Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1336/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin X3 və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 olmaqla) “ilkin qeydiyyatın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında məhkəmədə iddia qaldıraraq, sonradan iddia tələbi dəqiqləşdirilməklə, daşınmaz əmlakın dövlət reyestrində X3 (üçüncü şəxs) Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi 100 b ünvanında yerləşən, fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddianın əsaslarına görə 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 2 ünvanında bir mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları həmin ünvandan orta məktətə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı üçüncü şəxs X5 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətləri pozulmuş, evə gəlməmiş, yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Yaxınlarda onlara məlum olmuşdur ki, X5 1993-cü ildən həmin ünvana qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ərizəsində Z.Səfərova qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddət məhz Çəmənzəmənli 106 v ünvanında yaşayır, həmçinin cavabdeh idarə tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanaraq Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 100 b ünvanının X1 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında həmin məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarla X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün Z.Səfərovaya göndərilmişdir. Belə olan halda, mübahisəli ev necə sonuncunun adına ilkin qeydiyyatdan keçə bilərdi. Göründüyü kimi, onun adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən Z.Səfərovadan mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir Beləliklə də iddiaçılar hesab edirlər ki, mübahisələndirilən fərdi yaşayış evinə dair üçüncü şəxsin adına verilmiş ilkin qeydiyyat ləğv edilməlidir. Cavabdeh İdarənin birinci instansiya məhkəməsində iştirak edən nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əasən müəyyən olunur ki, iddiaçıların üçüncü şəxsə məxsus mübahisəli əmlaka dar reyestr qeydiyyatının ləğvi olunması haqqında tələblərini qəbul etməmiş və bu onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarında həmin orqan tərəfindən edilən düzəliş imza və möhürlə təsdiq olunmuş, üçüncü şəxsin adına texniki pasport tərtib olunmuş və həmin ünvanda üçüncü şəxsin yaşamısını təsdiq edən arayışmövcuddur, iddiaçıların isə həmin qeydiyyatın ləğvini tələb etməkdə subyektiv hüquqlarını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X3 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs Ziba Səfərova apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbinin əsası kimi, istinad olunan hal, yəni başqa bir şəxsin mülkiyyətində olan mənzildə bir neçə illər yaşamaq onlara üçüncü şəxsin həmin mənzilə mülkiyyət sənədlərinin mübahisələndirilməsinə hüquq vermir. Ümumiyyətlə, sözügedən mənzilə dair iddiaçılar heç bir subyektiv hüquqa malik deyillər. Məhkəmə tərəfindən hər bir halda, iddiaçıların subyektiv hüquqa malik olmaları araşıdırılmalı idi. Qanunvericiliyin tələbinə görə məhkəmə prosesində yalnız elə faktlara və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımından əhəmiyyət kəsb etsinlər. Məhkəmənin qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən, ən əsası maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını, cavabdehin nümayəndəsi isə qeydiyyat zamanı idarə tərəfindən qanun pozuntusuna yol verilmədiyini bildirərək, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçılar 1988-ci ildən ünvan 2 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin alındığını və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarını, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyini və poliklinikalarda qeydiyyata alındıqlarını, üçüncü şəxs (İddiaçı3 bacısı) Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarına saxta düzəlişlə həmin evə dair cavabdeh tərəfindən dövlət qeydiyyatı aparıldığını iddia edərək hesab edirlər ki, onun həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv olunmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh iddianı qəbul etmir və hesab edir ki, Bakı şəhər Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991ci il tarixli, 16/279 saylı qərarında edilən düzəliş həmin orqan tərəfindən təsdiq olunmuşdur. İdarə tərəfindən qeydiyyat zamanı qanun pozuntusuna yol verilməmiş, ona qarşı irəli sürülən iddia əsassızdır. Birinci instansiya məhkəməsinin qərarında iddiaçıların tələbini təmin edərkə aşağıdakıları qeyd etmişdir: ”1988-ci il tarixdən etibarən ünvan 4 ünvanda öz ailələri ilə birlikdə yaşaması faktını, övladlarının həmin ərazidə yerləşən 14 nömrəli Uşaq Poliklinikasında qeydiyyata götürülmələrini, eyni zamanda orta məktəb təhsillərini məhz həmin ərazidə yerləşən məktəbdə keçmələrini əsaslı və inandırıcı hal hesab edərək cavbdeh inzibati orqanın qəbul etdiyi əlverişsiz inzibati aktın onların mülkiyyət hüquqlarının pozulması halı kimi qiymətləndirərək, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə istinadən hesab etmişdir ki, üçüncü şəxsin mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı ləğv edilməlidir...” Üçüncü şəxs Ziba Səfərovanın apellyasiya şikayətindən isə göründüyü kimi, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadıqlarını qeyd edərək, eyni zamanda, iddiaçılar tərəfindən onun həmin ünvanda heç vaxt yaşmadığını iddia edən dəlillərini əsassız sayaraq, məhkəmə tərəfindən onların iddiasının təmin olunmasını işin hallarına və qanunvericiliyə uyğun saymır. Məhkəmə kollegiyası, ilk öncə, üçüncü şəxsin apellyasiya şikayətinin qeyd edilən, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadıqlarını mübahisələndirən dəlilləri ilə əlaqədar onu qeyd edir ki, konkret halda, iddiaçıların 1988-ci il tarixədən etibarən üçüncü şəxsin mülkiyyəti kimi qeydə alınmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşadıqları və üçüncü şəxsin özü tərəfindən də bu hal təkzib olunmadığını, habelə, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsi və MPM-in 4.1-ci maddəsinin tələbləri baxımından, onların pozulduğunu güman etdikləri hüquqlarının və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarını nəzərə alaraq hesab edir ki, iddia mümkün iddia kimi qəbul edilərək, məsələyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin qeyd olunan əsaslarla iddia tələbini təmin edərək üçüncü şəxsin adına olan reyestr qeydiyyatın ləğv edilməsi qərarına gəldikdə isə, məhkəmə kollegiyası sonucunun apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Belə ki, işdən görünür ki, üçüncü şəxs Ziba Səfərovanın adına hazırkı cavabdehin hüquq sələfi olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 18 mart 1993-cü il tarixli 30/3311 saylı Qeydiyyat vəsiqəsi - Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16/279 saylı qərarı əsasında verilmişdir. Həmin vaxt qüvvədə olan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin 1-ci, 5-ci və 7-ci bəndləri bəndi nəzərdə tuturdu ki, şəhərdə rayon xalq deputatları Sovetləri özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edir, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, mənzil fonduqdan istifadə edilməsi sahəsində başqa məsələləri həll edir. Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci hissəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri vətəndaşlara məxsus evlərin saxlanmasına nəzarət edirlər. Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin işə əlavə olunmuş, cavabdeh idarənin arxivində saxlanılan, qərarının təsdiq olunmuş surətindən isə görünür ki, Ziba Səfərova həmin dövlət qürumuna vəkalətnamə vasitəsilə müraciət edərək Bakı şəhəri Y.Çəmənzəminli küçəsi 100 b ynvanında yerləşən, vətəndaş Q.M.Quliyanın 1961-ci ildən yaşadığı qanunsuz tikilinin vəkalətnamə vasitəsilə rəsmiləşdirilməsini xahiş etmiş və həmin İcraiyyə Komitəsi tərəfindən mübahisəli evin (384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini), sonuncunun adına mülkiləşdirilməsinə icazə verilmiş, lakin sonradan həmin orqanın özü tərəfindən qəbul etdiyi qərarın “qərara aldı” hissənin 1-ci bəndində, evin adına rəsmiləşdirildiyi “Q.M.Quliyanın” üstündə əlyazma ilə “Z.Səfərova” düzəlişi edilməklə həmin qürumun vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur (1-ci cild, i.v. 30). İş materiallarından həmçinin, görünür ki, mübahisəli evin Texniki Pasportu da noyabr 1992-ci il tarixində üçüncü şəxs Z.Səfərovanın adına tərtib olunmuşdur (1-ci cild i.v.71-74). Eyni zamanda, işə əlavə olunmuş cavabdeh İdarənin arxivində saxlanılan 35 N-li Mənzil İstismar Sahəsinin Bakı şəhər texniki inventarlaşdırma bürosuna təqdim edilməsi üçün verilən xx.xx.1993-cü il tarixli arayışında da üçüncü şəxs Z.Səfərovanın qeyd olunan evdə yaşadığı öz təsdiqini tapır (1-ci cild, i.v. 31). Qeyd olunmalıdır ki, iş materialarında olan AR Dövlət Arxivinin Bakı Filialının arxivi tərəfindən verilən nüsxədə düzəlişin mövcud deyil (1-ci cild i.v.69). Əslində, bu ondan irəli gəlir ki, düzəliş olunan qərarın surəti birbaşa üçüncü şəxsin adına qeydiyyat aparılması Texniki İnventarlaşdırma Bürosuna təqdim edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla, digər tərəfdən, hər bir halda, mübahisəli ünvanda yerləşən evə dair üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının əsasını təşkil edən - Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin, üzərində düzəliş edilən və cavabdeh idarənin arxivində saxlanılan 13 sentyabr 1991-ci il tarixli 16/279 saylı qərarının hal-hazırda qüvvədə olması onu deməyə əsas verir ki, üçüncü şəxsin adına aparılan qeydiyyat qanuni əsaslara malikdir. Belə olan halda, cavabdeh tərəfindən üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının qanunsuz və əsassız olmasından söhbət gedə bilməz. Beləliklə də iddiaçıların həmin qeydiyyatın ləğvini tələb etməkdə haqlı olmadıqları sübuta yetirilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin qeyd olunan halları və qanunvericilyin təoləbləri onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən üçüncü şəxs Z.Səfərovaya məxsus mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan dövlət qeydiyyatı qanuvericiliyin tələblərinə uyğundur, ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarından isə görünür ki, işdə olan sübutlara maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia təmin edilmişdir. Beləliklə də qeyd edilənləri ümuiləşdirərək məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəliləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1 və qeyrilərinin iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1336/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1336/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver