Məhkəmə qərarları › İş №2-1(103)-1335/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1335/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1335/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9749/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək 01 yanvar 2014-cü ildən 07 noyabr 2014-cü il tarixədək işlədiyi illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ilin 11 ayı üzrə ondan tutulmuş məcburi dövlət sosial sığorta (“MDSS”) haqqı fərdi hesabında nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını arzulayır və bu halı onunla əsaslandırır ki, 01 yanvar 2014-cü il tarixdən 07 noyabr 2014-cü il tarixədək onun əmək haqqısından məcburi sosial sığorta haqları tutulmuşdur. Məcburi sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsini onun iradə ifadəsindən asılı olan hal deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etirazın əsaslarına görə iddiaçının müraciətinə cavab olaraq ona bildirilmişdir ki, X1 X3 proqram təminatına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4970,22 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 245,08 manat müəyyən edilmişdir. Bundan sonra, onun əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 285,76 manata, xx.xx.2021-ci il tarixdən 318,34 manata, xx.xx.2022-ci il tarixdən 329,16 manata çatdırılmışdır. X1 X3 proqram təminatına əsasən İddiaçı məxsus fərdi hesabının sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9749/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 01 yanvar 2014-cü ildən 07 noyabr 2014-cü il tarixədək işlədiyi illəri nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 02 may 2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuna zidd və əsassızdır Belə ki, iddiaçı 2014-cü il üzrə ondan tutulan məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmalı və buna uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməli olduğunu iddia etsə də hazırki iş üzrə icraat materiallarına və X1 X3 proqram təminatına əsasən müəyyən olunur ki, İddiaçı məxsus fərdi hesabın sığorta hissəsində xx.xx.2014cü il tarixdən 07.11,2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.İddiaçının müraciətinə verilən cavab məktubu qanuni və əsaslı olduğundan iddia tələbi qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, tərəfindən həmin dövr üzrə MDSS haqları işəgötürənə ödənildiyini qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinın qərarı ilə iddiaçının 01 yanvar 2014-cü ildən 07 noyabr 2014-cü il tarixədək işlədiyi illəri nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 02 may 2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, X1 X3 proqram təminatına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iş materiallarından (əmək haqqı cədvəllərindən və sığorta ödənişləri üzrə “B1” hesabatlarından və s.) aydın olur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində əmək fəaliyyəti ilə məşğul olmuş, əmək haqqı almış və onun həmin əmək haqqlarından işəgötürən tərəfindən məcburi sığorta haqları tutulmuş, lakin iddiaçının fərdi hesabına ödənilməmişdir ki, bütün bunlar cavabdeh tərəfindən təkzib olunmur və mübahisələndirilmir. Cavabdehin həm iddia ərizəsinə etirazının, həm də hazırkı apellyasiya şikayətinin dəlillərindən də məhz göründüyü kimi, işəgötürən tərəfindən MDSS haqları DSMF-yə ödənilmədiyindən mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmamış, qeyd olunan dövr üzrə hər hansı məbləğ onun pensiyasında nəzərə alınmamışdır. Halbuki, həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsinin təmin edilməsi sığortaolunan iddiaçının öhdəliyi deyil, DSMF-nin qanunla üzərinə düşən vəzifəsi olmuşdur. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun həmin vaxt qüvvədə olan tələbi aşağıdakılar tələb olunurdu: Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı: seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün—hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında; ...Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular üçün — hesablanmış əmək haqqının 3 faizi miqdarında ... məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. ....Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15dək ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; .....məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır...” Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:https://e-qanun.az/framework/3813 məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir; https://e-qanun.az/framework/3813 qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını əldə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır...” Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanının 2.1-ci bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.” Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin iddiaçının mübahisələndirilən müəssisədə işlədiyi vaxt qüvvədə olan 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi mübahisələndirilən 2014cü ildə qüvvədə olan qanunvericiliyin tələblərinə görə, məcburi dövlət sosial sığorta haqlarının tutulub DSMF-yə ödənilməsi işəgötürən, sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirməyə borclu idilər. Lakin, sonuncu işəgötürən (sığortaedən) üzərində məcburi sosial sığorta haqlarının ödənilibödənilməməsinə nəzarət funksiyasını lazımınca icra etməmiş, son nəticədə tabeliyində olan qürum tərəfindən iddiaçının sosial təminat hüququ məhdudlaşdırmışdır. Qanunvericiliyin qeyd olunan tələblərindən aydın görünür ki, iddiaçının işçi olaraq işəgötürən (sığortaedən) tərəfindən onun əmək haqqından tutulumuş MDSS haqllarının DSMF-yə ödənilməsini tələb etmək, nə də ki, ona qarşı sahəvi qanunvericiliyin qeyd olunan tələbi qaydasında həmin haqların DSMF-yə ödənilməsini tələb etmək səlahiyyətinə malik olmamış, yalnız, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində işlədiyi vaxt aldığı əmək haqqından məcburi sığorta haqlarının işəgötürənə ödəmək onun qanunla müəyən edilən vəzifəsindən irəli gəlmişdir. Məhkəmə təcrübəsinə nəzər saldıqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1180/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Beləliklə də mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi MDSS haqlarını ödəyən iddiaçının həmin haqların onun fərdi hesabına ödənilməməsi iddiaçının təqsiri deyil, məhz, işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qürumun qaununvericiliklə üəzrinə düşən öhdəliyiyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının .dədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması pensiya hüququnu pozmuş olur. İPM-in 73-cü maddəsinin isə tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9749/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9749/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar