 manat dəyərində isə mal, iş və xidmətlər əldə etmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri(əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş illərin zərərləri və s.) mövcud olmuşdur. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 87 096 017.74 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 10 412 523.07 manat artırılaraq 97 508 540.81 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, dövriyyənin artımı 2019-cu il ərzində cavabdeh tərəfindən müvəqqəti ixrac rejimində ixrac edilmiş və 3 il ərzində ölkəyə geri qaytarılmış texnika və avadanlıqların daimi ixrac rejiminə keçirilərək, satış kimi qiymətləndirilməsi olmuşdur. Lakin yoxlama zamanı alış qiyməti dövriyyə kimi hesablansa da, alınmasına sərf olunmuş məbləğlər xərc kimi nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktına və Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 84 980 695.82 manat olmaqla, 2 115 321.92 manat mənfəət bəyan olunmuşdur. Əvvəlki illərdən qalan 3 982 135.80 manat zərər nəzərə alınmışdır. xx.xx.2020- ci il tarixli kameral vergi yoxlamasına əsasən isə xərclər 81 413 351.21 manat müəyyən olunmaqla 340 106.15 manat mənfəət vergisi hesablanılmışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 1 722 778.45 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 1 719 491.79 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 61 369 225.35 manat dəyərində elektron vergi hesab fakturası, 3 633 952.59 manat elektron qaimə faktura, 54 yük gömrük bəyənnaməsi əsasında isə 7 424 872.96 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri (əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş ilərin zərərləri və s.) mövcud olmuşdur. 2020-ci ilin mənfəət vergisi üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 102 318 335.4 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 5 657 029.31 manat azaldılaraq 96 661 306.63 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına azaldılması əsaslandırılmamışdır. Göründüyü kimi gəlir və xərclərin müəyyən olunması üçün cavabden inzibatı orqanın əlində kifayət qədər geniş informasiya resursu mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirik ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır; Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. İşin hallarına görə qiymət verilən məlumata vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mənfəət vergisinin hesablanmasının qaydası Nazirlər Kabinetinin 01.03. 2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003- cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanmasıQaydaları” ilə müəyyən edilmişdir. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, baxılan məsələ ilə bağlı vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirinin dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Yuxarıda qeyd olunan maddələrin müddəalarının təhlilinə görə vergi orqanı Məcəllənin 83.2-ci maddəsi ilə ona verilmiş hüquqlar çərçivəsində maddədə göstərilən mənbələrin birinə və ya bir neçəsinə istinad edə bilər. Həmin maddədə hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır, çünki maddədə istifadə edilən “hüququ vardır” ifadəsi belə bir seçimi vergi orqanının ixtiyarına vermişdir. Odur ki, məhkəmənin yuxarıda qeyd olunan dəlilləri əsassızdır. Nəticə etibarı ilə bir daha qeyd etməyi zəruri hesab edirlər ki, Vergi Məcələsinin 67.14 və 83.9-cu maddələrinin tətbiqi əlaqəli məlumatlardan istifadə etməklə mümkün olmuşdur. Lakin məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini yanlış təfsir edərək düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, Vergi Məcəlləsinin heç bir maddəsində ƏDV əvəzləşmələrinin “material silgi aktları” əsasında aparılması ilə bağlı və onlar əsasında hər hansı bir əlaqənin mövcud olması ilə bağlı heç bir qeyd mövcud deyildir. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 7 235 694.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun 4 730 232.00 manati təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VM- nin 123.1ci maddəsi əsas götürülməklə 14 152.19 manat ÖMV hesablanılmış, 50% məbləğində 7 076.10 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir(Borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarı qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və qərar qəbul edilərkən mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Məhkəmə hesab edir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi mötəbər sübut hesab olunmalıdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən 2 058 582,13 manat ƏDV məbləğinin əvəzləşdirilməsi nəzərə alınmış, ona görə də SVY zamanı hesablanmış ƏDV-nin düzgün olmadığı, ümumilikdə 1 712 876,59 manat ƏDV-nin azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 856 438,29 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməmiş, buna görə də SVY zamanı əvəzləşmə nəzərə alınmamışdır. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və baza məlumatlarına, elektron qaimə fakturalar, forma 2- lər, yük gömrük bəyannamələrinə (ixrac) əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3 771 479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1 898 334,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli **********652200 nömrəli məktubla 2020-ci il üzrə əvəzləşdirilməli ƏDV cədvəli təqdim edilsə də, həmin mal (iş və xidmətlərin) hansı layihələr üzrə istifadə edilmişdiryi, gəlirin əldə edilməsi ilə bağlı xərclər olması barədə hər hansı sənəd (məlumat, izahat) təqdim edilməmişdir. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66 819,49 (ƏDVsiz) manat, “UNİVERSAL SALES ANDSERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1524,75 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********)tərəfindən isə təqdim olunmuş 2366,68 manat (ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37 291,24 manat (ƏDV-siz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, həmin xərclər üzrə ümumilikdə 19440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmamışdır. Eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9 300 manat (ƏDV-siz) qaimə ləğv olduğu üçün əvəzləşmə nəzərə alınmamışdır, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN**********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4233,67 manat (ƏDVsiz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25400,0 manat (ƏDV-siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmamışdır, 2021-ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1724,80 manat əvəzinə 10 122,85 manat ƏDV əvəzləşdirilmişdir, buna görə də 8398,05 manat artıq əvəzləşmə nəzərə alınmamışdır. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə yoxlama ilə ümumilikdə 3 820 190,65 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1 910 095,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamənin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən 2018-ci ildə cəmiyyətin gəlirlərinin 20 605 391,94 manat, ümumi gəlirdən çıxılan xərclərinin 30 754 454,33 manat, il üzrə 10 149 062,39 manat zərərinin olduğu müəyyən edilmişdir. 2019-cu ildə ekspert tədqiqatı nəticəsində ixrac olunmuş mallar üçün ödənilmiş 5 176 789,56 manatın xərc kimi qəbul edilməli olduğu, ümumilikdə 2019-cu il üzrə 9 759 946,17 manat mənfəət 2018-ci ilin 10 149 062,39 manat zərəri ilə konpensasiya edilmişdir. 2020-ci ildə isə yaranan mənfəətin məbləği 583 612,02 manat təşkil etmiş, bəyan edilmiş 50 587,49 manat nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisinin məbləğinin 106 604,90 manat olması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 53 302,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməmiş, buna görə də SVY zamanı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə ki, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edilmişdiryi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edilmişdiryi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 22 985 995,72 manat, ümumi gəlirdən çıxılan xərclər 21 263 238,52 manat göstərilmiş, 1 722 757,20 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 5 704 893,0 manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 20 605 391,94 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F- 2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi 20 605 391,94 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 20 605 391,94 manat gəliri əsasında (20 605 391,94 /100+20 x 20= 3 434 231,99) hesablanmış 3 434 231,99 manat mənfəətdən keçmiş illərin zərəri (2013-cü il) olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 87 096 017,74 manat, ümumi gəlirdən çıxılan xərclər 81 413 351,21 manat göstərilmiş, 5 682 666,53 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 3 982 135,80 manat nəzərə alınmaqla, 340 106,15 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 97 409 940,81 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F- 2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97 409 940,81 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97 409 940,81 manat gəliri əsasında (97 409 940,81 /100+20 x 20= 16 234 990,13) hesablanmış 16 234 990,13 manat mənfəətdən keçmiş illərin zərəri (2016-cı il) 5 937 000,45 manat nəzərə alınmaqla 2 059 597,94 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1 719 491,79 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2019-cu il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 859 745,90 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 102 318 335,94 manat, ümumi gəlirdən çıxılan xərclər 102 267 748,45 manat göstərilmiş, vergiyə cəlb olunan 50 587,49 manat (102 318 335,94 - 102 267 748,45) mənfəətdən 10 117,50 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 96 657 056,63 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96 657 056,63 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96 657 056,63 manat gəliri əsasında (96 657 056,63 /100+20 x 20= 16 109 509,44) hesablanmış 16 109 509,44 manat mənfəətdən 3 221 901,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3 211 784,39 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2020-ci il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1 605 892,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrində göstərilmiş müsbət məzənnə fərqləri səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığı üçün azaldılmışdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli rəyini mötəbər sübut hesab etməklə, pozuntuya yol vermişdir. Hesab edirlər ki, məhkəmənin xx.xx.2023-cü il tarixli rəyə əsasən qərar qəbul edilməsi əsassızdır. Ümumiyyətlə tərtib edilmiş ekspert rəyində vergi orqanı tərəfindən hesablanmış vergilərin əsassız olduğunu təsdiq edən səbəb göstərə bilməmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, eyni zamanda ekspert rəyi ilə münasibət bildirilməmiş 2018, 2019, 2020 və 2021-ci illər üzrə hesablanılmış 14 152.19 manat ÖMV və tətbiq edilmiş 7076.09 manat maliyyə sanksiyası ləğv olunmalı, vergi hesabatları və arayışının vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş cəmi 560 manat maliyyə sanksiyası qüvvədə saxlanılmalıdır. Məhkəmə icraatı zamanı 14 152.19 manat ÖMV və tətbiq edilmiş 7076.09 manat maliyyə sanksiyası üzrə yayınma iddiaçı tərəfindən etiraf edilməsinə baxmayaraq müvafiq hissə üzrə iddia tələbini təmin etmişdir. Halbuki Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2018xx.xx.2021) 7 235 694,0 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 4 730 232,0 manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1ci maddəsinin tələbinin pozulmasına görə 14 152,19 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 14 152,19 manat vergi məbləğinin 50% miqdarında 7 076,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. MPM-nin 102.2-ci maddəsinə əsasən Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq yeni qərar çıxarılmasını və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının tam ləğv olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. xx.xx.2023-cü il tarixli **********169240 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə, məsuliyyətə cəlb etmə haqqında” qərarı vergi orqanı tərəfindən iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə göndərilmiş və iddiaçı tərəfindən məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. - 38.2-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. - 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): -38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; -38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; -38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; -38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; -38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. -44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. -45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. - 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübüt etmək vergi orqanının vəzifəsidir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. -104.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. - 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. - 110.1-ci maddəsinə əsasən xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. - 110.3-cü maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. -121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. -134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. - 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. -135.2ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. -136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. -136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. - 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. -163.2.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. -174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. -175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. -175.9-cu maddəsinə əsasən qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı "Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı və 38-ci maddələrini əsas tutaraq, "xxxx" ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2018- Avqust 2021-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********151048 nömrəli xx.xx.2023- cü il tarixli “Səyyar vergi yoxlaması aktı" haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 9.407.056,24 manat əlavə vergi hesablanılmış, 4.704.088,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının tələbi cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********169240 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-9133/2023 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim olunmuş suallar tam olaraq nəzərə alınmaqla ekspertizaya təqdim edilmişdir. Ekspert tətqiqat obyekti hər iki tərəfin təqdim etdiyi sənədlər əsasında 10 cilddə təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2- 9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert Rəyi məhkəmə araşdırmasına təqdim edilmişdir. Ekspret rəyinin 1-ci sual üzrə ("xxxx" ASC-nin sentyabr 2018 - avqust 2021-ci illər üzrə ƏDV dövriyyəsi, əvəzləşdirilməli məbləğləri və büdcəyə ödənilməli ƏDV məbləğinin müəyyən olunması) müəyyən olunmuşdur ki, sentyabr 2018-avqust 2021-ci illər üzrə cəmiyyətin ƏDV dövriyyəsi 224,674,595.08 manat, büdcəyə ödənilməli ƏDV məbləği 40,441,427.11 manat, əvəzləşdirilməli ƏDV məbləği 30,805,984.98 manat (ygb- 2,265,331.5 manat, e-vhf və e-qf -28,540,653.48 manat), bütün dövrlər üzrə büdcəyə ödənilməli ƏDV məbləği 13,367,287.35 manat, büdcədən geri qaytarılmalı ƏDV məbləği isə 3,731,845.22 manat təşkil etmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən ümumilikdə dövlət büdcəsinə 9,837,487.00 manat (2018-ci il - 1,487,328.78 manat, 2019- cu il -5,231,000.00 manat, 2020-cu il -2,338,308.22 manat, 2021-ci il - 780,850.00 manat) ƏDV ödənilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və ƏDV depozit hesabı məlumatlarına əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3 771 479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda ƏDV və bank əməliyyatlarının təhlili nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin dekabr ayı üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyənnaməsi təqdim edilməməklə 114 elektron qaimə faktura üzrə əsas məbləği 19 341 801.58 manat, ƏDV məbləği 3 481 524.21 manat olmaqla elektron qaimə faktura təqdim etmiş, əsas və ƏDV məbləği ödənilmiş 11 436 567, 38 manat əsas məbləğ, 2 058 582.13 manat ƏDV məbləği əvəzləşdirilməmiş, səyyar vergi yoxlaması aktı ilə isə büdcəyə öhdəlik yaradan ƏDV məbləği hesablansa da, qeyd olunan ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********1375 saylı yük gümrük bəyənnaməsi üzrə - 6247.04 manat, xx.xx.2020-ci il tarixli **********1407 saylı yük gömrük bəyənnaməsi üzrə - 6247.04 manat, xx.xx.2020-ci il tarixli **********4162 saylı yük gömrük bəyənnaməsi üzrə - 5 905.65 manat, xx.xx.2020-ci il tarixli **********4187 saylı yük gömrük bəyənnaməsi üzrə - 5 796.41 manat, xx.xx.2020-ci il tarixli **********6951 saylı yük gömrük bəyənnaməsi üzrə - 24 535.8 manat, xx.xx.2020-ci il tarixli **********4693 saylı yük gömrük bəyənnaməsi üzrə - 23.4 manat olmaqla cəmi 48 731.94 manat məbləğ əvəzləşdirilməmiş, səyyar vergi yoxlaması aktı ilə də əvəzşlədirilmə bərpa edilməmişdir. Beləliklə 2020-ci ilin dekabr ayı üzrə büdcəyə dövriyyə yaradan ƏDV məbləği 3 771 479,81 manat manat, əvəzləşdirilməli ƏDV məbləği 2 107 314.07 manat olmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 1 664 165.74 manat təşkil etmişdir. Ekspert rəyi ilə, səyyar vergi yoxlaması aktına əsasən yazılmış "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66 819,49 ƏDV-siz) manat, “UNİVERSAL SALES AND SERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1524,75 manat ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 2366,68 manat ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37 291,24 manat (ƏDVsiz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq 19 440,40 manat ƏDV-nin əvəzləşməyə salındığı, eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9 300 manat (ƏDV-siz) qaimə əvəzləşməyə salındıqdan sonra ləğv olunmuş, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat ƏDV-siz) , "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4233,67 manat ƏDVsiz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25400,0 manat (ƏDV-siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20 872,40 manat ƏDV təkrar əvəzləşdirilməsi, **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1724,80 manat əvəzinə 10122.85 manat olmaqla 8 398.05 manat ƏDV artıq əvəzləşdirilməsi təsdiq olunmuşdur. Beləliklə, ekspert rəyi ilə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə, yoxlama tərəfindən nəzərə alınmamış 2 107 314.07 manat ƏDV məbləği nəzərə alınmaqla, ümumilikdə 1 712 876.59 manat ƏDV azaldılması və azaldılan ƏDV məbləğinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 856 438.29 manat maliyyə sanksiyası tətbiq edilməli olması bildirilmişdir. Ekspert rəyinin ikinci sual üzrə (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-nin 2018-ci il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunması) ekspert rəyində bildirilmişdir ki, cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-VHF və E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən olunmuşdur ki, il ərzində E-VHF-lar əsasında 3419 adda 20 298 696.43 manat dəyərində, 333 ədəd E-QF-lar əsasında isə 1 140 609.64 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1 Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 1 433 907.16 manat 221.2 Sosial sığorta haqları- 314 799.52 221.13 Bank xidməti üzrə xərclər- 587 154.58

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 4 693 324.56

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 498 295.53

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 44 446.31 Beləliklə, 2018-ci il ərzində cəmiyyətin cəmi gəlirləri 20 605 391.94 manat(sətr: 220), ümumi gəlirdən çıxılan xərcləri isə (sətr: 236) 30 754 454.33 manat təşkil etməklə, il üzrə 10 149 062.39 manat zərəri (sətr: 238) mövcud olmuşdur. Ekspert rəyinin üçüncü sual üzrə ("xxxx" ASC-nin 2019-cu il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunsun)- Ekspertiza tətqiqatı nəticəsində müəyyən olunmuşdur ki, müəssisənin özünün bəyan etdiyi dövriyyə məbləği 87 096 017,74 manat təşkil etmişdir. Lakin yoxlama əsasında təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsi ilə dövriyyə 97 409 940.81 manat qeyd edilmişdir. Yoxlama ilə dövr ərzində müəssisə tərəfində müvəqqəti ixrac rejimində ixrac olunmuş və 3 il ərzində geri qaytarilmamış 10 313 923.07 manat dəyərində texnika və avadanlıqlar dövriyyə kimi qiymətləndirilmişdir. Ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, müəssisə tərəfindən müvəqqəti ixrac rejimində Qazağıstan və Gürcüstan Respublikalarında ixrac olunmuş 10 313 923.07 manat dəyərində texnika və avadanlıqlar 3 il ərzində ölkəyə geri qaytarilmadığınan daimi ixrac rejiminə keçirilmişdir, bu səbəbdən də təqdim etmə kimi qiymətləndirilərək müəssisənin dövriyyəsi artırılmışdır. Lakin həmin malların idxal zamanı ödənilmiş dəyəri xərc kimi nəzərə alınmamışdır. Müəyyən olunmuşdur ki, 2019-cu il ərzində cəmiyyət tərəfindən 7 159 085.155 manat dəyərində maşın və avadanlıqlar idxal edilmişdir. Həmin malların 1 982 295.59 dəyərində olan hissəsi mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsində əsas vəsaitlərin dəyərinin artırılmasına aid edilmişdir. İxrac olunmuş 5 176 789.56 manat dəyərində olan hissəsi isə nə vergi ödəyicisinin özü nə də səyyar vergi yoxlaması zamanı malın dəyəri olan xərc kimi nəzərə alınmamışdır. Qeyd olunan səbəbdən də ixrac olunmuş mallar dövriyyə kimi qəbul edilirsə, onların ödənilmiş 5 176 789.56 manat dəyəri də xərc kimi qəbul edilməlidir. Cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-VHF və E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən müəyyən olunmuşdur ki, il ərzində E-VHF-lar əsasında 4 951 adda 61 369 225.37 manat dəyərində, 1 184 ədəd E-QF-lar əsasında isə 3 633 952.59 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. İdxal əməliyyatlarının cəmi məbləği isə 87 yük gömrük bəyənnaməsi əsasında 7 424 873.76 manat təşkil etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1. Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 2 508 685.79 manat 221.2. Sosial sığorta haqları- 407 389.43 manat 221.13. Bank xidməti üzrə xərclər- 277 438.92 manat

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 5 845 353.79 manat

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 860 970.42 manat

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 145 330.81 manat Ümumilikdə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisənin gəlirləri 97,409,940.81 manat, xərcləri isə 81,712,994.19 manat təşkil etməklə 15 696 946.62 manat mənfəət əldə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması aktına əsasən 2016-ci il üzrə mövcud olmuş 5 937 000.45 manat zərər nəzərə alınmışdır. Həmçinin ekspertiza tətqiqatı əsasında belə nəticəyə gəlinmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə (Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir) əsasən müəssisənin 2019-cu il üzrə qalıq 9 759 946.17 manat mənfəəti 2018-ci il üzrə zərəri (10 149 062.39 manat) hesabına konpensasiya edilməlidir. Beləliklə 2019-cü il üzrə cəmiyyətin dövlət büdcəsi qarışısında mənfəət vergisi öhdəliyi müəyyən edilməmişdir. Ekspert rəyinin dördüncü sual üzrə ("xxxx" ASC-nin 2020-ci il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunsun) – Ekspert rəyində bildirilmişdir ki, cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən müəyyən olunmuşdur ki, E-QF-lar əsasında 8667 adda 83 984 183.51 manat dəyərində dəyərində mal, iş və xidmətlər əldə etmişdir. İdxal əməliyyatlarının cəmi məbləği isə 135 yük gömrük bəyənnaməsi əsasında 6 041 784.95 manat təşkil etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1. Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 1 789 600.94 manat 221.2. Sosial sığorta haqları- 475 478.54 manat 221.13. Bank xidməti üzrə xərclər- 343 642.81 manat

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 950 328.81 manat

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 993 234.15 manat

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 142 105.00 manat Səyyar vergi yoxlaması aktına əsasən 2020-ci ilin 3-cü rübü üzrə 123 813.55 manat, 4-cü rübü üzrə isə 58 558.22 manat Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablansa da, mənfəət vergisi bəyənanməsində xərc kimi nəzərə alınmamışdır. Qeyd olunan xərclər də əlavə olunmaqla 221.2-ci sətr (Sosial sığorta haqları) xərc məbləği 475 478.54 manat təşkil edir. Ümumilikdə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisənin gəlirləri 96 657 056.63 manat, xərcləri isə 95 684 346.39 manat təşkil etməklə 972 710.24 manat mənfəət əldə etmişdir. Həmçinin ekspertiza tədqiqatı əsasında belə nəticəyə gəlinmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə (Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir) əsasən müəssisənin 2018-ci ildən qalan (10 149 062.39 manat-2019-cu il üzrə nəzərə alınmış 9 759 946.17 manat manat) 389 098.22 manat zərəri nəzərə alınmalıdır. Beləliklə, cəmiyyətin 2020-ci ilin üzrə yaranan mənfəətinin məbləği 583 612.02 manat təşkil edir. Müəssisənin özü tərəfindən bəyan olunmuş 50 587.49 manat nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 106 604.90 manat təşkil edir. Eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50% -i həcmində yəni 53 302.45 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Ekspert rəyinin beşinci sual üzrə ("xxxx" ASC tərəfindən 2019, 2020 və 2021-ci illər üzrə ödənilməli torpaq vergisinin məbləği müəyyən olunsun)- Ekspertiza tədqiqatı nəticəsində səyyar vergi yoxlaması ilə 3 il üzrə 37 631.63 manat torpaq vergisinin azaldılması təsdiq edilmişdir. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18 815.82 manat maliyyə sanksiyası tətqiq edilməlidir. Ekspert rəyinin altıncı sual üzrə ("xxxx" ASC tərəfindən 2020-ci il və 2021-ci ilin İ və İİ rübləri üzrə ödənilməli muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları müəyyən olunsun)- Ekspertiza tədqiqatına təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2 maddəsinə əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə ümumilikdə 599 357,84 manat az hesablanma müəyyən edildi. Səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi əmək haqqı cədvəlləri ilə təqdim edilmiş bəyannamələri müqayisə etdikdə 2020-ci ilin 3-cü rübü üzrə 123 813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58 558,22 manat və 2021-ci ilin 1ci rübü üzrə 164 306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252 680,0 manat az hesablama aparılması müəyyə edilmişdir. Eyni zamanda azaldılmış məbləğə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299 678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Ekspert rəyinin yeddinci sual üzrə (Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarındaolan sənədlərlə öz təsdiqini tapırmı?) Ekspertiza tətqiqatına gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən rəyin təsviri hissəsində qeyd edilmiş sənədlər təqdim edilmişdir və ekspert rəyi həmin sənədlər əsasında tərtib edilmişdir. Ekspert rəyinin səkkiz, doqquz və onuncu suallar üzrə (8.Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir?, 9. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir?, 10.Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir?) Ekspert rəyi ilə bildirilmişdir ki, gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən elektron qaimə faktura və elektron vergi hesab fakturalarının siyahısı ilə bağlı bildiririk ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş elektron qaimə faktura və elektron vergi hesab fakturaları ekspertiza tətqiqatına təqdim edilmişdir. İdxal ixrac əməliyyatları üzrə xərcləri təsdiq edən sənədlər olaraq Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemindən çıxarılmış yük gömrük bəyənnamələrinin surətləri və siyahısı təqdim edilmişdir. Digər tərəfdən xərcləri təsdiq edən sənədlər olaraq bank hesablarından çıxarışlar, forma 2 və forma 3 lər ekspertiza tətqiqatına təqdim edilmişdir. Ekspert rəyinin on bir, on iki və on üçüncü suallar üzrə- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 134, 135, 136-ci maddələrinin tələblərinə əsasəm gəlirin əldəedilməsi ilə bağlı iddiaçının xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçını tətbiq etdiyi metodun tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, tətqiqata təqdim edilmiş iş materiallarında cəmiyyətin ayrı ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunverciliyinin tələblərinə uyğun olması müəyyən olunur. bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri(tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarındə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdehin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2.456.470,96 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1.228.795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qərar qəbul edərkən prosessual pozuntular barədə məhkəmə araşdırması aparılmasına və hətta məhkəmə qərarında prosessual pozuntular barədə ətraflı əsaslandırma aparılmasına baxmayaraq iddia tam təmin edilməmiş və mübahisələndirilən məsuliyyətə cəlb etmə barədə qərarı qismən ləğv olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********152310 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 3 iş günü sonra yəni xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixindək 49 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırılması vaxtının xx.xx.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 5 gün sonra yəni xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixindək 45 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırlması vaxtının xx.xx.2022-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********154769 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 29 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********157022 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 34 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********158275 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********161359 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********162680 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 24 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Müəyyən olunur ki, aktda yoxlamanın xx.xx.2022-ci ildə başa çatdırıldığı qeyd edilmişdir. Lakin yoxlama başa çatdırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Halbuki yoxlamanın dayandırılması səbəbi ekspert rəyinin alınması olmuşdur ki, rəyin verilməsindən imtina, yəni dayandırmaya səbəb olan halın aradan qalxması xx.xx.2023-cü il tarixlidir. Göründüyü kimi, yoxlama dayandırma əsası aradan qalxandan sonra təzələnmə olmalı, yoxlama başa çatdırılmalı, daha sonra isə aktın tərtibi əlavə müddət tələb etdikdə, aktın tərtibi müddəti uzadılmalı idi. Cavabdeh vergi orqanı qeyd edilən prosessual ardıcıllığı da pozmuşdur. xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, vergi orqanın xx.xx.2022-ci il tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar çıxarılmışdır. Məhkəmə araşdırmaları zamanı, qeyd olunan qərarların vergi ödəyicisinə təqdim edilməsi cavabdeh tərəfindən sübut olunmamışdır. Həmçinin hazırkı iş üzrə cavabdeh vergi orqanı tərəfindən öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının müddəti 9 dəfə (274 gün) dayandırılmış, 2 dəfə (94 gün) uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. Dayandırmanın əsası kimi mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi göstərilmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır (VM-nin 38.7.3cü maddəsi). Belə ki, mübahisələndirilən qərar üzrə əlavə verginin hesablanması zamanı mütəxəssis və ekspert rəyinə istinad edilməmiş, ümumiyyətlə mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Həmçinin, yoxlamanın başa çatma tarixi Səyyar vergi yoxlaması aktında xx.xx.2022ci il göstərilsə də, sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışlarda isə yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmiş, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətində qeyd olunan prosessual pozuntuların mövcudluğu birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı müəyyən edilsə də, kollegiya qeyd edir ki, həmin pozuntular cavabdehin iddiaçı barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın bütünlüklə ləğvi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual pozuntuların mövcudluğu bütünlükdə səyyar vergi yoxlamasının və onun nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, həmin qərarın əsasını təşkil edən xx.xx.2021-ci il tarixli **********151033 saylı "Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bununla bağlı iş materiallarında çıxarış mövcuddur. Həmçinin, işin araşdırılmış hallarından göründüyü kimi, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizası rəyi ilə iddiaçı tərəfindən bəzi vergi öhdəliklərinin olduğu müəyyən edilmişdir. Belə ki, yoxlanılan dövr üzrə vergi ödəyicisinin həm ƏDV öhdəliyinin, həm mənfəət vergisi üzrə öhdəliklərinin mövcud olduğu, həmçinin, qərarla hesablanmış torpaq vergisi və mdss, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesablamanın qanuni olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən yoxlama ilə bağlı əsas inzibati aktın qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilməsi və yoxlama qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi halı mübahisəsiz olduğundan, ekspert rəyi ilə də vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli vergi öhdəlikləri müəyyən edildiyindən, yuxarıda qeyd olunan prosessual pozuntular öz-özlüyündə səyyar vergi yoxlamasının və onun nəticələrinin tam etibarsızlığına səbəb ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu qiymət verərək belə qənaətdədir ki, iddiaçının mübahisələndirilən qərarın tam ləğv edilməsi ilə bağlı tələbi əsassızdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq diqqətə çatdırır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (VM-nin 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır ki, cavabdeh inzibati orqan bu öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-1814/2021 saylı xx.xx.2021-ci il tarixli və 2-1(102)-1543/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarlar). Məhkəmə kollegiyası hesablanmış mənfəət vergisi üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə kollegiya qeyd edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası (elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür birtərəfli mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Belə ki, 2018-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 22 985 995.72 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220), ümumi gəlirdən çıxılan xərclər 21 263 238.52 manat(sət: 236), vergiyə cəlb edilən mənfəət 1 722 757.20 manat (sət:237) müəyyən olunmuşdur. Dövr üzrə keçmiş illərin zərəri nəzərə alınmışdır. SVY ilə isə dövriyyə 23 060 021.10 manat qeyd edilərək dövriyyə məbləği 74 025.38 manat artırılmışdır. Lakin bu artımın nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Daha sonra şərti rentabellik tətbiq edilərək 23 060 021.10 manat dövriyyə münasibətdə 3 843 336.85 manat mənfəət vergisi hesablanılmış və bu da 2013cü ilin zərəri ilə kompensasiya edilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərara əsasən təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən dövriyyə svy aktına nisbətdə azaldılaraq 20 605 391. 94 manat təsdiq edilərək, şərti rentabellik tətbiq edilmiş və əvvəlki illərdən qalan 3 434 231.99 manat zərər silinməklə mənfəət vergisi hesablanılmamışdır. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 20 392 124.45 manat dəyərində elektron vergi hesab fakturası, 1 176 812.48 manat elektron qaimə faktura, 24 ədəd yük gömrük bəyənanmələri əsasında isə 2 002 494.499 manat dəyərində isə mal, iş və xidmətlər əldə etmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri(əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş illərin zərərləri və s.) mövcud olmuşdur. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 87 096 017.74 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 10 412 523.07 manat artırılaraq 97 508 540.81 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, dövriyyənin artımı 2019-cu il ərzində cavabdeh tərəfindən müvəqqəti ixrac rejimində ixrac edilmiş və 3 il ərzində ölkəyə geri qaytarılmış texnika və avadanlıqların daimi ixrac rejiminə keçirilərək, satış kimi qiymətləndirilməsi olmuşdur. Lakin yoxlama zamanı alış qiyməti dövriyyə kimi hesablansa da, alınmasına sərf olunmuş məbləğlər xərc kimi nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktına və Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 84 980 695.82 manat olmaqla, 2 115 321.92 manat mənfəət bəyan olunmuşdur. Əvvəlki illərdən qalan 3 982 135.80 manat zərər nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixli kameral vergi yoxlamasına əsasən isə xərclər 81 413 351.21 manat müəyyən olunmaqla 340 106.15 manat mənfəət vergisi hesablanılmışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 1 722 778.45 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 1 719 491.79 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 61 369 225.35 manat dəyərində elektron vergi hesab fakturası, 3 633 952.59 manat elektron qaimə faktura, 54 yük gömrük bəyənnaməsi əsasında isə 7 424 872.96 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri (əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş ilərin zərərləri və s.) mövcud olmuşdur. 2020-ci ilin mənfəət vergisi üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 102 318 335.4 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 5 657 029.31 manat azaldılaraq 96 661 306.63 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin konkret olaraq nəyin hesabına azaldılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 102 267 748.45 manat olmaqla, 50 587.49 manat mənfəət bəyan olunmuşdur. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 3 211 926.05 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 3 211 784.39 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 87 285 872.67 manat elektron qaimə faktura, 135 yük gömrük bəyənnaməsi əsasında 6 041 784.95 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri(əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş ilərin zərərləri və s.) mövcud olmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, müəssisənin 2013-cü il üzrə 3 843 336.85 manat zərəri mövcud olmuşdur, 2016-cı ilin mənfəət vergisi bəyənnaməsi üzrə isə 5 937 000.45 manat zərər məbləği mövcud olmuşdur və bu hal səyyar vergi yoxlaması aktı təsdiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Akta əsasən bank hesablarında çıxarışlar, podrat və subpodrat müqavilələri, dövriyyə cədvəlləri, cəmiyyət tərəfindən görülmüş işlər üzrə təhvil-təslim aktları (forma 2 və forma 3-lər), direktorun və baş mühasibin əmrləri və s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası xüsusilə hesab edir ki, cəmiyyətin gəlir və xərclərinin müəyyən olunması üçün elektron vergi hesab fakturası, elektron qaimə faktura, yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarışlar barədə məlumatlar vergi orqanının elektron informasiya sistemində mövcuddur, bank hesablarında çıxarışları isə online rejimdə bankların əldə olunması üçün texniki imkan yaradılmışdır. Həmçinin müəssisənin qarşılıqlı əməliyyatlarının həcmi barədə məlumatların da vergi orqanının elektron informasiya sistemindən online rejimdə əldə olunması imkanı mövcuddur. Göründüyü kimi gəlir və xərclərin müəyyən olunması üçün cavabden inzibatı orqanın əlində kifayət qədər geniş informasiya resursu mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən kollegiya hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Ali Məhkəmənin İş № 2-1(102)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “32.Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

33. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. 34.Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır”. Ali Məhkəmənin İş № 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.

39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Ali Məhkəmənin İş № 2-1(102)-22/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “32. Nəzərə almaq lazımdır ki, vergilərin VM-nin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Cavabdehin özünün də kassasiya şikayətində qeyd etdiyi kimi, vergilərin bu qaydada hesablanması onun öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda, onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlayhiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir.

33. Yuxarıda istinad olunan normaların müddəalarına görə, vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.

34. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

41. Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖE **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, müvafiq dövrdə cəmiyyət tərəfindən “X8 yolunun dörd zolağa genişləndirilməsi Qırlı Gürcüstan sərhəddi yolunun təkmilləşdirilməsi (Km 82+200-Km 130+150)” layihəsi icra edilmişdir. X8 yolu layihəsi ümumilikdə bərabər hissələrlə 3 şirkət tərəfindən icra olunur:

1. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı

2. "Polat Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı

3. "xxxx" ASC Qeyd olunan layihənin isə hansı şirkətlər tərəfindən icra olunması ilə bağlı bütün məlumatlar vergi orqanın informasiya sistemində mövcuddur və analoji vergi ödəyicisi kimi onların göstəriciləri nəzərə alına bilərdi. Lakin vergi orqanı burada da VM-nin 67-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesablanmış ƏDV üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: İş materialları ilə müəyyən olunur ki, 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665.61 manat daxil olduğu halda vergi ödəyicisi tərəfindən ay üzrə ƏDV bəyənnaməsi təqdim edilməməklə 3 771 479.81 manat ƏDV azaldılmış və buna uyğun olaraq yoxlama tərəfindən ƏDV hesablanılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ay ərzində daxil olmuş pul vəsaitinə görə ƏDV hesablansa da, ƏDV üzrə əvəzləşmələr nəzərə alınmamış və bu hal səyyar vergi yoxlaması aktında əsaslandırılmamışdır. Qeyd olunan əvəzləşmələrin nəzərə alınmaması ilə bağlı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində ƏDV əvəzləşmələrinin nəzərə alınmaması səbəbi kimi “vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməməsi” göstərilmişdir. VM-nin 175-ci maddəsinə əsasən “Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. Xüsusi ilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin heç bir maddəsində ƏDV əvəzləşmələrinin “material silgi aktları” əsasında aparılması ilə bağlı və onlar əsasında hər hansı bir əlaqənin mövcud olması ilə bağlı heç bir qeyd mövcud deyildir. Həmçinin, vergi orqanı yoxlanılan dövrdə işlərin bir qisminin subpodrat müqaviləsi əsasında görüldüyünü, müvafiq şirkətlərdə tələb olunan sənədlərin (forma 2,3, elektron qaimə və s.) olmasını nəzərə almamışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinın hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Həmçinin, diqqətə çatdırılır ki, qanunvercilik ƏDV-nin əvəzləşdirilməsini qadağan edən halların konkret dairəsini müəyyənləşdirmişdir(175.3-sosial xarakterli xərclər, 175.6- ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınması və dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınması, 175.9- qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatlar, 175.11-riskli vergi ödəyiciləri ilə əməliyyatlar və 175.12 - 3 il müddətinə kənd təsərrüfatı məhsulları). Məhkəmə kollegiyası hesablanmış ödəmə mənbəyində tutulan vergilər üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 7 235 694.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun 4 730 232.00 manatı təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VMnin 123.1-ci maddəsi əsas götürülməklə 14 152.19 manat ÖMV hesablanılmış, 50% məbləğində 7 076.10 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir(Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarılmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarı qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və qərar qəbul edilərkən mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Belə ki, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə vergilərin hesablanması zamanı istinad etdiyi halları, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023cü il tarixli Ekspert Rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında qeyd olunan 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi hesablanılmış vergi məbləği azaldılmalı, 2020-ci ilin mənfəət vergisi üzrə əlavə hesablama məbləği 106.604,90 manat və VM-nin 58.1-ci maddəsinə əsasən 53.302,45 manat maliyyə sanksiyası hesablanılmalı, ƏDV üzrə ümumilikdə ümumilikdə 1.712.876,59 manat əlavə hesablama aparılmalı və VM-nin 58.1ci maddəsinə əsasən 856.438,29 manat maliyyə sanksiyası tətbiq edilməli, torpaq vergisi üzrə 37 631.63 manat əlavə hesablama və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18 815.82 manat maliyyə sanksiyası olduğu kimi saxlanılmalı, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanılmış 599 357,84 manat əlavə məbləğ və Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299 678,92 manat məbləğində maliyyə sanksiyası olduğu kimi saxlanılmalı, eyni zamanda ekspert rəyi ilə münasibət bildirilməmiş 2018, 2019, 2020 və 2021-ci illər üzrə hesablanılmış 14 152.19 manat ÖMV və tətbiq edilmiş 7076.09 manat maliyyə sanksiyası ləğv olunmalı, vergi hesabatları və arayışının vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş cəmi 560 manat maliyyə sanksiyası qüvvədə saxlanılmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının və cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-1(112)-9133/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar